Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.

"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!

İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır. Gəlin, hamımız birlikdə onları salamlayaq.

Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Biz - bu torpaqların sahibləri qurub-yaradırıq, o cümlədən Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bu stadion cəmi iki ay ərzində, demək olar ki, yenidən inşa edilmişdir, əsaslı təmir olunmuşdur. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı. Bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. O cümlədən bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq.

Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.

Əziz dostlar, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!

İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik.

Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq! Yaşasın Qarabağ! Yaşasın şanlı Ordumuz! Qarabağ Azərbaycandır!

x x x

Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olundu.

Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ”–MOİK görüşü başladı.

***
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxış edib.

Sonra Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.

***
Prezident İlham Əliyev futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında baş tutacaq oyundan əvvəl Xankəndi şəhər stadionunda çıxış edir.

Həmin çıxışı təqdim edirik:

 
***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xankəndi stadionuna gəliblər.

Dövlət başçısını və xanımını "Qarabağ" - MOİK oyununu izləyəcək azarkeşlər ayaq üstə qarşılayıblar.

Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

***

Bu gün Xankəndi şəhərində futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçiriləcək. 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edəcək. 

Dövlətimizin başçısı daha sonra tarixi oyunu izləyəcək.

"Bu matçın Xankəndidə keçirilməsinin çox böyük mənası var" - Dövlət başçısı

Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

"Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır", - dövlət başçısı bildirib.

Prezident Şuşada 23 binadan ibarət ilk yaşayış kompleksindəki tikinti işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Dövlət başçısı yaşayış kompleksində hazır mənzillərə baxıb.

Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.

Diqqətə çatdırılıb ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Prezident Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub - FOTO

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub.

"Dövlət başçısına görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə başlanılacaq. Həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərində də başlanılıb.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq “Qarabağ” adını verib. Gövhər Ağa məscidi, “Qarabağ” oteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır. Tikinti işləri yüksək səviyyədə həyata keçirilir.

 

 

 

 

Bu gün Xankəndi şəhərində futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edəcək.

Dövlətimizin başçısı daha sonra tarixi oyunu izləyəcək.

Prezident Xocalının Dağdağan kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Xocalı rayonunun Dağdağan kəndində olub.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Prezident Şuşada tikinti və bərpa işləri ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, “Aşağı Gövhər Ağa” məscidində aparılan bərpa və Daşaltı kənd məscidinin tikinti işləri ilə tanış olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

20 sentyabrda Azərbaycana hücum təklif edilib? – NikolErmənilərin Qarabağdan çıxarılmasını planlaşdıran və həyata keçirən insanlar hesab edirlər ki, Qarabağ məsələsi həll olunub, indi də Ermənistan məsələsi həll olunmalıdır.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli mediaya müsahibəsində deyib.

"Ermənistan liderləri 1990-1991-ci ildə demirdilər ki, bizə dövlət olmaq üçün müstəqillik lazımdır, onlar deyirdilər ki, Qarabağ problemini həll etmək üçün müstəqil dövlət lazımdır. Ən başlıca sual budur.

İndi müxalifət nümayəndələri deyirlər ki, Ermənistanın Qarabağsız mövcudluğunun heç bir mənası yoxdur, çünki Ermənistan Respublikasının dövlətçiliyi Qarabağ məsələsinin həlli üçün yaradılıb. Yəni Qarabağ məsələsi həll olunsaydı, onun həllindən sonra Ermənistanın taleyi necə olacaqdı?

Digər ölkələrdən Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı çağırışlar olub. Bu çağırışları edən insanlar hesab edirdilər ki, Qarabağ məsələsi etnik təmizləmə yolu ilə həll olunub və deməli, Ermənistan məsələsi də həll olunmalıdır. Yəni, konsepsiya tamamlanmalı, Ermənistanda hökumət deməlidir: Ermənistanın mövcudluğunun mənasız olduğu ortaya çıxdı”, - Paşinyan bildirib.

Rəsmi Bakının 19-20 sentyabrda həyata keçirdiyi antiterror əməliyyatından sonra Paşinyan ona zəng edilərək Azərbaycana hücuma təşviq edilməsi barədə yayılan iddialarla bağlı suala cavabında isə bunları deyib:

“Belə söhbət olmayıb, amma başqa söhbətlər olub”.
Ermənistan ölkəsindəki “bomba"nın açarını 2036-dək Rusiyaya verdi - NƏ BAŞ VERİR?Rusiyanın “Rosatom” dövlət şirkəti və Ermənistan hökuməti arasında Metsamor AES-in istismar müddətinin 2036-cı ilə qədər uzadılması haqqında saziş imzalanıb.

“Rosatom”un məlumatına görə, Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bu barədə razılıq əldə olunub.

Sənədi Metsamor AES-in baş direktoru Eduard Martirosyan və “Rosatom”un layihələr üzrə direktoru Yuri Sviridenko imzalayıblar.

“Rosatom” Ermənistan AES-in modernləşdirilməsinin birinci mərhələsinin müsbət nəticələrini nəzərə alaraq, stansiyanın 2036-cı ilə qədər səmərəli və təhlükəsiz işləməsinə təminat verib.

Ermənistanın ümumi elektrik enerjisi istehsalında Metsamor AES-in payı təxminən 30%-dir. Nüvə enerjisi ekoloji cəhətdən təmiz istehsal mənbəyidir, ona görə də AES elektrik enerjisi istehsalı atmosferə əhəmiyyətli miqdarda karbon qazı atmamağa imkan verir.

2014-cü ildə Ermənistan hökuməti AES-in modernləşdirilməsi və istismar müddətinin uzadılması xahişi ilə “Rosatom”a müraciət edib. Modernləşdirməyə 2015-ci ildə başlanılıb, işlər 2021-ci ildə başa çatıb. İşin böyük hissəsi stansiyanın fəaliyyəti dayandırılmadan həyata keçirilib. Rusiyanın ixtisaslaşmış təşkilat və institutlarının cəlb edilməsi ilə ətraflı hesablamalar aparılıb, stansiyada çoxlu sayda avadanlıq dəyişdirilib. Enerji blokunun qəzalı soyutma sistemi, maşın otağı, turbinlər, avtomatlaşdırılmış idarəetmə sistemləri müasirləşdirilib. Enerji blokunun gücü 380-390 MVt-dan 440 MVt-a qədər artırılıb.

Ermənistan AES-in istismar müddəti 2026-cı ildə başa çatır, müvafiq lisenziya 2021-ci ildə hökumət yanında Nüvə Təhlükəsizliyinin Tənzimlənməsi üzrə Dövlət Komitəsinə verilib.

Görünən odur ki, Ermənistan Rusiyanın buxovundan xilas olmaq istərkən, getdikcə daha çox asılılığına düşür. Rusiyaya qarşı addımları davam edərsə, Ermənistanın üstündə oturduğu AES “bombası” göyə də uça bilər...

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov dedi ki, Qərbin bütün təzyiqlərinə baxmayaraq Ermənistanın tezliklə Rusiya boyunduruğundan xilas olması mümkünsüzdür: “Bunun da çox sadə səbəbi var. Bu da Ermənistanın iqtisadi baxımdan Rusiyadan kritik asılılığı ilə bağlıdır. Məhz bu səbəbdəndir ki, Ermənistan Rusiyaya qarşı bütün demarşlarına baxmayaraq, hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi Birliyinin üzvü olmaqda davam edir.

Rusiyanın “Rosatom” dövlət şirkəti və Ermənistan hökuməti arasında Metsamor AES-in istismar müddətinin 2036-cı ilə qədər uzadılması haqqında saziş də bunun bariz göstəricisidir. Baxmayaraq ki, 2022-ci ildə ABŞ və Ermənistan arasında Mülki Nüvə Əməkdaşlığı üzrə memorandum imzalanıb və bu memaranduma görə ABŞ Metsamorun fəaliyyəti ilə bağlı Ermənistana bütün lazımi texniki dəstəyi göstərə biləcəyini vəd edib. Amma real olaraq bunu etmək çox çətindir, ona görə ki, stansiyanın idarəetməsi ruslara məxsusdur və stansiyanı beynəlxalq standartlara uyğun şəkildə yeniləmək mümkün deyil. Avropa İttifaqı isə ümumiyyətlə bu stansiyanın təhlükəsizlik səbəbilə bağlanması təklifi ilə çıxış edir.

Ermənistanın ümumi elektrik enerjisi istehsalında Metsamor AES-in payının 30%-dan artıq olduğunu nəzərə alsaq, stansiyanın bağlanması Ermənistan üçün olduqca böyük problemlərə yol aça və ölkədə enerji böhranına səbəb ola bilər. Odur ki, Ermənistan istəmədən də olsa Rusiya ilə müvafiq sazişi imzalamağa məcbur idi.

Ümumiyyətlə isə Ermənistanın Rusiyadan ən çox asılı olduğu sahə enerji sektorudur. Belə ki, Ermənistanda elektrik enerjisi istehsalının 70%-i Rusiyanın təmin etdiyi enerji məhsulları ilə həyata keçirilir. İdxal edilən təbii qazın təqribən 88%-i maye qaz idxalının isə 90%-dən artığı Rusiyanın payına düşür. Qazla yanaşı Rusiya Ermənistanda həm də benzin və dizelin əsas təminatçısıdır. Neft məhsullarının idxalının təqribən 75 %-i Rusiyanın payına düşür. Ermənistanda qaz təminatı və satışı ilə Rusiyanın “Qazprom” şirkəti məşğul olur. Ermənistanda elektrik enerjisinin paylanmasını həyata keçirən Ermənistan Elektrik Şəbəkələri də Rusiyanın “Taşhir Qrup”a məxsusdur. Bundan başqa, Ermənistanın dəmir yolları şirkəti olan Cənubi Qafqaz Dəmiryolu da tam olaraq Rusiya Dəmir Yolları dövlət şirkətinə məxsusdur. Bunlar onu deməyə əsas verir ki, Rusiya Ermənistanın strateji əhəmiyyətli şirkətlərinə də tam olaraq nəzarət edir və bu şirkətlər vasitəsilə Rusiya Ermənistana təsir etmək imkanlarını hər zaman öz əlində saxlayır.

Paşinyanın dekabrın 25 və 26-da Sankt-Peterburqda keçiriləcək Aİİ İqtisadi Şurasının və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etməyə razılıq verməsi də Gümrüdə Parlament fəalları ilə keçirilən iclasda “Qərb İrəvanın addımlarını düzgün qiymətləndirmir, ona görə də Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb” kimi bəyanatla çıxış etməsi də bunun bariz sübutudur".

Hərbi ekspert Səxavət Məmməd Ermənistanın mövcudluğunun getdikcə sual altına düşdüyünü qeyd etdi: “Ermənistan hər nə qədər Rusiyadan qopmaq istədiyini göstərməyə çalışsa da, əslində bunun o qədər asan olmayacağı bəlli idi. Ermənistan ərazisində Rusiya hərbi bazası var. Bundan əlavə, Ermənistan iqtisadiyyatının 60-70 faizi Rusiyanın nəzarətindədir. Ermənistanın dəmir yolları tamamilə Rusiyanındır. Belə olan halda Ermənistanın Rusiyadan asanlıqla qopacağı gözlənilmirdi. Əksinə, iki ölkənin yaxınlaşacağını müşahidə edə bilərik. Son günlər diqqət edirik ki, Fransanın aktivliyi sıfıra düşüb. Əvvəl Rusiyanın çağırdığı toplantılara qatılmayan Paşinyan hakimiyyəti indi nəinki rəsmi, qeyri-rəsmi toplantılara da qatılır. Dolayısı ilə Ermənistan anlayır ki, hələ də regionda Rusiyanın gücü qalmaqdadır. ABŞ-ın əsas diqqətini İsrail və bundan sonra Sakit okean hövzəsinə ayıracağını nəzərə alsaq, region uğrunda mübarizə Rusiya, İran və Türkiyə arasında gedəcək. Ermənistanın qaçacağı yer yoxdur. Burada diqqət çəkilməli bir məsələ də var. Rusiya prezidenti Vladimir Putin belə bir bəyanat verdi ki, müstəqil siyasət yürüdə bilməyən ölkələr xəritədən silinəcək. Düzdür, bu, birbaşa Ermənistana ünvanlanmayıb, ancaq Ermənistan kimi ölkələrə deyildiyi açıqdır. Ona görə də Ermənistanın 2030-cu ildən sonra mövcudluğu sual altındadır”.

Siyasi analitik Asif Nərimanlı isə qeyd etdi ki, Metsamor AES-in istifadə müddəti başa çatıb: “Xüsusilə 1976-cı ildə tikilmiş nüvə reaktorlarının yenilənməməsi bölgə üçün yeni Çernobıl təhlükəsi yaradır. Lakin Ermənistan AES-dən imtina etmək niyyətində deyil. "Rosatom"la bağlanan müqavilə də bunu təsdiq edir. Fikrimcə, Metsamor AES-in yenilənməsinin Rusiyaya verilməsinin iki mümkün səbəbi var. Birincisi, Avropa ölkələri, yaxud nüvə enerjisi üzrə ixtisaslaşmış şirkətlər Metsamoru yeniləmək istəmirlər, çünki AES-in istifadə müddəti bitib, Avropa İttifaqı da 2011-ci ilə qədər stansiyanı bağlamağı tövsiyə etmişdi. Bu baxımdan, AES-in yenilənməsini istəyən Ermənistannın, belə demək mümkünsə, “Rostom”a ehtiyacı var. İkincisi, Ermənistan nə qədər anti-Rusiya siyasəti aparsa da, müəyyən qədər balansı da qorumağa çalışır, xüsusilə iqtisadi sahələrdə. Çünki Rusiyadan böyük ölçüdə asılılığı var. Misal üçün, Nikol Paşinyan KTMT-nin və MDB-nin iclaslarında iştirak etmir, amma Avrasiya İqtisadi İttifaqına gedir. Ümumiyyətlə, Ermənistanın Rusiyaya qarşı radikal addımlar atacağı ehtimalı az görünür, fikrimcə, İrəvanda Ukrayna müharibəsinin nəticəsini gözləyirlər, əgər Moskva məğlub olarsa, o zaman anti-Rusiya siyasətini sürətləndirəcək, ona qədər isə daha ehtiyatlı davranmağa çalışacaq".

Mənbə: “Yeni Müsavat”

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.

Lent.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi təyin edilib.

Qeyd edək ki, adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.

 

 

 

Xəbər lenti