Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə Qərbi azərbaycanlıların qayıdışını labüd edir.

Bunu Milli Məclis sədrinin müavini Adil Əliyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.

Vitse-spikerin sözlərinə görə, tarix boyunca Qərbi Azərbaycanda yaşayan soydaşlarımız öz dədə-baba yurdlarından didərgin düşərək deportasiya olunublar. “Bu proses 1988-ci ildə daha sürətlə davam etdi və Qərbi Azərbaycanda yaşayan soydaşlarımız Ermənistanı tamamilə tərk etməli oldular. Yalnız Ulu öndər Heydər Əliyevin tərəfindən 1997-ci ildə öz yurdlarından deportasiya olunan soydaşlarımıza siyasi-hüquqi qiymət verən fərman imzalandı. Həmin sənəddə deportasiya olunan soydaşlarımızın statusu və ora qayıdışınadək bütün məsələlər əksini tapıb. Dövlət səviyyəsində bu istiqamətdə işlər görülür. Monoetnik Ermənistan azərbaycanlıların öz yurdlarına qaytarmağa borcludur”, - A. Əliyev qeyd edib.

Vitse-spiker əlavə edib ki, bu məsələdə Azərbaycan gəncliyinin üzərinə böyük iş və məsuliyyət düşür.

Dövlət bu istiqamətdə zəruri addımlar atıb. “Gənclər Qərbi Azərbaycanda deportasiya olunan soydaşlarımızın pozulmuş hüququnun bərpası istiqamətində beynəlxalq aləmlə iş aparmalıdır”, - o bildirib.

Vitse-spiker onu da deyib ki, Qərbi azərbaycanlıların hüququ bərpa olunacaq və onlar öz doğma yurdlarına köçərək orada təhlükəsiz və dinc şəraitdə yaşamaları təmin olunacaq.

Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm.

Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda ifadə edib.

İki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu deyən dövlətimizin başçısı əlavə edib:

“Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”. Sülh müqaviləsinin prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib: “Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.

Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik.

Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.

İşğal dövründə Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz sübut etdik ki, hər üç ölkə yanılırdı. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq, onlar yanılırdılar. Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var. Bu münaqişə 3 il bundan əvvəl həll edildi”.

Borrellin son bəyanatları səmərəsizdir. Mən təəssüf edirəm ki, bu cür təcrübəli diplomat yalan danışır. O, bəyanat verib ki, 150 min erməni Qarabağı tərk edib. Bu tamamilə yalnış bəyanatdır. Cənab Borrell, ola bilər ki, yuxular görür. Bu təkcə rəqəmlərlə manipulasiya etmək deyil, bu Azərbaycana qarşı ittihamlardır.

Bunu Prezident İlham Əliyev ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda deyib.

Onlar (erməni icmasının nümayəndələri – red.) yalnız 20 sentyabrdan sonra görüşməyə razılıq verdilər. Biz artıq suverenliyimizi bərpa etmək üçün güc tətbiq etmək fikrinə gəldikdə, onların nümayəndəsi Yevlaxa gəldi. Bir dəfə yox, iki dəfə gəldi. İndi sual verilir, nəyə görə əvvəllər gəlmirdi? Əgər əvvəllər gəlsəydilər, onda antiterror tədbirinə ehtiyac qalmazdı və bu, yaxın tarixdir.

Bu sözləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, indi Qarabağda elektron portal fəaliyyət göstərir. Artıq Qarabağ ermənilərinin bir neçəsindən müraciət qəbul olunub. Bəziləri qalmaq istəyirlər, orada yaşayırlar. “Biz Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən nümayəndələr ayırmışıq ki, onlar müvafiq şərait yaratsınlar. Onlar ərzaqla təmin olunmalıdır, istilik təmin edilməlidir və digər yaşayış üçün şərait təmin edilməlidir. Mən demirəm ki, onların çoxu qalıb. Lakin qalmaq qərarı verən ermənilər artıq bu şəraitdən yararlanırlar”, - deyə dövlətimizin başçısı əlavə edib.

Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var.

Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.

Dövlətimizin başçısı qeyd edib: “İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə, müharibə olmasın, bununla bağlı qarantiya olsun”.

Biz suverenliyimizi iki il yarım bundan əvvəl bərpa edəndə gördük ki, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var və onlar heç bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular.

Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumunda bildirib.

“Biz ümid edirdik ki, bu məsələ öz həllini tapacaq. Biz dərk edirdik ki, bu, anormal vəziyyətdir və İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda yaşayan insanların iki seçimi var - onlar ya Azərbaycan vətəndaşları olurlar və onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri seçirlər. Bunun başqa yolu yox idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Biz də çalışırıq əlimizdən gələni edək ki, məcburi köçkünlər üçün maksimal həyat şəraiti yaradılsın onlar buna layiqdirlər. Onlar, həmçinin psixoloji sarsıntı keçiriblər”.

Bu sözləri Prezident İlham Əliyev ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumunda bildirib.

Dövlət başçısı minalar məsələsinə də toxunaraq deyib: “Biz istəyirik ki, proses mümkün qədər tez getsin. Lakin biz anlayırıq ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla buna nail olmalıyıq”.

“Mən Laçına qayıtmış sakinlərlə görüşümdə qeyd etdim ki, bu məsələnin normal həlli yolu var və mən o zaman dedim, separatçıların liderləri təslim olsunlar, onlara qarşı amnistiya tətbiq edilə bilər. Təəssüf olsun ki, yenə də mənim sözlərimə düzgün qiymət verilmədi. Bu gün separatçıların rəhbərləri Azərbaycandadırlar. Onlar buraya gəlmək istəyirdilər və bizi hədələyirdilər ki, tank üzərində gələcəklər Azərbaycana, Bakıya. Bu gün isə Azərbaycanda mühakimə olunmağı və bizim ədliyyə sisteminin yekun qərarını gözləyirlər”.

Bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib.

Dövlət başçısı deyib: “Ümid edirdik ki, biz Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik. Lakin təəssüflər olsun ki, orada hakimiyyəti bir növ inhisarçılığa götürmüş insanlar buna imkan vermədi. Bundan əlavə, sentyabr ayında iki hadisə baş verdi ki, bu, bizim üçün qırmızı xəttin keçməsi demək idi. Birincisi, Ermənistan baş nazirinin dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi münasibətilə təbriki, bu, tamamilə Ermənistan baş nazirinin dediyi və imzaladığı sənədlə ziddiyyət təşkil edirdi. Çünki ötən ilin oktyabrında Ermənistan və onun baş naziri rəsmi olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Bundan sonra eyni ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik məktubunun göndərilməsi tamamilə qəbuledilməz idi bizim üçün və çoxziddiyyətli bir hərəkət idi”.

Bakıda mühüm forum: Prezident iştirak edir - Canlı

Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.

Qeyd edək ki, ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.

 

***

Bu gün Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” adlı Forum keçiriləcək.

 Forumda bir çox ölkələrin akademikləri, tədqiqatçıları və beyin mərkəzlərinin nümayəndələri ilə regional və qlobal məsələlərlə bağlı danışılacaq, onlarla açıq müzakirələr aparılacaq.

Dövlət başçısı xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və məcburi köçkünlərin qaytarılmasına diqqət yetirəcək.

Xəbər lenti