|
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla Komissiyanın üzvləri siyahısından Fikrət Məmmədov çıxarılıb. Həmin siyahıya ədliyyə naziri Fərid Əhmədov əlavə olunub.
"Son günlərdə İran-Azərbaycan arasındakı münasibətlərin yenidən gərginləşməsi və bunun hətta toqquşma səviyyəsinə gəlib çatması haqqında səslənən fikirlərlə razı deyiləm. İndiki halda bunun üçün hər hansı səbəb görmürəm. Əksinə, biz Tehran-Bakı münasibətlərinin yaxşılamasını müşahidə etməkdəyik".
Bunu Ölkə.Az-a açıqlamasında siyasi ekspert Rizvan Hüseynov bəzi ekspertlərin İran-Azərbaycan arasındakı münasibətlərin yenidən toqquşma səviyyəsinədək qalxacağı barədə səsləndirdikləri fikirləri şərh edərkən deyib.
Ekspert bildirib ki, bu gün Tehran-İrəvan münasibətləri gərginləşir. "Buna da səbəb İrəvanın sürətlə xarici siyasi kursunda kəskin dəyişikliklər edib Qərbə yaxınlaşmasıdır. Bu gün İrəvan və onun arxasında duran Qərb Rusiya və İranı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. Düzdür, Rusiya hələlik Ermənistanla elə də sərt formada davranmır. Çünki bilir ki, bunun fəsadları ola bilər. Digər tərəfdən isə Ukraynada müharibənin getdiyi bir zamanda Cənubi Qafqaza diqqət ayıra bilməyəcək. Qərb də bunu yaxşı başa düşür və fürsətdən faydalanaraq planlarını reallaşdırmağa çalışır", - o qeyd edib.
O əlavə edib ki, Ermənistan tarixən kimdənsə və hansısa ölkədən asılı vəziyyətdə olub: "Ermənistan bu gün iqtisadi cəhətdən tamamilə Rusiyadan asılı olan ölkədir. İndi də bir müstəqil dövlət kimi formalaşa bilmir və yaxud da özü istəmir. İstəyir ki, kimdənsə asılı olsun. Kimlərsə onun əvəzində problemlərini həll etsin. Bax, 5 apreldə keçiriləcək Ermənistan-ABŞ-Aİ görüşünün məqsədi də budur. Bu görüşdə Qərb məqsədyönlü şəkildə Aİ-nin iqtisadi və maliyyə cəhətdən lokomotivi olan Almaniyanı Cənubi Qafqazdakı proseslərə cəlb edirlər. Fransa İrəvana siyasi, Vaşinqton hərbi-siyasi dəstək verəcək. Almaniya isə iqtisadi, maliyyə, texnoloji cəhətdən Ermənistana dəstək olacaq. Bununla da çalışırlar ki, Rusiya Ermənistan ciddi problem yarada bilməsin. Bu yolla da Rusiyanın bölgədən çıxarılmasına nail olmaq istəyirlər. Lakin burada başqa bir problem ortaya çıxır. Bu da ondan ibarətdir ki, Qərb zamanında Gürcüstan və Ukraynaya da belə bir dəstəyi verib. Amma nəticəsi heç də yaxşı olmayıb. Qərb əvvəlcə Gürcüstanı Rusiya ilə qarşı-qarşıya tək qoydular, indi də Ukraynanı tək qoymaqdadırlar. Təssüflər olsun ki, Ermənistanın başıboş rəhbələri bunu anlamır, yaxud da anlamaq istəmir. Çünki bölgədə çox təhlükəli bir vəziyyət yarana bilər.
Azərbaycan isə bölgədə Rusiya ilə Qərb arasında qarşıdurmanın yaranmasını istəmir. Bu bölgə üçün yaxşı heç nə vəd etmir. O baxımdan Tehran da vəziyyəti yaxşı anlayır. O da Qərbin bölgədə möhkəmlənməsini istəmir və buna qarşı çıxır. Mən deyərdim ki, yaranmış durumda Tehran, Bakı, Moskva və Ankara demək olar, eyni mövqedən çıxış edirlər. Odur ki, yaranmış durumda biz Tehranla Bakı arasında münasibətlərin inkişaf etdiyinin, İrəvanla isə münasibətlərinin kəskinləşməsini müşahidə etməkdəyik. Tehran Qərbi bölgəyə gətirdiyi üçün İrəvana sərt mesajlar verməkdədir. Tehran bunu açıq şəkildə bəyan edir. Biz Tehran-Bakı deyil, ciddi Tehran-İrəvan gərginliyin yaranmasının şahidi ola bilərik".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol, “ASFAT” şirkətinin baş direktoru Behçet Karataş, HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar, “Maşınqayırma və Kimya Sənayesi” şirkətinin baş direktoru İlhami Keleş, “REPKON Grup” şirkətinin prezidenti İbrahim Külekçi, ROKETSAN şirkətinin baş direktoru Murat İkinci, “Müdafiə Texnologiyaları və Mühəndislik” şirkətinin baş direktoru Özgür Güleryüz, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi - TUSAŞ” şirkətinin baş direktoru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini vurğulayan dövlətimizin başçısı 2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olduğunu xatırlayaraq bu qərarın bütün İslam dünyasının Azərbaycana göstərdiyi böyük dəstəyin təzahürü olduğunu bildirdi və gələn ay Şuşada təntənəli tədbirlərin keçiriləcəyini məmnunluqla vurğuladı.
