![]() |
|
“İctimai nəqliyyat sürücüsü sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə girərsə, dərhal işindən azad olunur”. Bu fikirləri Yenicag.az-a açıqlamasında bəzi marşrut avtobusları sürücülərinin yol verdikləri davamlı qayda pozuntularına son qoymalarının yolları haqda danışan Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
DANX rəsmisinin sözlərinə görə, həmin sürücülərə qarşı tətbiq edilən bəzi cəzalar heç də effektli təsirə malik olmur.
Sözügedən mövzuya həsr olunan videomaterialı təqdim edirik:
Gecə saatlarında Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakı şəhərində qayda pozan sürücülərlə qarşı reyd keçirilib. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, şəhərin sükutunu pozan “VAZ 2107” markalı avtomobilin sürücüsü polislərin “saxla” əmrinə tabe olmayıb. Qayda pozan sürücü Yasamal rayonu ərazisində işıqvurma cihazlarının nasazlığı ilə əlaqədar Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib.
Sürücü əmrə məhəl qoymayaraq, nəqliyyat vasitəsini Həsən bəy Zərdabi küçəsində yüksək sürətlə idarə etməyə başlayıb. Bu azmış kimi, dırnaqarası qəhrəman avtomaşını ilə əks istiqamətli yolda hərəkət edib. Sonda nəqliyyat vasitəsi Tbilisi prospektində Yol patrul Xidmətinin əməkdaşları tərəfindən yaradılan süni tıxac vasitəsilə saxlanılıb. Sürücü Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə təhvil verilib. Məlum olub ki, avtoxuliqanlıq əməlini törədən şəxs Həsənov Şahin Fazil oğludur.
O, bir müddət əvvəl sürücülük hüququndan məhrumda edilib. Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü isə inzibati xətalar məcləsinin 511-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.
Digər bir qayda pozuntusu isə Səbail rayonunda qeydə alınıb. Belə ki, zərif cinsin nümayəndəsi idarəetməsində olan “Hyundai” markalı avtomobillə Neftçilər prospektində manevr qaydalarını klobud şəkildə pozub. Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə “saxla” əmri verib. Xanım sürücü əmrə məhəl qoymayıb. Sonda Post Patrul Xidmətinin əməkdaşları ilə birgə yol polisi xanımın idarə etdiyi avtomboili saxlaya bilib.
Sürücü heç bir sənədə təqdim etməyib. O, inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə tədbirləri davam etdiriləcək.
Çinin Xi’an şəhərindən Çex Respublikası paytaxtı Praqaya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TİTR) vasitəsilə 42 konteyner daşıyacaq qatar Bakı – Tbilisi – Qars yolu ilə, daha sonra da Bosfor (İstanbul) boğazı altından keçən “Marmaray” xətti vasitəsilə Avropaya gedəcək ilk yük qatarı olacaq. “Yol-xeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 5-də İstanbulda qarşılanma mərasimi keçiriləcək qatar “China Railway Express”ə məxsusdur.
Operatoru "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi" Assosiasiyası olan marşrut TİTR-in üzvü olan Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçir.
Qeyd edək ki, aprel ayında Pekində keçirilən “Bir kəmər, bir yol” (“Belt and Road”) Beynəlxalq İqtisadi forumu zamanı TİTR Assosiasiyasına daxil olan “ADY Container LLC” ilə Çinin “Xi”an Continental Bridge International Logistics” şirkəti arasında imzalanan müqaviləyə əsasən, tərəflər cari ilin sonunadək 30 konteyner qatarı yola salmağı öhdəliklərinə götürüblər. Bu qatarların 20-si artıq göndərilib.
Son vaxtlar Bakı Nəqliyyat Agentliyinin (BNA) paytaxtın nəqliyyat həyatında nəzərəçarpacaq islahatlar həyata keçirdiyi, mühüm yeniliklərə imza atdığı hər kəsə bəllidir. Paytaxtın avtobus parkının günün müasir tələblərinə uyğun olaraq sürətlə yenilənməsi, sərnişindaşıma prosesinə beynəlxalq standartlara cavab verən avtobusların cəlb edilməsi, əlil vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinin təmin olunması, nəqliyyatın fəaliyyətinin daha mütəşəkkil şəkildə təşkili və s. BNA-nın cəmiyyətdə rəğbətlə qarşılanan uğurları sırasındadır.
Moderator.az-a açıqlamasında BNA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən millət vəkili Eldar İbrahimov da, sözügedən qurumun paytaxtın nəqliyyat həyatına gətirdiyi yeniliklərin qürurverici olduğunu vurğuladı:
“Şübhəsiz, BNA yüksək səviyyədə fəaliyyət göstərən bir qurumdur. Bu bir faktdır ki, BNA qısa zamanda ölkəmizdə nəqliyyat mədəniyyətini formalaşdıran, bu mədəniyyətin daşıyıcısı olan quruma çevrilib. Mən BNA-nın fəaliyətini təqdir edir, alqışlayıram. Paytaxta yeni avtobusların gətirilməsi, avtobus parkının yenilənməsi, sağlamlıq problemi olan vətəndaşlarımızın ictimai nəqliyyatdan istifadəsinin asanlaşdırılması, onlar üçün daha rahat şəraitin yaradılması və s. BNA-nın həyata keçirdiyi mühüm islahatlar sırasına daxildir.
Xatırladım ki, prezidentimiz bir müddət əvvəl BNA-nın “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak etdi, görülən işləri yüksək qiymətləndirdi. Heç kimə sirr deyil ki, bütün bu işlər ölkə başçısının diqqət və qayğısı nəticəsində həyata keçirilir. Məhz cənab prezidentin səyi və qayğısı nəticəsində bu cür irimiqyaslı layihələri həyata keçirmək mümkün olub. Sevindiricidir ki, BNA rəhbərliyi də ölkə başçısı tərəfindən qarşıya qoyulan tələbləri yüksək səviyyədə yerinə yetirir. Görülən işlərin arxasında zəngin təcrübənin dayandığı özünü hiss etdirir. Bu baxımdan BNA rəhbərliyinin əməyi qeyd olunmalıdır. BNA-nın həqiqətən də mühüm və faydalı işlər gördüyü göz önündədir.
Arzu edərdim ki, sərnişin daşınması ilə məşğul olan digər qurumlar da BNA-nın nümunəvi fəaliyyətindən örnək götürsünlər. Çünki BNA xalqa, vətəndaşa necə xidmət etmək gərəkdiyini göstərir. BNA bu məsələdə örnəkdir və istənilən halda onun təcrübəsinin öyrənilməsində fayda var”.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə Yol-xeber.az “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir. Sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş olunur.
Şəki Dövlət Yol Polisi 14 Oktyabr 2019-cu il tarixdə Yol Hərəkəti Qaydaları barədə şəhər məktəbləri arasında şeir müsabiqəsi keçirdi.
Müsabiqəyə, Təhsil Şöbəsi tərəfindən şəhər məktəblərindən ümumilikdə 8 şagird seçilərək təqdim edilib.
Müsabiqə, Yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının məqsədlərinə uyğun olaraq,eləcə də cari ilin sentyabr ayının 15-dən oktyabr ayının 15-dək Respublika ərazisində "Diqqət, uşaqlar!"adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilməsi barədə Daxili İşlər Nazirliyinin 28 avqust 2019-cu il tarixli müvafiq göstərişinin icrası ilə əlaqədar Təhsil Şöbəsi ilə razılaşdırılmış şəkildə keçirilib.
Tədbirdə, Şəki Dövlət Yol Polis Bölməsinin rəisi,Polis mayoru Şəhmir Uluxanov,bölmənin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev,Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Ziyad Əliəkbərli,Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova,müavini Elxan Abdullayev və metodist Anar Məmmədov iştirak ediblər. Bundan əlavə tədbirdə,müsabiqəyə qatılmış məktəblərin müəllimləri,şagirdləri və müsabiqə iştirakçısı olan şagirdlərin valideynləri də iştirak ediblər.
Müsabiqənin qalibləri (1,2 və 3-cü yer üzrə) Şəki Dövlət Yol Polisi tərəfindən "Fəxri Fərman"la təltif olunub. Dövlət Yol Polisi tərəfindən 8 müsabiqə iştirakçısının hər birinə hədiyyələr verilib.
