![]() |
|
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü 2024-cü ilin yanvarında Vaşinqtonda baş tutacaq.
Bunu Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan bildirib.
“Hazırda bizdə imzalanmağa hazır olan yekun və razılaşdırılmış sülh müqaviləsi layihəsi yoxdur. Ümid edirik ki, Azərbaycanın da razılaşdığı Xarici İşlər Nazirliyi səviyyəsində yanvarda keçiriləcək görüşdə biz bu mətni razılaşdıracağıq”, -Marukyan qeyd edib.
Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib.
“Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim edilməli olan sənədləri rəsmiləşdirildiyi gündən sonra 5 (beş) iş günündən gec olmayaraq kağız və elektron daşıyıcıda həmin Fonda təqdim edəcək.
Dəyişikliklə Prezidentinin Təhlükəsizlik Xidməti şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu verilməsi barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) altsisteminə daxil etməyəcək.
Həmçinin, Xidmət dövlət icbari şəxsi sığorta ilə bağlı DSMF-yə təqdim edilməli olan sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatları “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil etməyəcək.
Abşeron rayonunun Saray qəsəbəsi ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon (bir milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
“Yol-xeber.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Azərbaycan İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Azərbaycan Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Qərbi Azərbaycan İcması Avropa İttifaqını Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır.
Bu barədə icmanın yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Azadlıq” radiosunda 2023-cü ilin dekabrın 12-də yayımlanmış müsahibəsində etnik və dini əsasda ayrı-seçkiliyə yol verib.
Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan cənab Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıtması haqqında heç bir kəlmə deməyib.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək vermək, onların orada qalmış evlərini, qəbiristanlıqlarını və mədəni abidələrini ziyarət etmələrinə yardım etmək xahişi ilə Avropa İttifaqına, o cümlədən, şəxsən Şarl Mişelə dəfələrlə müraciətlər edib. Avropa İttifaqı qovulmuş azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb.
Avropa İttifaqının bu cür ayrı-seçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir.
Qərbi Azərbaycan İcması Avropa İttifaqını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməyə, ikili standartlarına, etnik ayrı-seçkilik siyasətinə və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır.
Ermənistan mediası sülh müqaviləsində Bakının İrəvan qarşısında qaldırdığı tələblərlə bağlı yeni iddialar irəli sürüb.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri Azərbaycanın sülh sazişinə dair təklifləri ilə tanış olan erməni deputatlara istinadən müəyyən detalları dərc edib.
Nəşr iddia edir ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır, lakin bunu rəqəmlə qeyd etmir:
“Yəni Ermənistanın 29800 kvadratkilometr ərazisi olduğunu qəbul etmir. Ermənistanın ərazisi sərhədin delimitasiya və demarkasiyasından sonra bəlli olacaq”.
Nəşr yazır ki, Azərbaycan sərhədin SSRİ dövrünün xəritələrinə uyğun delimitasiyasını da qəbul etmir.
“1975-1979-cu illərin xəritələri seçimlər arasındadır, lakin Azərbaycan heç bir xəritə ilə razılaşmır. Bakının əsas tələblərindən biri də anklavlardır”, - nəşr yazır.
Ermənistan parlamentinin müxalif deputatları Geqam Manukyan, Kristine Vardanyan və Aspram Krpeyan ötən həftə sülh sazişinə dair Azərbaycanın təklifləri ilə tanış olmaq üçün Ermənistan Xarici İşlər Nazirliyində olub. Nəşr iddialarını bu deputatlara istinadən irəli sürür. Geqam Manukyan sənədin tam məxfi qrifli məqamlarını ictimaiyyətə açıqlamasa da, qeyd edib ki, təkliflərlə tanış olmaq onun təhlükəsini təsdiqlədi və qorxuları gücləndirdi.
Qeyd edək ki, Ermənistan sərhədin delimitasiyasını öz xeyrinə həll etmək istəyir. Lakin ötən əsrin əvvəlində Azərbaycan torpaqları hesabına yaradılan Ermənistan SSRİ dövründə də ərazilərimizi zəbt edib. Sovetlər dövründə Azərbaycan əraziləri otlaq və əkin sahələri adı altında Ermənistana “bağışlanırdı”. Azərbaycan delimitasiya prosesində bu tarixi ədalətsizliyi bərpa etmək niyyətindədir.
Beynəlxalq məkanda ciddi siyasi ajiotaj yaşanmağa başlayıb. Qərb siyasi dairələri ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən narahatdır. Birincisi, ABŞ-ın seçki ilinə girməsi Ağ Evin xarici siyasət kursunda fərqli dəyişikliklər etməsinə yol açıb. Üstəlik, bu proses hər ötən gün daha da intensivləşir. Digər tərəfdənsə, ABŞ-da növbəti prezident seçkilərinin necə nəticələnə biləcəyi ətrafında müəmmalı sualların çoxluğu da Qərbdə narahatlığın bir başqa səbəbidir. Hər halda, ABŞ-ın yeni prezidenti dünyada cərəyan edən mövcud hərbi-siyasi proseslərin istiqamətlərini təməldən dəyişə bilər.
Onu da qeyd etmək lazımdır ki, səsvermənin keçirilməsinə hələ bir ilə yaxın bir müddət qalsa da, ABŞ-da seçki mübarizəsi artıq amansız xarakter almağa başlayıb. Belə ki, respublikaçılar hazırda Bayden administrasiyasına qarşı hücum taktikası tətbiq edirlər. Onlar ABŞ Konqresində çoxluğu ələ keçirmələrindən maksimum səviyyədə istifadə etməklə, Bayden administrasiyasının hərbi-siyasi layihələrini bloklamağa çalışırlar. Və hazırda Ağ Ev demək olar ki, “topal ördək” vəziyyətinə düşüb.
Maraqlıdır ki, respublikaçılar ABŞ-da prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi məqsədilə də müxtəlif ssenariləri işə salmış kimi görünürlər. Belə ki, respublikaçılar prezident Co Baydenə qarşı impiçment tətbiq olunmasına cəhd göstərirlər. Son məlumatlara görə, ABŞ Konqresinin aşağı palatasında Ağ Ev sahibinin fəaliyyətində ABŞ-ın dövlət maraqlarına zərbə vuran məqamların araşdırılmasına yönəlik qətnamənin qəbul edilməsinə hazırlaq başlayıb. Və bu, ABŞ demokratları üçün olduqca ciddi siyasi təhlükə sayılır.
Çünki əgər, respublikaçılar öz istəklərinə nail ola bilsələr, onda bu proses prezident Co Baydenə qarşı impiçmentin tətbiq olunmasına qədər inkişaf edə bilər. Bu haldasa, Ağ Ev sahibinin hakimiyyətdən kənarlaşdırılması qaçılmaz xarakter daşımış olacaq. Nəticədə, Bayden administrasiyası siyasi-hüquqi yolla devrilmiş olacaq və prezident seçkiləri nəzərdə tutulduöu kimi, gələn il noyabrın 5-də deyil, daha erkən tarixdə keçiriləcək. Və bu, vaxtilə demokratların keçmiş prezident Donald Trampa qarşı analoji davranışlarına verilmiş cavab, hətta müəyyən mənada, respublikaçıların siyasi intiqamı anlamı daşıyır.
Göründüyü kimi, ABŞ-da seçki ehtirasları artıq qızışıb. İndi Ağ Ev ABŞ-ın beynəlxalq maraqlarından daha çox, daxili siyasi hədəflər barədə düşünmək məcburiyyətində qalıb. Yəni, belə anlaşılır ki, hazırda Bayden administrasiyasının başı özünün siyasi hakimiyyət problemlərinə qarışmış kimi görünür. Bu isə ilk növbədə Avropa Birliyi ölkələrini, xüsusilə də, Rusiya ilə “savaş bataqlığı”nda çabalayan Ukraynanı ciddi şəkildə narahat edir. Çünki belə davam edərsə, ABŞ ümumiyyətlə, Avropa Birliyi və Ukraynanı Rusiya qarşısında təkbaşına buraxmış olacaq.
