|
Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəisi təyin edilib.
Milli.Az-ın əldə etdiyi məlumata əsasən, Daxili işlər naziri naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də BP şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda uzun illərdən bəri təşəkkül tapmış səmimi dialoq və qarşılıqlı anlaşma ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında həmrəyliyin bərqərar olmasına xidmət edir.
Azərbaycanın multikulturalizm və inklüzivlik ənənələrinə, dünyada dinlərarası və mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təşviqində roluna verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkürümü ifadə edirəm.
Əminəm ki, Azərbaycan-Müqəddəs Taxt-Tac nümunəvi əməkdaşlığı bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin bərqərar edilməsinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs amallar naminə ali missiyanızda uğurlar diləyirəm”.
Ermənistan ərazisində heç vaxt belə adda kəndlər olmayıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana verilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Paşinyan Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Alma-Ata bəyannaməsinə əsasən de-yure Ermənistan ərazisində olmadığını açıqlayıb.
O, İrəvanın qismən delimitasiyaya getməyə hazır olduğunu və prosesin Tavuş ərazisində başlayacağını da istisna etməyib.
Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının üzvü Qarnik Danielyanın sözlərinə görə, Paşinyanın dediklərindən belə güman edilir ki, həmin 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsini sərhədlərin demarkasiyası işlərinin başlanğıcı hesab edə bilərik.
“Birinci mərhələdə demarkasiya və demarkasiya adı altında həmin 4 kəndi təhvil verir. O, "biz Tavuş sərhədində heç bir kəndi Azərbaycana vermirik" deyəndə həmin 4 kəndi Tavuşun bir hissəsi hesab etmir və manipulyasiya edir. Ona görə də deyir ki, bu kəndlər Ermənistanın deyil, Azərbaycanındır. Sərhədin demarkasiyası zamanı onları geri qaytarmalı olacağıq", - erməni deputat qeyd edib.
Erməni mediası "Hraparak" isə yazır ki, əslində həmin 4 kənd 90-cı illərdən erməni tərəfinin nəzarətindədir. Ermənistandan Gürcüstana gedən dövlətlərarası yol, qaz xətti həmin kəndlərin yanından və yaxud ərazisindən keçir.
Paşinyan da kommunikasiyaların gələcək taleyi ilə bağlı vəziyyətə aydınlıq gətirərək deyib ki, əgər Ermənistana məxsus kommunikasiyalar əldə edilmiş razılaşmalara əsaslanan hüdudları aşarsa, o zaman həmin kommunikasiya xətləri Ermənistanın de-yure ərazisindən keçməsi üçün yenidən qurulmalıdır.
"Hələlik heç bir qərarımız yoxdur, amma bütün bu prosesi yuxarıda qeyd etdiyim məntiqlə idarə etməliyik”, - Paşinyan bildirib.
Ermənistan baş naziri onu da qeyd edib ki, Aşağı Əskipara (hazırda ermənilərin işğalı altındadır-red) kəndindən keçən ərazinin bir hissəsi problemlidir.
"Orada yolun bir hissəsi Azərbaycan ərazisindən keçir. Ondan yan keçmək üçün yeni yollar çəkilməlidir. Əvvəllər müzakirələrdə elə bir fikir var idi ki, harada yol varsa, məsələni belə həll etməliyik: yolun o hissəsini saxlayıb, başqa yerdən ona bərabər olan hissəni Azərbaycana verək. Sonra belə qənaətə gəldik ki, bunu etmək lazım deyil, çünki bu, əlavə qeyri-müəyyənliklər yaradır”, - Paşinyan bildirib.
Hökumət başçısının dediklərindən belə bir nəticəyə gəlmək olur ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasında müzakirələrə əsasən ilkin mərhələdə Qazaxın 4 kəndi Azərbaycana qaytarılır. Digər kəndlər məsələsi isə növbəti mərhələdə müzakirə predmetidir.
Fevralın sonunda Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə müharibə üçün Qərb ölkələrinin qoşunlarını Ukraynaya göndərmək təklifi ilə köhnə dünyanı şoka saldı.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.
Qeyd olunur ki, Qərb müttəfiqlərinin əksəriyyəti, o cümlədən Berlin belə bir ehtimalı istisna etsə də, Paris “Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün hər şey edilməli” olduğunu qeyd edərək, öz təklifində israrlıdır.
Vurğulanır ki, yeni müharibədə ermənilər Fransanın yeni “qara əsgərləri” qismində çıxış edirlər. Belə ki, Fransa Ermənistanı Rusiya və Azərbaycan ilə savaşa hazırlayır.
Daha ətraflı “Caliber”in videomaterialında:
Xəbər verdiyimiz kimi, martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
"Açılış mərasimində Prezident İlham Əliyev Qazaxıstan liderinə Azərbaycan nümayəndələri təqdim edib:
Prezident İlham Əliyev: Mən bizim nümayəndələri təqdim edim. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar.
Prezident Kasım-Jomart Tokayev: Bəli, tanıyıram.
Prezident İlham Əliyev: Konservatoriyanın rektoru. Xalq yazıçısı, yəqin ki, Siz onun da kitablarını bilirsiniz.
Xalq yazıçısı Çingiz Abdullayev: Mən onun atası haqqında yazmışam.
Prezident Kasım-Jomart Tokayev: Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Milli Konservatoriyanın rəhbəri. Memarlar İttifaqının sədri.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə: Mən qazax adı daşıyıram, adım Elbaydır. Atam mənə cəbhədə həlak olmuş dostunun adını qoyub.
Prezident İlham Əliyev: Məşhur kinorejissor Oqtay Mirqasımov, Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, bizim gənc füzulililərimiz, istedadlarımız buradadırlar.
Daha ətraflı videoda: