“Fransa, Hindistan və Yunanıstan Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər”.

Bu barədə Qərbi Azərbaycan İcmasının Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ermənistana son səfəri ilə bağlı bəyanatında qeyd edilib.

Bildirilib ki, İcma Yunanıstanın müdafiə nazirinin Ermənistana son səfəri, ümumiyyətlə bu iki ölkə arasında hərbi əlaqələrin mahiyyətindən ciddi narahatlığını ifadə edir.

“Yayılan məlumatlara görə, səfər zamanı Yunanıstan tərəfinin Ermənistana hərbi dəstəyini artırması, o cümlədən Ermənistanın ordu idarəetməsində iştirak etməsi barədə razılıq əldə edilib. Bundan əlavə, Dendias Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması səyləri barədə danışıb.
Ermənistanın Fransa, Hindistan və Yunanıstanın dəstəyi ilə sürətlə silahlanması, Fransa və Yunanıstanın Ermənistan ordusunun idarəetməsində rol alması, dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması planları ciddi narahatlıq doğurur. Yunanıstan, Ermənistan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlıq formatının yaradılması niyyətinə gəlincə isə, qeyd edək ki, eyni regionda yerləşməyən dövlətlərin belə əməkdaşlıq formatı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir. Fransa, Hindistan və Yunanıstan bu cür addımları ilə Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər”, - bəyanatda vurğulanıb.

Qeyd edilib ki, Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən avantüraya getməməyi, militarist siyasətinə son verməyi, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaradaraq Azərbaycanla sülh yolunu tutmağı tələb edir.

Azərbaycanda səfərdə olan Rusiya Hökumətinin sədri Mixail Mişustin Milli Xalça Muzeyində olub.

Oxu.az xəbər verir ki, muzeyin nümayəndələri Azərbaycan hökumət başçısı Əli Əsədova və onun rusiyalı həmkarına xalçaçılığın təkamülü, onun sadədən mürəkkəbə doğru keçdiyi yoldan, xovsuz xalçaların müxtəlif növlərinin nümunəsindən danışıblar, həmçinin xalçaçılığın inkişafının ən yüksək mərhələsini təmsil edən xovlu xalçalar nümayiş etdirilib.

Ekskursiya zamanı qonaqlar və muzeyin nümayəndələri arasında maraqlı dialoq da baş tutub. Belə ki, Rusiya hökumət başçısına “arzuları yerinə yetirən” xalçalar nümayiş etdirilib.

“Bu xalçalardan şal kimi də istifadə olunub. Qızlar üzərində otururdular, bir arzu tuturdular, sonra onu yeddi gecə açıq havada saxlayırdılar. Onlar arzularının mütləq gerçəkləşəcəyinə inanırdılar”, - deyə muzeyin nümayəndəsi bildirib.

Əli Əsədov isə qızların hər zaman eyni istəklərinin olduğunu bildirib.

“Hansı? Ərə getmək?” - deyə soruşan rusiyalı nazirə azərbaycanlı həmkarı “əlbəttə” cavabı verib.

Qeyd edək ki, muzeydə Azərbaycan xalça sənətinin nadir nümunələri saxlanılır. Muzeyin fonduna 10 mindən çox eksponat, o cümlədən tunc dövrü, antik dövr və erkən orta əsrlərə aid eksponatlar daxildir. Muzeyin kolleksiyalarında ölkənin müxtəlif bölgələrindən milli geyimlər də var.

Ekskursiyanın sonunda Mixail Mişustin muzeyin fəxri qonaqlar kitabına qeyd yazıb

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti martın 6-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

 
 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Türkiyəyə rəsmi səfərə gedib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.

Ermənistan dost və müttəfiq seçimində hər zaman yanılıb. Son illər baş verənlər də bunun təsdiqidir. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan təcavüzkar ölkə ümid edirdi ki, bu siyasətini sonsuzluğa qədər davam etdirə biləcək. Amma İrəvanın planları 44 günlük müharibə ilə alt-üst oldu. Əsas himayədarı ondan üz döndərdi və nəticədə biabırçı məğlubiyyətlə üzləşdi. Lakin baş nazir Nikol Paşinyan və hökuməti baş verənlərdən nəticə çıxarmaq əvəzinə, yenə də revanşizm siyasətini davam etdirməkdədir. İrəvan hesab edir ki, min kilometrlərlə uzaqda yerləşən himayədarlarının köməyi ilə vəziyyəti dəyişə bilər. Söhbət Fransa başda olmaqla bir sıra ölkələrin riyakar və qərəzli anti-Azərbaycan siyasətindən gedir.

Maraqlıdır ki, ermənilər arasında bu “dəstəyin” əsl mahiyyətini anlamağa çalışan şəxslər də tapılır. Məsələn, Ermənistanda fəaliyyət göstərən “Demokratik alternativ” Partiyasının sədri Suren Surenyantsın “X” hesabında yazdıqları rəsmi Parisin çirkin və riyakar siyasətinin əsl mahiyyətini ortaya qoyub. O söyləyib ki, Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makronun yaxınlaşmasının kökündə erməni-fransız dostluğu deyil, iki liderin avantürası dayanır: “Ermənistan-Fransa “dostluğu” sadəcə maraqlar üzərində qurulub, müvəqqəti haldır. Nikol Paşinyanın Parisə səfərinin dəfnlər və təkrar basdırılmalardan ibarət olması da təsadüfi deyil”.

E.Makronun Avropa İttifaqı ölkələrinin hərbi heyətinin Ukraynaya göndərilməsini şərh edən partiya sədri bildirib ki, xoşbəxtlikdən bu avantürist ideya Qərbdə ciddi müqavimətlə üzləşib. NATO bu ideyaya qarşı çıxıb, Almaniya rəhbərliyi isə Fransa prezidentinin fikirlərini sərt tənqid edib.

Partiya sədrinin bu qalmaqallı açıqlaması nədən xəbər verir? Artıq erməni cəmiyyətində növbəti dəfə onlardan istifadə olunduğu qənaəti güclənir, anlamağa başlayırlar ki, bunların arxasında heç də ermənilərin halına yanmaq duyğusu durmur. Bəllidir ki, Rusiya tarixən ermənilərə dəstək verib, dövlətlərinin qurulmasında əvəzsiz rol oynayıb. Bu dəstəyin miqyası əvəzolunmazdır. SSRİ-nin dağılması ilə münasibətlər daha da güclənib, Kreml 90-cı illərin əvvəlində Qarabağ və ətraf ərazilərin işğal olunmasında İrəvana hərbi və siyasi dəstəyini göstərib. Siyasi və iqtisadi asılılıq o həddə çatıb ki, Rusiya Ermənistanı hətta Cənubi Qafqazda forpostu adlandırıb. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra anti-Rusiya əhvali-ruhiyyəni gücləndirməsi ilə münasibətlərdə soyuqluq 44 günlük Qarabağ müharibəsində Kremlin bitərəf qalmasına gətirib çıxardı. Ermənistan ümid edir ki, ağasını dəyişməklə, mövcud vəziyyəti dəyişəcək. Son vaxtlar anti-Rusiya əhvali-ruhiyyənin artması da bundan qaynaqlanır. E.Makron hakimiyyəti N.Paşinyanın dəstəyi ilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır. Hədəf hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqdır. Növbəti hədəf isə Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasıdır.

Yeri gəlmişkən, bu iddianı elə erməni mediası qaldırır. “Qolos Armenii” yazır ki, E.Makron Rusiya hərbi bazasını fransız legionu ilə əvəzləməyə çalışır. Səbəb kimi də, Fransa rəhbərinin Avropa İttifaqı ölkələrinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə avantürist açıqlaması göstərilir. E.Makron da Rusiyaya qarşı təkbaşına hərəkət etmir, əsas dəstəyi Vaşinqtondan alır. Rusiyalı analitiklər hesab edir ki, Moskva Parisə Afrikada cavab verə bilər. Qitədən artıq Fransa biabırcasına qovulur, əvəzində Rusiya orada güclənir. Cənubi Qafqazda Fransanın addımlarını zəiflətmək üçün Kreml digər bir istiqamətdə də Şimali Kipr və Türkiyə ilə münasibətləri gücləndirməyə çalışır. Hətta Moskva Şimali Kiprlə münasibətləri genişləndirmək, Lefkoşada nümayəndəlik açacağını da deyib.


Fransanın, daha dəqiq ifadə etsək, E.Makronun canfəşanlığı, saxta erməni sevgisi də elə belə deyil. Əvvəla, Fransa rəhbəri üçün ölkə daxilində və xaricində itirdiyi nüfuzunu bərpa etmək həyati əhəmiyyət kəsb edir. Daimi uğursuzluqlar onu addım-addım izləyir. Rusiya siyasi dairələrində hesab edirlər ki, E.Makron bunda Kremli günahkar bilir, əsas düşməni və xarici siyasətdə uğursuzluqlarının baiskarı hesab edir. Parisin İrəvanı öz nüfuz dairəsinə cəlb etmək cəhdi də bundan qaynaqlanır. Ukraynaya Aİ hərbi kontingentinin göndərilməsi barədə bəyanatı da bunun tərkib hissəsidir.

