|
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Bu il Azərbaycan ilə Braziliya əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəkdir. İnanıram ki, birgə səylərimizlə dövlətlərarası əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".
ABŞ, Fransa və bəzi digər Qərb siyasi iradə mərkəzləri, eləcə də Rusiya rəsmi Bakının hövsələsini tarıma çəkməyə, Azərbaycanı savaş qərarına sövq etməyə cəhd göstərirlər... Ancaq rəsmi Bakı təmkinli davranır, Ermənistana həddini bildirəcək savaş qərarını regiona kənar qüvvələrin deyil, məhz Azərbaycanın maraqlarına uyğun vaxtda və şərtlər daxilində qəbul etməyə üstünlük verir...
Cənubi Qafqazda son dövrlər üçün sentyabr ayının xüsusi özəlliyi mövcuddur. Belə ki, məhz bu ayda regionda situasiyanın tamamilə dəyişdirilməsi mümkün olub. Azərbaycan ordusu 2020-ci ildə törədilmiş növbəti erməni təxribatına cavab olaraq, əks-hücum əməliyyatlarına başlayıb. Ermənistanın 30 ilə yaxın bir nüddətdə davam etmiş işğalçılığına son qoyub və Azərbaycanın ərazi bütüövlüyü bərpa edib. Və rəsmi İrəvanın indi sentyabr ayının gəlişindən qorxması tamamilə başadüşüləndir.
Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə də təxminən oxşar situasiya yaranmışdı. Rəsmi İrəvan Azərbaycana qarşı aqressiv və təhdidkar addımlar atmağa çalışırdı. Ermənistanın o vaxtkı müdafiə naziri “yeni savaş, yeni torpaqlar” tezisi ilə müharibə anonsu verirdi. Baş nazir Nikol Paşinyansa, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, sülh danışıqlarını dəfn edib, regionu savaşa məhkum buraxmağa çalışırdı.
Eyni zamanda, həmin ərəfədə Rusiyadan Ermənistana intensiv şəkildə hərbi-nəqliyyat təyyarələri ilə silah-sursat daşınırdı. Açıq-aşkar görünürdü ki, Paşinyan hakimiyyəti sülh danışıqlarından imtina edərək, Azərbaycanla yeni müharibə planları qurur. Azərbaycanın işğal olunmuş ərazilərini birdəfəlik Ermənistana birləşdirmək niyyəti üzərində fokslaşıb. Və o vaxt Azərbaycan ordusu rəsmi İrəvanın həmin məkrli planlarını pozdu, üstəlik, cəmisi 44 gün ərzində işğal altındakı əraziləri azad etdi.
Maraqlıdır ki, elə indi də Paşinyan hakimiyyəti Azərbaycana qarşı analoji hərbi təxribatlar törədir. Baş nazir Nikol Paşinyan Brüssel, Praqa, Soçi və Vaşinqton görüşlərində əldə olunan anlaşmalardan imtina edir, faktiki olaraq, Ermənistanı sülh prosesindən çıxartmağa çalışır. Üstəlik, yenə də Ermənistana intensiv şəkildə silah-sursat və hərbi texnika daşınır. Sadəcə, bu dəfə Ermənistanın silahlandırılmasını Rusiyanın əvəzinə Fransa və Hindistan öz üzərinə götürüb. Və bütün bunlar Cənubi Qafqazda yeni savaşın ilkin əlamətləri sayıla bilər.
Digər önəmli məqamlardan biri də ondan ibarətdir ki, hazırda Cənubi Qafqazda növbəti müharibənin baş verməsində maraqlı olan beynəlxalq siyasi iradə mərkəzləri mövcuddur. Üstəlik, həmin beynəlxalq siyasi iradə mərkəzləri ciddi şəkildə fəallaşıblar. Və öz geopolitik maraqları üçün regionda yeni silahlı toqquşmaların baş verməsi üçün əllərindən gələn hər şeyi edirlər.
Məsələ ondadır ki, Kreml Rusiyanın Cənubi Qafqazdakı mövcudluğunu qoruya bilməsi üçün yeni regional müharibədə maraqlıdır. Çünki bu halda, Kreml Rusiyanın regional sabitliyin təmin edilməsində həlledici rol oynadığını qabartmaq şansı qazana bilər. Və eyni zamanda, Rusiyaya xəyanət etmiş Paşinyan hakimiyyətinin də cəzalandırılması üçün uyğun şərtlərin yaranma ehtimalı da qətiyyən istisna deyil.
ABŞ isə bunun əksinə olaraq, Rusiyanın regionda sülhə və sabitliyə təminat verə bilmədiyini əsaslandırmaq üçün real arqumentlər axtarır. Eyni zamanda, yeni savaş Ağ Evə Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi proseslərin Rusiyanın nəzarətindən çıxarılması baxımından da müəyyən əlavə manevr imkanları qazandıra bilər. Və ona görə də, ABŞ siyasi dairələri hazırda Ermənistanın savaşa çağırış xarakteri daşıyan hərbi təxribatlarını daha çox sükutla müşahidə edir.
Nəhayət, Fransa Cənubi Qafqazda baş verə biləcək yeni savaşa birmənalı şəkildə regiona yerləşmək şansı kimi yanaşır. Rəsmi Parisi əslində, Ermənistanın taleyi o qədər də maraqlandırmır. Fransa siyasi dairələri ümid edirlər ki, əgər, yeni regional savaş baş verərsə, bu bölgəyə nüfuz edərək, Cənubi Qafqazın geoiqtisadi potensialından özünə pay qopara bilər.
Göründüyü kimi, Cənubi Qafqazda “müharibə atəşini alovlandırmağa” çalışan dünya nəhənglərinin strateji hədəfləri fərqlidir və bir-biri ilə kəskin ziddiyyət təşkil edir. Ancaq buna baxmayaraq, onların yeni savaş maraqlarında üst-üstə düşən yeganə bir önəmli məqam da mövcuddur. Belə ki, bu nəhəng dövlətlər məhz Azərbaycanın savaşa başlamasına çalışırlar. Və rəsmi Bakının Azərbaycan ordusunu hərəkətə gətirmək məcburiyyətində buraxılması üçün əllərindən gələn hər şeyi edirlər.
Təbii ki, əsas məqsədi anlamaq o qədər də çətin deyil. Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibidir. Rəsmi Bakı regionda müstəqil siyasət yürütmək qüdrətində olan yeganə dövlətdir. Ona görə də, dünya nəhəngləri bu bölgədə öz strateji hədəflərinə yaxınlaşmaları üçün mütləq Azərbaycanla anlaşmaq məcburiyyətindədirlər. Və bu reallıqsa, onları qətiyyən qane etmir.
Ona görə də, rəsmi Bakı ilə anlaşmaq əvəzinə Azərbaycana qarşı təzyiq mexanizmləri qazanmağa can atırlar. Bu hədəfə isə yalnız Azərbaycan ordusunun savaşa başlayacağı təqdirdə, nail olmaq mümkün ola bilər. Ona görə də, bütün mümkün vasitələrlə rəsmi Bakının hövsələsini tarıma çəkməyə, Azərbaycanı savaş qərarı verməyə sövq etməyə cəhd göstərirlər.
Ancaq məhz bu məsələdə dünya nəhənglərinin planları ciddi problemlə üzləşib. Çünki Azərbaycan Prezidenti İlham Əliyev onların təxmin etdiyindən daha səbrli dövlət xadimi olduğunu nümayiş etdirir. Belə ki, Azərbaycan ordusu istənilən genişmiqyasılı hərbi əməliyyatlara hazır vəziyyətdədir. Ancaq rəsmi Bakı hələlik Azərbaycana qarşı Ermənistanın hərbi təxribatlarına sərt reaksiya verməklə, kifayətlənir.
Anlaşılan odur ki, Prezident İlham Əliyev səbrlə Ermənistanın cəzalandırılması üçün uyğun şərtlərin yetişməsini təmin etməyə daha çox üstünlük verir. Yəni, bu, o deməkdir ki, Azərbaycan ordusu genişmiqyaslı hərbu əməliyyatlara regiondan kənar qüvvələrin istəyi ilə başlamayacaq. Rəsmi Bakı belə bir qərarı yalnız Azərbaycanın maraqlarına uyğun vaxtda və şərtlər daxilində verəcək.(musavat.com)
Azərbaycan açıq şəkildə genişmiqyaslı hücuma hazırlaşır. Ehtiyatda olan hərbçilərin səfərbər edilməsi, irimiqyaslı döyüş sursatı alınması, istehkamların və cəbhə yollarının çəkilməsi, qoşunların toplanması və irəliləməsi, döyüşçü ritorikası və təbliğatı aparılır.
