“Macarıstanla Azərbaycan arasında dostluq iqtisadi vəziyyətdən asılı deyil. Macarıstan Azərbaycanın təbii qaz mənbələri aşkarlanmazdan daha əvvəl bu ölkə ilə dostluq edib”.

“Haqqin.az” xəbər verir ki, bunu Macarıstanın XİN rəhbəri Peter Siyarto azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.
“Yadımdadır ki, 2010-2011-ci illərdə Azərbaycanla münasibətlər qurmağa başladıqda Avropada bizə yuxarıdan aşağı baxırdılar. Buna görə də, indi Qərbi Avropa liderlərinin Bakıda Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün bir-birilərini necə itələdiklərini görmək gülməlidir”, - deyə Siyarto qeyd edib.

Prezident İlham Əliyev Yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Yol-xeber.az" xəbər verir ki, Sərəncamla Xudafərin ‒ Qubadlı ‒ Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı ‒ Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır. 

Görüntülər Caliber.Az tərəfindən yayılıb.

Məlumatda qeyd olunur ki, çəkiliş 5 sentyabr 2023-cü tarixində qeydə alınıb.

Həmin videonu təqdim edirik:

Xankəndidəki xunta rejimi orada yaşayan ermənilər üçün elə bir dəhşətli bir vəziyyət yaradıb ki, artıq hamı onların əlindən qaçıb canını qurtarmaq istəyir.

“Bunu Xankəndidə yaşayan erməni ekspert Arşak Abramyan deyib.

Onun sözlərinə görə, qondarma “rəhbərlər” özünü hər şeylə təmin etdiyindən heç biri çöldə baş verənləri görmək üçün camaatın yanına getmir.

“Bu gün kabinetində oturanlar nə baş verdiyini görmək üçün aşağı düşmürlər. Bu, biabırçı vəziyyətdir.

Otururlar, özləri üçün qanun qəbul edirlər, camaatı küçələrə atırlar. Yaxşısı odur ki, ayağa qalxıb camaata desinlər ki, cəngəllik qanunu ilə yaşamalısan, bacardığın qədər yaşa. Bu belə davam edə bilməz”, - ekspert qeyd edib.

O əlavə edib ki, insanların əsəbləri dəhşətli dərəcədə gərgindir: “Sahibi olmayan bir yerdəyik. Camaatın qayğısına qalan yoxdur”.

Onun fikrincə, bütün bunlar qəsdən edilir: “İnsanları elə vəziyyətə salıblar ki, iyrəniblər, hər şeyi buraxıb qaçmaq istəyirlər. İnsanlar elə vəziyyətə düşüblər ki, onlar maraqlandırmırlar ki, kim hansı vəzifəni daşıyır. İnsanlar artıq öz həyatları və övladlarının həyatı ilə maraqlanır. Bu uzun müddət belə davam edə bilməz. Vəziyyət belə davam edərsə, mütləq partlayış olacaq. Dəhşətli vəziyyətdir”.

Araik Arutyunyanın gedişi Xankəndidəki böhranı ermənilərin xeyrinə həll etmədi, əksinə, böhran daha da dərinləşərək kritik xarakter alıb və proseslər sürətlə xaotizm halını almaqdadır. Yaranmış durumun Xankəndidə silahlı toqquşmalarla müşayiət edilməsi də istisna edilmir. Buna səbəb isə terrorçu-quldur dəstəsi daxilindəki qruplar arasında cinayətkar hərbi xunta rejiminin başçısı “postu”nu ələ keçirməsi uğrunda gedən amansız mübarizədir. Xunta rejiminə isə yeni “rəhbər”in sentyabrın 9-da “seçilməsi” nəzərdə tutulur. Maraqlı güclər öz “namizədi” ilə bu “prosesdə” iştirak edəcək. Vaxt yaxınlaşdıqca isə xunta rejiminin başçısı uğrunda mübrizə aparan qüvvələri əsasən aşağıdakı qruplara bölmək olar:

- Ermənistan və Xankəndidəki revanşist qüvvələrin təmsilçiləri: Robert Köçəryan, Serj Sarqsyan və onların Xankəndidəki təmsilçiləri Arkadi Qukasyan, Bako Saakyan, bir də Ruben Vardanyandır.

