![]() |
|
Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.
Gələn il üçün Fondun gəlirləri və xərcləri 2 811 428 292 manat məbləğində təsdiq olunub.
2024-cü ildə Fondun gəlirlərinin 1 375 987 690 manatı dövlət büdcəsindən ayırmalar, 815 053 804 manatı İşəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları hesabına formalaşacaq.
Fondun xərclərinin isə 2 503 074 032 manatını icbari tibbi sığorta ödənişləri və dotasiya təşkil edəcək.
Nazirlər Kabineti “Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) Qaydaları”nı təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qaydalar dəmiryol nəqliyyatı obyektlərində istehsalatla əlaqəsi olmayan insanların xəsarət alması, o cümlədən ölümü ilə nəticələnən hadisələrin ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydalarını müəyyən edir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində görüşü sülh müqaviləsi hazırlayan iki lider arasında dialoqa dəstək vermək üçün fürsətdir.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov "İzvestiya"ya bildirib.
“Bu həm də sülh müqaviləsi üzərində işi hələ başa çatdırmamış iki dövlətin liderləri arasında ünsiyyəti dəstəkləmək üçün bir fürsətdir. Bu çox vacibdir”,- o deyib.
Peskov əlavə edib ki, son vaxtlar hər iki tərəf bu səylərə hazır olduqlarını dəfələrlə nümayiş etdiriblər. Onun sözlərinə görə, Rusiya da bu işdə kömək etməyə hazırdır, lakin öz vasitəçiliyini tətbiq etmir.
Peskov deyib ki, Moskva üçün onun iki tərəfdaşının mümkün qədər tez sülh müqaviləsi bağlaması çox vacibdir: “Bu və digər məsələlər Rusiyanın Qafqazda sülh və sabitlik mühitində maraqlı olması ilə bağlıdır”.
Rusiya-Ermənistan münasibətlərində çatlar artıq hər iki tərəf üçün taleyüklü həddə çatıb. Kreml Paşinyan hakimiyyətinin Ermənistanı Rusiyadan uzaqlaşdırma siyasətinə qarşı konkret addımlar atmaq məcburiyyətində qalmış kimi görünür. Və hesab etmək olar ki, Rusiya siyasi dairələri bu istiqamətdə ilk sərt addımı artıq atmış oldular.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti son vaxtlar Rusiyanın patronajlığı altında olan bütün qurumların zirvə toplantılarını açıq-aşkar baykot edirdi. Bu, istər-istəməz Rusiyanın beynəlxalq imicini korlayırdı, nüfuzunu ciddi zərbə altında buraxırdı. Kremldə sinirlər tarıma çəkilmişdi və belə davam etməsinin mümkün olmayacağına eyham vurulurdu.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ilsonu toplantısını yenə də baykot etdi. Ancaq bu qurumun rəhbər heyəti İrəvana səfər etməklə, Paşinyan hakimiyyətini qurumun Ermənistan üçün böyük önəm daşıdığını izah etməyə çalışdılar. Yəni, Paşinyan hakimiyyəti KTMT-ya yaxın getməsə də, KTMT Ermənistana gələrək, rəsmi İrəvanı heç yana buraxmayacağının açıq mesajını verdi.
Ancaq Kreml üçün istənilən halda, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfər etmək məcburiyyətində buraxılması artıq prinsipial məsələyə çevrilmişdi. İrəvandan verilən mesajlar Paşinyan hakimiyyətinin belə bir səfər niyyətindən uzaq olduğunu təsdiqləyirdi. Belə situasiyada Kreml Ermənistanın məhz Rusiyanın nəzarətində olan "axilles dabanları"ndan birinə sadəcə, yüngülcə zərbə vurdu.
Məsələ ondadır ki, rəsmi İrəvana baş nazir Nikol Paşinyanın Rusiyaya səfər etməyəcəyi təqdirdə, Ermənistana təbii qaz nəqlinin kəsiləcəyi, enerji resursları görə ödənişlərin dünya bazarları standartlarına uyğunlaşdırılacağı, yığılmış borcların tələb ediləcəyi bildirildi. Nəticəsi isə göz qabağındadır, erməni baş nazir artıq Rusiyaya səfərə gedib. Və bəzi məlumatlara görə, prezident Vladimir Putinlə qapalı görüşdə baş nazir Nikol Paşinyana Rusiya əleyhinə atılan israrlı addımların Ermənistana vəd etdiyi təhlükələr onun anlayacağı dildə izah edilib.
Belə anlaşılır ki, Kreml Paşinyan hakimiyyətinin cilovlanması əməliyyatına artıq start verib. İndi baş nazir Nikol Paşinyanın ABŞ və Qərbin qarşısında özünə necə haqq qazandırmağa çalışacağı da böyük maraq doğurmaqdadır. Halbuki, Roma statutunu ratifikasiya etməklə, öz üzərinə prezident Vladimir Putinin həbsi ilə bağlı beynəlxalq hüquqi öhdəlik götürmüş Ermənistanın baş naziri üçün Rusiya qarşısında daha ağır suallara cavab vermək məcburiyyəti də nəzərdən qaçırılmamalıdır. Və bu, o deməkdir ki, erməni baş nazir hamıdan faydalanmaq ümidi ilə yürütdüyü "xarici siyasət kursu" ilə əslində, Ermənistanı ümumi günahkar durumuna salmağı bacarıb.
Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyan Rusiya səfərinə haqq qazandırmaq cəhdlərinə elə Avrasiya İqtisadi İttifaqının zirvə toplantısında çıxış edərkən başlayıb. O, bildirib ki, Avrasiya İqtisadi İttifaqının toplantısında iştirakı iqtisadi faktorlar ilə birbaşa bağlıdır. Erməni baş nazir iddia edib ki, bu qurumun fəaliyyətində hərbi-siyasi və geopolitik faktorlar heç bir rol oynamır. Yəni, erməni hiyləgərliyinə sığınmağa çalışan baş nazir Nikol Paşinyan ABŞ və Qərbə Rusiya əleyhinə kursa sadiq olduğunun mesajını verməyə çalışıb. Və bu, Kreml sahibinin qarşısında nümayiş etdirilən növbəti erməni riyakarlığının ən bəsit örnəklərindən biridir.
Məsələ ondadır ki, dünyada siyasətdən və geopolitikadan kənarda hər hansı iqtisadi fəaliyyət mövcud deyil. Hətta dünya ölkələri arasında siyasəti də, geopolitikanı da məhz iqtisadi maraqlar müəyyən edir. Bəzi ölkələr hətta öz geopolitik düşmənlərinə qarşı hərbi xarakterli bəzi əməliyyatları məhz iqtisadi alətlər üzərindən də reallaşdlra bilirlər. Yəni, erməni baş nazir nə qədər hiyləgər olsa da, "Rusiyaya iqtisadi hədəflər üçün gəlmişəm" siyasi manipulyasiyası ilə həm Qərbi, həm də Rusiyanı eyni vaxtda aldada bilməz.
Böyük ehtimalla ABŞ və Qərb Ermənistan iqtisadiyyatının Rusiyanın nəzarəti altında olduğunu bilir. Çünki Kremlin iqtisadi və enerji faktorlarına bağlı manevrlərlə Ermənistanı hər an diz çökdürə biləcəyi sübuta ehtiyacı olmayan bir reallıqdır. Elə erməni baş nazirin Rusiyaya səfər etməyə məcbur edilməsi də ABŞ və Qərb üçün Ermənistanın durumunu izah edir. Qərb siyasi dairələri nə qədər "xəyal" qursalar da Ermənistan Rusiyadan uzaqlaşa bilməz. Və bu, Qərbin Cənubi Qafqaz siyasətinin iflasa məhkum olduğunu da təsdiqləyir.
Belə anlaşılır ki, ABŞ və Qərbə sığınıb, Ermənistanı Rusiyadan uzaqlaşdırma təlimatlarını yerinə yetirməyə çalışın Paşinyan hakimiyyəti əslində, öz beynəlxalq tərəfdaşlarını məyus etmək məcburiyyətində qalıb. Belə ki, rəsmi İrəvanın ABŞ və Qərbin həmin təlimatlarını reallığa çevirmək şansı ümumiyyətlə, mövcud deyil. Ermənistan istəsə də, istəməsə də Rusiyaya itaət etməyə məhkumdur. Və Qərbin də bu reallığı dəyişmək imkanları yoxdur.
Buradan isə belə nəticəyə gəlmək olar ki, ABŞ və Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmaq planları qurarkən, əslində, reallaşması mümkün olmayan hədəflərə indeksləşib. Ukrayna savaşında təşəbbüsü Kremlə verməkdə olan ABŞ və Qərbi daha bir uğursuz nəticə gözləyir. Hər halda, Ukraynadan sonra, bu dəfə Ermənistan da ABŞ və Qərbi Rusiya qarşısında məğlub duruma salacaq. Prezident Vladimir Putinin "ipə-sapa yatmayan" baş nazir Nikol Paşinyanı məcburən "öz ayağına gətirərək", aşağılaması ABŞ və Qərbin Ermənistanda Rusiya ilə rəqabət şansının olmadığını göstərir.(musavat.com)
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bununla bağlı President.az məlumat yayıb.
Qanuna əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşıladılar.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bununla bağlı President.az məlumat yayıb.
Qanunla Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat (o cümlədən,
mərkəzləşdirilmiş gəlirləri 33 milyard 397 milyon 645 min manat, yerli gəlirləri 775 milyon 355 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 978 milyon 197
Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azad arasında videoformatda geniştərkibli görüş keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, görüş zamanı ölkələrimizin prokurorluq orqanları arasında hüquqi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də iştirak edib.