![]() |
|
Prezident İlham Əliyev Şabran rayonunun Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)‒Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)‒Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 1) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirliyin yaradılacağı bildirilir.
Bu barədə yazan Bakupost.az saytı mənbəsinə istinadən qeyd edir ki, yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq.
"Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək. Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı Mədəniyyət naziri Adil Kərimli, nə də Gənclər və İdman naziri Fərid Qayıbov olacağını bildirib", - deyə mətbu orqan bildirir.
Məlumata görə, nazirliyin birinci şəxsi surpriz isim olacaq.
Sayt yazır ki, hazırkı nazirlər də işsiz qalmayacaq. Yeni strukturda həm Adil Kərimli, həm də Fərid Qayıbov nazir müavini postunu tutacaqlar. Gənclər və İdman nazirinın hazırkı müavinlərindən Fərid Hacıyevin də nazir müavini kimi postunu saxlayacağı bildirilir.
Müvafiq olaraq, A.Kərimli mədəniyyət, Fərid Qayıbov idman, Fərid Hacıyev isə gənclər sahələri üzrə fəaliyyətlərini davam etdirəcəklər.
Gələn il fəaliyyətə başlayacaq Azərbaycanın Əfqanıstandakı səfirliyinin binası Kabul şəhərində yerləşəcək.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il iyulun 28-də imzaladığı Sərəncamla İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin prezident seçkiləri ilə bağlı hansı beynəlxalq təşkilatlara dəvət göndərdiyi məlum olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq XİN-dən bildirilib.
Qeyd edilib ki, beynəlxalq təşkilatlara dəvət məqsədilə Xarici İşlər Nazirliyi tərəfindən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərilib.
Fransanın Cənubi Qafqazda, eləcə də Azərbaycanda fəaliyyət göstərən kəşfiyyat şəbəkəsinin ifşa olunması gələcək regional proseslərin mahiyyətini elə indidən təyin edə biləcək bir hadisədir, rəsmi Bakı bununla Ermənistanın "bacısı"nı demək olar ki, tam məğlubiyyətə uğratmış oldu... Eyni zamanda, Fransanın beynəlxalq nüfuzu və imici də ciddi şəkildə korlandı, bundan sonra rəsmi Paris həm Azərbaycanla daha ehtiyatlı davranmalı olacaq, həm də beynəlxalq məkanda artıq supergüc olmadığı ilə barışmaq məcburiyyətində qalacaq...
Cənubi Qafqazda cərəyan edən geopolitik proseslər yalnız regional gərginliyin yüksəltməsi ilə qalmır. Bu proses həm də dövlətlərarası münasibətləri də pozmağa başlayıb. Hər halda, Azərbaycan-Fransa münasibətlərində yaşanan böhran bunu müəyyən mənada, təsdiqləmiş olur. Və hazırda bu iki ölkənin arasında əlaqələr az qala qopma nöqtəsinə yaxınlaşmağa başlayıb.
Ancaq Azərbaycan-Fransa qarşıdurmasının səbəbləri rəsmi Bakının mövqeyindən qaynaqlanmır. Əksinə, məhz rəsmi Paris vaxtilə daha yüksək səviyyədə olan Azərbaycan-Fransa münasibətlərini korlayacaq addımların atılmasında israrlı davranır. Və bu baxımdan, indiki situasiyanın həm səbəbkarı, həm də günahkarı məhz Makron hökumətidir.
Məsələ ondadır ki, Fransa 30 ilə yaxın bir müddətdə ABŞ və Rusiyayla birlikdə ATƏT-in Minsk Qrupuna həmsədrlik edib. Hər üç həmsədr ölkə ermənipərəst mövqe tutsalar da, bunu siyasi-diplomatik məkanda ört-basdır etməyi bacarıblar. Ancaq Azərbaycanın II Qarabağ savaşında tarixi hərbi zəfərindən sonra Fransa öz ermənipərəst mövqeyini açıq müstəviyə keçirib. Və rəsmi Paris Ermənistanın maraqlarına o qədər açıq dəstək verməyə başladı ki, rəsmi Bakı Fransanı ümumiyyətlə, Cənubi Qafqazdakı sülh prosesindən tamamilə kənarlaşdırmaq məcburiyyətində qaldı.
Həmin vaxtdan üzübəri Azərbaycan və Fransanın qarşılıqlı münasibətləri ardıcıl zərbələr almaqda davam edir. Rəsmi Paris Ermənistanın beynəlxalq himayəçisi rolunu öz üzərinə götürüb. Rəsmi Bakıya təzyiq göstərməyə cəhd edən Fransa hətta təkbaşına Azərbaycana qarşı mübarizə aparmaq niyyətinə düşüb. Hər imkanda Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamələrin qəbul edilməsinə çalışır. Ancaq rəsmi Bakının çevik siyasi-diplomatik manevrləri Fransanın beynəlxalq məkanda məğlubiyyətini təmin edir.
Təbii ki, Azərbaycan diplomatiyası Fransanı məğlub etdikcə, rəsmi Paris daha da aqressivləşir. Azərbaycanın qətiyyəti və prinsipiallığı qarşısında nüfuzunu itirən Fransa Ermənistanı silahlandırmaqla cavab verməyə çalışır. Rəsmi Paris Ermənistanın hərbi gücünün artırılması sayəsində Cənubi Qafqazda qüvvələr nisbətini dəyişə biləcəyinə ümid bəsləyir.
Ancaq müşahidələr onu göstərir ki, rəsmi Parisin bütün cəhdləri iflasa uğramaqda davam edir. Çünki Azərbaycan keçmiş beynəlxalq nüfuzuna güvənən Fransaya kəskin müqavimət taktikasına üstünlük verir. Rəsmi Bakının beynəlxalq səviyyədə Fransanın müstəmləkəçilik siyasətini ifşa etməsi buna misaldır. Hazırda məhz Azərbaycanın açıq ittihamları beynəlxalq məkanda Fransanın müstəmləkəçilik siyasəti və Afrika ölkələrində törətdiyi soyqırımlar ciddi müzakirə mövzusuna çevrilib.
Ümumiyyətlə, son vaxtlar Fransa dövlətçiliyi kifayət qədər ağır tarixi mərhələdən keçməkdədir. Belə ki, bir tərəfdən Fransanın Afrika qitəsindən qovularaq, çıxarılması prosesi intensivləşib. Rəsmi Paris Fransa iqtisadiyyatı üçün ucuz xammal qaynağı rolunu oynayan Afrika ölkələrinə nəzarəti itirməkdə davam edir. Rəsmi Bakı bunu kompensasiya etmək üçün Cənubi Qafqaz və Orta Asiya regionlarına yerləşməyə can atır. Rəsmi Bakı isə Fransanın Cənubi Qafqaz planlarını bloklayır. Nəticədə Fransa həm Cənubi Qafqazdan kənarda qalır, həm də Orta Asiyaya keçid "pəncərə"sindən məhrum olur.
Belə anlaşılır ki, Makron hökumətinin səhvləri ucbatından Fransa Azərbaycanla faktiki olaraq, siyasi-diplomatik savaş içərisində çabalayır. Üstəlik, bu savaş ucbatından yalnız Fransanın maraqları ziyan çəkir. Bir tərəfdən, rəsmi Bakı Fransa şirkətləri ilə mövcud əməkdaşlığa yenidən baxmağa başlayıb.
Digər tərəfdən isə Fransa şirkətlərinin Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqazda yeni sərmayə cəhdləri bloklanır. Bu baxımdan, hesab etmək olar ki, Makron hökuməti yaxın gələcəkdə Fransanın bu regionda iqtisadi layihələri unutması lazım gələcək. Və rəsmi Bakı ilə münasibətləri normallaşdırmayacağı təqdirdə, Fransa bu regionda qazanc əldə edə bilməyəcək.
