|
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” mövzularında növbəti görüş keçirilib.
Rayonun Bədəlan kənd tam orta məktəblərinin şagirdləri ilə keçirilən görüşdə Masallı RPŞ-nin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxış edərək əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir.
Şöbə rəisi sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib və istər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan tədbirlərin bu gün aktual xarakter daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, eyni zamanda bu istiqamətdə mühüm addımların atıldığını diqqətə çatdırıb
Tədbirdə eyni zamanda erkən nikaha daxilolma məsələsinə də toxunulub. Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Bədəlan kənd tam orta məktəbinin direktoru Arif Mehdiyev və digərləri bu kimi neqativ hallara qarşı təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.
Dünən Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlər çərçivəsində Bakı şəhəri, Xəzər rayonu, 156 saylı orta məktəbdə "Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə" adlı tədbir keçirilib. Yol-xeber.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru Əli Xəlilov, Xəzər rayon Polis İdarəsinin əməkdaşı Xəyalə Həsənova, məktəb rəhbərliyi, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər. Əvvəlcə məktəblilərin yol hərəkəti təhlükəsizliyi, qaydalar, yol nişanları və s. özündə ehtiva edən səhnəciklər nümayiş olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edərək bildirib ki, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama uyğun olaraq yol polisi ümumtəhsil ocaqlarında da müxtəlif layihələr həyata keçirir. Əsas məqsəd məktəblilərin maarifləndirməsi, onlara yol hərəkəti qaydalarının öyrədilməsidir.
Daha sonra şagirdlərə müxtəlif suallar verən Vaqif Əsədov onlara sadə şəkildə yol hərəkəti qaydaları barəsində də müxtəlif məlumatlar verib. Fərqlənən məktəblilərə "İnci" şirkəti tərəfindən təqdim olunan məktəbli ləvazimatları hədiyyə olunub.
Orxan
"İsgəndər ASA Holding" adlı şirkətin Bakı şəhəri ərazisində qanunsuz olaraq parkinq xidməti göstərməsi barədə dəfələrlə məlumat verilib. Bakı Nəqliyyat Agentliyində olan bu səlahiyyəti "mənimsəyən" şirkət rəhbərliyi bir az da irəli gedib. Belə ki, Bakı küçələrinin birində ağaca adı ağ kağızda yazılmış elan diqqəti çəkir. "Ödəniş etməyən sürücülər cərimələnəcək". Maraqlıdır bu cəriməni kim edəcək? BNA dəfələrlə bu şirkətin onlara heç bir aidiyyatı olmadığını bildirib. İndi isə şirkət BNA-nın daha bir səlahiyyəti olan cərimə yazmağı "mənimsəyib".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı hesab edir ki, bu cür elanlar tamamilə qanunsuzdur. "Sadəcə, sürücülərə öz aləmlərində "xox" gəlirlər. Adamdan soruşarlar ki, sən kimsən, məni necə cərimə edəcəksən?".
Elməddin Muradlı sürücülərə tövsiyə də edib. "Ümumiyyətlə, bu insanlara pul verməyin. Heç bir cərimədən söhbət gedə bilməz. Bu, sadəcə qanunsuz olaraq pul mənimsəmək yeridir. Bu adamlar kimdir, hara qulluq edir, o da bəlli deyil. Odur ki, biz sürücülər özümüz bunu baykot etməliyik. Çünki parkinq xidməti də, cərimə tətbiq etmək də yalnız BNA-nın səlahiyyətləri daxilindədir."
Yol-xeber.az saytı yolayrıcının keçmə qaydası ilə bağlı oxuculara sual təqdim edir.
Gördüyünüz fotoda üç sürücü eyni vaxtda yolayrıcına daxil olmaq istəyir. Belə vəziyyətdə keçmə ardıcıllığı necə olmalıdır?
Sualın ilk düzgün və izahlı cavabını verən şəxs, Avtosfer.az saytı tərəfindən 5 manatlıq danışıq kartı əldə edəcək.
Cavabları 055 777 63 17 Whatsapp nömrəsinə göndərməyiniz xahiş olunur. Cavabla yanaşı ad, soyad da qeyd olunmalıdır.
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, bu sahədə aparılan təbliğat-təşviqat və maarifləndirmə tədbirlərinin respublikanın təhsil müəssisələrində daha geniş vüsət alması üçün fəaliyyətini davam etdirir.
Yol-xeber.az xəbər verir ki, Təhsil Nazirliyinin struktur qurumları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti belə tədbir Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə baş tutub.
Mərkəzin direktoru Əntiqə Rzayevanın və dərnək rəhbəri Esmira Qocayevanın fəal təşkilatçılığı ilə valideynlərin, KİV və ictimaiyyət nümayəndələrinin də qatıldığı tədbirdə, məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunmuş, rəngarəng səs və işiq effektəri, əyani vəsaitlər isə görüşü daha da yadda qalan və təsirli edib.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək, «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nda qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat vermiş, bu sahədə həyata keçirilən təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.
Yol hərəkəti təhlükəsizliyinin təbliğində Dövlət Yol Polisi tərəfindən həyata keçirilən təşkilati-hüquqi, sosial-inzibati tədbirlərlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı şəxslərin bilavasitə və fəal iştirakçılığının da mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən polis polkovnik-leytenantı Mübariz Ağayev, yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında - təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər – Əntiqə Rzayeva və Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Fariz Orduxanov rəhbərlik etdikləri müəssisələrdə mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərin, təlim və seminarların təşkil edildiyini bildirmiş və bu sahədə hər zaman Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verdiklərini qeyd ediblər.
29 oktyabr 2019-cu il tarixdən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunur. Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.
Qeyd edək ki, 26 avqust 2019-cu ildən Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.
BAKI-SABUNÇU-BAKI ELEKTRİK QATARLARININ
H Ə R Ə K ƏT C Ə D V Ə L İ
29 oktyabr 2019-cu ildən etibarən
Bakı - Sabunçu |
|
Sabunçu - Bakı |
||||||||||||||||
Qatar №-si |
Bakıdan getmə vaxtı |
Keşlə pl. çatma vaxtı |
Keşlə pl. getmə vaxtı |
Koroğlu pl. çatma vaxtı |
Koroğlu pl. getmə vaxtı |
Bakıxanov pl. çatma vaxtı |
Bakıxanov pl. getmə vaxtı |
Sabunçu st. çatma vaxtı |
Qatar №-si |
Sabunçu st. getmə vaxtı |
Bakıxanov pl. çatma vaxtı |
Bakıxanov pl. getmə vaxtı |
Koroğlu pl. çatma vaxtı |
Koroğlu pl.getmə vaxtı |
Keşlə pl. çatma vaxtı |
Keşlə pl. getmə vaxtı |
Bakıya çatma vaxtı |
|
6031 |
0655 |
0659 |
0700 |
0703 |
0704 |
0707 |
0708 |
0710 |
6032 |
0720 |
0722 |
0723 |
0726 |
0727 |
0730 |
0731 |
0735 |
|
6033 |
0755 |
0759 |
0800 |
0803 |
0804 |
0807 |
0808 |
0810 |
6034 |
0820 |
0822 |
0823 |
0826 |
0827 |
0830 |
0831 |
0835 |
|
6035 |
0840 |
0844 |
0845 |
0848 |
0849 |
0852 |
0853 |
0855 |
6036 |
0905 |
0907 |
0908 |
0911 |
0912 |
0915 |
0916 |
0920 |
|
6039 |
0930 |
0934 |
0935 |
0938 |
0939 |
0942 |
0943 |
0945 |
6040 |
0955 |
0957 |
0958 |
1001 |
1002 |
1005 |
1006 |
1010 |
|
6041 |
1630 |
1634 |
1635 |
1638 |
1639 |
1642 |
1643 |
1645 |
6042 |
1655 |
1657 |
1658 |
1701 |
1702 |
1705 |
1706 |
1710 |
|
6043 |
1730 |
1734 |
1735 |
1738 |
1739 |
1742 |
1743 |
1745 |
6044 |
1755 |
1757 |
1758 |
1801 |
1802 |
1805 |
1806 |
1810 |
|
6045 |
1830 |
1834 |
1835 |
1838 |
1839 |
1842 |
1843 |
1845 |
6046 |
1855 |
1857 |
1858 |
1901 |
1902 |
1905 |
1906 |
1910 |
|
6047 |
1920 |
1924 |
1925 |
1928 |
1929 |
1932 |
1933 |
1935 |
6048 |
1945 |
1947 |
1948 |
1951 |
1952 |
1955 |
1956 |
2000 |
|
6049 |
2030 |
2034 |
2035 |
2038 |
2039 |
2042 |
2043 |
2045 |
6050 |
2055 |
2057 |
2058 |
2101 |
2102 |
2105 |
2106 |
2110 |
Qeyd: - Hər şənbə, bazar və bayram günləri 6031/6032, 6033/6034, 6041/6042, 6045/6046 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
Son vaxtlar piyadavurmaların sayı artıb. Buna səbəb nədir? Piyadalar yolu necə keçməlidir? Hər zaman sürücülərmi günahkardır? Piyada keçidləri niyə azdır? Bu kimi suallara Avtosfer TV-nin ikinci buraxılışında Elməddin Muradlı ilə aydınlıq gətirdik. Buyurun izləyin:
Daxili İşlər Nazirliyinin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, xüsusilə azyaşlı uşaqların həyat və sağlamlığının yol qəza hadisələrindən qorunması ilə bağlı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə hər il ənənəvi olaraq dərs ili başlanan zaman "Diqqət uşaqlar" adı altında təhlükəsizlik aylığının keçirilməsi ilə bağlı tədbir yekunlaşıb. Artıq Nərimanov rayon 34 saylı məktəbin "Sürücülər" adlı komandası aylıq çərçivəsində bütün nominasiyalar üzrə qalib olub. Onların bilik və bacarıqları kütləvi informasiya vasitələri ilə yayımlanıb. Hal hazırda həmin azyaşlı uşaqların yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə təbliğat etmək istəyi oxucuların nəzərinə çatdırılır. Azyaşlı uşaqlar yol hərəkəti iştirakçılarına müraciət edib. Həmin müraciəti təqdim edirik: