Azərbaycan Ordusu Ağdərə rayonunun Çərəkdar kəndinə daxil olub.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çərəktar kəndi Ağdərə rayonunun inzibati tərkibinə verilib. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu.

Qarabağın erməni sakinlərinin nümayəndə heyəti Yevlaxa gəlir

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razı olan qarşı tərəf bu gün görüş Yevlax rayonuna gəlir.

APA xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət edən nümayəndə heyəti Yevlaxda Azərbaycan tərəfi ilə görüşəcək.

Xankəndindən Qarabağdan gələn nümayəndə heyəti artıq Ağdam rayonun keçib Yevlax şəhər istiqamətinə doğru hərəkət edir.

 

 

 

 

Qarabağda etnik təmizləmədən danışmağa əsas yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat xidməti Dmitri Peskov bildirib.

"Qarabağ sakinlərinin bütün hüquqlarına hörmət edilməlidir. Rusiya Federasiyası etiraf edir ki, Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir".

Ermənistan və onun beynəlxalq himayədarlarının məkrli planları ilə qurulmuş “boz zona”dakı erməni separatçı-terrorçuların 30 illik “tetris oyunu” həmişəlik bitirildı… İndi Xankəndi və ətraf bölgədə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpa ediləcəyi, eləcə də, erməni terrorçuların törətdikləri dəhşətli hərbi cinayətlərə görə hesab verəcəyi mərhələ başlayır…
Azərbaycan ordusu qarşıya qoyulan tarixi vəzifəni böyük ustalıqla icra etdi. Tarixi hədəfə nail oldu və 30 illik problemi bir dəfəlik ortadan qaldırmağı bacardı. Üstəlik, Azərbaycan ordusuna bu problemi həll etmək üçün cəmisi 24 saat yetərli oldu. Və bununla da bütün dünyaya meydan oxudu.

Bəli, Azərbaycan dövləti və ordusu növbəti dəfə bütün dünyaya meydan oxudu. Dünyanın ermənipərəst siyasi dairələrinin maskasını yenı yırtdı, onların riyakarlıqlarını gün üzünə çıxartdı. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əhəmiyyət vermədən Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistanın beynəlxalq himayədarları yenə məyus edildilər. Və məlum oldu ki, Ermənistanın beynəlxalq himayədarları nə az, nə çox, düz 30 il Azərbaycanın zamanını oğurlayıblarmış.

Məsələ ondadır ki, Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın nəzarətində saxlanması üçün Minsk Qrupu adı altında beynəlxalq siyasi fırıldaq missiyası yaradılmışdı. Həmin beynəlxalq fırıldaqçılar 30 il ərzində “Dağlıq Qarabağ probleminin hərbi yolla həllinin mümkün olmadığı”nı Azərbaycan dövlətinə qəbul etdirməyə çalışdılar. Ancaq Azərbaycan dövləti əksinə onlara sübut etdi ki, “Dağlıq Qarabağ problemi”nin sülh danışıqları yolu ilə həlli yoxdur. Və Azərbaycan ordusu Minsk Qrupunun 30 il sülh danıçıqları yolu ilə həllinə imkan vermədiyi “Dağlıq Qarabağ” problemini cəmisi 44 gün ərzində nizamladı, beynəlxalq fırıldaqçılar missiyasını da birdəfəlik dəfn etdi.

Son bir neçə günə qədərsə, rəsmi Bakıya təlqin etməyə çalışırdılar ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatizmi ilə bağlı problemin hərbi yolla həlli yoxdur. Yəni, onların fikrincə, rəsmi Bakı mütləq erməni terrorçularla müzakirələr aparmalıydı. Hətta erməni separatçı-terrorçuların “hüquq və təhlükəsizlik” iddialarını dialoq mövzusu kimi qəbul etməliydi. Bu, Azərbaycan ərazisində erməni separatizminin və terrorizminin ömrünü uzatmaq cəhdlərindən başqa bir şey deyildi.

Azərbaycan ordusunun lokal antiterror tədbirlərinin başlanmasından dərhal sonra ABŞ, Fransa, Avropa Birliyi və s. ermənipərəst beynəlxalq dairələr dərhal hərəkətə gəldilər. Rəsmi Bakının antiterror tədbirlərini dayandırmağa çağırdılar, üstəlik, yenə də bu problemin hərbi yolla həllinin mümkün olmadığını xüsusi olaraq, vurğuladılar. Yəni, yenə də uydurma siyasi dialoq tezisləri ilə rəsmi Bakını Azərbaycan ərazsindəki “boz zona”nı ləğv etmək qərarından daşındırmağa çalışdılar.

Ancaq baş tutmadı, rəsmi Bakı ABŞ, Fransa və Avropa Birliyinə əhəmiyyət vermədi, lokal antiterror tədbirlərinin sona qədər davam etdirilməsində prinsipial mövqe tutdu. Nəticədə, ABŞ, Fransa və Avropa Birliyinin hərbi yolla həllinin olmadığını iddia etdiyi problemi Azərbaycan ordusu cəmisi 24 saat ərzində sıradan çıxartdı. Və bununla da rəsmi Bakı Azərbaycanın üzləşdiyi problemlərin həlli yollarını beynəlxalq ermənipərəstlərdən daha yaxşı bildiyini növbəti dəfə sübuta yetirdi.

Erməni separatçı-terrorçuların Azərbaycanın Qarabağ regionunda 30 illik “tetris oyunu” sona çatdı. Bu hərbi cinayətkarlar Azərbaycan ərazisində “tetris bayraq” yelləyirdilər və o “bayraq” artıq düşdü. Əvəzində Azərbaycan ordusunun “dəmir yumruğu” erməni terrorçuları ağ bayraq qaldırmağa məcbur buraxdı. Və bundan sonra Azərbaycan dövlətinin şərtlərini yerinə yetirmək məcburiyyətində qaldılar.

Rəsmi Bakının şərtləri isə konkretdir və prinsipialdır. Ermənistan ordusunun tör-töküntüləri tərsilah olunacaq, silahlı erməni terror dəstələri ləğv ediləcək. Silah-sursatı, hərbi texnikanı təhvil verdikdən sonra Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazilərindən çıxarılacaq. Erməni separatçı-terrorçuların qondarma “qurumları” özünü buraxacaq. Xankəndi və ətraf bölgə Azərbaycan Konstitusiyasının müddəalarına uyğun şəkildə idarə olunacaq.

Azərbaycanın Qarabağ regionunda yaşayan erməni azlığı isə reinteqrasiya prosesinə cəlb ediləcək. Bu məsələ ilə bağlı ilk görüş Yevlax şəhərində keçiriləcək. Həmin görüşdə erməni azlığının təmsilçilərinə Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin bütün prosedurları və şərtləri prinsipial şəkildə izah olunacaq. Və erməni azlığının rəsmi Bakının reintqrasiya şərtlərini müzakirə etmək, ya da ondan yayınmaq şansları isə yoxdur.

Böyük ehtimalla Azərbaycana qarşı hərbi cinayətlər törətmiş erməni separatçı-terrorçular da cəzasız qalmayacaqlar. Onların böyük əksəriyyətinin həbs edilmə ehtimalı kifayət qədər ciddidir. Hər halda, Ermənistanın “Hraparak” nəşri bu barədə artıq məlumat yayıb. Erməni nəşrinin iddiasına görə, rəsmi Bakı Qarabağdakı separatçılara konkret siyahı göndərib və orada adları olan şəxslərin Azərbaycana təhvil verilməsini tələb edib.

Hələlik rəsmi təsdiqini tapmamış məlumata görə, həmin siyahıda Qarabağdakı separatçı-terrorçuların keçmiş liderlərinin, aktiv separatçılıq fəaliyyəti göstərmiş şəxslərin, hərbi cinayətkarların, habelə I və II Qarabağ savaşlarında Azərbaycan ordusuna qarşı vuruşmuş, mülki əhaliyə qəddarlıq etmiş, ağır cinayətlər törətmiş şəxslərin adları qeyd olunub. Yəni, belə anlaşılır ki, erməni separatçı-terrorçular istənilən halda, törətdikləri hərbi cinayətlərə görə cavab vermək məcburiyyətində qalacaqlar. Və “boz zona”da artıq sona çatan “tetris cinayətləri”nə görə hesab verməyin vaxtı çatıb.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edir.

Dövlət başçısının müraciətini təqdim edirik:

Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək.

Bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

Plana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə birgə 2024-cü ildə Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpünün tikintisinə dair təklif hazırlayacaq.

Xankəndidəki xunta rejimi Bakının şərtlərini qəbul edərək yevlaxda görüşə razılıq verib.

Artıq bu barədə Xankəndidəki xunta rejimi qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan tərəfinin reinteqrasiya, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaldırdığı məsələlər, habelə əldə olunmuş razılaşmaya əsasən Azərbaycan Konstitusiyasına uyğun olaraq Qarabağ əhalisinin güzəranının təmin edilməsi məsələləri 21 sentyabr 2023-cü il tarixində Yevlax şəhərində yerli erməni əhalisinin nümayəndələri ilə Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının nümayəndələri arasında keçiriləcək görüşdə və sonrakı görüşlərdə müzakirə olunacaq.

Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

"Qarabağda yerləşən Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 20 sentyabr 2023-cü il saat 13:00-dan etibarən hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub”.

Bu barədə Xankəndidəki xunta rejimi bəyanat yayıb.

“Ermənistan Respublikası Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi heyətinin Rusiya sülhməramlı kontingentinin yerləşdirilmə zonasından çıxarılması və “Dağlıq Qarabağ Müdafiə Ordusu” və ağır texnika və silahların tezliklə zərərsizləşdirilməsi məqsədi ilə Dağlıq Qarabağ ərazisindən çıxarılması.

Azərbaycan tərəfinin reinteqrasiya, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaldırdığı məsələlər, habelə Azərbaycan Konstitusiyasına uyğun olaraq Qarabağ əhalisinin güzəranının təmin edilməsi məsələləri.

Əldə edilmiş razılaşma 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində yerli erməni əhalisinin nümayəndələri ilə Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının nümayəndələri arasında keçiriləcək görüşdə və sonrakı görüşlərdə müzakirə olunacaq”, - deyə bəyanatda bildirilib.

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Xəbər lenti