![]() |
|
Bakı-Sumqayıt yolunda yaranan tıxacın səbəblərindən biri həmin yolda hərəkət edən sürücülərin intizamsızlığıdır. Apardığımız araşdırmalardan məlum olur ki, qeyd etdiyimiz yolda sıxlıq yaranan zaman sürücülər zolaqlar üzrə düzgün yerləşmirlər. Misal olaraq bildirək ki, yolun 6 zolaq olan hissəsində sürücülər süni olaraq 8 zolaq yaradıb hərəkət edirlər və qarşıda yol daralan hissədə isə (zolaqların sayı azalan hissədə) sürücülər 8 zolaqdan 3 zolağa yerləşmək istəyirlər. Belə olan halda isə mütləq şəkildə tıxac yaranır və yolun axını dayanır.
Ekologiya postundan üzü şəhər istiqamətinə gedən yolda (avtovağzala çatmamış) 1.11 xətti ilə hərəkət təşkil olunub. Sürücülər şəhər istiqamətinə gedən 3 zolaqda sıxlığın olduğunu görərək sağa- avtovağzal və dairəvi yola gedən zolaqlarla hərəkət edirlər və 1.11 xəttinin qadağan olunmuş hissəsindən sola manevr edərək şəhər istiqamətinə hərəkət etmək istəyirlər. Belə olan halda da tıxac yaranır və axının hərəkəti dayanır. Avtosfer.az-ın təqdim etdiyi görüntüdən də aydın şəkildə görünür ki, 1.11 xəttinin sonundan başlayan ayırıcı zolaqdan sonra sərbəst hərəkət yaranır. Deməli tıxac, sürücülərin zolaqlar üzrə düzgün yerləşməməsi və sağ zolaqlardan sol zolağa manevr edərək özlərini avtomobillərin arasına salan sürücülərin intizamsızlığı səbəbindən baş verir.
Maraqlısı isə odur ki, bu cür sürücülərə qarşı yol patrul xidməti inspektorları inzibati məsuliyyət tədbirləri görmür.
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Yol-xeber.az-a verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.
Bakı dairəvi dəmir yolu ilin sonuna kimi istifadəyə verilə bilər.
Xezerxeber.az-ın məlumatına görə, bu ilin mart ayında Bakı dairəvi dəmir yolunun Sabunçuya qədər olan hissəsinin açılışı olub. Ötən gün isə Sabunçu-Pirşağı xətti yenidənqurmadan sonra istifadəyə verilib. Hazırda dairə üzərində tikinti və yenidənqurma işləri davam etdirilir.
Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib. Bütün yol boyu çirkab və tullantı suları yığışdırılıb.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin rəis müavini Elçin Məmmədovun sözlərinə görə, Bakı dairəvi dəmir yolu bu ilin sonuna kimi istifadəyə verilə bilər.
Hazırda Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Dairə tamamlandıqdan sonra isə təqribən 25-30 min sərnişinin daşınması gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
“Əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş bütün parklanma yerləri hansı ki, parklanma üçün müvafiq nişanlar da qoyulub, həmin yerlərdə avtomobilləri park etmək olar və bu da ödənişsizdir”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev sürücülərin parklanma yerləri üçün tələb edilən ödənişlərə etirazına cavab verərkən bildirib. M.Ağayev qeyd edib ki, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan 423 parklanma yeri BNA-ya təhvil verilsə də, hələlik tariflər müəyyənləşməyib: “Küçə parklanma yerlərinin idarə olunması ilə bağlı zəruri komponentlər var. Ən vacib olanı isə tariflər məsələsidir. Tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub. Hazırda Nazirlər Kabinetində məsələyə baxılır. Bu yaxınlarda bizə rəsmi cavab veriləcəyi bildirilib”.
M.Ağayev qeyd edib ki, tariflər müəyyənləşənədək küçə parklanmasına görə vətəndaşlardan pul yığan şəxslərin, yaxud təşkilatın fəaliyyəti tam qanunsuzdur: “Çünki Bakı da daxil olmaqla ölkə üzrə avtomobil parklanmasına görə tariflər təsdiqlənməyib. Hətta qanunsuz ödənişlərlə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hüquq mühafizə orqanlarına, prokuroluğa da müraciət edilib”.
