İlham Əliyev "Rebuild Karabakh" sərgisinin iştirakçılarına məktub ünvanlayıb

Prezident İlham Əliyev Bakıda keçirilən "Rebuild Karabakh" sərgisinin iştirakçılarına və qonaqlarına salamlama məktubu ünvanlayıb.

Məktubda qeyd olunub ki, ilk dəfə 2003-cü ildə təşkil olunmuş Xəzər İnşaat Həftəsi tikinti və infrastruktur sahəsində nüfuzlu tədbirlərdən birinə çevrilib: "Burada dünyanın müxtəlif ölkələrinə məxsus şirkətlər regionun biznes imkanları ilə tanış olur və yeni əməkdaşlıq fürsəti qazanırlar. Bu il dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi ilə bağlı keçirilən müzakirələr və təqdimatlar tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır.

"Rebuild Karabakh" sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur.

Builki sərgi məzmun və iştirakçılar baxımından yeniliklərlə zəngindir. Sərgi "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edir. "Rebuild Karabakh" sərgisi bu mötəbər tədbirlə ortaq məqsədə, yəni dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Sərgidə təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur.

Sərgidə dövlət və özəl sektorun birgə iştirakı yeni layihələrin həyata keçirilməsi, eləcə də biznes imkanlarının daha da artması üçün mühüm perspektivlər açır. Sərgi zamanı qurulan əməkdaşlıq və aparılan müzakirələr Qarabağda bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasında əhəmiyyətli addım olacaq.

Sizi sərginin bütün istiqamətləri ilə yaxından tanış olmağa, yeni ideyalar və əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmağa dəvət edirəm. Əminəm ki, bu sərgi daha faydalı iş birliyi əsasında Qarabağın dirçəlişində və dayanıqlı inkişafında mühüm fürsətlər yaradacaqdır.

Hər birinizə bu sərgidə uğurlar arzulayıram!"

leyla-eliyeva-icesco-nun-qerargahinda

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Mərakeşin Rabat şəhərində yerləşən qərargahında olub.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 14-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə görüşdə Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycan-ICESCO əməkdaşlığı, o cümlədən Fond ilə birgə layihələr müzakirə edilib.

Bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində Fond və ICESCO arasındakı əməkdaşlıq, təşkilatın COP29-da pavilyonla təmsil olunması ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib. Ətraf mühitin qorunması sahəsində ICESCO ilə Heydər Əliyev Fondunun gələcək əməkdaşlığı nəzərdən keçirilib.

Daha sonra Heydər Əliyev Fondu ilə ICESCO arasında Burkina Fasoda məcburi köçkün qızlar və internat evləri üçün təhsil və sosial dəstək layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik imzalayıb. Layihənin məqsədi qız tələbələri lazımi resurslar, mentorluq və təhlükəsiz, dəstəkləyici mühitlə təmin etməkdir. Bu isə keyfiyyətli təhsilə çıxış, həyat bacarıqları təlimi və emosional dəstək, şəxsi inkişafı və dayanaqlığı təşviq etmək kimi məsələlərin həlli deməkdir. Layihə çərçivəsində seminarların təşkili, məktəblərdə kompüter siniflərinin və kitabxanaların yaradılması da nəzərdə tutulur. 2025-ci ilin oktyabr ayınadək davam edəcək layihə Burkina Fasonun bir sıra şəhərlərini əhatə edəcək.

Nümayəndə heyəti daha sonra ICESCO-nun Rabatdakı qərargahında yaradılan Peyğəmbər və İslam Sivilizasiyası Muzeyini ziyarət edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan 50-dən çox müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təkilatının (ICESCO) 1991-ci ildən üzvüdür. Həmin vaxtdan qurulmuş münasibətlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə daha da genişlənib.

Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə ISESCO arasında da sıx əməkdaşlıq mövcuddur. Təhsil, mədəniyyət, səhiyyənin inkişafı məsələlərini prioritet kimi qəbul edən Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər və reallaşdırdığı layihələr  İSESCO-nun əsas fəaliyyət istiqamətləri ilə uzlaşdığından iki qurum bir çox sahələrdə əlaqələrini daha da genişləndirir.

2024-cü il üzrə İslam dünyasının mədəniyyət paytaxtı seçilən Şuşada bu ilin may ayında Heydər Əliyev Fondu və ICESCO arasında mədəniyyət, elm və təhsil, yeni texnologiyaların inkişafı sahələrində təcrübə mübadiləsinin aparılmasını, eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə tutan əməkdaşlığa dair imzalanan memorandum da əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addım kimi dəyərləndirilə bilər.

 

 














 
Gürcüstan seçimə məcbur edilir: Qərb, yoxsa Rusiya daha faydalıdır?

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisi yaxınlaşdıqca ölkəni iki fərqli mövqeyə ayıran və hətta prosesləri qarşıdurma mərhələsinə gətirəcək dərəcədə ciddiləşən Qərb-Rusiya istiqaməti özünün ən yüksək mərhələsinə qədəm qoyub. Xüsusən də prezidentliklə hökumət arasında ziddiyyətlər bu gərginliyi maksimal həddə çatdırıb. Belə ki, Prezident Salome Zurabişvili Avropa İttifaqına inteqrasiya tərəfdarı olsa da, Baş nazir İrakli Kobaxidze Rusiya ilə əlaqələrin inkişafında maraqlıdır. Gürcüstan və region üçün ən mənfi ssenari isə vətəndaş qarşıdurması və proseslərin məhvərindən çıxmasıdır. Artıq Salome Zurabişvili parlament seçkisindən əvvəl "keçid dövründə təsis ediləcək" texniki hökuməti elan etməyi də planlaşdırır və o, texniki hökuməti "Gürcüstanın seçimi Avropa olmalıdır" istiqamətində təqdim etməyi planlaşdırır. Bu kontekstdə paytaxt Tbilisidə ən böyük mitinqin keçirilməsi də gözlənilir və oktyabrın 20-nə "Gürcüstan Avropa İttifaqını seçir!" aksiyası planlaşdırılıb.

Oxu.Az mövzuya yerli və xarici ekspertlərlə aydınlıq gətirib.

Gürcüstanın sabiq təhsil və elm naziri, İliya Dövlət Universitetinin Beynəlxalq Qafqazşünaslıq Məktəbinin direktoru Giya Nodiya parlament seçkisindən əvvəlki vəziyyəti qeyri-müəyyən adlandırıb:

"Çünki seçkidə kimin qalib gələcəyi bilinmir. Daha etibarlı hesab etdiyim ictimai rəy sorğuları göstərir ki, hakim Gürcü Arzusu Partiyasının təxminən 30 faiz dəstəyi var ki, bu da tam proporsional sistemdə qələbə üçün kifayət etməyə bilər".

"Müxalifət cəbhəsində isə dörd əsas siyasi blok var. Bunların hər biri, yenə də bu sorğulara əsasən, 5 faizlik maneəni keçməyi və sonra birləşərək koalisiya hökuməti yaratmağı planlaşdırır. Bu, tamamilə realist bir variantdır. Lakin digər tərəfdən, hakim partiya məğlubiyyət ehtimalını nəzərdən keçirmir və bir sıra televiziya kanallarının sorğusuna əsasən, ölkə əhalisinin 60 faizi Gürcü Arzusunu dəstəkləyir. Bu da qələbəyə zəmin yaratmaq üçün indidən elan edilir", - deyə sabiq nazir vurğulayıb.

O, əhalinin gözləntilərinin bir-birindən fərqləndiyini əlavə edib:

"Mənə elə gəlir ki, müxalifət düşərgəsi, hansı ki, ən azı paytaxtda üstünlük təşkil edir, indi daha optimist əhvali-ruhiyyədədir. Lakin heç kəs indidən nə baş verəcəyini birmənalı şəkildə deyə bilməz və müvafiq olaraq, bütün ölkə 26 oktyabrı gözləyir".

Rusiyalı politoloq Boqdan Bezpalko da hesab edir ki, Gürcüstanda siyasi elitalar arasında mübarizə gedir:

"Bir tərəfdən, elitanın bir hissəsi müxtəlif təşkilatlar vasitəsilə qlobal strukturlara inteqrasiya etmək istəyir, hansı ki, bunlar Gürcüstanla Avropa İttifaqı, Gürcüstanla NATO, Gürcüstanla ABŞ və s. arasında vasitəçilərdir və bununla şəxsi maraqlarını güdür, həm də uzunmüddətli perspektivdə qlobal elitaya ən aşağı rollarda olsa belə, daxil olmaq imkanı əldə etmək istəyirlər. Digər tərəfdən isə mövcud hökumət suverenlik və müstəqillik, o cümlədən əxlaqi qayda və normaları qorumağa çalışır. Buna görə də hökumət LGBT-nin fəaliyyətini ləğv etdiyi üçün ona təzyiqlər edilir. Düzdür, bu, siyasi proseslərə o qədər də aid olmasa da, ən azından, Gürcüstanın hazırkı vəziyyətini qorumaq üçün əsas səbəbdir".