Bunu erməni siyasi elmlər doktoru Armen Ayvazyan deyib.
Onun sözlərinə görə, qeyd etdikləri Ermənistan və Qarabağ ətrafında mövcud vəziyyətin əsas konturlarıdır.
“Qərb “blokada” ilə bağlı yanlış və dişsiz bəyanatlar verir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şəffaf şəkildə eyham vurur ki, Azərbaycanın Rusiyanın müttəfiqi Ermənistana hücumu onu çox narahat etmir və onun tərəfdən heç bir əks-hücum almayacaq”, - Ayvazyan deyib.
Həmçinin bildirib ki, Ermənistanın hazırkı hakimiyyətinin ölkənin müdafiə qabiliyyətinin kəskin şəkildə artırılması istiqamətində nələr etdiyi isə heç də aydın deyil: “Komandirlərin bir qismi həbsdədir (general Yuri Xaçaturov, polkovnik Norayr Aslanyan), İrəvanda və rayonlarda konsertlərlə məşğuldurlar. Bölgələr də, media da hərzamankı kimi işləyir, sanki hər şey normaldır”.
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır.
"Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır:
"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi hallar nəzarətə götürülüb və analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər barəsində zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Bildiririk ki, ölkəmizin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ciddi ziyan vuran, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid və dövlət sirri təşkil edən məlumatları özündə ehtiva edən videoçəkilişləri apararaq yaymaq qətiyyən yolverilməzdir və vətəndaşları belə əməlləri etməkdən çəkinməyə çağırırıq.
Eyni zamanda vurğulayırıq ki, qeyd olunan hüquqazidd hərəkətlərə qəsdən yol verilməsi dövlət sirrini yayma, bəzi hallarda isə dövlətə xəyanət cinayət əməllərinin törədilməsi şübhəsi üzrə araşdırma predmeti kimi çıxış edir və müvafiq hüquqi məsuliyyət tədbirlərinə səbəb olur".
Ermənistan hakimiyyəti Qarabağdakı qondarma rejimin keçmiş “tş” rəhbəri Samvel Babayanın simasında öz “əlaltıları” vasitəsilə fikir ayrılıqlarına səbəb olmağa və “hakimiyyət” dəyişikliyini puç etməyə çalışır.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr Babayanı Paşinyana yaxın adam kimi təqdim edir və Şahramanyanın “seçkisini” pozmaq, daha doğrusu, Qarabağda iğtişaşlar yaratmaq üçün hər şeyi edəcəyini qeyd edir.
Məqalədə bildirilir ki, onlar öz tərəfdarları ilə fəal görüşlər keçirir və “prezident seçkiləri” ərəfəsində, sentyabrın 8-də Xankəndidə etiraz aksiyaları keçirmək niyyətindədirlər.
“Nəhayət, Azərbaycan Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatına arxalanaraq, öz ərazisində iğtişaşların qarşısını ala və Artsaxa qoşun yeridə bilər”, - qəzet yazır.
Milli Məclisin vəzifəli şəxsi vəfat edib.
Milli Məclis Aparatının Vətəndaş Qəbulu və Müraciətlərlə İş Şöbəsinin baş məsləhətçisi Fuad Piriyev dünyasını dəyişib.
Onun hansı səbəbdən vəfat etdiyi qeyd olunmayıb.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.
Qafqazinfo xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.
“Qarabağda yaşayan ermənilər dünyada hansı proseslərin getdiyini anlamır və buna adekvat addımlar ata bilmirlər. Odur ki, uğursuzluq sindromundan “bəhrələnməkdə” davam edəcəklər. Onlar indi status əldə etmək məqsədilə son çırpıntılarını edirlər. Düşünürlər ki, bəlkə nəsə əldə edə bilərlər. Amma nəticə olmayacaq. Necə ki, son 30 ildəki işğalçılıq, ərazi qəsbetmə, saxta dövlət qurmaq kimi siyasətlərinin nəticəsi sıfır oldu. Bir daha deyirəm ki, hazırda ermənilər dünyada gedən konyukturanın mahiyyətini tuta və prosesləri təhlil edə bilmirlər. Bu səbəbdən də belə vəziyyətə düşüblər və indi nəsə əldə etməyə çalışırlar”.
Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Xankəndi şəhərində baş verən son prosesləri şərh edərkən deyib.
S. Cəlaloğlu bildirib ki, bu gedişlə Qarabağ erməniləri hər hansı uğur əldə edə bilməyəcəklər: “Onlar bir müddət sonra konkret seçim qarşısında qalacaqlar: ya Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşamaq, ya da Qarabağdan Ermənistana köçmək. Mən hesab edirəm ki, Qarabağ ermənilərinin bir hissəsi köçüb gedəcək, bir hissəsi isə Azərbaycan vətəndaşlığını qəbul edərək normal yaşamağa başlayacaq. Çünki üçüncü yol yoxdur”.
S. Cəlaloğlu Ermənistan baş naziri N. Paşinyanın Qarabağla bağlı son hüquqa zidd davranışlarını şərh edərək deyib ki, Ermənistan lideri hazırda ikili oynayır:
“Əvvəla, Paşinyan bilir ki, onun mövqeyi əvvəlki dövrlə müqayisədə sarsılıb. Odur ki, Qarabağ erməniləri ilə bağlı reveranslar edir. Niyə? Çünki bilir ki, Moskva onu yıxmaq istəyir və bunu Qarabağdakı erməni faktorundan istifadə etməklə reallaşdırmağa çalışır. Odur ki, mümkün qədər Qarabağ kartı ilə oynamaq və bu platforma ilə hakimiyyətini qorumaq istəyir. Yəni Paşinyanın hazırda əsas məqsədi hakimiyyətini qorumaqdır. Bu məqsədlə Qarabağdakı ermənilərin saxta “müstəqillik günü”nü təbrik edir, gah onlara maliyyə yardımı ayırır, gah da statusla bağlı sərsəm açıqlamalar verir. Əsas məqsədi isə Qarabağ kartı ilə hakimiyyətinin “vurulmasının” qarşısını almaq, bu elektoratda mümkün qədər rəğbət qazanmaqdır”.
Partiya sədri faktiki olaraq, danışıqların aparılmadığını desə də, bir müddətdən sonra fəallığın olacağını ehtimal edir:
“Danışıqlar üçün mövzu lazımdır. Mövzu sülh sazişi, komunnikasiyaların açılmasıdır. Amma bu məsələ Ermənistana sərf etmir. Buna baxmayaraq, bir müddət sonra danışıqlar başlayacaq”.
S. Cəlaloğlu sonda əlavə edib ki, ağıllı erməni siyasətçiləri bilir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın dövlət bayrağını qəbul etməlidirlər və əks halda orada yaşamaq mümkün olmayacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Azərbaycana qarşı ərazi iddiaları və separatçılığa dəstəklə bağlı absurd bəyanatlar verib. Bu, sözsüz ki, Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlıdır. Çünki əsas səbəb kimi Laçın sərhəd-keçid məntəqəsinin yaradılması önə çəkilir. Fakt odur ki, Laçında Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin yaradılması prosesdə dinamikanı tamam dəyişib.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, erməni tərəfinin blokada və humanitar vəziyyətlə bağlı qaldırdığı məsələlər mənasızdır:
“Görünən odur ki, Paşinyan konkret addım atmağa cəsarət etmir. Ona görə də, Ermənistan tərəfindən sülh sazişinə doğru heç bir hərəkətlilik müşahidə edilmir. Fakt odur ki, Paşinyanın bu ilin may ayında vermiş olduğu bəyanatından sonra prosesdə konkret mövqe sərgilənmədi”.
Mərkəz sədri bildirib ki, Ermənistan tərəfi yenidən Qarabağ məsələsini ortaya atır: “Ona görə də, prosesdə hər hansı bir proqres müşahidə etmək mümkün olmur. Bunun fonunda isə sülh istiqamətindəki proses ləngiyir. Belə olan halda onlar Ermənistan Azərbaycan tərəfindən edilən təzyiqi hiss edir. Ermənistan Azərbaycanın bu təzyiqini Qərbin təsiri ilə neytrallaşdırmağa çalışır. Təbii ki, ermənilərə yardım yox, Laçın yolu lazımdır. Çünki Laçın yolu onlar üçün “Miatsum” yolu idi”.