Məsələ ondadır ki, ABŞ respublikaçılarının sərt mövqeyi ucbatından Ukrayna ordusu bu superdövlətdən hərbi dəstək ala bilmir. Ağ Ev Ukraynaya dəstək üçün ayrılmış maliyyə vəsaitinin tükəndiyini açıq şəkildə bəyan edib. ABŞ Konqresindəsə, respublikaçıların bloklaması nəticəsində Ukraynaya dəstək üçün maliyyə yardımının ayrılmasını nəzərdə tutan qərarlar hüquqi qüvvə qazana bilməyib. Və bu isə o deməkdir ki, Ukrayna yaxın vaxtlarda, respublikaçılar seçkidə qalib gələcəkləri təqdirdəsə, ümumiyyətlə, heç vaxt ABŞ-dan hərbi dəstək ala bilməyəcək.
Maraqlıdır ki, respublikaçıların prezidentliyə əsas namizədi Donald Trampın seçki təbliğatında Ukraynaya hərbi dəstəyin tamamilə dayandırılması xüsusi yer tutur. O, hətta hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-ın maraqlarına cavab verməyən Ukrayna savaşını ən qısa zamanda sona çatdıracağını vəd edir. Üstəlik, Donald Tramp ABŞ-Rusiya münasibətlərini də normal məcraya qaytara biləcəyinə əmin olduğunu da qətiyyən gizlətmir.
Təbii ki, bütün bunlar Avropa Birliyi üçün gələcək real təhlükədən xəbər verir. Çünki əgər, Ukrayna hərbi dəstək göstərilmədən taleyin ümidinə buraxılarsa, Rusiyanın savaşda qələbəsi gözlənilməz xarakter daşımayacaq. Nəticədə Ukrayna savaşı dövründə Rusiyaya qarşı sanksiyalar tətbiq edərək, əks düşərgədə yer almış Avropa Birliyi ölkələri Kremlin açıq hədəfinə çevrilmiş olacaq. Və Avropa Birliyi Rusiyanın qarşısında tab gətirə bilməyəcəyinə elə indidən tam dəqiqliyi ilə əmindir.
Ona görə də, Qərb siyasi dairələri növbəti prezident seçkilərində ABŞ respublikaçılarının, xüsusilə də bütün mümkün vasitələrlə hakimiyyətə can atan Ağ Evin keçmiş sahibi Donald Trampın qalib gəlməsində qətiyyən maraqlı deyillər. Onların fikrincə, Donald Trampın Ağ Evə yenidən sahiblənməsi dünyada bir çox prosesləri əksinə dəyişdirə bilər. Ukrayna savaşda məğlub olar, Rusiya ilə tampon bölgə Kremlin nəzarətinə keçər və Avropa məkanı real hərbi təhlükə qarşısında qalar.
Ancaq Qərb siyasi dairələrinin narahatlığı yalnız bunlarla məhdudlaşmır. Belə ki, Donald Trampın prezident seçiləcəyi təqdirdə, ABŞ-ın NATO-dan çıxma ehtimalı da gündəmə gətirilə bilər. Belə ki, hələ ötən prezidentliyi dövründə D.Tramp NATO-nun ABŞ-ın çiynində ağır yük olduğunu iddia edirdi. O, hesab edirdi ki, ABŞ NATO-dan çıxmalıdır və hətta bu istiqamətdə müəyyən addımlar belə, atmağa çalışırdı. Və indi Donald Trampın ABŞ-ı NATO-dan çıxartmaqla, bu hərbi-siyasi alyansı ümumiyyətlə, dağıda biləcəyi qətiyyən istisna deyil.(musavat.com)
“Can Azərbaycanın ümummilli lideri Heydər Əliyevi vəfatının 20-ci ildönümündə rəhmət və ehtiramla yad edirik”.
“Bu sözlər Türkiyə Milli Müdafiə Nazirliyinin ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşımında yer alıb.
“Mərhum Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını miras olaraq nəsildən-nəslə ötürərək Azərbaycan türkü qardaşlarımızla daim bir və bərabər olmağa davam edəcəyik”, - paylaşımda qeyd olunur.