"İndi baş verənlərə müəyyən mənada Gürcüstan elitasının ayılması da demək olar. Onların çoxu səmimi olsa, 2008-ci ildəki hadisələrin Rusiyanı sınamaq üçün təşkil edildiyini etiraf edər. Buna görə də həmin hadisələrə görə məhz Saakaşvilinin günahkar olduğu barədə bəyanatlar səslənir", - deyə politoloq vurğulayıb.

Onun qənaətinə görə, gürcülərin əksəriyyəti Rusiya Federasiyası ilə münasibətlərin ciddi şəkildə korlanmasına təəssüflənir:

"Çünki Gürcüstan üçün əsas iqtisadi tərəfdaş məhz Rusiyadır. Gürcü şərabı, kənd məhsulları, meyvələri və s. Avropa İttifaqında və ya digər regionlarda heç kimə lazım deyil. Amma Rusiya üçün lazımdır. Üstəlik, Rusiyada gürcü diasporuna hörmət bəsləyirlər. Məsələn, bu yaxınlarda Rusiyadakı Federal Gürcü Milli-Mədəni Muxtariyyətinin prezidenti David Tsetsxladze Rusiya Federasiyasının Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına daxil olub. Ona görə də bu vəziyyətdə Gürcüstan və onun elitaları, ən azı müstəqillik və suverenliyi qorumağa çalışanlar, Rusiya ilə tərəfdaşlıq mühitində yaşamağın onlar üçün daha yaxşı olduğunu başa düşməlidirlər".

Siyasi şərhçi Xəyal Bəşirov isə hesab edir ki, Gürcüstanda parlament seçkisi ərəfəsində və ondan sonra etiraz aksiyalarının olacağı ehtimalı böyük idi:

"Gürcüstanda keçirilən sorğulara əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının seçkidə qalib gələcəyi ilə bağlı indidən cəmiyyətdə səs çoxluğu var. Bu da "Xarici təsirin şəffaflığı" və "Xarici agentlərin qeydiyyata alınması" barədə qanun layihələrinin qəbul edilməsi zamanı, həmçinin, LGBT ilə mübarizə çərçivəsində atılan addımlar zamanı Gürcüstana qarşı səfərbər olunan qüvvələri narahat edir. Təbii ki, həmin o qüvvələr öz imkanlarından maksimum dərəcədə istifadə edəcəklər. Bu seçki, əslində, Gürcüstanın, həqiqətən də, hansı yolu seçməsi ilə bağlı məsələni müəyyən edəcək".

"2003-cü ildə Gürcüstanda "Qızılgül inqilabı" oldu və prezident Eduard Şevardnadzenin devrilməsi və Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra Gürcüstanda qərbyönümlü siyasət yürüdülməyə başladı. 20 il ərzində Gürcüstan Qərb istiqamətində kifayət qədər ciddi addımlar atdı və bu müddətdən sonra Gürcüstanın Avropa İttifaqı üzvlüyünə namizədliyinə razılıq verildi. Lakin 20 il ərzində Gürcüstanın əldə etdiyi bu addımın üzərindən bir gündə xətt çəkildi. Bu da Gürcüstanda "Xarici agentlər haqqında" qanunun qəbul edilməsi idi. Qərbdən olan bəzi qüvvələr, əslində, Gürcüstana bir daha izah etdilər ki, Gürcüstan onların istəmədiyi qanunların qəbul edilməsində mövqe bildirə bilməz. Əslində isə bu qanun bir bəhanə idi və məhz bundan sonra münasibətlərdəki çatları bir daha gündəmə gətirdi. Bu baxımdan, Gürcüstanda tərəflər arasında münasibətlərin daha da gərginləşəcəyini düşünürəm və Rusiya da, Qərb də öz mövqelerini nümayiş etdirəcəklər", - deyə şərhçi vurğulayıb.

Onun sözlərinə görə, Rusiya çalışır ki, Qərb Gürcüstanı ələ keçirməsin:

"Xüsusilə də Ermənistanın Cənubi Qafqaz dövləti kimi Rusiyanın təsir dairəsindən çıxması ərəfəsində Gürcüstanı gözdən qoymamaq Moskva üçün vacibdir. Bu baxımdan, açıq şəkildə gərginliyi müşahidə edəcəyik. Çünki biz "Xarici agentlər haqqında" qanunun qəbul edilməsi zamanı, hətta mitinqlərdə xarici diplomatların, avropalı deputatlarının iştirakını gördük. Faktiki olaraq, bu, Gürcüstan dövlətinin daxili işinə qarışmaq deməkdir. Yəni hər vəchlə çalışdılar ki, bu qanunun qəbul edilməsinin qarşısını alsınlar".

"Hər bir halda həm Rusiya, həm də Gürcüstanın hazırkı hakimiyyəti münasibətlərin inkişafında qərarlıdırlar. Qərbdən olan dövlətlər də çalışacaqlar ki, ya hazırkı hakimiyyəti zəiflətsinlər və özlərinə yaxın olan hakimiyyət formalaşdırsınlar, ya da mövcud hakimiyyəti özlərinə yaxın olmağa məcbur etsinlər. İndi, təbii ki, bu ikinci variantın reallaşması o qədər də ehtimal olunmur. Hər bir halda mübarizəni biz həm siyasi səhnədə, həm də meydanlarda görəcəyik".

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsi günüdür.

Həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:

“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Elə də oldu, xalq Ulu Öndərin çağırışına dəstək göstərdi. Nəticədə 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu Azərbaycan Prezidenti seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

Prezident İlham Əliyev iyirmi bir illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar.

“Qoca qitə” Rusiyaya möhtacdır, geri çəkilir: Qərb Ukraynaya dəstəyi dayandırır

Avropa Birliyində ziddiyyətlər dərinləşir, indi bu qurum Ukraynaya dəstək verənlər, Rusiya ilə münasibətləri bərpa etməyə çalışanlar və tərəddüd içərisində olanlardan ibarət üç qrupa parçalanmağa başlayıb... Rusiyaya qarşı sanksiyaların əsas yükünü çəkən “qoca qitə” ölkələri tədricən Ukraynaya verdikləri dəstəyi geri çəkmək niyyətindədir, belə davam edərsə, rəsmi Kiyev Kreml qarşısında təklənmiş duruma düşə bilər...

Avropa məkanında qarşılıqlı münasibətlərdə müəyyən problemlər müşahidə olunmağa başlayıb. Belə ki, “qoca qitə”də kifayət qədər ciddi problemlərin olduğu əslində, çoxdan məlum olan inkaredilməz reallıqdır. Sadəcə, son vaxtlar Avropa dövlətləri arasındakı kəskin ziddiyyətlər daha qabarıq şəkildə ortaya çıxmaqdadır. Və hətta bu ziddiyyətlər Avropa Birliyi daxilində olduqca ciddi siyasi böhrana da yol açmaq üzrədir.

Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi əvvəlki dövrlərdən fərqli olaraq, indi monolit siyasi-iqtisadi sistem görüntüsündən sürətlə uzaqlaşmağa başlayıb. Hər halda, Böyük Britaniyanın bu qurumu tərk etməsindən sonra başlayan mərhələdə Avropa Birliyinin yüksəliş dövrü yekunlaşmış kimi görünür. Çünki hazırda Avropa Birliyi daha çox vaxtilə sahib olduğu beynəlxalq siyasi-iqtisadi nüfuzu və mövqeləri xərcləməklə diqqəti çəkir. Və bu, Avropa Birliyinin gələcək taleyi ilə bağlı müəyyən pessimist ehtimalları ön plana keçirir.

ae21e77cbb-Avropa-ittifaqi-qeyri-konstruktiv-movqeye-son-qoymalidir.jpg (324 KB)

Məsələ ondadır ki, Avropa Birliyi öz ilkin missiyasından tamamilə uzaqlaşıb. Bu qurum son illərdə siyasi-iqtisadi alyans kimi fəaliyyətinə dünya hegemonluğu rəqabətində apardığı mübarizəni də əlavə edib. Ancaq indi məlum olur ki, bu qurumun belə ambissiyalı hədəflər üçün yetərli rəqabət resursları mövcud deyil. Və bu istiqamətdə fəaliyyəti Avropa Birliyinin beynəlxalq məkanda nəhəng geopolitik iradə mərkəzi kimi yüksəlişinə deyil, əksinə, çöküşünə yol açır.

Ona görə də, son vaxtlar Avropa Birliyi daxilində mövcud olan kəskin ziddiyyətlərin daha da dərinləşməsi indi qaçılmaz proses hesab olunur. Hətta bu qurum daxilində mərkəzdənqaçma prosesinin artıq təhlükəli istiqamətlər aldığı da iddia olunur. Belə ki, Avropa Birliyinin perspektivlərinə şübhə ilə yanaşmağa başlayan bəzi üzv ölkələr indi ortaq deyil, daha çöx özəl maraqlarını ön plana keçirtməyə üstünlük verirlər. Və nəticədə bu qurum daxilində cərəyan edən neqativ proseslər tədricən parçalanma istiqamətləri almaqdadır.

Maraqlıdır ki, Ukrayna savaşı Avropa Birliyini inkişafdan saxlayıb, çöküş mərhələsinə doğru sürükləyən əsas faktorların sırasına daxil edilir. Çünki Ukrayna savaşına münasibətdə vu qurumun daxilində vahid mövqe artıq mövcud deyil. Vaxtilə çətinliklə də olsa, əldə edilmiş konsensus çoxdan pozulmuş kimi görünür. Və bu səbəbdən də, indi Avropa Birliyi daxilində Ukrayna savaşına münasibətdə üzv dövlətlərin mövqeyi üç istiqmət üzrə şaxələnib.

1643700712_1.jpg (28 KB)

Birinci istiqamət Ukraynanı hələ də israrla dəstəkləyən və digərlərindən də bunu tələb edən dövlətlər qrupudur. Bu qrupa hazırda ciddi şəkildə zəifləyib, nüfuzdan düşsə də, hələ də dünyada aparıcı mövqelərə iddia edən Fransa liderlik edir. Rəsmi Paris Rusiyanın tamamilə çökdürülməsinə yönəlik fəaliyyət ssenarilərində israrlı mövqe tutur. Əsas ümidlər ondan ibarətdir ki, Rusiyanın əlindən çıxan beynəlxalq mövqelər Fransanın aktivinə keçə bilər. Və bu səbəbdən də, Fransa Rusiyaya qarşı savaşda Avropa Birliyinin Ukraynanı dəstəkləməkdə davam etməsi üçün digər üzv dövlətlərə hətta təzyiq göstərməyə belə, cəhd göstərir.

İkinci istiqamət Ukraynanı dəstəkləməkdən son vaxtlar hətta açıq şəkildə imtina edən dövlətlər qrupudur. Macarıstanın ön planda yer aldığı bu qrupda yer alan dövlətlər Avropa Birliyinin üzləşdiyi əsas problemləri məhz Ukrayna savaşı ilə əlaqələndirirlər. Əsas arqumentlər ondan ibarətdir ki, Avropa Birliyi Ukrayna savaşına fantastik məbləğlərdə maliyyə vəsaiti xərcləməklə, böyük səhv buraxır. “Qoca qitə” ölkələri geriyə dönüş ehtimalı olmayan bu xərclər ucbatından zəiflədilir. Və Avropa Birliyinin inkişaf perspektivləri bloklanmış olur.

Digər tərəfdən, bu qrupa daxil olan dövlətlər Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını “qoca qitə” üçün fəlakət ssenarisi hesab edirlər. Onlar əmindirlər ki, Avropa Birliyi yalnız Rusiyaya deyil, həm də iqtisadi bumeranq effektini nəzərə aldıqda, əslində, həm də “qoca qitə” ölkələrinə də sanksiya tətbiq etmiş olur. Və bu arqumentlərə əsaslanan Ukrayna savaşının əleyhdarları hətta Rusiya ilə iqtisadi-ticari münasibətləri bərpa etmək istiqamətində addımlar atmağa da başlayıblar.

Üçüncü istiqmət isə Ukrayna savaşının maliyyələşdirilməsinin vacibliyinə ciddi şübhə edən ölkələri əhatə edir. Bu qrupa daxil olan ölkələr hazırda Rusiya ilə savaşda Ukraynaya dəstək verməkdə davam edirlər. Ancaq onlar Rusiya ilə münasibətlərin bərpasının vacibliyi ilə bağlı təhlifləri də dəstəkləməyə yaxındırlar. Hətta hesab edirlər ki, Avropa Birliyi Ukrayna savaşını uzun müddət maliyyələşdirə bilməz və nə vaxtsa, bu mövqedən geri çəkilmək lazım gələcək.

e7a9aa157b562a8a4aed20f4c72213ae.jpg (110 KB)

Bu baxımdan, Almaniyanın liderlik etdiyi belə mövqeli dövlətləri tərəddüd edənlər qrupu hesab edirlər. Hazırda tərəddüdçü ölkələr Ukraynaya dəstək versələr də, hər an rəsmi Kiyevin arxasından çəkilə biləcəklərini sezdirirlər. Çünki bu ölkələr Rusiya ilə “körpüləri tamamilə yandırmaq”dan çəkinirlər və münasibətlərin nə vaxtsa, bərpa edilməsi üçün “açıq qapı” buraxmağa çalışırlar. Və bunu Almaniyanın son davranışları da sübut edir.

Məsələ ondadır ki, Almaniya Ukraynaya daha hərbi texnika göndərməmək barədə qərar qəbul edib. Bu ölkə eyni zamanda Ukraynaya Almaniya istehsalı olan silahlarla Rusiya ərazisinə zərbə endirməyi də qadağan edib. Halbuki, rəsmi Kiyev son vaxtlara qədər bunun əksinə - Qərbdəki müttəfiqlərindən Rusiyanın dərinliklərinə zərbə icazəsi ala biləcəyinə böyük ümidlər bəsləyirdi. Və bu baxımdan, Almaniyanın qərarından sonra Ukraynaya belə icazənin verilə biləcəyi ilə bağlı ehtimal ümumiyyətlə, gündəmdən çıxmış kimi görünür.

Belə anlaşılır ki, “kollektiv Qərb” daxilində kifayət qədər ciddi parçalanma mövcuddur. Xüsusilə də, Ukrayna savaşına münasibət Avropa Birliyində kəskin ziddiyyətləri daha da dərinləşdirib. İndi Rusiyaya qarşı sanksiyaların əsas yükünü çəkən “qoca qitə” ölkələri tədricən Ukraynaya verdikləri dəstəyi geri çəkməyə meyil göstərirlər. Və belə davam edərsə, Ukrayna Rusiya qarşısında tamamilə təklənmiş duruma da düşə bilər. (“Yeni Müsavat”)

Prezident onlara yüksək vəzifə verdi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə deyilir:

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,

apellyasiya instansiyası məhkəmələri üzrə:

1.1. Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;

1.2. Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;

1.3. İlqar Məhərrəm oğlu Mirzəyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

1.4. Günay İsmayıl qızı Cavadova Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

1.5. Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

1.6. Bəxtiyar Şahfirudin oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.7. Zamiq Akif oğlu Rəsulov Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.8. İlqar Yadulla oğlu Əliyev Xocavənd Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.9. Mirheydər Seyidəmir oğlu Zeynalov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qax Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.10. Samir İlham oğlu Mayılov Qobustan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.11. Rövşən Elbrus oğlu Xəlilov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.12. Azər İbrahim oğlu İsmayılov Sabirabad Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezident yeni səfirləri qəbul etdi - FOTOLAR

Prezident İlham Əliyev Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnaməsini də qəbul edib.

***

Prezident İlham Əliyev Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun etimadnaməsini qəbul edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.

 

 

 

 
Milli Məclisin sədri İsveçrədə səfərədədir

Spiker Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək.
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 13-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərdədir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edəcək, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Həmçinin, Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxışı gözlənilir.

İrəvan məkrli planına NATO-dan dəstək istəyib: Azərbaycanla savaş və KTMT-dan çıxmaq niyyəti güdür

Paşinyan hakimiyyəti sülh sazişi üzərindən siyasi manipulyasiyalar edərək, sadəcə, Ermənistanın yeni savaş hazırlığını ört-basdır etməyə çalışır... Üstəlik, rəsmi İrəvan Azərbaycana qarşı savaş planına bu dəfə Qərb siyasi dairələrinin, eləcə də NATO kimi nüfuzlu hərbi-siyasi alyansın dəstəyini də almağa can atır...
Cənubi Qafqazda növbəti savaş olacaqmı? İndi bu sual kifayət qədər aktual xarakter daşıyır. Əksər müşahidəçilər Azərbaycan və Ermənistan arasında qısamüddətli də olsa, daha bir silahlı toqquşmanın baş verə biləcəyini qətiyyən istisna etmirlər. Və onların fikrincə, bu yaxın vaxtlarda reallaşa biləcək təhlükə hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda və region ətrafında cərəyan edən proseslər müəyyən mənada, belə neqativ ehtimallara inandırıcı görüntülər verməkdədir. Belə ki, ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı sürətlə silahlandırır. Çünki Qərb siyasi dairələrinin geopolitik maraqları bu regionda sülhün və sabitliyin mövcud olması ilə kəskin ziddiyyət təşkil edir. Və bu səbəbdən də, Cənubi Qafqazda sülhə dəstəkdən danışsalar da, bu siyasi manipulyasiyaların arxasından regional hərbi-siyasi gərginliyi artıran addımlar atırlar.

Ona görə də, ABŞ Avropa Birliyi və Fransaya güvənən Ermənistan sülh prosesindən uzaqlaşmağa cəhd göstərir. İndi rəsmi İrəvan yekun sülh sazişinin imzalanmasına qarşı müxtəlif əngəllər törədir. Belə ki, Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyanın dəyişdirilməsindən imtina edir.

Digər tərəfdən, yekun sülh sazişinin hazırda razılaşdırılmış 13 bəndi üzərindən həmin sənədin imzalanması ilə bağlı absurd təklifini ön plana çıxarır. Halbuki, razılaşdırılmış digər üç bəndin Ermənistanın maraqlarına problem yarada biləcəyi barədə də artıq müəyyən məlumatlar mövcuddur. Və bu səbəbdən də, rəsmi İrəvan gələcək revanşist niyyətlərinə hüquqi boşluq yaratmaq üçün yekun sülh sazişinin tam razılaşdırılmasından israrla yayınmağa çalışır.

Maraqlıdır ki, rəsmi İrəvanın gələcəyə yönəlik avantürist və revanşist planları tədricən ifşa edilməyə başlayıb. Belə ki, "Caliber"in əldə etdiyi məlumata görə, CİA-nin Paşinyan hakimiyyəti daxilindəki əsas agenti, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın NATO-nun baş qərargahında keçirdiyi qapalı görüşdə rəsmi İrəvanın revanşist hədəfləri də müzakirə olunub. Və CİA-nin erməni agentinin gündəmə gətirdiyi məqamlar Cənubi Qafqaz üçün olduqca təhlükəli planların mövcud olduğundan xəbər verir.

Məsələ ondadır ki, Armen Qriqoryan NATO-nun hərbi rəhbərliyinə daxil olan şəxslərlə görüşdə Ermənistanın bu hərbi-siyasi alyansa inteqrasiya kursu götürdüyünü qabardıb. O, NATO rəhbərliyindən Azərbaycanı Ermənistana sərfəli şərtlərlə sülh sazişi imzalamağa məcbur etmək üçün rəsmi Bakıya maksimum səviyyədə təzyiq göstərilməsini xahiş edib. Armen Qriqoryan iddia edib ki, COP29 ərəfəsində rəsmi Bakı xarici təzyiqlərə daha həssasdır. Ona görə də, indiki mərhələdə Azərbaycana qarşı güclü informasiya təzyiqləri ilə rəsmi Bakını Ermənistana sərfəli məzmunda sülh sazişinə məcbur etməyə çalışmaq lazımdır.

Onun fikrincə, ABŞ, Fransa və bəzi digər NATO ölkələrinin dəstəyi ilə erməni diasporunun başlatdığı informasiya kampaniyası hələlik gözlənilən effekti vermir. Çünki bu kampaniyanı hazırda erməni fəalların və etibarlı tərəfdaşların dairəsindən kənara çıxararaq, genişləndirmək cəhdləri pozitiv nəticədən uzaqdır. Ona görə də, rəsmi İrəvan əmindir ki, Azərbaycan və Ermənistan arasında COP29-a qədər sülh sazişinin imzalanmasının vacibliyi barədə narrativlərin qloballaşdırılmasına ciddi ehtiyac var.

Təbii ki, CİA-nin erməni agenti bu məsələ üzərindən NATO ilə "bazarlığa" da cəhd göstərib. O, bildirib ki, əgər, Qərb rəsmi İrəvana Ermənistanın dəstəklədiyi mətnlə "sülh sazişi"nin imzalanmasına yardım göstərsə, Rusiyaya qarşı daha prinsipial addımların atılmasının da önü açılar. Və bu halda, rəsmi İrəvan Ermənistanın KTMT-dan çıxması ilə bağlı proseduru başlayaraq, NATO-ya inteqrasiya istiqamətində qətiyyətli addımlar ata bilər.

Nəhayət, ən önəmli məqam ondan ibarətdir ki, Armen Qriqoryan NATO-dan Ermənistan ərazilərinin bir hissəsini işğal etmək üçün dəstək də istəyib. O, bildirib ki, guya sərhədlərin delimitasiya edilməmiş hissəsində Azərbaycan Ermənistan ərazilərinə nəzarət edir. Rəsmi İrəvan isə həmin "ərazilərin" sülh danışıqları ilə geri qaytarılma perspektivinə inanmır. Və CİA-nin erməni agenti rəsmi İrəvanın bu məsələ ilə bağlı planını NATO təmsilçilərinə təqdim edib.

Həmin plana görə, Ermənistan sürətli və qələbə ilə yekunlaşacaq hərbi əməliyyatların keçirilməsi niyyətindədir. Əgər, NATO Ermənistana dəstək verərsə, rəsmi İrəvan Azərbaycan ərazilərini işğal edə biləcəyinə ümid bəsləyir. Armen Qriqoryan hesab edir ki, bu, daha sonra Azərbaycan və Ermənistan arasında ərazi mübadiləsi ilə mövcud problemlərin həllinə təminat verə bilər. Və belə anlaşılır ki, ötən əsrin əvvəllərində Rusiyanın dəstəyindən istifadə edərək, Azərbaycan ərazilərini işğal edən Ermənistan bu dəfə NATO-nu öz məkrli revanşist planlarına alət etmək niyyəti güdür.

Maraqlıdır ki, Armen Qriqoryan NATO təmsilçilərini şirnikləndirmək şansını da sınaqdan çıxartmağa cəhd göstərib. Belə ki, o, Ermənistan ordusunun "hərbi qələbə"sinin Azərbaycan cəmiyyətində ruh düşkünlüyü yarada bilər. Eyni zamanda, Azərbaycan ordusunun regional hərbi üstünlüyü barədə möhkəmlənmiş qənaətlər də öz əhəmiyyətini itirər. Üstəlik, NATO silahları da real döyüş şəraitində sınaqdan çıxarılmış olar.

CİA-nin erməni agenti bu ssenarinin reallaşacağı təqdirdə, Azərbaycan Prezidenti İlham Əliyevin nüfuzunun zəifləyə biləcəyini də əlavə edib. Buna misal olaraq, Azərbaycan ordusunun 2016-cı ilin aprel döyüşlərində qalib gəlməsi ilə o dövrün Ermənistan prezidenti Serj Sarkisyanın avtoritetinin sarsıldığını göstərib. Və nəticədə Ermənistanda Qərbyönümlü siyasi qüvvələrin hakimiyyətə gəlməsinin mümkün olduğunu da xatırladıb.

Maraqlıdır ki, NATO təmsilçiləri bu planın qarşılığında növbəti hərbi toqquşmaların Ermənistana yeni ərazi itkiləri riski yarada biləcəyinə yönəlik ehtimalı gündəmə gətiriblər. Armen Qriqoryan isə Azərbaycan-Ermənistan sərhədləri boyunca hərbi müdafiə sisteminin möhkəmləndirildiyini, yeni "keçilməz istehkamlar" qurulduğunu, bu prosesdə Ukrayna savaşının təcrübəsindən istifadə olunduğunu və təhlükəsizlik məsələləri ilə bağlı Qərb mütəxəssislərin təlimatlarının taş şəkildə icra olunduğunu vurğulayıb. Və bu, Ermənistanın artıq çoxdan yeni savaşa hazırlaşdığını təsdiqləyir.

Göründüyü kimi, Paşinyan hakimiyyəti sülh sazişi üzərindən siyasi manipulyasiyalar edərək, sadəcə, Ermənistanın yeni savaş hazırlığını ört-basdır etməyə çalışır. Üstəlik, rəsmi İrəvan Azərbaycana qarşı savaş planına Qərb siyasi dairələrinin, eləcə də NATO kimi nüfuzlu hərbi-siyasi alyansın dəstəyini də almağa can atır. Əvəzində isə "bazarlıq masası"na Ermənistanın özünü yatırır. Yəni, əgər, rəsmi İrəvanın məkrli planlarına dəstək verilərsə, Ermənistan NATO-ya inteqrasiya və bu hərbi-siyasi alyansın "yeni cənub cinahı" olmaq öhdəliyi götürür. Və NATO-ya Ermənistan kimi perspektivsiz "yeni cənub cinahı"nın lazım olub-olmadığı isə hələlik cavabsız sualdır."Yeni Müsavat"

İlham Əliyev İspaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyi ölkənin milli bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Xəbər lenti