Məhəmməd Əbdülsalam Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əhməd Ət-Tayyib həzrətlərinə çatdırmağı xahiş etdi.
Qonaq şeyx həzrətlərinin Prezident İlham Əliyevin sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirdiyini vurğuladı. O qeyd etdi ki, müharibədən çıxmış Azərbaycanın dövlət başçısının öz çıxışlarında sülhə çağırışları heyrətamizdir və təsadüfi deyil ki, Prezident İlham Əliyevin saxlanılan şəxslərin mübadiləsi və sülhün bərqərar olunması istiqamətində irəli sürdüyü təşəbbüsdən sonra Müsəlman Ağsaqqalları Şurası bəyanatla çıxış edib.
Dövlətimizin başçısı dedi ki, Azərbaycanın 28 ildən artıq müddətdə Ermənistanın işğalı və hərbi təcavüzü ilə üzləşməsinə baxmayaraq, məhz ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəniyyət nümunələrin, həmçinin İslam dininə aid ibadət ocaqlarının dağıdıldığını, bu xüsusda həmin ərazilərimizdə olan 67 məsciddən 65-nin tamamilə darmadağın edildiyini vurğuladı. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini qeyd etdi.
COP28-də iqlim naminə dini pavilyon təşkil olunduğunu və 4000-dən çox insanın bu pavilyonu ziyarət etdiyini diqqətə çatdıran qonaq qeyd etdi ki, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə əməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə tədbir keçirilib və bu tədbirdə dini liderlər qlobal iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində “Vicdan çağırışı” adlı bəyanat imzalayıblar. O, COP29 çərçivəsində də ev sahibi olaraq Azərbaycanla əməkdaşlıq şəraitində belə bir tədbiri keçirmək niyyətində olduqlarını dedi.
Prezident İlham Əliyev dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq, bu xüsusda Bakıda keçirilən mötəbər tədbirlərə toxundu. Dövlətimizin başçısı yaxın zamanda ICESCO, UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi ilə Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun yenidən keçiriləcəyini bildirdi. Prezident İlham Əliyev COP29 çərçivəsində də Azərbaycanın dinlərarası dialoqun təşviqinə dəstək verməyə, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsinə və bu sahədə əməkdaşlığa hazır olduğunu vurğuladı.
Söhbət zamanı İslam dünyasında məzhəblərarası dialoqun vacibliyinə toxunuldu, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnək kimi məmnunluqla qeyd olundu.
Biz Ermənistan və Azərbaycan sərhədində eskalasiyaya və hərbi əməliyyatlara səbəb ola biləcək ritorikaya qarşı xəbərdarlıq edirik və xəbərdarlıq edəcəyik.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Biz hamının hüquqlarına hörmət edilən regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik”, - o qeyd edib.
Onun sözlərinə görə, davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlardır.
Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə ediləcək.
Report xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Bildirilib ki, parlamentdəki müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyaları Ermənistanla delimitasiya və demarkasiya məsələləri üzrə qurumun təcili iclasını çağırıblar.
Vurğulanıb ki, reqlamentə əsasən, deputatların dörddə birinin tələbi ilə parlamentin növbəti təcili iclası keçirilə bilər.
Məlumata görə, parlamentin dördgünlük iclası aprelin 9-da başlayacaq, fövqəladə ilk sessiyaya Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət ediləcək.
Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür.
Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi döyüşlərin başlanmasından 8 il ötür.
2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.
Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.
Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Kənddə məscid tikilib, Cocuq Mərcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü göstərib. Bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Ərazilərin işğaldan azad olunması ilə bağlı şad xəbərləri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin noyabrın 20-də Ağdam rayonu, 2020-ci ilin noyabrın 25-də Kəlbəcər rayonu, 2020-ci ilin dekabrın 1-də isə Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bununla da Dağlıq Qarabağ münaqişəsi başa çatıb.
Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəklikləri 2022-ci il mart ayının sonlarında Azərbaycanın tam nəzarətinə keçib. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətində idi. Ancaq qanunsuz erməni silahlı dəstələri 30 il əvvəlki kimi Fərruxdan Azərbaycan Ordusunun mövqelərinə atəş açmağa başlamışdı. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.
2022-ci ilin avqust ayında Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. "Qisas" adlı cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.
Ermənistanın təxribatı səbəbindən ötən ilin sentyabrın 13-14-də baş vermiş toqquşmalar nəticəsində isə qarşı tərəf yüzlərlə canlı itki verib, texnikaları məhv edilib. Bu döyüşlər Ermənistanın geri oturdulması ilə nəticələnib.
Bu ilin martında isə Azərbaycan Ordusu Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüb.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Dövlət başçısı oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb.