“Heydər Əliyev və Azərbaycanın daxili işlər orqanları” - FOTO
Akademiyada gənc əməkdaşlarla görüş

Oktyabrın 24-də Daxili İşlər Nazirliyinin A.Heydərov adına Sıravi və kiçik rəis heyəti hazırlayan Məktəbində Nazirliyin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev polisdə ilk addımlarını atan gənc dinləyicilərə “Heydər Əliyev və Azərbaycanın daxili işlər orqanları” mövzusunda mühazirə oxuyub.         Vurğulanıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Gənclər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub, onların inkişafına hər cür şərait yaradılıb. Dövlətimizin başçısı gənclərimizi qayğılandıran məsələlərlə daim maraqlanır, dövlət orqanlarında, o cümlədən hüquq-mühafizə sistemində rəhbər vəzifələrə gənc kadrların irəli çəkilməsinə üstünlük verir.
Daxili işlər orqanlarında da gənc əməkdaşlara diqqət və qayğı ilə yanaşıldığını qeyd edən R.Qarayev bildirib ki, bu gün şəxsi heyətin 43 faizini yaşı 30-adək olan gənclər təşkil edir, 90 gənc əməkdaş rəhbər vəzifələrdə çalışır.
Qeyd olunub ki, müstəqilliyimizin 28-ci ilini qeyd etdiyimiz bu əlamətdar günlərdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyevin xatirəsinə xalq hörməti və ehtiramının ifadə edilməsi xüsusi məna və əhəmiyyət kəsb edir. Xalqın on illərlə arzusunda olduğu müstəqilliyin qorunması, saxlanılması, əsl milli dəyərə və nemətə çevrilməsi, müstəqilliyin ali ifadəsi sayılan dövlətin qurulması müstəsna olaraq ümummilli liderin titanik fəaliyyəti sayəsində mümkün olub. Möhtərəm dövlət rəhbərimizin başçılığı ilə davam edən bu siyasət nəticəsində dövlətçiliyimiz möhkəmlənmiş, iqtisadi əsasları daha da inkişaf edib.
Vurğulanıb ki, hüquq-mühafizə orqanlarında çalışan gənclər müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönələn, sabitliyin pozulması niyyəti güdən hər hansı təxribatın qarşısını almağa hazırdırlar. Bu gün hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında xidmət edən gənc əməkdaşlar qarşısında, həmçinin müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, dövlətçiliyin inkişaf etdirilməsi, sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması sahəsində ciddi vəzifələr dayanır. Ölkənin Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazovun dediyi kimi: “Sabitliyin təmin olunması kursu üzərimizə məsul vəzifələr qoyur”.
Tədbirdə məktəbin rəis müavini, polis polkovniki Çərkəz Hüseynov və şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovniki Fuad Əliyev çıxış ediblər.

Image may contain: sky, mountain, outdoor and nature
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, Bakı-Tbilisi-Qars dəmir yolunun yaratdığı imkanlardan istifadə edərək, irihəcmli tranzit yükləri nəql etməkdə davam edir.
Bu dəfə ADY Express, Maqnitoqorsk Metallurgiya kombinatının (MMK) təyin etdiyi logistik şirkət - Rusiyanın “Pervaya Transportnaya Logistiçeskaya Kompaniya” və Gürcüstandakı tərəfdaş şirkəti olan “GR Logistics and Terminals” ilə birgə MMK-ya məxsus irihəcmli yükü - polad lövhələri, nəql etməyə müvəffəq olub. Daşınan yükün həcmi isə 2232 ton və ya 36 vaqon təşkil etdi. Razılaşmaya əsasən, Rusiyanın “Maqnitoqorsk-Qruzovoy” stansiyasından yola salınan yük Azərbaycandan keçərək Gürcüstanın Alxalkallaki stansiyasına çatdırılıb. Həmin stansiyaya gələn Türkiyəyə məxsus vaqonlara aşırılan yük, daha sonra Qarsa oradan isə Türkiyənin Payas stansiyasına çatdırılıb. Mürəkkəb loqistik əməliyyatı logistik şirkətlərin birgə səyi nəticəsində həyata keçirmək mümkün olub.
Beləliklə, yük qatarı 5 min km yaxın məsafəni, 17 günə qət edərək Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatıb.
Maqnitoqorsk Metallurgiya kombinatı ilə bundan sonra da əməkdaşlıq davam edəcək. Şirkətə məxsus daha böyük həcimdə yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql etməyə nəzərdə tutulur.
Nəqliyyatda Su Polis İdarəsi təcili reydlərə başlayıb
Sadalanan ərazilərdə il ərzində vaxtaşırı proflaktik tədbirlər keçirilir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi respublika ərazisində təcili reydlərə başlayıb.

İdarədən Yol-xeber.az-a verilən məlumata görə, həyata keçirilən güclü reydlər zamanı Su polisləri Qaradağ-Hacıqabul istiqamətində yol kənarında antisanitar şəraitdə və öz həyatlarını təhlükəyə ataraq balıq satışı həyata keçirənlərlə maarifləndirmə edib.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bildirib ki, yol kənarında bu cür antisanitar şəraitdə balıq satışının həyata keçirilməsi insanlar üçün çöx təhlükəlidir: “Siz burada satış etməklə, həm öz həyatınızı, həm də insanların həyatını təhlükəyə atırsınız. Maşınların tüstüsü altında, kim harada istəyir bu satışı həyata keçirməyiniz məsləhətli deyil. Bu şəraitdə balıq satmaq olmaz”.

 

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərlə ciddi-cəhdlə mübarizələr həyata keçirir.

İdarənin məlumatında qeyd edilib ki, Su Polisi tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti əməliyyatların icrasına başlanılıb. Reydlər əsasən antisanitar qaydada balıqların hisə verildiyi məkanları aşkar etmək, eləcə də balıqların elektrik naqili ilə kütləvi məhv edilməsinin qarşısnın alınması, qanunsuz körpülərin salınması, eləcə də qanunsuz şəkildə saxta qara kürülərin satışının təşkili, göllərdə süni şəkildə dərmanlarla qidalandırılaraq böyüdülən balıqların bazarlarda satışının, restoran və kafelərdə istifadəsinin qarşısının alınması üzrə gücləndirilmiş rejimdə reydlər aparılır.

Bu reydlərə eləcə də balıqların süni və antisanitar şəraitdə saxlanılması üçün yaradılan qanunsuz göllər və vətəgələr, su hövzələri də daxildir.

Su Nəqliyyatında Polis İdarəsi bununla yanaşı, dəniz kənarında yerləşən restoranlardan dənizə çirkli suların axıdılması, dəniz qumunun və balıqqulaqlarının oğurlanması faktları ilə də mübarizə aparır.

İdarədən verilən məlumatda o da qeyd olunur ki, qanunsuz ov alətlərindən istifadə ilə bağlı, eləcə də sadalanan digər qanun pozuntuları ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək. Qanunu pozanlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəza və cərimələr tətbiq ediləcək. Su Nəqliyyatında Polis İdarəsi əhalini qanunlara riayət etməyə səsləyir.

Qeyd edək ki, artıq start götürən reydlər davamlı olaraq həyata keçiriləcək.

Onu da qeyd edək ki, Qızılağac Dövlət Qoruğu, Abşeron Dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq Təsərrüfatı, eləcə də Şərbətgöl, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Sadalanan ərazilərdə il ərzində vaxtaşırı proflaktik tədbirlər keçirilir və ovçulardan ov qaydalarına riayət olunması barədə söhbətlər aparılır.

Avtobus sürücülərinin özbaşınalığına necə son qoyulacaq? - DANX-dan CAVAB - VİDEO
Həmin sürücülərə qarşı tətbiq edilən bəzi cəzalar heç də effektli təsirə malik olmur

“İctimai nəqliyyat sürücüsü sərnişinlə dolu avtobusla yanacaqdoldurma məntəqəsinə girərsə, dərhal işindən azad olunur”. Bu fikirləri Yenicag.az-a açıqlamasında bəzi marşrut avtobusları sürücülərinin yol verdikləri davamlı qayda pozuntularına son qoymalarının yolları haqda danışan Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

DANX rəsmisinin sözlərinə görə, həmin sürücülərə qarşı tətbiq edilən bəzi cəzalar heç də effektli təsirə malik olmur.

Sözügedən mövzuya həsr olunan videomaterialı təqdim edirik:

 

Bakıda REYD: avtoxuliqanlıq edən sürücülər saxlanılıb - VİDEO
Yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə tədbirləri davam etdiriləcək

Gecə saatlarında Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakı şəhərində qayda pozan sürücülərlə qarşı reyd keçirilib. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, şəhərin sükutunu pozan “VAZ 2107” markalı avtomobilin sürücüsü polislərin “saxla” əmrinə tabe olmayıb. Qayda pozan sürücü Yasamal rayonu ərazisində işıqvurma cihazlarının nasazlığı ilə əlaqədar Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib.

Sürücü əmrə məhəl qoymayaraq, nəqliyyat vasitəsini Həsən bəy Zərdabi küçəsində yüksək sürətlə idarə etməyə başlayıb. Bu azmış kimi, dırnaqarası qəhrəman avtomaşını ilə əks istiqamətli yolda hərəkət edib. Sonda nəqliyyat vasitəsi Tbilisi prospektində Yol patrul Xidmətinin əməkdaşları tərəfindən yaradılan süni tıxac vasitəsilə saxlanılıb. Sürücü Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə təhvil verilib. Məlum olub ki, avtoxuliqanlıq əməlini törədən şəxs Həsənov Şahin Fazil oğludur.

O, bir müddət əvvəl sürücülük hüququndan məhrumda edilib. Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirib. Sürücü isə inzibati xətalar məcləsinin 511-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.

 

Digər bir qayda pozuntusu isə Səbail rayonunda qeydə alınıb. Belə ki, zərif cinsin nümayəndəsi idarəetməsində olan “Hyundai” markalı avtomobillə Neftçilər prospektində manevr qaydalarını klobud şəkildə pozub. Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları həmin sürücüyə “saxla” əmri verib. Xanım sürücü əmrə məhəl qoymayıb. Sonda Post Patrul Xidmətinin əməkdaşları ilə birgə yol polisi xanımın idarə etdiyi avtomboili saxlaya bilib.

Sürücü heç bir sənədə təqdim etməyib. O, inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı maarifləndirmə tədbirləri davam etdiriləcək.

 

Bakıdan Avropaya ilk konteyner qatarı yola salınacaq - VİDEO
Qatar “China Railway Express”ə məxsusdur

Çinin Xi’an şəhərindən Çex Respublikası paytaxtı Praqaya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TİTR) vasitəsilə 42 konteyner daşıyacaq qatar Bakı – Tbilisi – Qars yolu ilə, daha sonra da Bosfor (İstanbul) boğazı altından keçən “Marmaray” xətti vasitəsilə Avropaya gedəcək ilk yük qatarı olacaq. “Yol-xeber.az” xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 5-də İstanbulda qarşılanma mərasimi keçiriləcək qatar “China Railway Express”ə məxsusdur.

Operatoru "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi" Assosiasiyası olan marşrut TİTR-in üzvü olan Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçir.

Qeyd edək ki, aprel ayında Pekində keçirilən “Bir kəmər, bir yol” (“Belt and Road”) Beynəlxalq İqtisadi forumu zamanı TİTR Assosiasiyasına daxil olan “ADY Container LLC” ilə Çinin “Xi”an Continental Bridge International Logistics” şirkəti arasında imzalanan müqaviləyə əsasən, tərəflər cari ilin sonunadək 30 konteyner qatarı yola salmağı öhdəliklərinə götürüblər. Bu qatarların 20-si artıq göndərilib.

"Digər qurumlar da BNA-nın nümunəvi fəaliyyətindən örnək götürsünlər"

Son vaxtlar Bakı Nəqliyyat Agentliyinin (BNA)  paytaxtın nəqliyyat həyatında nəzərəçarpacaq islahatlar həyata keçirdiyi, mühüm yeniliklərə imza atdığı hər kəsə bəllidir. Paytaxtın avtobus parkının günün müasir tələblərinə uyğun olaraq sürətlə yenilənməsi, sərnişindaşıma prosesinə beynəlxalq standartlara cavab verən avtobusların cəlb edilməsi, əlil vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinin təmin olunması, nəqliyyatın fəaliyyətinin daha mütəşəkkil şəkildə təşkili və s. BNA-nın cəmiyyətdə rəğbətlə qarşılanan uğurları sırasındadır.

Moderator.az-a açıqlamasında BNA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən millət vəkili Eldar İbrahimov da, sözügedən qurumun paytaxtın nəqliyyat həyatına gətirdiyi yeniliklərin qürurverici olduğunu vurğuladı:

 

“Şübhəsiz, BNA yüksək səviyyədə fəaliyyət göstərən bir qurumdur. Bu bir faktdır ki, BNA qısa zamanda ölkəmizdə nəqliyyat mədəniyyətini formalaşdıran, bu mədəniyyətin daşıyıcısı olan quruma çevrilib. Mən BNA-nın fəaliyətini təqdir edir, alqışlayıram. Paytaxta yeni avtobusların gətirilməsi, avtobus parkının yenilənməsi, sağlamlıq problemi olan vətəndaşlarımızın ictimai nəqliyyatdan istifadəsinin asanlaşdırılması, onlar üçün daha rahat şəraitin yaradılması və s. BNA-nın həyata keçirdiyi mühüm islahatlar sırasına daxildir.

Xatırladım ki, prezidentimiz bir müddət əvvəl BNA-nın “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak etdi, görülən işləri yüksək qiymətləndirdi. Heç kimə sirr deyil ki, bütün bu işlər ölkə başçısının diqqət və qayğısı nəticəsində həyata keçirilir. Məhz cənab prezidentin səyi və qayğısı nəticəsində bu cür irimiqyaslı layihələri həyata keçirmək mümkün olub. Sevindiricidir ki, BNA rəhbərliyi də ölkə başçısı tərəfindən qarşıya qoyulan tələbləri yüksək səviyyədə yerinə yetirir. Görülən işlərin arxasında zəngin təcrübənin dayandığı özünü hiss etdirir. Bu baxımdan BNA rəhbərliyinin əməyi qeyd olunmalıdır. BNA-nın həqiqətən də mühüm və faydalı işlər gördüyü göz önündədir.

Arzu edərdim ki, sərnişin daşınması ilə məşğul olan digər qurumlar da BNA-nın nümunəvi fəaliyyətindən örnək götürsünlər. Çünki BNA xalqa, vətəndaşa necə xidmət etmək gərəkdiyini göstərir. BNA bu məsələdə örnəkdir və istənilən halda onun təcrübəsinin öyrənilməsində fayda var”.

Bu küçə 4 gün bağlı olacaq — Sürücülərin diqqətinə!

Aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 17-dən 18-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində də avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq.
"Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərinfən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik".
DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq
Sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Yol-xeber.az “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir. Sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş olunur.

Şəki DYP müsabiqə keçirib - FOTO
8 nəfər mükafat alıb

Şəki Dövlət Yol Polisi 14 Oktyabr 2019-cu il tarixdə Yol Hərəkəti Qaydaları barədə şəhər məktəbləri arasında şeir müsabiqəsi keçirdi.
Müsabiqəyə, Təhsil Şöbəsi tərəfindən şəhər məktəblərindən ümumilikdə 8 şagird seçilərək təqdim edilib.
Müsabiqə, Yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının məqsədlərinə uyğun olaraq,eləcə də cari ilin sentyabr ayının 15-dən oktyabr ayının 15-dək Respublika ərazisində "Diqqət, uşaqlar!"adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilməsi barədə Daxili İşlər Nazirliyinin 28 avqust 2019-cu il tarixli müvafiq göstərişinin icrası ilə əlaqədar Təhsil Şöbəsi ilə razılaşdırılmış şəkildə keçirilib.
Tədbirdə, Şəki Dövlət Yol Polis Bölməsinin rəisi,Polis mayoru Şəhmir Uluxanov,bölmənin təbliğat və təşviqat üzrə inspektoru,polis baş leytenantı Tural Niftalıyev,Şəki şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Ziyad Əliəkbərli,Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova,müavini Elxan Abdullayev və metodist Anar Məmmədov iştirak ediblər. Bundan əlavə tədbirdə,müsabiqəyə qatılmış məktəblərin müəllimləri,şagirdləri və müsabiqə iştirakçısı olan şagirdlərin valideynləri də iştirak ediblər.
Müsabiqənin qalibləri (1,2 və 3-cü yer üzrə) Şəki Dövlət Yol Polisi tərəfindən "Fəxri Fərman"la təltif olunub. Dövlət Yol Polisi tərəfindən 8 müsabiqə iştirakçısının hər birinə hədiyyələr verilib.

 

 

Xəbər lenti