Ələt-Astara-İran avtomobil yolunun bir hissəsinin əsaslı təmirinə 7 milyon manat ayrılıb.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M-3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7 milyon manat ayrılıb.

Paşinyan QUCAQ DƏYİŞDİRİR: Kreml susacaqmı?.. - Ekspert danışırErmənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək. Təlimlər 11-20 sentyabrda Ermənistanda baş tutacaq. Qeyd olunub ki, birgə təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçiriləcək. Ermənistan-ABŞ təlimləri ilə bağlı xəbər Rusiya tərəfindən birmənalı qarşılanmayıb və narazılıq doğurub. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Ermənistan-ABŞ birgə hərbi təlimlərini şərh edərkən deyib ki, Ermənistan KTMT-də müttəfiqdir. Onun sözlərinə görə, Moskva müttəfiqlik ruhunda bu ittifaqa üzv olanlarla təlimlərin keçirilməsi praktikasına riayət edilməsindən çıxış edir: "Ermənistandakı müttəfiqlərimizin ən ciddi diqqətini ona yönəltdik ki, biz bunu narahatlıq kimi qəbul edirik". Kremlin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Ermənistan-ABŞ təlimləri regionda vəziyyətin sabitləşməsinə kömək etmir: “Bu vəziyyətdə, təbii ki, belə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə kömək etmir. İstənilən halda, bu, regionda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə kömək etmir". Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov da bildirib ki, Ermənistan lideri Nikol Paşinyan ABŞ ordusunu ölkəsinə dəvət etməklə Rusiyaya meydan oxuyub: "Ermənistan Rusiya Prezidentini təhqir etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur. Fransa indi Ermənistanın əsas müttəfiqidir. O, bunun əvəzini ödəyəcək. Qarabağ tamamilə öz doğma evinə qayıtmalıdır. Mümkündür ki, bu, yaxın gələcəkdə baş versin. Görək sevimli Fransa ona (Ermənistana-red) necə kömək edəcək".
Belə görünür ki, Ermənistan yolunu 90 dərəcə dəyişib. Amma bunun bir bədli də olacaq. DİA.AZ-ın məlumatına görə, politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Ermənistan rəhbərliyi və spikerlə söz dueli, qarşıdurması göstərir ki, İrəvana qarşı müəyyən addımlar atıla bilər. Analitikin sözlərinə görə, Rusiyanın Ermənistanla münasibətlərdə əsasən iqtisadi layihələrlə bağlı hansısa addımlar atması gözləniləndir:

"Moskva-İrəvan arasında siyasi-iqtisadi əlaqələrə yenidən göz gəzdiriləcək. Rusiya tərəfi açıq tənqidə və əməli addımlara keçə bilər. Buna qədər Kremldən İrəvan əleyhinə aşkar və sərt tənqidlər gəlmirdi. Rusiya daha çox dolayı yollarla Ermənistanın iddialarına cavab verirdi. Ancaq indi vəziyyət dəyişib. Ermənistanla hərbi-iqtisadi sferada münasibətlərin məhdudlaşdırılması mümkündür. Onsuz da son dönəmdə Rusiya Ermənistana ciddi miqyasda silah-sursat göndərmir. Ona görə də İrəvan hərbi texnikalar üçün digər ölkələrə üz tutur. Əsasən də Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlılarına ermənilərlə bağlı müəyyən göstərişlər verilə bilər. Məsələn, sülhməramlı kontingentə tapşırıq verilər ki, bundan sonra Azərbaycanın narahat olduğu məqamlara daha diqqətlə yanaşsınlar. Sülhməramlılarla Azərbaycan hərbçiləri arasında rabitə bir qədər də instensiv hal ala bilər".

“Problem ondadır ki, biz mövcud vəziyyəti həqiqətən qiymətləndirmək istəmirik. FSB-nin (FTX) bu bölgə ilə məşğul olan 5-ci şöbəsi qərar verdi ki, Araik getsin, başqası gəlsin. Nə baş verdiyini anlamaq üçün burada siyasətlə məşğul olmağa ehtiyac yoxdur”.

Bunu qondarma rejimin keçmiş “təhlükəsizlik şurasının katibi” Samvel Babayan 1in.Tv kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Araik Arutyunyan artıq Rusiyanın tələb etdiyi vəzifələri yerinə yetirə bilmədi: "Rusiya nə tələb edir? Tələb edir ki, bir neçə maşını Ağdam yolundan keçirək ki, Laçından bir neçə maşın keçirsinlər. Onlar yavaş-yavaş işləmək, sakit qalmaq və bununla da məqsədlərinə çatmaq istəyirlər. Nə erməni, nə də Azərbaycan tərəfinin razılaşacağı və s. yol təklif edəcəklər və yaxşı günlərə qədər donub qalacaqlar. Bu onların ümumi strategiyasıdır".

Babayan deyib ki, Ağdamda yolu bağlayanlar fikirlərindən daşınıblar: "Əvvəllər deyirdilər ki, Araik Arutyunyanın Ağdam vasitəsilə humanitar yardım qəbul etməyə, problemləri həll etməyə, danışıqlar aparmağa haqqı yoxdur, deyirlər ki, bu bizim qırmızı xəttimizdir, "Daşnaksütyun" və digər qüvvələr Ruben Vardanyanla birlikdə Ağdama beton bloklar qoyurlar. Bu gün həmin qüvvələr öz yeni namizədi ilə “parlamentdə” (dırnaqda) görüşüblər və o onlara deyib: alternativ yoxdur, biz Ağdamdan keçərək ticarət etməliyik, Yevlaxda dialoq aparmalıyıq. Rusiya bizimlə olsaydı, yaxşı olardı, amma olmasa, o zaman vasitəçilərsiz dialoq aparmaq lazım gələcək”.

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Şimali Makedoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimizin rifahı naminə mövcud imkanlardan yararlanaraq dostluq münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

2023-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib.

Həmçinin, hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.

 

 

 

 

Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv edib, buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib. Ermənistan mediası İrəvandan sərhədə doğru irəliləyən hərbi kalonun görüntülərini də yayıb. Bütün bunlar Paşinyan başda olmaqla Ermənistan rəsmilərinin “Azərbaycan hücum edəcək” iddiaları fonunda baş verir və aydın görünür ki, rəsmi İrəvan Bakıdan beynəlxalq müstəvidə şikayət etmək üçün sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşır.

Hərbi mənbələrə istinadən yayılan məlumatlar da bu yöndədir. Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirdiyini, həmçinin son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə çatdırılması barədə məlumatlar var.

Baş verənlər sərhəddə yeni eskalasiya gözləntisini artırır. Və bu sual önə çıxır: Ermənistan hansı istiqamətlərdə təxribatlara əl ata bilər?

Bununla bağlı 4 istiqamətin ola biləcəyi ehtimalı daha böyükdür.

Kəlbəcər: Ermənistan 2021-ci ildən başlayaraq, Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan sərhəd xəttində daha üstün mövqelərə nail olmağa can atır;

Sədərək: Arazdəyəndə ABŞ investisiyası ilə zavod inşa edən İrəvanın bu istiqamətdə baş verəcək eskalasiyada Vaşinqtonun reaksiyasına nail olmaq planı var;

Laçın: beynəlxalq diqqəti Laçın yoluna cəlb etmək, Azərbaycanı təcavükzar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyə bilərlər; Qaragöl ətrafında mövqelərini gücləndirmək, ordumuzun geri çəkilməsinə nail olmaq planları da əvvəldən var;

Zəngilan: bu, Zəngəzur dəhlizini arxa plana keçirmək, Azərbaycanın dəhlizlə bağlı öz ərazisində həyata keçirdiyi işləri axsatmaq məqsədi daşıyır; bununla Zəngəzurdan dəhliz verməyəcəklərini göstərmək, eləcə də İranı bu və ya digər formada prosesə qoşmaqla Bakı-Tehran xəttində çatları dərinləşdirmək, öz cəbhəsini gücləndirmək məqsədi daşıya bilər.//Publika.az

“Azərbaycanın tezliklə Xankəndi və Ermənistanla bağlı addım atacağı mümkün görünür”. 

Bu sözləri beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. O bildirib ki, Ermənilərin antisülh addımlarına cavab kimi Azərbaycanın hərbi hücumunun alqoritmi kifayət qədər aydın notlara köçür:

“Məsələn, qısacabaş verənlərə Rusiya, İsrail, İran və Türkiyə kontekstində baxsaq, fərqli mənalar çıxa bilər.

Sentyabrın 9-da qondarma "Dağlıq Qarabağın Milli Assambleyası yeni "prezidenti seçməlidir", çünki 2020-ci ildə "seçilmiş prezident" Araik Arutyunyan "istefa verib". Azərbaycan Qarabağın "dövlət qurumlarının" ləğvini tələb edir.

Azərbaycanın separatçı parlamentin yeni prezidenti seçməsinə mane olmaq üçün “Artsax”a qarşı hərbi hücuma keçməsi və bununla da Qarabağda "dövlət sistemi"nin dağılmasına başlaması ehtimalı var.

İstisna deyil ki, Ermənistan-Azərbaycan sərhədi və Qarabağ zonasında qoşun və hərbi texnikanın toplanmasına paralel olaraq, Azərbaycan artıq Qarabağ ermənilərinə belə tələblər irəli sürüb.

Və Azərbaycan neçə vaxtdır ki, haqlı mövqeyini, ədalətli olduğuna dair mövqeyini ABŞ, Avropa İttifaqı və digər ölkələrin diplomatlarına təqdim edib”.

Ə.Əlibəyli hesab edir ki, mümkün müharibənin tezisləri belə ola bilər: 

“Azərbaycan bəyan edir ki, Ermənistanın Qarabağda 10 min əsgərdən ibarət hərbi dəstələri var. Bakı tələb edir ki, 9 noyabr 2020-ci il tarixli bəyanatla Ermənistan Qarabağı tərksilah etmək öhdəliyi götürüb.

İrəvan isə deyir ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində silahlı qüvvələr yoxdur.

Azərbaycan Ermənistandan Qarabağa verilən hərbi maliyyə yardımını əsas gətirir, Ermənistan isə iddia edir ki, bu, dövlətlərarası kreditdir. İrəvan qanunsuz silahlı qrupları maliyyələşdirir. Və guya "2020-ci il müharibəsi nəticəsində Qarabağın ərazilərinin və yaşayış məntəqələrinin işğalı nəticəsində on minlərlə insan evlərindən məhrum edilib. Ermənistan onları mənzillə təmin etmək və ağır sosial vəziyyətdən çıxmaq üçün bu pulu Qarabağa ayırır".

Axı yerli ermənilərdən ibarət "Dağlıq Qarabağ Müdafiə Ordusu" da var. Guya bu dəstə ona görə mövcud imiş ki, “Azərbaycan müharibəyə və ermənilərin soyqırımına hazırlaşır. Yəni Müdafiə Ordusu olmasa, Azərbaycan üç saat ərzində 120 min ermənini öldürüb deportasiya edəcək".

Maraqlıdır, nə üçün Xankəndi meydanında "acıdan ölən" 120 min erməninin mitinq etdiyini kimsə görmədi.

Azərbaycan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri ilə bağlı daxili suverenlik haqqı ilə yanaşaraq yerli ermənilərlə öz vətəndaşlarına şamil etdiyi hüquqları tanıyır. Lakin Ermənistan və Qarabağ separatçıları “beynəlxalq mexanizm vasitəsilə Stepanakert ilə danışıqlar aparmaqdan və təhlükəsizlik təminatları vermək”dən bəhs edir”.

Ekspert söyləyib ki, Azərbaycan müharibəyə başlamaq istəmədiyi üçün hüquq və danışıq, inteqrasiya təklif etsə də, ermənilər bu şansdan terror məqsədi kimi istifadə edir və nəticədə ultimatumla üzbəüz qalır:

“Təbiidir ki, arxasında dünya erməni gücünü hiss edən Xankəndi inteqrasiya planı ilə razılaşmayacaq. 

Bakı bəyan edir ki, Xankəndi separatçıları onun konstruktiv təkliflərini qəbul etmir, ona görə də bölgə üzərində Azərbaycanın nəzarətini bərqərar etmək üçün hərbi əməliyyata başlamağa məcburdur. Müharibədən əvvəl Azərbaycan da bildirir ki, Ermənistan tərəfinin Qarabağda ağır hərbi texnikası var və mina qoymağa davam edir, minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etmir, kütləvi məzarlıq yerlərini açıqlamır”.

Ə.Əlibəyli “Azərbaycanın sərt mövqeyi Xankəndi separatçılarının seçki keçirməsinə mane olacaqmı” sualına isə belə cavab verib:

“Bu suallara böyük ehtimalla, artıq Azərbaycan Ordusu cavab verməli olacaq kimi görünür. Ermənistan iddia edir ki, "Azərbaycan seçkilərin keçirilməsinə mane olarsa, Bakının danışıqlar aparmalı olduğu Qarabağın seçilmiş prezidenti və onun nümayəndələri olmayacaq. Əgər Bakını hərbi terrordan və ritorikadan əl çəkməli, Stepanakertlə görüşməli olduğuna inandırmaq mümkün olsa, Əliyev indiki vaxtda hərbi hücuma keçməyəcək".

Məlumdur ki, Əliyev bölgəsindəki separatçı ilə danışıqlar masasına əyləşib, müzakirə aparacaq deyil, onu yalnız bölgədəki sadə erməni vətəndaşının taleyi düşündürür”.

Rusiyanın potensial müharibə olacağı təqdirdə mövqeyi necə olacaq?

Beynəlxalq məsələlər üzrə ekspert deyib ki, son günlər Peskov və Zaxarovanın çıxışlarına baxmaq və Ermənistana ABŞ əsgərini gətirmək addımlarından sonra nəticə məlumdur:

“Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləyir. Aylar əvvəl Ərdoğan bəyan etmişdi ki, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk etməlidir. Amma indi bölgədə işləməlidir və lazımdır. Kim bilir bəlkə ölməyib, sağ qalsa, bir gün separatçı rejim Ermənistana qarşı da müharibə elan edə bilər.

Rusiyanın hesablaması belədir ki, müharibəyə görə erməni tərəfi zəifləyəcək və kömək üçün Moskvaya üz tutacaq. Diplomatik mənbələr deyir ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin demarkasiya işləri ilə paralel olaraq bütün sərhəd boyu öz qoşunlarının olmasını istəyirdi.
Lakin Ermənistan tərəfi əvvəllər təkidlə bildirib ki, qoşunlar Ermənistan-Azərbaycan sərhədindən çıxarılmalı və sərhədçilər yerləşdirilməlidir. İndi Rusiya istərdi ki, Ermənistanın suveren ərazilərini nəzarətə alsın, Ermənistan isə buna deyir ki, işğal edilirik. Hansısa toqquşma ola bilər ki, Rusiya üçün Ermənistan-Azərbaycan sərhədinə qoşun yeritməyə fürsət olsun.

Paşinyana yaxın şəxslər deyirlər ki, Azərbaycan Sünik ərazisinə yönəlirsə, deməli, koridor üçün gəlir və bu, Rusiyanın da işinə yarayır. Maraqlıdır, Əliyev dəfələrlə çıxışında bildirib ki, Paşinyan hələ 2020-ci ilin noyabrında dəhlizlə bağlı öhdəlik götürmüşdü və ondan qaçdı. Deməli, Azərbaycan koridor almaq iradəsini Nikolun götürdüyü öhdəliklərə əsasən əsaslandıra bilər. 

Prezident İlham Əliyev bu yaxınlarda Aİİ-nin iclasında dedi ki, Rusiya Azərbaycanın  (Zəngəzur dəhlizi) ideyasını dəstəkləyir. Rusiya  Azərbaycan-Naxçıvan-Türkiyə yol marşrutuna nəzarəti də özü istəməklə dəstəkləyir.

Rusiyanın Ermənistana qarşı hərbi planlarının bir qismində isə bu var: 2022-ci ilin oktyabrından başlayaraq Aİ müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi Rusiyada böyük narazılıq yaradıb.

Ermənistan Moskvanın təklifini rədd etdi və KTMT müşahidəçilərini yerləşdirməkdən imtina etdi. Yeri gəlmişkən, 9 noyabr 2020-ci il tarixli elanın ilkin variantında Azərbaycan-Naxçıvan-Türkiyə dəhlizinin təhlükəsizliyini təmin etmək üçün Rusiya sülhməramlılarının Sünikdə, Mehri sektorunda yerləşdirilməli olduğu bildirilirdi.

Rusiyanın təklifi idi, lakin Ermənistanın tələbi ilə rus sülhməramlılarının yerləşdirilməsi ilə bağlı bənd çıxarıldı, ona görə də ruslar Sünikdə yerləşdirilmədi.

Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının statusu dəyişib. Bu səbəbdən Rusiya Laçın Dəhlizinin bağlanmasında Ermənistanı günahlandırır. 
Amma maraqlı bir məqam da var: 2020-ci il noyabrın 9-dan sonra Vladimir Putin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı və orada Rusiya sülhməramlıları yerləşdirildi.

Ermənistan Lavrov planından da narazıdır, çünki Qarabağda Rusiya sülhməramlıları və ya hər hansı digər təhlükəsizlik mexanizmindən bəhs edilmir”.

Rusiya sülhməramlılarının yeni statusu nə olacaq?

Ə.Əlibəylinin fikrincə, bu status 2025-ci ildə tamamilə fərqli səciyyəvi xarakter alacaq:

“Amma Ermənistan unutmamalıdır ki, pislədiyi Rusiya separatçıların varlığını qorumaq üçün bir çoxuna da Rusiya pasportu payladı”.

Paşinyan hakimiyyəti Rusiyaya qarşı siyasi-psixoloji savaş açıb və Kreml hələlik buna adekvat reaksiya verməkdə çətinlik çəkir... Bunu isə indiki situasiyada ya Kremlin maksimum səviyyədə təmkinli davranması, ya da Rusiyanın sadəcə, acizliyi ilə izah etmək mümkündür...

Ermənistanın son davranışları intihar xarakteri daşıyır. Rəsmi İrəvan Ermənistanın geopolitik xəritədən silinməsinə yol aça biləcək bütün mümkün addımları israrla atır. Bu reallığı Ermənistan siyasi dairələrində anlayanlar da olmamış deyil. Halbuki, Paşinyan hakimiyyətinin Ermənistanın gələcək taleyini belə israrla böyük riskə atması artıq geriyə dönüş olmayan yol təsiri bağışlayır. Və bunu rəsmi İrəvanın müstəqil siyasət yürütməsi ilə izah etmək isə qətiyyən mümkün deyil.

Böyük ehtimalla Paşinyan hakimiyyəti Ermənistanın xarici himayədarlarının səhnəarxası təlimatları ilə hərəkət edir. Əks halda, rəsmi İrəvan sülh prosesindən uzaqlaşıb, Ermənistandan müqayisə edilməyəcək qədər güclü olan Azərbaycanla yeni savaş təhlükəsinə səbəb olacaq davranışlara cəsarət göstərməzdi. Yəqin ki, Ermənistanı öz geopolitik maraqlarına alət edənlər rəsmi İrəvana yerinə yetirə bilməyəcəkləri təhlükəsizlik təminatı veriblər.

Onu da nəzərə almaq lazımdır ki, əsl reallıqdasa, rəsmi İrəvan Ermənistanın təhlükəsizlik mexanizmlərini də sıradan çıxartmağa başlayıb. Belə ki, Paşinyan hakimiyyəti bir tərəfdən hərbi təxribatlarla Azərbaycanı yeni savaşa çəkir. Digər tərəfdən isə növbəti savaşın Ermənistan üçün fəlakətli nəticələr verməməsində müəyyən qədər rol oynaya biləcək yeganə dövlət olan Rusiya ilə münasibətləri korlamaqda da davam edir. Və bunun geopolitik manevrlərlə izah edilməsi üçün elə bir ciddi arqument tapmaq da mümkün deyil.

4d917b4e5149c46ffac7960aa640404e.jpeg (106 KB)

Məsələ ondadır ki, rəsmi İrəvana təhlükəsizlik təminatı vəd edən Qərb ölkələri Azərbaycanla müharibədə Ermənistanı qorumaq imkanından uzaqdırlar. Kreml isə Paşinyan hakimiyyətinin Rusiyaya qarşı düşmənçilik siyasətinə adekvat olaraq, Ermənistanı növbəti dəfə fəlakətdən xilas etməyə həvəsli olmaya da bilər. Yəni, müəyyən mənada, Paşinyan hakimiyyəti hazırda "ağıltutulması"na uyğun davranır.

Rəsmi İrəvanın Kremlə qarşı son addımları artıq Rusiya-Ermənistan qarşıdurması yaradıb. Paşinyan hakimiyyəti prezident Vladimir Putinin həbsinə qərar vermiş Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq barədə Roma statutunu məhz indiki qarşıdurma mərhələsində Ermənistan parlamentinə göndərib. Və bu, o deməkdir ki, həmin sənədin ratifikasiyası Ermənistanın qapılarını Kreml sahibinin üzünə bağlamış olacaq.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan son vaxtlar bütün açıqlamalarında Rusiyanı kəskin üslubda ittiham edir. Erməni baş nazir Ermənistanın bütün uğursuzluqlarına görə məhz Rusiyanı suçlayır. Üstəlik, rəsmi İrəvanda belə qənaət yaranıb ki, Rusiya Ermənistanın təhlükəsizlik maraqlarına adekvat cavab verə bilmir. Ukrayna savaşı ucbatından çıxılmaz duruma düşən Rusiyanın özünün silah-sursata ehtiyacı olduğunu bir dövrdə Kreml Ermənistanı silahlandırmaq imkanında deyil. Ona görə də, Paşinyan hakimiyyəti əmindir ki, Ermənistanın təhlükəsizlik sisteminin yalnız Rusiyadan asılı olması böyük səhvdir.

Belə anlaşılır ki, rəsmi İrəvan bu böyük səhvi düzəltmək niyyətinə düşüb. Ancaq seçdiyi yolun doğru olub-olmadığı da kifayət qədər ciddi suallar doğurur. Hər halda, hələlik Cənubi Qafqazda regional oyunçu statusunu qoruyan Rusiya Ermənistana ABŞ və Qərbdən daha etibarlı himayədar rolunu oynamaq imkanındadır. Və rəsmi İrəvan Rusiyanın Ermənistanın mövcudluğunun yeganə təminatçısı olduğunu isə unudur.

ff46f85a6f7716afea452049b8c6e007a.jpeg (81 KB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti hazırda Rusiyanın patronajlığı altında olan KTMT-nı da açıq şəkildə hədəfə almış kimi görünür. Belə ki, rəsmi İrəvan Ermənistanın bu hərbi-siyasi alyansdakı təmsilçisini geri çağırıb. Bununla da KTMT-dan çıxmaq niyyətinin kifayət qədər ciddi olduğunu sezdirməyə çalışıb. Və belə kəskin manevrlərin Kremldə ciddi qıcıq doğuracağını isə anlamaq qətiyyən cətin deyil.

Halbuki, Paşinyan hakimiyyəti hələ ötən il KTMT-nın Ermənistana hərbi dəstək mənbəyi deyil, məhz təhlükəsizlik problemi olduğunu bəyan etmişdi. Rəsmi İrəvan Ermənistanın bu qurumdan çıxmasına yönəlik addımların mərhələli şəkildə atılacağını da qətiyyən gizlətməmişdi. Ardınca KTMT-nın İrəvan sammitində yekun bəyannamənin qəbul edilməsinin baş nazir Nikol Paşinyan tərəfindən kobud müdaxilə ilə əngəllənməsi ziddiyyətlərin dərinləşdiyini düşünməyə əsas verirdi.

Sonrakı mərhələdə rəsmi İrəvanın Azərbaycanla sərhəd bölgəsinə Avropa Birliyinin mülki müşahidə missiyasının yerləşdirilməsi də Ermənistanın KTMT-dan uzaqlaşmağa çalışdığını göstərirdi. Çünki KTMT-nın Ermənistana öz müşahidə qrupunu göndərmək barədə müraciətləri rəsmi İrəvan tərəfindən israrla geri çevrilməkdəydi və bu proses hələ də davam edir. Bu baxımdan, Ermənistan Rusiyanı və Kremlə bağlı qurumları inkar etməkdə tamamilə qərarlı görünməkdədir.

Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanı həm KTMT-dan, həm də Rusiya ilə hərbi müttəfiqlikdən uzaqlaşdırmağa çalışır. Rəsmi İrəvanın Ermənistanın ABŞ-la birlikdə hərbi təlimlərə qatılmaq qərarı verməsi isə yəqin ki, Kremldə "soyuq duş" effekti yaratmış olmalıdır. Çünki bu, Rusiyanın hərbi müttəfiqinin - Ermənistanın Kremlin beynəlxalq düşməni - ABŞ ilə hərbi sahədə əməkdaşlıq etməsi anlamına gəlir. Və bunun Rusiya üçün qəbuledilməz situasiya olduğu isə qətiyyən şübhə doğurmur.

685772a6f686fcd5fd6be7a9165c38a8.jpg (98 KB)

Hər halda, Kremldən verilən açıqlamada rəsmi İrəvandan izahat tələb edilir. Üstəlik, xəbərdarlıq edilir ki, Rusiyanın Ermənistana münasibətində rəsmi İrəvanın verəcəyi izahatın məzmunu böyük önəm daşıya bilər. Çünki vaxtilə rəsmi İrəvan KTMT-nın Ermənistanda keçirilməsi planlaşdırılan hərbi təlimlərini ləğv etmişdi. İndisə, Rusiyanın hərbi müttəfiqi Ermənistan məhz ABŞ-la hərbi təlimlərə hazırlaşır.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı siyasi-psixoloji savaş açıb. Hələlik Kreml bu savaşa adekvat reaksiya verməkdə çətinlik çəkir. Bunu ya Kremlin maksimum səviyyədə təmkinli davranması, ya da Rusiyanın sadəcə, acizliyi ilə izah etmək mümkündür.

Çünki Rusiyanın hərbi müttəfiqi Ermənistan Kremli ABŞ silahı ilə vurur. Kreml isə Rusiyanın vərdiş etdiyi ənənəni pozaraq, sadəcə, izahat tələb etməkkə kifayətlənir. Halbuki, Kremlin belə situasiyalarda aqressivləşdiyi və Rusiyaya xəyanət edənləri dərhal cəzalandırmağa üstünlük verdiyi heç kəsə sirr deyil. Və bu baxımdan, hazırda Rusiyanın nəhəng dövlət imicinin böyük sınaq qarşısında olduğu da qətiyyən şübhə doğurmur.(musavat.com)

Az qalıb: BÜTÜN YOLLAR XANKƏNDİYƏ APARIR... - Başqa cür ola da bilməz...

Türkiyə Prezidenti Ərdoğanla Rusiya Prezidenti Putin arasında baş tutan son görüşdən sonra Ermənistan KTMT-dəki nümayəndəsini geri çağırıb.

Belə ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Viktor Biyaqovu qurumdakı daimi nümayəndəlik postundan geri çağırıb.

Qeyd edək ki, İrəvan onsuz da son zamanlar KTMT-dəki fəaliyyətini minimuma endirib. Bu ilin yanvarında İrəvan öz ölkəsində KTMT hərbi təlimlərinin keçirməkdən imtina edib.

Ardınca da KTMT-yə üzv digər ölkələrin ərazisində keçirilən anoloji tədbirlərə qatılmayıb.Həmçinin, Ermənistan ona verilən təşkilatın baş katibinin müavini postundan imtina edib.

Digər tərəfdən, görünən odur ki, Paşinyan artıq Qarabağ məsələsinə qarışmaq istəmir. Daha doğrusu, bunu etmək gücündə olmadığını anladığından, özünü kənara çəkib. İran tərəfi də son zamanlar müəyyən dərəcədə Azərbaycanla münasibətləri normallaşdırmağa doğru istiqamətlənib.

Molla rejimi Azərbaycana qarşı xoşagəlməz bəyanatlarına da xeyli müddətdir ara verib. Eyni zamanda İran ermənilərin “humanitar böhran” nağılları ilə bağlı da separatçıların lehinə fikirlər səsləndirilməyib.

Yaranmış bu situasiya isə Qarabağda antiterror əməliyyatına başlayaraq, terrorçuların qalan yuvalarını da darmadağın etmək üçün əlverişli vəziyyətin meydana gəldiyini deməyə əsas verir.
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirir ki, ərazilərimizin erməni terrorçularından tamamilə təmizlənməsinə az qalıb:

“Azərbaycan Qarabağdakı terrorçu ünsürləri darmadağın etmək üçün birmənalı olaraq, antiterror əməliyyatına başlamalıdır. Separatçılar, terrorçular öz xoşları ilə ərazimizi tərk etməlidirlər, ya da Azərbaycan Qarabağı ölkə qanunlarına zidd fəaliyyət göstərən həmin qruplaşmalardan təmizləyəcək. Bunun üçün də hərbi gücdən istifadə edərək, antiterror əməliyyatı keçirməliyik.

Paşinyanın son bəyanatları, İtaliya mətbuatına verdiyi müsahibəsi, ondan sonrakı hərəkətləri, KTMT-dən nümayəndəsini geri çağırması, bunların hamısı ərazilərimizi cinayətkar ünsürlərdən təmizləmək üçün əlverişli fürsətdir. Baş verən hadisələr göstərir ki, ərazilərimizin terrorçulardan tamamilə təmizlənməsinə çox qalmayıb”.

Türkiyə yenidən Güney Qafqaza QAYIDIR?.. - Görünəni odur ki...

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kremlin humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasının tərəfdarı olduğunu bildirdi. Rusiyadan əvvəl ABŞ və Avropa Birliyindən də bu yöndə müəyyən müsbət mesajlar olmuşdu. Necə düşünürsünüz, məsələ artıq çözüm yoluna giribmi? Ermənilər seçimsizlik durumunda nə edəcəklər?

- Əlbəttə, Rusiya tərəfindən bu fikrin səsləndirilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Rusiya nümayəndəsi bundan əvvəl BMT Təhlükəsizlik Şurasının iclasında da bu məsələyə toxunmuşdu. Rusiyanın bununla bağlı mövqeyi Mariya Zaxarovanın son iki açıqlamasında da özünü göstərib. Bu durum ermənilər üçün xoş olmasa da, hələlik müqavimət göstərməyə çalışırlar. Ermənistan və ermənilər Fransa və bəzi digər Avropa dövlətlərinin təşviqi ilə buna qarşı çıxırlar. Məsələni daha çox Qarabağda yaşayan ermənilərlə əlaqələndirməyə çalışırlar, oradakı xunta rejimi və faşist-separatçı zehniyyət daşıyıcıları buna heç vaxt imkan verməyəcəklərini söyləyirlər. Əlbəttə, belə açıqlamalar vəziyyəti gərginləşdirsə də, böyük önəm kəsb etmir.

Azərbaycan özünün birmənalı mövqeyini ortaya qoyub, öz ərazisində nəzarətsiz boz zonanın olmayacağını bildirib. Bu mövqe də ondan ibarətdir ki, ərazimizdəki qanunsuz silahlı birləşmələr tərksilah edilməli, xunta rejimi ləğv edilməlidir. Hesab edirəm ki, bu istiqamətdə ardıcıl addımlar atılacaq.

Moskvanın bəyanatına gəlincə, bölgədə hərbi kontingentinin və oradakı xunta rejiminə təsir imkanlarının olduğunu nəzərə alsaq, bu prosesə üncüllük edə bilər. Məsələn, Rusiya hərbi kontingentinin təminat-təchizatını Ağdam-Xankəndi yolu ilə təmin etməklə, bir nümunə göstərə bilər. Bu olsa, o zaman deyə bilərik ki, Rusiya prosesə konstruktiv yanaşır, bölgənin reinteqrasiya prosesində maraqlıdır və gərginliyin azaldılmasını istəyir. Hələlik bu, bəyanat formasındadır və bunu müsbət dəyərləndiririk. Bu bəyanatlar əməli addımlarla müşayiət olunsa, daha yaxşı olar və müəyyən müsbət nəticələrə gətirib çıxarar.

Ağdam-Xankəndi yolunun açılmasına qarşı olan müqavimətə gəlincə, bunun da bir müddəti var. Azərbaycan müəyyən müddətdən sonra oradakı terrorçu xuntanın nazı ilə çox da oynamayacaq, reinteqrasiya prosesi başlayacaq.

- Moskva İrəvandan Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunu ratifikasiya üçün parlamentə göndərməsinin izahatını tələb edir. Zaxarova dedi ki Rusiyanın bu kontekstdə cavabı bu yöndə veriləcək qərara bağlı olacaq. Söhbət nə kimi addımlardan gedə bilər?

- Düşünürəm ki, məsələ parlamentin müzakirəsinə çıxarılsa, qərar qəbul olunacaq. Zatən, müəyyən bir prosedur həyata keçirilib, məsələ gəlib parlamentdə təsdiq səviyyəsinə çıxıb. Düşünmürəm ki, Paşinyan hökuməti bunu geri çəkəcək, sadəcə bunun səsverməyə təqdim edilməsinin müddəti uzadıla bilər. Amma səsverməyə çıxarılsa, təsdiqlənəcəyinə şübhə etmirəm.