Qax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları hərəkətin intensivliyinin çox olduğu küçə və yollarda "Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə çıxış edən yol polisinin əməkdaşları bildiriblər ki, küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur. Buna görə də təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsi və şagirdlərə yol hərəkəti haqqında məlumatların verilməsi önəmli məsələlərdəndir.
Daha sonra maarifləndirici aksiya avtomobillərin daha çox hərəkət etdiyi küçələrdə davam etdirilib. Burada şagirdlərə yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etmələri əyani şəkildə göstərilib. Bundan əlavə, hərəkət iştirakçıları olan sürücülərlə profilaktik söhbətlər aparan polis əməkdaşları onlara nəqliyyat vasitələrini idarə edən zaman diqqətli olmalarının və keçidlərdə piyadalara yol vermələrinin zəruriliyini bildiriblər.Tədbir çərçivəsində nümunəvi sürücülərə məktəblərin diplomları təqdim edilib.
Qax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları hərəkətin intensivliyinin çox olduğu küçə və yollarda "Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə çıxış edən yol polisinin əməkdaşları bildiriblər ki, küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur. Buna görə də təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsi və şagirdlərə yol hərəkəti haqqında məlumatların verilməsi önəmli məsələlərdəndir.
Daha sonra maarifləndirici aksiya avtomobillərin daha çox hərəkət etdiyi küçələrdə davam etdirilib. Burada şagirdlərə yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etmələri əyani şəkildə göstərilib. Bundan əlavə, hərəkət iştirakçıları olan sürücülərlə profilaktik söhbətlər aparan polis əməkdaşları onlara nəqliyyat vasitələrini idarə edən zaman diqqətli olmalarının və keçidlərdə piyadalara yol vermələrinin zəruriliyini bildiriblər.
Tədbir çərçivəsində nümunəvi sürücülərə məktəblərin diplomları təqdim edilib.
Namiq
Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir. Avtosfer.az xəbər verir ki, bu sözləri lent.az-a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu ilin yanvar-avqust aylarında idxalın iki dəfə artması da məhz köhnə avtomobillərin tədricən istismardan çıxması ilə bağlıdır: "İdxalın artmasının əsas səbəbi köhnə maşınların tezliklə sıradan çıxarılmasının gündəmdə olmasıdır. Çünki artıq bununla bağlı Prezident İlham Əliyev tərəfindən 5 illik dövlət proqram da təsdiqlənib. Buna əsasən yaxın vaxtlarda bu utilizasiya proqramı həyata keçiriləcək. Artıq insanlar da başa düşürlər ki, köhnə maşınlardan yaxa qurtarmaq lazımdır. Qeyd etmək istəyirəm ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı artıb. Çünki bəzi taksi şirkətləri öz fəaliyyətini genişləndirir. Turistlər çox gəldikcə, artan tələbatı qarşılamaq üçün sərnişindaşıma şirkətləri mikroavtobusların sayını artırır. Bu səbəbdən də taksi şirkətləri üçün nisbətən ucuz və təzə maşınların alınmasına üstünlük verilir. Məsələn, Çin və Koreya istehsalı olan avtomobillərə taksi şirkətləri daha çox üstünlük verirlər. Mühərrikin həcmi az, ancaq təzə olduğu üçün insanlar artıq onlara keçid edirlər. İdxaldakı artım bunlarla bağlıdır.
Avtomobil idxalındakı artımlara hibrid və elektromobillərin idxalının da təsir edəcəyi gözlənilir. Bunun üçün gömrük rüsumlarına baxmaq lazımdır ki, o tipli avtomobillərin sayı artırılsın. Əhalinin də hibrid və elektromobillərə meyli var, ancaq rüsumlar digərlərindən fərqlənmədiyi üçün o avtomobillər az gətirilir".
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində ölkəyə 26 695 avtomobil gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz çoxdur. Gətirilənlərin 24 088-i minik avtomobilidir. Bu rəqəm də 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə iki dəfə çoxdur. İdxal məbləğinə gəldikdə, həm avtomobillər, həm də ehtiyat hissələri üçün sərf olunan pul 749.131 milyon manatdır. Bu isə ötən ilin analoji dövrünə nisbətən 35.3 faiz çoxdur.