Suala cavab ver, hədiyyə qazan: Avtosfer MÜSABİQƏ
Keçmə ardıcıllığını göstərin

Yol-xeber.az saytı yolayrıcının keçmə qaydası ilə bağlı oxuculara sual təqdim edir.
Gördüyünüz fotoda üç sürücü eyni vaxtda yolayrıcına daxil olmaq istəyir. Belə vəziyyətdə keçmə ardıcıllığı necə olmalıdır?

Sualın ilk düzgün və izahlı cavabını verən şəxs, Avtosfer.az saytı tərəfindən 5 manatlıq danışıq kartı əldə edəcək.

Cavabları 055 777 63 17 Whatsapp nömrəsinə göndərməyiniz xahiş olunur. Cavabla yanaşı ad, soyad da qeyd olunmalıdır. 

Yol polisi təhsil müəssisələrində tədbirləri davam etdirir - FOTO - VİDEO
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində görüş keçirilib

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, bu sahədə aparılan təbliğat-təşviqat və maarifləndirmə tədbirlərinin respublikanın təhsil müəssisələrində daha geniş vüsət alması üçün fəaliyyətini davam etdirir.

Yol-xeber.az xəbər verir ki, Təhsil Nazirliyinin struktur qurumları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti belə tədbir Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə baş tutub.

Mərkəzin direktoru Əntiqə Rzayevanın və dərnək rəhbəri Esmira Qocayevanın fəal təşkilatçılığı ilə valideynlərin, KİV və ictimaiyyət nümayəndələrinin də qatıldığı tədbirdə, məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunmuş, rəngarəng səs və işiq effektəri, əyani vəsaitlər isə görüşü daha da yadda qalan və təsirli edib.

 

Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək, «Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nda qarşıya qoyulmuş vəzifələr haqqında geniş məlumat vermiş, bu sahədə həyata keçirilən təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.

Yol hərəkəti təhlükəsizliyinin təbliğində Dövlət Yol Polisi tərəfindən həyata keçirilən təşkilati-hüquqi, sosial-inzibati tədbirlərlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı şəxslərin bilavasitə və fəal iştirakçılığının da mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən polis polkovnik-leytenantı Mübariz Ağayev, yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında - təhsil müəssisələrində müəllimlərin, evdə və yollarda isə valideynlərin, ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

Çıxış edən digər natiqlər – Əntiqə Rzayeva və Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Fariz Orduxanov rəhbərlik etdikləri müəssisələrdə mütəmadi olaraq yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlərin, təlim və seminarların təşkil edildiyini bildirmiş və bu sahədə hər zaman Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə əməkdaşlığa böyük önəm verdiklərini qeyd ediblər.

 

29 oktyabr 2019-cu il tarixdən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunur. Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.

Qeyd edək ki, 26 avqust 2019-cu ildən Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.        

                                                             



                    BAKI-SABUNÇU-BAKI   ELEKTRİK QATARLARININ

 

        H Ə R Ə K ƏT    C Ə D V Ə L İ

                                                                                                                      

       29  oktyabr  2019-cu ildən etibarən

 

 

 

Bakı - Sabunçu

 

Sabunçu - Bakı

Qatar

№-si

Bakıdan getmə

vaxtı

Keşlə pl.

çatma vaxtı

Keşlə pl.

getmə vaxtı

Koroğlu pl.

çatma vaxtı

Koroğlu pl.

getmə vaxtı

Bakıxanov  pl.

çatma vaxtı

Bakıxanov  pl.

getmə vaxtı

Sabunçu st.

çatma vaxtı

Qatar

№-si

Sabunçu st.

getmə vaxtı

Bakıxanov  pl.

çatma vaxtı

Bakıxanov  pl. getmə vaxtı

Koroğlu pl.

çatma vaxtı

Koroğlu pl.getmə vaxtı

Keşlə pl.

çatma vaxtı

Keşlə pl.

getmə vaxtı

Bakıya

çatma vaxtı

6031

0655

0659

0700

0703

0704

0707

0708

0710

6032

0720

0722

0723

0726

0727

0730

0731

0735

6033

0755

0759

0800

0803

0804

0807

0808

0810

6034

0820

0822

0823

0826

0827

0830

0831

0835

6035

0840

0844

0845

0848

0849

0852

0853

0855

6036

0905

0907

0908

0911

0912

0915

0916

0920

6039

0930

0934

0935

0938

0939

0942

0943

0945

6040

0955

0957

0958

1001

1002

1005

1006

1010

6041

1630

1634

1635

1638

1639

1642

1643

1645

6042

1655

1657

1658

1701

1702

1705

1706

1710

6043

1730

1734

1735

1738

1739

1742

1743

1745

6044

1755

1757

1758

1801

1802

1805

1806

1810

6045

1830

1834

1835

1838

1839

1842

1843

1845

6046

1855

1857

1858

1901

1902

1905

1906

1910

6047

1920

1924

1925

1928

1929

1932

1933

1935

6048

1945

1947

1948

1951

1952

1955

1956

2000

6049

2030

2034

2035

2038

2039

2042

2043

2045

6050

2055

2057

2058

2101

2102

2105

2106

2110

 

 

 

 

 

Qeyd: - Hər şənbə, bazar və bayram günləri 6031/6032, 6033/6034, 6041/6042, 6045/6046 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq. 

Piyada keçidində düzgün quraşdırılmayan nişan - FOTO
Nişan keçiddən əvvəldə quraşdırılıb

Astara rayonunda yola düzgün qoyulmamış nişanın fotosunu sürücülərdən biri sosial şəbəkədə paylaşıb.Yol-xeber.az xəbər verir ki, Astara rayonu Heydər Əliyev prospektində nizamlanmayan piyada keçidini bildirən nişan piyada zolağından bir neçə metr əvvəldə quraşdırılıb. Qoyulmuş 5.16.1 nişanı yolun sol tərəfində quraşdırılmalı idi. Çünki nizamlanmayan piyada keçidini işarələmək üçün iki nişan var. 5.16.1 nişanı yolun sol tərəfində, 5.16.2 nişanı isə yolun sağ tərəfində piyada zolağının düz qarşısında quraşdırılmalıdır. 
Piyadalar və sürücülər: problemlər, həlli yolları... - AvtosferTV (2-ci buraxılış)
Orxan Əli və Elməddin Muradlının təqdimatında

Son vaxtlar piyadavurmaların sayı artıb. Buna səbəb nədir? Piyadalar yolu necə keçməlidir? Hər zaman sürücülərmi günahkardır? Piyada keçidləri niyə azdır? Bu kimi suallara Avtosfer TV-nin ikinci buraxılışında Elməddin Muradlı ilə aydınlıq gətirdik. Buyurun izləyin:

 

 
Polis olmaq istəyən qadınların nəzərinə - DİN işçi axtarır
"102" Xidməti-Zəng Mərkəzində vakant olan kiçik rəis heyəti vəzifələrinə müsabiqə elan edilir

Daxili İşlər Nazirliyi, Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti-Zəng Mərkəzində vakant olan kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, müsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər. 
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali hüquq təhsilli və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcəkdir.
Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 750 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır. 
İştirak etmək istəyən şəxslər 2019-cu ilin oktyabr ayının 25-dən noyabr ayının 10-dək mia.gov.az./?/az/content/29915/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər. 
Azyaşlı "yol polislərindən" sürücü, piyada və sərnişinlərə MÜRACİƏT - VİDEO
Uşaqlar qaydalardan danışdı

Daxili İşlər Nazirliyinin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, xüsusilə azyaşlı uşaqların həyat və sağlamlığının yol qəza hadisələrindən qorunması ilə bağlı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə hər il ənənəvi olaraq dərs ili başlanan zaman "Diqqət uşaqlar" adı altında təhlükəsizlik aylığının keçirilməsi ilə bağlı tədbir yekunlaşıb. Artıq Nərimanov rayon 34 saylı məktəbin "Sürücülər" adlı komandası aylıq çərçivəsində bütün nominasiyalar üzrə qalib olub. Onların bilik və bacarıqları kütləvi informasiya vasitələri ilə yayımlanıb. Hal hazırda həmin azyaşlı uşaqların yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə təbliğat etmək istəyi oxucuların nəzərinə çatdırılır. Azyaşlı uşaqlar yol hərəkəti iştirakçılarına müraciət edib. Həmin müraciəti təqdim edirik:

 

 
“Heydər Əliyev və Azərbaycanın daxili işlər orqanları” - FOTO
Akademiyada gənc əməkdaşlarla görüş

Oktyabrın 24-də Daxili İşlər Nazirliyinin A.Heydərov adına Sıravi və kiçik rəis heyəti hazırlayan Məktəbində Nazirliyin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev polisdə ilk addımlarını atan gənc dinləyicilərə “Heydər Əliyev və Azərbaycanın daxili işlər orqanları” mövzusunda mühazirə oxuyub.         Vurğulanıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Gənclər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub, onların inkişafına hər cür şərait yaradılıb. Dövlətimizin başçısı gənclərimizi qayğılandıran məsələlərlə daim maraqlanır, dövlət orqanlarında, o cümlədən hüquq-mühafizə sistemində rəhbər vəzifələrə gənc kadrların irəli çəkilməsinə üstünlük verir.
Daxili işlər orqanlarında da gənc əməkdaşlara diqqət və qayğı ilə yanaşıldığını qeyd edən R.Qarayev bildirib ki, bu gün şəxsi heyətin 43 faizini yaşı 30-adək olan gənclər təşkil edir, 90 gənc əməkdaş rəhbər vəzifələrdə çalışır.
Qeyd olunub ki, müstəqilliyimizin 28-ci ilini qeyd etdiyimiz bu əlamətdar günlərdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyevin xatirəsinə xalq hörməti və ehtiramının ifadə edilməsi xüsusi məna və əhəmiyyət kəsb edir. Xalqın on illərlə arzusunda olduğu müstəqilliyin qorunması, saxlanılması, əsl milli dəyərə və nemətə çevrilməsi, müstəqilliyin ali ifadəsi sayılan dövlətin qurulması müstəsna olaraq ümummilli liderin titanik fəaliyyəti sayəsində mümkün olub. Möhtərəm dövlət rəhbərimizin başçılığı ilə davam edən bu siyasət nəticəsində dövlətçiliyimiz möhkəmlənmiş, iqtisadi əsasları daha da inkişaf edib.
Vurğulanıb ki, hüquq-mühafizə orqanlarında çalışan gənclər müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönələn, sabitliyin pozulması niyyəti güdən hər hansı təxribatın qarşısını almağa hazırdırlar. Bu gün hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında xidmət edən gənc əməkdaşlar qarşısında, həmçinin müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, dövlətçiliyin inkişaf etdirilməsi, sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması sahəsində ciddi vəzifələr dayanır. Ölkənin Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazovun dediyi kimi: “Sabitliyin təmin olunması kursu üzərimizə məsul vəzifələr qoyur”.
Tədbirdə məktəbin rəis müavini, polis polkovniki Çərkəz Hüseynov və şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovniki Fuad Əliyev çıxış ediblər.

