|
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncamla xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:
Ələkbərov Nicat Vaqif oğlu – polkovnik
Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant
Əliyev Telman Elyaz oğlu – polkovnik-leytenant
Həsənov Əli Vaqif oğlu – polkovnik-leytenant
Qurbanov Anar İsa oğlu – polkovnik-leytenant
Məmmədov Xəyyam Loğman oğlu – polkovnik-leytenant
Ağayev Nemət Mir Tahir oğlu – mayor
Əliyev Rasim Nurməmməd oğlu – mayor
Quliyev Malik Əlipənah oğlu – mayor
Məhərrəmov Sətdar Razim oğlu – mayor
Niftəliyev Ayaz Tofiq oğlu – mayor
Məmmədov Bilal Şahin oğlu – kapitan.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, onun yerinə müavini Azər Məmmədov təyin edilib.
“Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev məlumatı təsdiq edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlaması münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!"
Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla xüsusi karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb.
Qeyd edək ki, bundan əvvəlki qərarla həmin müddət aprelin 2-si bitirdi.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Paşinyan hakimiyyəti geriyə dönüşü olmayan yoldadır, Rusiya əleyhinə demarşları davam etdirir, Ermənistanın KTMT-nı tərk etməsinə hesablanmış olduqca təhlükəli proses isə artıq başlayıb... Bu baxımdan, Ermənistanın gələcək taleyini xilas etməyin mümkün olmayacağı hərbi-siyasi mərhələ çox sürətlə yaxınlaşır, Qərbdən asılı vəziyyətə düşmüş rəsmi İrəvan indi "könüllü intihar"dan o qədər də uzaqda deyil...
ABŞ və Qərb Cənubi Qafqazda geopolitik maraqlarını Ermənistan üzərindən reallaşdırmağa cəhd göstərir. Rusiyanın bütün müqavimət cəhdlərinə baxmayaraq, ABŞ və Qərb hələlik Ermənistanı öz "geopolitik alət"inə çevirməyi bacarmış kimi görünür. Rəsmi İrəvan Rusiya əleyhinə Qərbdən verilən bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməyə çalışır. Və bu, Paşinyan hakimiyyəti üçün əsas xarici siyasət prioritetləri sırasında ön planda yer alır.
Ancaq ABŞ və Qərbin Ermənistandan tələbləri getdikcə sərtləşir. Ona görə də, rəsmi İrəvanın Qərbin təlimatlarını icra etməkdə artıq çətinlik çəkdiyi də müşahidə edilməyə başlayıb. Hər halda, Qərbin Ermənistanın KTMT-dan çıxması barədə istəyinin yerinə yetirilməsi rəsmi İrəvan üçün "geopolitik intihar" xarakteri daşıyır.
Üstəlik, ABŞ və Qərb bunun qarşılığında Ermənistana təhlükəsizlik təminatı verməyə də həvəs göstərmir. Bu baxımdan, Paşinyan hakimiyyəti hazırda çıxışı olmayan"geopolitik labirint"in daxilində dolaşmaq məcburiyyətində qalmış duruma düşüb. Və rəsmi İrəvan dünya nəhənglərinin geopolitik hədəflərini təkbaşına reallığa çevirmək imkanlarından çox-çox uzaqdır.
Halbuki, Qərbdən gələn təlimatların sırasında Ermənistanın Rusiyanın patronajlığı altında olan bütün qurumları tərk etməsi prinsipial tələb kimi diqqəti çəkir. Rəsmi İrəvandan xüsusilə də, MDB və Avrasiya İqtisadi İttifaqından uzaqlaşmaq tələb olunur. Bu tələbin icrası isə Ermənistana iqtisadi-ticari anlamda olduqca baha başa gələ bilər. Hətta bu tələbin Ermənistanın könüllü maliyyə-iqtisadi böhrana düçar olmasına və defolt ölkəyə çevrilməsinə də səbəb ola biləcəyi qətiyyən şübhə doğurmur.
Təbii ki, ABŞ və Qərbdən nə qədər asılı vəziyyətə düşmüş olsa da, Paşinyan hakimiyyəti belə, Rusiyadan sürətlə uzaqlaşma kursunun Ermənistanı məhz "fəlakət tuneli"nə doğru apardığını tam dəqiqliyi ilə bilir. Ermənistanın maliyyə naziri Vaqe Ovannisyan Avrasiya İqtisadi İttifaqına münasibətdə daha təmkinli davranmağın vacib olduğunu vurğulayıb. Və atılacaq yanlış addımların Ermənistana ağır zərbələr vəd etdiyinə eyham vurub.
Erməni nazir xatırladıb ki, Ermənistan iqtisadi cəhətdən Rusiyadan tamamilə asılı vəziyyətdədir. Ona görə də, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hazırda bu ölkə üçün ən riskli seçim olardı. Hər halda, Ermənistanın Avropa Birliyi ilə iqtisadi-ticari münasibətlərinin sıfırın altında olan faiz dərəcəsiylə ifadə edildiyini nəzərə aldıqda, erməni nazirin hətta mövcud durumu daha yumşaq izah etdiyini anlamaq o qədər də çətin deyil.
Yəni, Ermənistanın bütün iqtisadi-ticari göstəriciləri məhz Rusiya və Avrasiya İqtisadi İttifaqına bağlıdır. Rəsmi İrəvan bu quruma üzvlüyü sayəsində kifayət qədər ciddi güzəştlərə də malikdir. Əgər, rəsmi İrəvan Avrasiya İqtisadi İttifaqını tərk edərsə, Ermənistan bütün güzəştlərdən məhrum edilməklə, dağıdıcı iqtisadi zərbələrə məruz qala bilər. Hətta Ermənistanın ümumiyyətlə, "ixrac və idxal pəncərəsi" qapadılacaq iqtisadiyyatının çökməsi də tamamilə mümkündür.
Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin Rusiya əleyhinə israrlı demarşları istər-istəməz təəccüb doğurur. Rusiyadan belə radikal addımlarla sürətli uzaqlaşma variantı bu qədər təhlükəli olduğu halda, rəsmi İrəvanın israrı müəmmalı xarakter daşıyır. Ermənistan dövlətçiliyinin təhlükə altında olduğunu bildiyi halda, baş nazir Nikol Paşinyanın belə ağır risklərə getməsinin bəzi səbəbləri olmaya bilməz. Və bu səbəblər böyük ehtimalla baş nazir Nikol Paşinyan üçün özəl xarakter daşıyır.
Maraqlıdır, Tiqran Köçəryan Paşinyan hakimiyyətinin Rusiya əleyhinə Ermənistanı təhlükəyə atan demarşlarının gizli səbəblərini açıqlayıb. O, Ermənistan cəmiyyətinə açıqladığı məlumatların ən azından Paşinyan hakimiyyəti dövründə dövlət sirri kateqoriyasına aid oldunğunu da vurğulayıb və hər an həbs edilə biləcəyini, bundan çəkinmədiyini bildirib. Və Paşinyan hakimiyyətinin bundan sonra tutduğu siyasi kursdan geri çəkilməsinin mümkün olmadığını da iddia edib.
Onun dediyinə görə, 2018-ci ildə İrəvana səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton baş nazir Nikol Paşinyana Rusiyanın Cənubi Qafqazdan çıxarılmasının detallı planı olan məxfi qovluq verib. Həmin məxfi qovluq hazırda icra edilir və Paşinyan hakimiyyəti üçün "yol xəritəsi" anlamı daşıyır. Və erməni baş nazir uğur qazanma ehtimalı az olsa belə, həmin məxfi qovluqda olan planı icra etməyə məhkumdur.
Əslində, baş nazir Nikol Paşinyan Qərbdəki ağaları üçün elə bir ciddi əhəmiyyət daşımır. Üstəlik, hazırda onun davamçıları Rusiya ilə yanaşı, Qərb siyasi dairələrini də tam şəkildə məmnun etmir. Bir siyasi alət olaraq, erməni baş nazir geopolitik oyunçuların hamısını artıq bezdirib. Ona görə də baş nazir Nikol Paşinyan öz hakimiyyətini qorumaq üçün bütün riskləri almaq məcburiyyətində qalıb.
Böyük ehtimalla Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan baş nazir Nikol Paşinyanı əvəzləmək üçün Qərbin əsas namizədidir. Baş nazir Nikol Paşinyan isə Rusiya ilə düşmənçiliyi dərinləşdirməklə, həm geopolitik situasiyanı qəlizləşdirir, həm də Ermənistanı real təhlükə qarşısında buraxır. Bəzi məlumatlara görə, baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyanın Kiyevdə məktəblilərə verdiyi planşetlər əslində, sonradan Ukrayna ordusuna ötürülüb. Çünki həmin planşetlərin PUA-ların idarə olunması üçün proqramlaşdırıldığı bildirilir.
Erməni ictimai xadim Tiqran Köçəryanın iddiaları arasında Ermənistan baş qərargah rəisinin KTMT-nın tərk edilməsinin nəticələrinin dövlət sirri hesab etməsinin səbəblərinə yönəlik də məqamlar da yer alıb. Onun dediyinə görə, baş nazir Nikol Paşinyan həqiqətən Ermənistanı Azərbaycan ilə yeni savaşa hazırlamağa çalışır. Onun fikrincə, bu ən təhlükəli avantürist oyundur. Çünki Azərbaycanla qeyri-bərabər savaş baş verərsə, Ermənistanı heç bir dövlət, o cümlədən də, Fransa da xilas edə bilməyəcək.
Məsələ ondadır ki, Fransa Ermənistanı dəstəkləsə də, Azərbaycan Türkiyə ilə strateji hərbi müttəfiqdir. Türkiyə və Fransa isə NATO-ya üzv dövlətlərdir. Fransa rəsmi İrəvana müxtəlif vədlər verə bilər, ancaq Ermənistan ucbatından NATO üzvü olan Türkiyə ilə savaşa cəsarət etməz. Erməni ictimai xadim hesab edir ki, bu baxımdan, Ermənistanın KTMT-dan çıxmasının dövlət sirri kimi təqdim olunan müəmmalı nəticələri də məhz bu məqamda gizlənir. Onun fikrincə, əgər, KTMT-nı tərk edərsə, Ermənistan bir dövlət kimi məhv ediləcək. Və Paşinyan hakimiyyətinin bu reallığı dövlət sirri hesab etməsi tamamilə məntiqsiz, absurd yanaşmadır.
Ancaq Paşinyan hakimiyyəti geriyə dönüşü olmayan istiqamətdə irəliləməkdə israrlı mövqe tutur. Rəsmi İrəvan Rusiya əleyhinə demarşlarını davam etdirir, Ermənistanın KTMT-nı tərk etməsinə hesablanmış olduqca təhlükəli proses artıq başlayıb. Ermənistanın gələcək taleyinin xilas edilməsinin mümkün olmayacağı hərbi-siyasi mərhələ isə sürətlə yaxınlaşır. Və Qərbdən asılı vəziyyətə düşmüş Ermənistan indi "könüllü intihar"dan o qədər də uzaqda deyil.(Yeni Müsavat)
"Bu konfransın keçirilməsi Azərbaycanın İslamofobiya ilə mübarizədə güclü öhdəliyinin göstəricisidir."
Bunu İslam Əməkdaşlıq Təşkilatının baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusif Əl-Dubey Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransın açılışında çıxışı zamanı deyib.
İƏT-in baş katibinin köməkçisi Azərbaycana bu konfransa görə təşəkkür edib. O deyib ki, Azərbaycan İslamofobiya ilə mübarizədə BMT-nin əlaqədar qətnaməsi ilə bağlı nümunəvi addımlar atır: "Bu konfrans təqdirəlayiq təşəbbüsdür və Azərbaycanın İslamofobiya ilə mübarizədə güclü öhdəliyini əks etdirir. Bu konfransa dəvət üçün İƏT adından təşəkkür edirəm".
Əl-Dubey bildirib ki, dünyanın müxtəlif ölkələrində İslamofobiyanın səviyyəsi həyəcanverici dərəcədə artıb.
"Din təhqir olunur, müqəddəs kitablar yandırılır, ibadət ocaqları təhqir olunur, ibadət edən şəxslərə, onların inanclarına görə hücum olunur. Bütün bunların qarşısını almaq üçün addımlar atmaq lazımdır", o deyib.
İƏT rəsmisi bildirib ki, onun təmsil etdiyi təşkilat İslamofobiya ilə mübarizə üçün müxtəlif səylər göstərir.
"İƏT regional və beynəlxlaq təşkilatları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyətlərini İslamofobiya ilə mübarizədə tədbirlər görməyə, gücləri birləşdirməyə çağırır, biz birgə harmoniyanın, tolerantlığın olduğu dünya yaratmalıyıq. İslamın pis əməllərlə əlaqəsi yoxdur", o deyib
“Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir”.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda qeyd olunub.
Vurğulanıb ki, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. “İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır”, - deyə məktubda diqqətə çatdırılır.
Ermənistan ərazisində yerləşən Azərbaycanın İslam tarixi-mədəni irsinin məhv edilməsi böyük məyusluq doğurur.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib.
Dövlətimizin başçısı məktubunda diqqətə çatdırıb ki, Azərbaycan UNESCO-ya müraciət edərək Ermənistanda illər ərzində dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsinin aparılması məqsədilə bu ölkəyə texniki missiyanın göndərilməsinə çağırış edib. Əfsuslar olsun ki, UNESCO indiyə kimi bu çağırışa cavab verməyib.