İkincisi, E.Makronun imicinə ciddi təsir edən insidentlərdən biri əvvəl Azərbaycanda, sonra isə Türkiyədə faş edilən casus şəbəkəsinin ifşasıdır.

Üçüncüsü, digər mühüm bir məsələlərdən biri məhz E.Makronun idarəçiliyi dövründə Fransanın neokolonializm siyasətinə qarşı beynəlxalq hərəkat atıb. Neokolonializmə qarşı Bakı Təşəbbüs Qrupu buna əyani misaldır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində neokolonializm məsələsinə də toxunub. Dövlət başçısı bildirib ki, neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün Azərbaycan öz dəstəyini göstərir və bundan sonra da göstərəcək. Prezident vurğulayıb ki, Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda keçirilən konfransının yekunlarına əsasən Bakı Təşəbbüs Qrupunun yaradılması bu məsələdə mühüm əhəmiyyət kəsb edir. Parisin çirkin müstəmləkə, pozuculuq siyasətinə, cəzasız qalan cinayətinə qarşı nəhayət ki, ciddi reaksiya verilir, beynəlxalq müstəvidə yeni və kəsərli mübarizə başlayır.

Beləliklə, ermənilər anlamağa başlayır ki, E.Makronun ermənilərə dəstəyinin arxasında əslində şəxsi maraqlar dayanır. Artıq daha çox erməni də bunu dərk etməyə başlayıb.(Report.az)

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub.

APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün təfərrüatları barədə jurnalistlərə açıqlamasında bildirib.

İranlı nazir qeyd edib ki, görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə aparılıb:

“Azərbaycanlı həmkarımla görüşdə Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə apardıq. Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı yaxın vaxtlarda tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik”.

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib, 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski və digərləri ilə birlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, o, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək xaricə üz tutub.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.

1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili "Cümhuriyyət ili" elan edilib.

30 dekabr 2023-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Eyni zamanda, Məhəmməd Əmin Rəsulzadənin məzarı bu il abadlaşdırılıb. Abadlaşdırılma işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkənin Türkiyə Respublikasındakı səfirliyi tərəfindən Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.

Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanın mətnini təqdim edirik:
“Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 5, maddə 453 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.1-ci bənddə “normayaratma fəaliyyətinin” sözləri “normativ hüquqi aktların” sözləri ilə, “yüksəldilməsi” sözü “artırılması” sözü ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi” üzrə:

2.1. 1.1-ci bənddə “normayaratma fəaliyyətinin” sözləri “normativ hüquqi aktların” sözləri ilə, “yüksəldilməsi” sözü “artırılması” sözü ilə əvəz edilsin;

2.2. 2.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.2. qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak etmək, o cümlədən hüquqi boşluqların və qanunvericilikdə kolliziyaların aşkar edilməsi və aradan qaldırılması üçün təkliflər vermək;”;

2.3. aşağıdakı məzmunda 2.1.4-1-ci, 3.1.3-1-ci və 3.1.3-2-ci yarımbəndlər əlavə edilsin:

“2.1.4-1. normativ hüquqi aktların keyfiyyətinin artırılmasında iştirak etmək;”;

“3.1.3-1. mövcud normativ hüquqi bazanın monitorinqinin aparılması nəticəsində normayaratma fəaliyyətinin effektivliyinin artırılması istiqamətində təkliflər vermək;

3.1.3-2. normativ hüquqi aktların keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək;”;

2.4. 2.1.5-ci və 3.1.4-cü yarımbəndlərə “sifarişi əsasında” sözlərindən sonra “, habelə öz təşəbbüsü ilə” sözləri əlavə edilsin;

2.5. 3.1.10-cu yarımbənddə “əsasında” sözü “ilə” sözü ilə əvəz olunsun və həmin yarımbəndə “tətbiqi sahəsində” sözlərindən sonra “müqavilə əsasında” sözləri əlavə edilsin;

2.6. 4.7.4-cü və 4.22.15-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.7.4. Mərkəzin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək, habelə Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;”;

“4.22.15. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Mərkəzin işçilərinin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin, habelə tabeliyindəki digər qurumların və təsərrüfat cəmiyyətlərinin idarəetmə orqanlarının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həmçinin onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Şura ilə razılaşdırmaqla qərarlar qəbul etmək;”;

2.7. 4.7.7-ci yarımbəndə “cəmiyyətlərinin” sözündən sonra “və tabeliyindəki digər qurumların” sözləri əlavə edilsin;

2.8. 5-ci hissənin adında “mənfəəti” sözü “maliyyə fəaliyyətinin əsasları” sözləri ilə əvəz edilsin.

Ərdoğan son şərtini açıqladı: “Azərbaycansız olmayacaq” - GƏLİŞMƏPolitoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Ermənistan KTMT-də qalıb-qalmayacağına qərar verməlidir. Lavrov Rusiyanın buna uyğun olaraq, Ermənistanla münasibətlərinə yenidən baxa, konkret addımlar ata biləcəyini söylədi. Sizcə, onun xəbərdarlığı nədən xəbər verir, Rusiya praktikada ondan və KTMT-dən uzaqlaşan Ermənistana qarşı hansı addımları ata bilər?

- Hələ ki, ideoloji savaş gedir, tərəflər bu kontekstdə bir-birinə ən müxtəlif ittihamlar səsləndirirlər. Mediaya “Rusiya Ermənistanı işğal edəcək, “Rusiya Ermənistanı cəzalandıracaq” kimi məlumatlar sızdırılır. Əslində, Rusiya aranı qızışdırıb yenidən Ermənistanla Azərbaycanı toqquşdurmaq istəyir. Söhbət Zəngəzur istiqamətindən gedir. Azərbaycan buna getmir, qəti şəkildə imtina edir. Əgər Rusiya Ermənistana hücum istəyirsə, bunu özü etsin, bizlik deyil. Prezident İlham Əliyev də çox açıq dedi ki, biz müharibə istəmirik, Ermənistana hücum etmək fikrimiz də yoxdur.

Hesab edirəm ki, Ermənistana hücum, hakim rejimi devirib yerinə “Qarabağ klanı”nı gətirmək kimi planlar gündəlikdən çıxır. Çünki Rusiya Ermənistana hücum etsə, yeni təzyiqlərlə üz-üzə qalacaq. Bu halda Moskva Qərb tərəfindən yeni sanksiyalara məruz qalacaq. Zatən, Navalnının ölümündən sonra dünyanın Rusiyaya münasibəti 180 dərəcə dəyişib. NATO ölkələri Rusiya ətrafında “qısqac çənbəri” formalaşdırmağa başlayıblar. İnanmıram ki, Rusiya bu durumda Ermənistana hücum edəcək. Bunu gündəlikdən çıxmış hesab edirəm.

- Rusiya Ermənistanın ondan aralanmasına göz yumacaq?

- Belə asanlıqla razılaşmayacaq. Məsələn, bu durumda neft-qazı kəsəcək, ticarət əlaqələrini ya dayandıracaq, ya da minimuma endirəcək. Ermənistan üçün ən qorxuncu budur: Rusiyada yaşayan erməniləri çıxarmağa başlayacaqlar. Lavrov buna Antalyada da eyham vurdu. Rusiyada 2 milyona yaxın erməni yaşayır, onların çıxarılması Ermənistan üçün ciddi problemlər yaradacaq. Bu, Ermənistan üçün həlsiz problemə çevrilə bilər. Üstəgəl, Rusiyanın Ermənistanda əmlakları var. Ermənistan yüksək həcmli borcların müqabilində bu əmlakları Rusiyaya satıb. Bu məsələ də Ermənistana üçün başağrısı ola bilər.

- Lavrov Antalyada türkiyəli həmkarı Hakan Fidanla Azərbaycan-Ermənistan sülh prosesi və nəqliyyat dəhlizlərinin açılması prosesini də müzakirə etdi. İki ölkə arasında bu yöndə hansı razılaşmalar ola bilər, xüsusən də Zəngəzur dəhlizi ilə əlaqədar?

- Moskva hesab edir ki, açılacaq dəhlizin təhlükəsizliyini Rusiya sərhədçiləri təmin etməlidir. Hələlik buna nail ola bilmirlər. İrəvan bildirir ki, suverenlik və təhlükəsizlik hüququ Ermənistanda olmalıdır. Yəni bu məsələnin yekun razılaşması yoxdur. Bundan başqa, Zəngəzur dəhlizinin Ermənistan tərəfinə düşən hissəsinin tikintisi də başlamayıb. Zənnimcə, ruslar yerlərdə qaldıqca, regionda qarışıqlıq olacaq, razılığa gəlmək çətin olacaq. Avropa Birliyi və ABŞ işə qarışsa, proses sürətlənə bilər, qarışmasa, Rusiya ləngiməni davam etdirəcək.

- Prezident Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi Azərbaycanla koordinasiyalı şəkildə aparılacaq. İrəvan bu mesajdan hansı nəticəni çıxarmalıdır, bu nöqtədən sonra ermənilər hansı xətt üzrə hərəkət edəcəklər?

- Türkiyə bölgədə sabitlik və sülhün bərqərar olmasında maraqlıdır. Əlbəttə, Türkiyə bu baxımdan Ermənistanla sərhədlərin açılmasını istəyir, amma şərtləri var. Türkiyə Rusiyanın bölgəni yenidən qarışdıracaq planlarının qarşısını almağa çalışır.

Zənnimcə, bölgə savaşdan çox sülhə yaxındır, Berlin görüşü lazımi nəticələri verir. Məsələ böyük ölçüdə razılaşdırılıb, indi əsas məsələ liderlərin görüşüb sənədləri imzalamaları ilə bağlıdır. İndi Türkiyə bəyan edir ki, sülh müqaviləsinin imzalanması yaxındadır. Ankaranın dediyi budur ki, gərginlik bitsin.

Ankara və İrəvan razlığa gəldi ki, sərhədlər açılsın, diplomatik münasibətlər qurulsun, amma Ermənistan bunun müqabilində öz iddialarından əl çəksin və bununla bağlı bəyanat versin. Təsadüfi deyil ki, ötən həftəsonu Türkiyənin rəsmi nümayəndəsi gözlənilmədən bəyan etdi ki, İrəvanda görüşərək məsələlərə son qoymağa hazırdırlar. Bu, gözlənilməz hadisə idi, buna görə də rezonans doğurdu. Yəqin ki, yaxınlarda həyəcanlı və ümidverici hadisələrin şahidi ola bilərik.

- Ermənistan mətbuatında Azərbaycanın guya 33 kəndi ələ keçirdiyinə dair qondarma xəritə yayımlanıb. Bu saxta iddianı da Baş nazir Nikol Paşinyan ortaya atıb. Bu məsələ prosesləri hansı yönə çəkə bilər?

- Ermənilərin adlarını çəkdikləri kəndlərin hamısı Azərbaycan əraziləridir. Ermənilər işğal və ya müharibə dövründə öz sərhədlərini bəzi istiqamətlərdə 10-12 kilometr Azərbaycanın içərisinə doğru çəkmişdilər. Azərbaycan bu məsələni də çözdü. Zənnimcə, bu kimi iddialar və ya qalan məsələlər sülh müqaviləsinin imzalanmasına mane olmayacaq. Sərhədlərin dəqiqləşdirilməsi sülh sazişinin imzalanmasından sonra da həll edilə bilər. Qazaxın sərhədə bitişik 4 kəndini qaytara bilərlər, amma anklavlar və yolların açılması məsələsi hələ bir müddət çəkəcək.

Bölgədə kommunikasiyalar o zaman tam açılacaq ki, Ermənistan Zəngəzur dəhlizinin öz üzərinə düşən hissəsinin tikintisini tam bitirəcək. Qazax-İcevan dəmir yolu da bununla birlikdə açılacaq. Qars-Gümrü dəmir yolunun açılması da mümkündür. Ermənistan bundan sonra dəmir yolları ilə Avropaya çıxış əldə edəcək. Əlbəttə, bütün bunlar yekun sülh müqaviləsindən sonra olacaq.
Bu yol Ermənistanı müharibə təhlükəsindən uzaqlaşdıracaq - GƏLİŞMƏErmənistanda “Gallup International” mərkəzinin keçirdiyi son sorğunun nəticəsinə görə, faktiki hər iki ermənidən biri Azərbaycanla yeni müharibə təhlükəsinin real olduğunu bildirib. Əslində bunun obyektiv səbəbləri var. Biz nə qədər yeni müharibə istəmədiyimizi bildirsək də, 8 kənd və Zəngəzur dəhlizi məsələsində qətiyyətli mövqeyimizi davam etdiririk. Bu da ermənilərdə belə əhval-ruhiyyə yaradıb ki, Azərbaycan istəklərini əldə etmək üçün yeni müharibəyə başlaya bilər. Deməli, əgər ermənilər müharibə istəmirlərsə bu iki məsələnin həllini sürətləndirməlidirlər. Baş nazir Nikol Paşinyan bölgədə sülhün əldə olunması və əməkdaşlığa başlanılması üçün addım atarsa bunun qarşlığında Azərbaycan və Türkiyə Ermənistanın regional layihələrə qoşulması üçün imkan yaradacaqlar. Bu yol Ermənistanı müharibə təhlükəsindən uzaqlaşdıracaq.

Azər Fikrətoğlu

Xəbər lenti