Image may contain: sky, mountain, outdoor and nature
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, Bakı-Tbilisi-Qars dəmir yolunun yaratdığı imkanlardan istifadə edərək, irihəcmli tranzit yükləri nəql etməkdə davam edir.
Bu dəfə ADY Express, Maqnitoqorsk Metallurgiya kombinatının (MMK) təyin etdiyi logistik şirkət - Rusiyanın “Pervaya Transportnaya Logistiçeskaya Kompaniya” və Gürcüstandakı tərəfdaş şirkəti olan “GR Logistics and Terminals” ilə birgə MMK-ya məxsus irihəcmli yükü - polad lövhələri, nəql etməyə müvəffəq olub. Daşınan yükün həcmi isə 2232 ton və ya 36 vaqon təşkil etdi. Razılaşmaya əsasən, Rusiyanın “Maqnitoqorsk-Qruzovoy” stansiyasından yola salınan yük Azərbaycandan keçərək Gürcüstanın Alxalkallaki stansiyasına çatdırılıb. Həmin stansiyaya gələn Türkiyəyə məxsus vaqonlara aşırılan yük, daha sonra Qarsa oradan isə Türkiyənin Payas stansiyasına çatdırılıb. Mürəkkəb loqistik əməliyyatı logistik şirkətlərin birgə səyi nəticəsində həyata keçirmək mümkün olub.
Beləliklə, yük qatarı 5 min km yaxın məsafəni, 17 günə qət edərək Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatıb.
Maqnitoqorsk Metallurgiya kombinatı ilə bundan sonra da əməkdaşlıq davam edəcək. Şirkətə məxsus daha böyük həcimdə yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql etməyə nəzərdə tutulur.
Nəqliyyatda Su Polis İdarəsi təcili reydlərə başlayıb
Sadalanan ərazilərdə il ərzində vaxtaşırı proflaktik tədbirlər keçirilir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi respublika ərazisində təcili reydlərə başlayıb.

İdarədən Yol-xeber.az-a verilən məlumata görə, həyata keçirilən güclü reydlər zamanı Su polisləri Qaradağ-Hacıqabul istiqamətində yol kənarında antisanitar şəraitdə və öz həyatlarını təhlükəyə ataraq balıq satışı həyata keçirənlərlə maarifləndirmə edib.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bildirib ki, yol kənarında bu cür antisanitar şəraitdə balıq satışının həyata keçirilməsi insanlar üçün çöx təhlükəlidir: “Siz burada satış etməklə, həm öz həyatınızı, həm də insanların həyatını təhlükəyə atırsınız. Maşınların tüstüsü altında, kim harada istəyir bu satışı həyata keçirməyiniz məsləhətli deyil. Bu şəraitdə balıq satmaq olmaz”.

 

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərlə ciddi-cəhdlə mübarizələr həyata keçirir.

İdarənin məlumatında qeyd edilib ki, Su Polisi tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti əməliyyatların icrasına başlanılıb. Reydlər əsasən antisanitar qaydada balıqların hisə verildiyi məkanları aşkar etmək, eləcə də balıqların elektrik naqili ilə kütləvi məhv edilməsinin qarşısnın alınması, qanunsuz körpülərin salınması, eləcə də qanunsuz şəkildə saxta qara kürülərin satışının təşkili, göllərdə süni şəkildə dərmanlarla qidalandırılaraq böyüdülən balıqların bazarlarda satışının, restoran və kafelərdə istifadəsinin qarşısının alınması üzrə gücləndirilmiş rejimdə reydlər aparılır.

Bu reydlərə eləcə də balıqların süni və antisanitar şəraitdə saxlanılması üçün yaradılan qanunsuz göllər və vətəgələr, su hövzələri də daxildir.

Su Nəqliyyatında Polis İdarəsi bununla yanaşı, dəniz kənarında yerləşən restoranlardan dənizə çirkli suların axıdılması, dəniz qumunun və balıqqulaqlarının oğurlanması faktları ilə də mübarizə aparır.

İdarədən verilən məlumatda o da qeyd olunur ki, qanunsuz ov alətlərindən istifadə ilə bağlı, eləcə də sadalanan digər qanun pozuntuları ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək. Qanunu pozanlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəza və cərimələr tətbiq ediləcək. Su Nəqliyyatında Polis İdarəsi əhalini qanunlara riayət etməyə səsləyir.

Qeyd edək ki, artıq start götürən reydlər davamlı olaraq həyata keçiriləcək.

Onu da qeyd edək ki, Qızılağac Dövlət Qoruğu, Abşeron Dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq Təsərrüfatı, eləcə də Şərbətgöl, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Sadalanan ərazilərdə il ərzində vaxtaşırı proflaktik tədbirlər keçirilir və ovçulardan ov qaydalarına riayət olunması barədə söhbətlər aparılır.

Xəbər lenti