Turizm əhəmiyyətli Gəncə-Göygöl avtomobil yolu yenidən qurulur

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38,4 kilometrlik Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması 2 mərhələ üzrə həyata keçirilir.

Ardını oxu...

 

2 marşrutun yolu dəyişir

İki müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində sakinlərin sərnişindaşımaya olan təlabatlarının təmin edilməsi üçün 185 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib. Dəyişiklik sayəsində kompleks sakinləri Sabunçu rayon mərkəzi, Neftçilər metrostansiyası və 8-ci km bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə gedib-gələ biləcəklər.

Bununla yanaşı, 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişiklik Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq edilib. Yeni hərəkət sxeminə əsasən 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə hərəkət edəcək. Bununla da qeyd edilən küçədə yaşayan sakinlərin sərnişindaşımaya olan təlabatı təmin ediləcək. 
Hər iki dəyişiklik 22.06.2019 tarixindən qüvvədə olacaq.

 

Heydər Əliyev prospektində qəza

Bir qədər əvvəl Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev yayıb.

O bildirib ki, bu səbəbdən yolda sıxlıq müşahidə edilir.

 

 

 
Qaradağda ağır yol qəzası, 3 Banqladeş vətəndaşı öldü

Bu gün saat 18:00 radələrində Qazax-Bakı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, Qaradağ rayonu ərazisində (Norm Sement Zavodu yaxınlığında) “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub. 

İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. 

**

Ələt-Astara avtomobil yolunda Banqladeş vətəndaşlarından ibarət şirkət işçilərini daşıyan avtobus aşıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, nəticədə 3 Banqladeş vətəndaşı ölüb, daha 4-ü, həmçinin bir azərbaycanlı yaralanıb.

Ölən və yaralananların dəqiq hansı şəxslər olduğu bilinməsə də, adları aşağıdakı kimidir:

1983-cü il təvəllüdlü Məhəmməd Ərşad

1979-cu il təvəllüdlü Zahangir Alam

1987-ci il təvəllüdlü Ruhul Amin

1990-cı il təvəllüdlü Hüseyn Muhasib

1997-ci il təvəllüdlü Vetri Çelvin

1977-ci il təvəllüdlü Məhəmməd Muxtar

1979-cu il təvəllüdlü İslam Məcdun

1992-ci il təvəllüdlü Ağayev Mehman Azad oğlu (sürücü)

Yaralılar bədənin müxtəlif nahiyələrindən aldıqları xəsarətlərlə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.

Qeyd edək ki, əcnəbi vətəndaşlar Səbail rayon Badamdar qəsəbəsində yaşayırlar.

 


 

Xırdalan - Binəqədi şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Neptun” supermarketin yaxınlığında “London taksisi" kimi tanınan avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində bir qadının ağır yaralandığı bildirilir. Yaralanan şəxsin kimliyi müəyyənləşdirilir.

 


Üç rayonu birləşdirən yol yenidən qurulur

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi Ucar-Zərdab-Ağcabədi yolu da ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qaldı. Bu isə ciddi mənada hərəkətə maneə törədirdi. Aparılan uğurlu islahatlar nəticəsində dövlət başçısının tapşırıq və sərəncamları ilə magistral yollarla yanaşı, respublika əhəmiyyətli yolların müasir səviyyədə yenidənqurulması işlərinə başlanıldı.

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhramtəpə avtomobil yoluna birləşir.

Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, mövcud boruların çıxarılması və yeni boruların tikilməsi işləri yerinə yetirilir.

Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə yerinə yetirilir.

Layihə çərçivəsində uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa yol boyu 9 yeraltı keçid, 25 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 48 suötürücü boru və 30 avtobus dayanacağı tikiləcək.

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

 






 
Sumqayıtda sərnişin avtobusu yanıb

Sumqayıtda yanğın qeydə alınıb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, Sumqayıt şəhərində “AKİA” markalı avtobusun mühərrikinin yanar hissələri və salon hissəsi qismən yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Sabah Bakıda bu yollar bağlı olacaq

Bakıda növbəti “Formula 1 Azərbaycan Qran Prisi”nin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı aprelin 22-dən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, həmin gündən etibarən Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - “Azneft” meydanı istiqamətində - Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda Hökumət Evi istiqamətində - Üzeyir Hacıbəyov küçəsi ilə Afiyyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyad Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdiriləcək.

Qeyd edilən istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.

Eyni zamanda, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara aprelin 18-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslarından istifadə etmək tövsiyə olunur.

V.Əsədov bildirib ki, yarışın keçirilməsi ilə bağlı Bakı Şəhər Halqası kimi tanınan ərazidə yol nişanları qoyulub. Sürücülər bu nişanların tələblərinə uyğun hərəkət etməlidirlər.

Xatırladaq ki, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar aprelin 22-dən etibarən Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

 

 

 

 

THY Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayır

“Türk Hava Yolları” 22 aprel tarixindən etibarən Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşlara başlayır.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Ankara-Bakı istiqamətində uçuşlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri təşkil olunacaq. Əks istiqamətdə isə (Bakı-Ankara) reyslər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Ankara-Bakı reysi yerli vaxtla 23:45-03:35-də, Bakı-Ankara isə 04:30-06:20-də təşkil olunacaq.

Bununla da, dünyanın ən çox ölkəsinə uçan “Türk Hava Yolları” aviaşirkəti Türkiyənin 3 fərqli şəhərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək. Uçuşlar İstanbuldan 2, Ankara və Antaliyadan isə 1 hava limanından olmaqla ümumilikdə 4 hava limanından reallaşdırılacaq.

Məlumat üçün bildirək ki, Azərbaycandan əks istiqamətdə Bakı, Gəncə və Naxçıvan şəhərlərindən də İstanbula birbaşa uçuşlar təşkil olunur.

Abşeron Logistika Mərkəzi İstanbul-Bakı marşrutu ilə ilk blok qatarı qəbul edib

İlk dəfə olaraq İstanbuldan Bakıya yola düşən beynəlxalq yük qatarı aprelin 5-də Bakıya çatıb. Qatar Abşeron Logistika Mərkəzində qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılama mərasimində açılış sözü ilə Abşeron Logistika Mərkəzinin baş direktoru Ziya Ağayev çıxış edib. Ziya Ağayev məlumat verərək bildirib ki, təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Abşeron Logistika Mərkəzi tərəfindən həyata keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

Şərq-Qərb Nəqliyyat Dəhlizi çərçivəsində baş tutan bu yük daşıması ölkə iqtisadiyyatı üçün də cox böyük əhəmiyyət kəsb edir.

Ölkə başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.

Belə ki, Azərbaycanın çox əlverişli coğrafi mövqedə yerləşməsi tranzit potensialının artırılması istiqamətində əvəzsiz rol oynayır, bununla da büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır.

Abşeron Logistika Mərkəzi tarixi İpək yolunun üzərində, ölkəmizin paytaxtı Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşir.

Mərkəzin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir.

Terminal vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.

Burada müştərilərə müasir və yüksək səviyyəli xidmətin göstərilməsi “vahid pəncərə” sistemi ilə bir nöqtədən təmin olunur. 

Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərir.

Mərkəzdə 6-sı qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunur.

www.absheronport.az

 










 

Xəbər lenti