Məsələ ondadır ki, rəsmi Parisin Azərbaycana təzyiq göstərmək metodu ilə Cənubi Qafqazda hansısa hədəflərinə çatmaq şansı ümumiyyətlə, yoxdur. Ona görə də, Fransa birmənalı şəkildə rəsmi Bakı ilə anlaşma variantını sınaqdan çıxartmaq barədə düşünmək məcburiyyətindədir. Ən əsası isə rəsmi Paris Fransanın Cənubi Qafqaz siyasətini istənilən halda, Azərbaycanın milli maraqları ilə uzlaşdırmalı olacaq. Əks halda, rəsmi Paris beynəlxalq məkanda Azərbaycan-Fransa qarşıdurmasından başqa heç nəyə nail ola bilməz.
58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)
Eyni zamanda, Makron hökuməti Azərbaycanla qarşıdurmada Fransanın üstünlük qazanma imkanlarını da hesablamalı olacaq. Çünki hazırda Fransanın belə imkanlara malik olmadığını anlamaq o qədər də çətin deyil. Hər halda, rəsmi Bakının Fransaya ardıcıl siyasi-diplomatik zərbələri tam hədəfə dəydiyindən nəticə çıxartmaq imkanları daha genişdir.
Xüsusilə də, rəsmi Bakının Fransa səfirliyinin iki əməkdaşını konkret faktlarla ittiham edərək, persona non-qrata elan etməsi böyük önəm daşıyır. Azərbaycan dövləti bununla həm Fransaya, həm Ermənistana, həm də Qərbdə bəzi siyasi iradə mərkəzlərinə sərt xəbərdarlıq mesajları vermiş oldu. Ermənistan Fransaya güvənərək, Azərbaycanla sülh sazişindən yayınmağın nə qədər təhlükəli seçim olduğunu nəzərə almalı olacaq. Eyni zamanda, bəzi Qərb siyasi iradə mərkəzləri də Fransa örnəyindən nəticə çıxarmalıdır ki, rəsmi Bakı heç bir xarici gücün beynəlxalq nüfuzundan qətiyyən çəkinmir. Və Azərbaycanın milli maraqlarını təhdid edənlər Fransa örnəyi ilə üzləşməli olacaqlar.
Fransanın Cənubi Qafqazda, eləcə də Azərbaycanda fəaliyyət göstərən kəşfiyyat şəbəkəsinin ifşa olunması isə gələcək regional proseslərin mahiyyətini indidən təyin edə biləcək bir hadisədir. Rəsmi Bakı bununla Fransanı Cənubi Qafqazda demək olar ki, tam məğlubiyyətə uğratmış oldu. Eyni zamanda, Fransanın beynəlxalq nüfuzu və imici də ciddi şəkildə korlandı. Yəni, "Dəmir yumruq" bu dəfə rəsmi Parisi vurdu, indi Fransa həm Azərbaycanla daha ehtiyatlı davranmalı olacaq, həm də beynəlxalq səviyyədə supergüc olmadığı ilə barışmaq məcburiyyətində qalacaq.(musavat.com)
Prezident İlham Əliyev Qusar rayonunun Qusar‒Xudat (18 km)‒Langi‒Caqarqışlaq‒Urvaoba‒Atlıxan‒Kuzunqışlaq‒Zindanmuruqqışlaq‒Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
"Yol-xeber.az"ın xəbərinə görə, Sərəncamla beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon (bir milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılb.
Maliyyə Nazirliyi Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi Sərəncamda göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
“Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı” təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı aşağıdakı kimidir:
1. Azərbaycan Audiovizual Şurası.
2. Əqli Mülkiyyət Agentliyi publik hüquqi şəxs.
3. Dövlət Reklam Agentliyi publik hüquqi şəxs.
4. İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs
5. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxs
6. Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxs
7. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
8. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
9. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi
Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 350 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, gələn ildən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycana verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və yaxud hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycanı təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar gömrük rüsumlarından azad ediləcək.
Bundan başqa, Azərbaycan ərazisində qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq qurumun razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar, müvafiq qurum və tabeliyindəki müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələrin idxalı gömrük rüsumlarından azad olunacaq.