Yol polisi Qaxda təhlükəsizliyi aylığı çərçivəsində tədbir keçirib - FOTO
Tədbir çərçivəsində nümunəvi sürücülərə məktəblərin diplomları təqdim edilib

Qax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları hərəkətin intensivliyinin çox olduğu küçə və yollarda "Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə çıxış edən yol polisinin əməkdaşları bildiriblər ki, küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur. Buna görə də təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsi və şagirdlərə yol hərəkəti haqqında məlumatların verilməsi önəmli məsələlərdəndir.

Daha sonra maarifləndirici aksiya avtomobillərin daha çox hərəkət etdiyi küçələrdə davam etdirilib. Burada şagirdlərə yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etmələri əyani şəkildə göstərilib. Bundan əlavə, hərəkət iştirakçıları olan sürücülərlə profilaktik söhbətlər aparan polis əməkdaşları onlara nəqliyyat vasitələrini idarə edən zaman diqqətli olmalarının və keçidlərdə piyadalara yol vermələrinin zəruriliyini bildiriblər.Tədbir çərçivəsində nümunəvi sürücülərə məktəblərin diplomları təqdim edilib.

Yol polisi Qaxda təhlükəsizliyi aylığı çərçivəsində tədbir keçirib - FOTO
Yol polisi11 Oktyabr 2019 20:24235 dəfə oxunub
Yol polisi Qaxda təhlükəsizliyi aylığı çərçivəsində tədbir keçirib - FOTO
Tədbir çərçivəsində nümunəvi sürücülərə məktəblərin diplomları təqdim edilib

Qax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları hərəkətin intensivliyinin çox olduğu küçə və yollarda "Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə çıxış edən yol polisinin əməkdaşları bildiriblər ki, küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur. Buna görə də təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirilməsi və şagirdlərə yol hərəkəti haqqında məlumatların verilməsi önəmli məsələlərdəndir.

Daha sonra maarifləndirici aksiya avtomobillərin daha çox hərəkət etdiyi küçələrdə davam etdirilib. Burada şagirdlərə yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etmələri əyani şəkildə göstərilib. Bundan əlavə, hərəkət iştirakçıları olan sürücülərlə profilaktik söhbətlər aparan polis əməkdaşları onlara nəqliyyat vasitələrini idarə edən zaman diqqətli olmalarının və keçidlərdə piyadalara yol vermələrinin zəruriliyini bildiriblər.

 

Tədbir çərçivəsində nümunəvi sürücülərə məktəblərin diplomları təqdim edilib.

 

Namiq

 
Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
“Əhalinin də hibrid və elektromobillərə meyli var, ancaq rüsumlar...”

Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir. Avtosfer.az xəbər verir ki, bu sözləri lent.az-a avtomobil üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, bu ilin yanvar-avqust aylarında idxalın iki dəfə artması da məhz köhnə avtomobillərin tədricən istismardan çıxması ilə bağlıdır: "İdxalın artmasının əsas səbəbi köhnə maşınların tezliklə sıradan çıxarılmasının gündəmdə olmasıdır. Çünki artıq bununla bağlı Prezident İlham Əliyev tərəfindən 5 illik dövlət proqram da təsdiqlənib. Buna əsasən yaxın vaxtlarda bu utilizasiya proqramı həyata keçiriləcək. Artıq insanlar da başa düşürlər ki, köhnə maşınlardan yaxa qurtarmaq lazımdır. Qeyd etmək istəyirəm ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı artıb. Çünki bəzi taksi şirkətləri öz fəaliyyətini genişləndirir. Turistlər çox gəldikcə, artan tələbatı qarşılamaq üçün sərnişindaşıma şirkətləri mikroavtobusların sayını artırır. Bu səbəbdən də taksi şirkətləri üçün nisbətən ucuz və təzə maşınların alınmasına üstünlük verilir. Məsələn, Çin və Koreya istehsalı olan avtomobillərə taksi şirkətləri daha çox üstünlük verirlər. Mühərrikin həcmi az, ancaq təzə olduğu üçün insanlar artıq onlara keçid edirlər. İdxaldakı artım bunlarla bağlıdır.

Avtomobil idxalındakı artımlara hibrid və elektromobillərin idxalının da təsir edəcəyi gözlənilir. Bunun üçün gömrük rüsumlarına baxmaq lazımdır ki, o tipli avtomobillərin sayı artırılsın. Əhalinin də hibrid və elektromobillərə meyli var, ancaq rüsumlar digərlərindən fərqlənmədiyi üçün o avtomobillər az gətirilir".

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində ölkəyə 26 695 avtomobil gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz çoxdur. Gətirilənlərin 24 088-i minik avtomobilidir. Bu rəqəm də 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə iki dəfə çoxdur. İdxal məbləğinə gəldikdə, həm avtomobillər, həm də ehtiyat hissələri üçün sərf olunan pul 749.131 milyon manatdır. Bu isə ötən ilin analoji dövrünə nisbətən 35.3 faiz çoxdur.

Naxçıvanın dəmir yolu nəqliyyatında 255 min 377 ton yük daşınıb
Bildirilib ki, ilin 3 rübündə dəmir yolu ilə 255 min 377 ton yük daşınıb. Bu il xidməti ərazidə zəruri infrastrukturların yaradılması və maddi-texniki təminatın yaxşılaşdırılması məqsədilə Ordubad-Culfa sahəsində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunması məqsədilə 1 ədəd ÇME-3 seriyalı 6069 saylı yeni manevr teplovozu Gürcüstan və Türkiyə üzərindən keçməklə muxtar respublikaya gətirilib.Cari ilin ötən 9 ayında Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatından 121 min 106 sərnişin istifadə edib. Avtosfer.az xəbər verir ki, bu barədə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.
Yol Polisinin Bakı-Sumqayıt yolu ilə bağlı xəbərdarlığı
Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.
Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyevin Avtosfer.az-a verdiyi məlumata görə, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5 -ci kilometrindən 11.5 -ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.Hərəkət qismən məhdudlaşdırılacaq


Regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şabran rayonunda 25 km uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir.

 

Söhbət Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6m hərəkət hissə, 2x2m çiyin hissələr) yenidən qurulur. 

 

Şabran rayonunun Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu torpaq əsasdan-çınqıl örtükdən ibarət olmaqla keçən əsrdə salınıb və əsaslı təmir olmadan istismar olduğundan nəqliyyat vasitələrinin intensiv hərəkətində çətinliklər yaranmışdır. Hazırda bu çətinliklər geridə qalır.

 

Tikinti layihəsinə uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, qruntun hissə-hissə avtoqreyderlə yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi üçün dağ yamacının kəsilməsi işləri də görülüb.

 

Torpaq yatağının tikintisi bitən kimi optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işlərinə başlanılıb.  

 

Marşrut boyu 16 ədəd yararsız hala düşmüş müxtəlif diametrli dairəvi suötürücü dəmir-beton boruların yeniləri ilə əvəz edilməsi və izolyasiyası işləri aparılıb. Bundan başqa 2 yerdə düzbucaqlı su keçidi, həmçinin 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpünün tikintisi də layihə üzrə yerinə yetirilib.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol boyu iri (7sm) və xırda (5sm) dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işlərinin aparılmasına da start verilib. Asfaltlanma işləri yolun 150 min kv.m-dən çox sahəsini əhatə edir.

 

Yenidənqurma işləri texnoloji ardıcıllığa uyğun olaraq, birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

 

Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

 

Qeyd edək ki, 25 km uzunluğunda olan yol torpaq əsaslı və çınqıl örtüklü idi. Uzun illər istismar olunmasına baxmayaraq yol indiyə qədər yenidən qurulmamışdı. Hətta yolun bəzi hissələrinin IV texniki dərəcəyə uyğunlaşdırılması üçün torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Bu üzdən Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə etməklə 4 minə yaxın vətəndaşın rayon mərkəzinə, ordan da respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, marşrut boyu kənd təsərrüfatı və turizmin daha da inkişaf etməsinə, yeni turizm marşrutların yaranmasına şərait yaradacaq.

 
 
Bakı-Gəncə sürət elektrik qatarının marşrutu Ağstafaya qədər uzadıla bilər
Balakən istiqamətində iki yeni deponun istifadəyə verilməsini planlaşdırır
“Azərbaycan Dəmir Yolları" QSC-nin gələcək hədəfləri açıqlanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Ağstafaya qədər uzadılmasını, Balakən istiqamətində dəmir yolu xəttinin yenidən qurulmasını, dəmir yolunda elektrikləşdirmənin səviyyəsinin artırılmasını, iki yeni deponun istifadəyə verilməsini planlaşdırır.
DİQQƏT! Hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik
ADY sürətli elektrik qatarlarının sayını artırırBu ilin sonuna qədər “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkətindən daha 2 sürət elektrik qatarı alacaq. Yol-xeber.az xəbər verir ki, bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib. Sədr İsveçrə qatarlarının MDB ölkələrində istehsal olunan qatarlarla müqayisədə kəskin baha alınmasına da münasibət bildirib: “Stadler” qatarlarını Rusiya və Belarus qatarları ilə eyniləşdirmək olmaz. İsveçrə qatarlarında 40 ədəd səsboğucu var, halbuki, Rusiya qatarlarında ondan cəmi 2 ədəd olur”.
Daha iki rayona gecə reysləri açılacaq

18 oktyabr tarixindən etibarən Mingəçevir və Şəki istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq. Avtosfer.az xəbər verir ki, avtobuslar hər gün qeyd olunan saatlarda yola düşəcək. 

• Bakı - Mingəçevir  - 23:30
• Mingəçevir - Bakı - 01:00
• Bakı - Şəki  - 23:30
• Şəki - Bakı  - 23:30

Biletlər bu gündən satışdadır. Sərnişinlər biletləri qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün əvvələ kimi və ya gündəlik, eyni zamanda “avtovagzal.az” saytı və ya mobil tətbiq üzərindən “onlayn” qaydada əldə edə bilərlər. 
Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra 1 oktyabr tarixindən etibarən bərpa olunub. Sərnişinlər artıq Gəncə və Qırmızı Körpü istiqamətləri ilə yanaşı Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir. Bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Nəsimi rayonu Asif Məhərrəmov küçəsi əsaslı şəkildə yenidən qurulub.

 

Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən asfalt-beton örtükdə deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkət intensivliyinə mənfi təsir göstərirdi. Küçənin yenidən qurulması ilə bu problem geridə qalıb.

 

Əsaslı şəkildə yenidən qurulan Asif Məhərrəmov küçəsinin uzunluğu 1.1 km, eni isə ortalama 20 m təşkil edir (hər istiqamət üzrə 10 m).   

 

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 6 min kv.m mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 3872 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb, ayrıcı zolaq asfaltlanıb.

 

Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı 20 min kv.m-dən çox sahədə frezlənərək kənara daşınıb. Küçə boyu su və qaz xətləri aidiyyəti qurumlar tərəfindən yenilənib. Bunun ardınca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib.

 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Asfaltlanma işləri 22.5 min kv.m sahəni əhatə edib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq, yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq  Asif Məhərrəmov küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

 
 

Xəbər lenti