Rusiyanın bundan narahatlığı anlaşılandır. Çünki statut təsdiqlənərsə, Ermənistan rəhbərliyi bununla beynəlxalq axtarışda olan istənilən şəxsi öz ərazisində həbs etmək öhdəliyini üzərinə götürür. Nəzərə almaq lazımdır ki, Beynəlxalq Cinayətlər Məhkəməsi Rusiya prezidenti ilə bağlı qərar qəbul edib, o zaman bu halda ölkəyə səfər edəcəyi təqdirdə Ermənistan rəhbərliyi onu həbs etməyə borcludur. Bu kimi amillər iki ölkə arasındakı münasibətləri gərginləşdirib və bu, artıq açıq müstəviyə keçib. Dmitri Peskov diplomatik dildə cavab versə də, Mariya Zaxarova Paşinyanı hədəfə alaraq, sərt danışdı. Bu da ikitərəfli münasibətlərin hansı yerdə olduğunu göstərir.

Rusiyanın Ermənistana təsir və təzyiq mexanizmləri yetəri qədərdir. Doğrudur, bunlar hələlik Paşinyanı devirmək səviyyəsində olmasa da, Ermənistanı daxildən qarışdırmağa və onu çətin duruma salmağa bəs edir. Bu da ən müxtəlif yönlərdə ola bilər. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin Rusiya ilə xüsusi bağları var. Rusiyada yaşayan ermənilərin göndərdikləri pullar Ermənistan iqtisadiyyatında və əhalinin güzəranında önəmli rol oynayır. Bundan başqa, Ermənistanın sanksiyalardan yayınaraq, Qərb ölkələrindən alıb Rusiyaya satdığı yüksək texnoloji məhsullar da kifayət qədər gəlir gətirir. Yəni Rusiyanın Ermənistana təsir imkanları genişdir və qalır, lazım gəldikdə bunlardan istifadə edilə bilər. O cümlədən təhlükəsizlik sferasında...

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıtdıqdan sonra bildirdi ki, Ermənistanın davam edən təxribatları ölkəsinin cənub əraziləri üçün də təhdid yaradır. Türkiyə liderinin bu mesajını necə şərh edə bilərik?

- Prezident Ərdoğan bölgədə əsas, həlledici rola sahib dövlətin başçısıdır. Onun dünyadakı nüfuzu da deməyə əsas verir ki, o, dediyi sözləri boşuna dilə gətirmir. Ermənistanın son ay yarımdakı atdığı destruktiv addımları, bölgədə sülh və sabitliyə təhdid yaradan hərəkətləri, Fransa və digər havadarlarının dəstəyi ilə Azərbaycana qarşı başladığı beynəlxalq kampaniya, ölkəmiz əleyhinə beynəlxalq təzyiq mexanizminin qurulmasına nail olmaq cəhdləri, müxtəlif dövlətlər vasitəsilə hərbi gücünü artırması və regionda yeni savaş səyləri diqqətdən qaçmır. Üstəgəl, sərhəd və Qarabağ iqtisadi rayonunda təxribatların intensivliyi artır. Bir neçə gün əvvəl Kəlbəcər istiqamətində törədilən təxribat göstərdi ki, Ermənistanın davranışları bölgədə sülh və sabiliyə təhdid yaradır.

Ukrayna müharibəsinin dünyada yaratdığı gərginliyə bir də Cənubi Qafqazdakı gərginlik əlavə olunduqda, bu, ağır duruma gətirib çıxara bilər. Bu baxımdan, Türkiyə prezidenti Ermənistanla bağlı belə bir fikir səsləndirdi. Faktiki olaraq, Ermənistana bir xəbərdarlıq edildi ki, öz fəaliyyəti və davranışına çəki-düzən versin, bölgədə sülh prosesinə təhdid yaratmasın. Ermənistan Fransanın təlimatları, İran, Hindistan və müəyyən mənada Yunanıstanın hərbi dəstəyi ilə Cənubi Qafqazda ikinci cəbhənin açılması istiqamətində fəaliyyət göstərir. Bu da Türkiyə, Rusiya və digər regional dövlətlərin marağında deyil. Çünki Rusiyanın başı Ukraynada ciddi şəkildə qarışıb. Bu baxımdan, Türkiyə prezidentinin açıqlaması Ermənistana xəbərdarlıq kimi qəbul edilə bilər.

Sərhəd və Qarabağdakı təxribatlar, Azərbaycana qarşı aparılana aqressiv təbliğat və Paşinyanın separatçılara təbrik məktubu göstərdi ki, Ermənistan rəhbərliyi danışıqlar prosesindən çəkilib. Dialoq prosesi faktiki olaraq dalana dirənib. Bu da bölgədə kifayət qədər gərgin vəziyyət yaradır. Türkiyə prezidentinin xəbərdarlıq xarakterli mesajına da bu kontekstdə baxmaq olar.

Xəbər lenti