- Rusiya. Yuxarıda qeyd etdiyimiz şəxslər həm də Kremlə bağlı olan qüvvə kimi, onların bölgədəki təmsilçiləridir. Bunlar eyni zamanda Tehranın da bölgədəki maraqlarının təmsilçiləridir.

Bu qüvvələrin əsas namizədi Samvel Şahramanyandır. İstər Ermənistandakı, istərsə də onların Xankəndidəki tör-töküntüləri bu namizədin üzərində dayanıblar və hər vasitə ilə digər alternativ irəli sürülməsinə mane olmağa çalışırlar.

- İrəvan və onun Xankəndidəki uzantıları: Qərbin simasında Paşinyan hakimiyyəti baş verən son hadisələrdən çox əndişəlidir. Paşinyan hakimiyyəti Xankəndidəki proseslərə təsirinin məhdud olmasına baxmayaraq, bacardığı imkanlardan istifadə edib müdaxilə etməyə cəhd edir. Onların Xankəndidəki əsas təmsilçisi qismində isə daha çox Samvel Babayan və onun ətrafında olan qüvvələr çıxış edir. Baş verən proseslərdə Samvel Babayanla Paşinyan hakimiyyətinin maraqları taktiki baxımdan üst-üstə düşsə də, fərqli insanlardır və fərqli baxışlara malikdirlər.

Lakin buna baxmayaraq Paşinyan hakimiyyətinin başqa seçimi olmadığından məcburi formada Xankəndidəki proseslərə müdaxilədə Samvel Babayan kartından faydalanmağa çalışırlar. Ermənistan hakimiyyəti hesab edir ki, Xankəndidəki dəyişiklik onların hakimiyyətinə ciddi təhdid yaradır. Artıq revanşistlər açıq bəyan edirlər ki, Xankəndidəki dəyişiklik İrəvanda da baş verməlidir. Əgər bu proses uğurla nəticələnərsə, bu, revanşist qüvvələr üçün bir stimul ola bilər. Onun üçün də revanşistlər qüvvələrini bacardıqca konsolidasiya edib İrəvanda keçiriləcək meriya seçkilərində qələbəni əldə etmək istəyirlər. Bu təhlükəni görən Paşinyan hakimiyyəti hər vasitə ilə Xankəndidəki proseslərə müdaxilə etməyə çalışırlar. Ona görə də Xankəndidəki adamları vasitəsi ilə prosesləri idarə etməyə çalışıb öz istədikləri məcraya yönəltməyə can atırlar.

Samvel Babayan açıq formada Şahramanyanın xunta rejiminin “rəhbər”i seçilməsinə qarşı olduğundan Qarabağda yaşayan ermənilərə sentyabrın 8-də Xankəndidə küçələrə çıxmaq barədə çağırış edib. Bildirib ki, Qarabağda yaşayacaq ermənilərin gələcəyi bir neçə nəfərə bağlı qapılar arxasında deyil, ermənilər özləri öz gələcəyini müəyyən etməlidir. Ermənilər Köçəryan, Sarqsyan, Qukasyan, Saakayan və Vardanyan oyununun reallaşmasına imkan verməməlidir.

Samvel Babayan onu da açıqca bəyan edib ki, Xankəndidə baş verən bütün bu oyunlar Ermənistanda hakimiyyət dəyişikliyinə xidmət edir və bunun Qarabağdakı ermənilərə ziyanından başqa heç bir faydası yoxdur.

O eyni zamanda Bakı ilə dialoqun tərəfdarı olduğunu bir daha bəyan edərək bildirib ki, yalnız Azərbaycanla birbaşa danışıqlar yolu ilə vəziyyətdən çıxa bilərlər, bunun alternativi yoxdur.

“Azərbaycanla birbaşa dialoq yolu ilə məsələləri müzakirə etməklə həm də Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasına yardımçı ola bilərik”, - o qeyd edib.

Odur ki, Xankəndidə böhran hər saat dərinləşməkdədir. Çünki insanlar Şahramanyanın Azərbaycanın belə israrlı mövqeyi qarşısında tab gətirə biləcəyinə və onların gözləntilərini doğruldacağına inanmır. Şahramanyan Bakının şərtlərindən imtina edəcəyi təqdirdə vəziyyət fələkətli bir mərhələyə qədəm qoymuş olacaq ki, bu da onların sonu deməkdir. Bu da Xankəndidə xaotizmi qaçılmaz edir. Hətta nəticədə bu xaotizm və çıxılmazlıq durumu ermənilər arasında açıq silahlı toqquşmalarla da müşayiət oluna bilər və bu, istisna deyil. Bakının şərtlərindən imtina erməniləri ancaq bu dalana sürükləyir.

Xunta rejiminin təmsilçilərindən olan Akop Akopyan da Xankəndidə xaotik vəziyyətin yarana biləcəyini istisna etməyib: “Bəzi siyasi qruplar və fiqurlar vəziyyəti gərginləşdirmək istəsələr, belə bir vəziyyətin yaranacağını istisna etmirəm”.

Hələ bir neçə gün öncə erməni politoloq Argişti Kiviryan belə bir proqnozla çıxış edib ki, Arutyunyan Xankəndidəki xunta rejiminin sonuncu “rəhbər”i ola bilər.

Təbii ki, Bakının şərtlərinin qəbul edilməməsi, Xunta rejiminin sonunu sürətlə yaxınlaşdırır və bu geriyədönməz bir proses almaqdadır. Xunta rejimi ən azından Bakının şərlətini qəbul etməklə öz canlarını xilas edib bu coğrafiyanı tərk etmək imkanları ələ edə bilərlər. Əgər dirəniş olacaqsa, o zaman bu hüquqdan da məhrum olacaqlar. Çünki rəsmi Bakı açıq bəyan edib ki, öz ərazisində hansısa nəzarətsiz boz ərazinin olmasına tolerantlıq nümayiş etdirmək fikri yoxdur. Bunun isə nə anlama gəldiyi hamıya bəllidir.

Prezident Rusiya XİN-in xüsusi nümayəndəsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Görüşdə regionda vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə müzakirələr aparılıb.

Dövlət başçısı Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət olunmasına baxmayaraq, onların bundan imtina etdiklərini diqqətə çatdırıb.

İqor Xovayev Rusiyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır.

Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR artıq 8 gündür Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.

Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb.

Yeni tədris dövrünün başlanması ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən yarış və məşqlər davam edir.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzləri və poliqonlara hərəkət edir.

Yarışların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.

Amerika və Avropanın 18 aparıcı ravvini bakılı həmkarları Zamir İsayevin çağırışına cavab olaraq Azərbaycan əleyhinə aparılan kampaniyaya qarşı çıxıblar.

"Report" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, İranın himayəsi altında Ermənistanın Azərbaycanı ləkələmək üçün həyata keçirdiyi üzrə beynəlxalq kampaniya bütün dünyada nüfuzlu ravvinlərin hiddətinə səbəb olub.

Ravvinlər Azərbaycanın "şeytan" obrazında verilməsinə və onun düşmənləri tərəfindən "Holokost" mövzusunun yersiz qabardılmasına etiraz ediblər.

Bakılı ravvin Zamir İsayev öz videomüraciətində sənəd-sübutlardan istifadə etməklə qeyd edib ki, Azərbaycanın guya Qarabağdakı erməniləri soyqırımına məruz qoyması uydurmadır. O, bildirib ki, Azərbaycana qarşı bu əsassız ittihamları İranın himayəsi altında fəaliyyət göstərən müttəfiqləri həyata keçirir. O, həmçinin yəhudi liderlərini XX əsrin əvvəllərində qırğınlardan və nasizm dəhşətlərindən qaçan yəhudilərə sığınacaq verən Azərbaycan xalqını dəstəkləməyə çağırıb.

"İndi Ayətullah rejiminin himayəsi altında fəaliyyət göstərən Ermənistan İsrailin əsl dostu olan Azərbaycana böhtan atmaqla məşğuldur. İsrailin əleyhinə illərlə aparılan qarayaxma kampaniyası indi Azərbaycana qarşı həyata keçirilir. Düşmənlər Azərbaycanı guya Qarabağda minlərlə ermənini acından öldürməkdə günahlandırırlar. Halbuki Qarabağ 30 il əvvəl ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir. Məhz Azərbaycan əhalisini oradan məhv edib qovublar. “Soyqırımı” və ya “aclıq” ittihamları üçün heç bir əsas yoxdur, çünki Azərbaycan Qarabağın erməniəsilli sakinlərini ərzaqla təmin etmək üçün xüsusi olaraq avtomobil yolu çəkib", - ravvin əlavə edib.

Z.İsayev əlavə edib ki, Azərbaycana böhtan atmaq naminə Holokost qurbanlarının xatirəsindən istifadə etmək ən böyük həyasızlıqdır: "Ermənistanın baş naziri Paşinyan AFP-yə müsahibəsində deyib ki, Azərbaycan Qarabağda guya daha bir Holokosta hazırlıq aparır. Hətta Vardanyan bəyan edib ki, ermənilərin iztirabları Holokost qurbanlarının iztirablarından daha çoxdur. Ermənistanın paytaxtının mərkəzində nasist Qaregin Njdenin şərəfinə abidə qoyulduğu və ölkənin bir çox küçələrinin onun adını daşıdığı halda onların Holokostdan danışmağa nə haqqı var?”.

Videomüraciəti ABŞ və Kanadanın Ravvinlər İttifaqının (UOR) rəhbəri Arye Ralbaq, Avropa Ravvinləri Konfransının vitse-prezidenti, Frankfurt şəhərinin baş ravvini Avixay Apel, Strasburq və Aşağı Reyn baş ravvinləri Avraam Veyl, Qafqaz yəhudilərinin baş ravvini Yaniv Naftəliyev, Polşanın baş ravvini Mixael Yosef Şudrix, Moldovanın baş ravvini Pinxas Zaltsman, Vyananın baş ravvini Yaron Engelmayer, Panamanın baş ravvini David Perets və başqaları dəstəkləyiblər.

Xatırladaq ki, bundan əvvəl Bakıda Qafqaz yəhudilərinin irsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan, İsrail, ABŞ, Fransa və digər ölkələrdən 60-dan çox alim-tədqiqatçı iştirak edib.

Ermənilər Zəngəzur dəhlizinin hərbi yolla açılışına ZƏMİN HAZIRLAYIR... - BUNUN BAŞQA ADI YOXDUR...

“Ermənistanın törətdiyi yeni təxribatlar regionda, xüsusilə Bakı-Xankəndi-Bakı-İrəvan bucağında baş verən proseslərin tərkib hssəsidir. Qənaətimcə, sərhəddə belə təxribatlar davam edəcək və buna hazır olmalıyıq”.

Bu sözləri Reyting.az-a hərbi ekspert Azad İsazadə ermənilərin sərhəddə törətdiyi təxribatlardan danışarkən deyib.

A. İsazadə bildirib ki, Ermənistan belə təxribatlarla əlavə vaxt qazanmaq, prosesi uzatmaq məqsədi güdür: “Digər tərəfdən, onlar sülh istəmir, sülh danışıqlarının da baş tutmasında maraqlı deyillər. Ümumən sülh bağlamaq, məsələni bitirmək istəyənlər də var. Amma sülh sazişinin baş tutmasını istəməyən qüvvələr belə təxribatlarla həm də öz mövqelərini qoruyub saxlamağa çalışırlar. Aydındır ki, sülh əldə edilsə, Ermənistanda bu qüvvələrin karyerası bitəcək. Yəni müxtəlif qüvvələrin bunda marağı var. Odur ki, təxribatlar baş verir. Biz, ümumiyyətlə, gələcəkdə də belə təxribatlar gözləməliyik. Hazırda baş verənlər hərbi fazadadır, amma bunun böyüyəcəyini güman etmirəm. Ordumuz öhdəsinə düşəni edir, təxribatların qarşısını alır”.

A. İsazadə əlavə edib ki, Azərbaycan Ordusu belə təxribatlara uzun müddət dözməyəcək: “Bəli, belə təxribatlar olanda ordumuz cavab verir. Amma nəzərə alınmalıdır ki, biz gec-tez onsuz da hərəkət edəcəyik. Yəni belə təxribatların birində irəli gedə bilərik. Mən bunu istisna etmirəm. Güman edirəm ki, xarici qüvvələrin də Azərbaycana qarşı istəyi baş tutmayacaq”.

Xəbər lenti