Koroğlu stansiyasında axşam saaatlarında sıxlıq olub. Platformada müşahidə edilən sıxlıq insanları narahat edib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib.
O bildirib ki, mövcud sıxlıq axşam saat 7-8 radələrində müşahidə edilib:
“Xüsusi sərnişin sıxlığı “Koroğlu” stansiyasının “Alov” parkına tərəf olan çıxışında olub. Stansiyadan çıxış qapıları açıq olub. Bu vəziyyət yalnız platformada və pilləkənlərdə 5 dəqiqə müddətində davam edib.
Platfotmanının uzunluğu təxminən 100 metrdən bir qədər artıqdır və 1 dəqiqə ərzində platformanı tərk etmək mümkündür. Xüsusilə pik saatlarda sərnişinlər bu məqamı nəzərə alaraq metrodan istəfadə qaydalarına bir qədər riayət etsələr, bu kimi sıxlıqların qarşısı alınar”.
Şamaxı rayonudakı sürüşmə sahələri aktivləşib. Yol-xeber.az oxu.az-a istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun 108-ci kilometrliyində baş verən sonuncu sürüşmə nəticəsində yeni çəkilməkdə olan yolun Şamaxı istiqamətində hərəkət zolağının sol tərəfində çatlar yaranıb, asfaltda çöküntülər əmələ gəlib. Yeni çəkilən yolun bu hissəsində sürüşmənin aktivliyini nəzərə alaraq həmin əraziyə beton plitələr yerləşdirilsə də, təbiət hadisəsi nəticəsində yola ciddi ziyan dəyib.
Qeyd edək ki, əvvəlki illərdə də yolun 106,107,108-ci km-ləri sürüşmənin ən aktiv nöqtələri hesab olunub. Bu ərazilər sürüşməyə meyilli ərazilər hesab edilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib ki, bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib. Həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.
Qeyd edək ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb. Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur. Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.
Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən Yol-xeber.az-a verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb.
QSC-dən bildirilib ki, sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sərnişinlərə müraciət edib.
Qurumun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu -Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.
“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur” deyə, məlumatda qeyd olunub.
Azərbaycan Dəmir Yollarında (ADY) son bir neçə ildə sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin artırılması və müştəri məmnunluğunun təmin olunması daim diqqət mərkəzində olub. Bura rəqəmsal texnologiyalarla təchiz edilən müasir vaqonların xəttə buraxılması, biletlərin onlayn sifarişi və sair daxildir. Bəs ADY-də yaxın gələcəkdə xidmət keyfiyyətinin artırılması yönündə hansı işlərin görülməsi planlaşdırılır?
Yol-xeber.az xəbər verir ki, bu barədə “Report”a açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi David Əliyev onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün biletlərin onlayn geri qaytarılma sisteminin test edildiyini deyib: “Onlayn bilet satışının tətbiqi birbaşa müştəri məmnuniyətinin artmasına səbəb olan amillərdəndir. Hazırda onlayn bilet almaq olur. Bilet satışı saytı həm veb, həm də onlayn uçün işlənib hazırlanıb. Bu ilin sonuna kimi isə mobil əlavə üzərindən elektron biletlərin internetdən əldə edilməsi mümkün olacaq".
Onun sözlərinə görə, sərnişinlərə xidmət səviyyənin yaxşılaşdırılması və biletlərin onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün biletlərin onlayn geri qaytarılma sistemi hazırda test prosedurundadır: "Gələn ayın birindən etibarən isə real rejimə keçirməyi planlaşdırırıq. Bununla yanaşı, istənilən sürət həddində sərnişinləri eyni anda Wi-Fi və sabit 3G mobil rabitəsi vasitəsilə İnternet şəbəkəsinə çıxışını təmin etmək istiqamətində texnoloji layihələndirmə prosesi davam edir. Final layihənin növbəti ilin ortasına kimi hazır olması hədəflənir”.
Yol polisinin “ölkəmizi tanıyaq” aksiyasının iştirakları bu dəfə Şəmkir şəhərində olub. Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 9-cu tağımının komandiri Elnur Zeynalov məktəblilərlə maarifləndirici söhbət edib və sagirdləri maraqlandıran suallara cavab verib. Sagirdlərə yol hərəkəti qaydaları haqda bilgilər verilib.
Ətraflı video sujetdə: