İlham Əliyev Belarusun yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də Belarusun ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Paraqvayın yeni səfirinin etimadnaməsini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Paraqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seferino Valdez Peraltanın etimadnaməsini qəbul edib.
Ceyhun Bayramov Almaniyaya işgüzar səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

İlham Əliyev Birol Akgünün etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident ona yüksək VƏZİFƏ VERDİ

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.

President.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

 

 
İlham Əliyevin Somali Prezidenti ilə lanç əsnasında geniş tərkibdə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Əbu-Dabi şəhərində Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin üçüncü iclası keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini xanım Lana Zəki Nusseybə rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, humanitar əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı (COP) çərçivəsində qarşılıqlı koordinasiya və əməkdaşlıq yüksək qiymətləndirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

BƏƏ tərəfinə regionda münaqişə sonrası mövcud vəziyyət və sülh prosesi, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışı barədə məlumat verilib.

Səfər çərçivəsində nazir müavini BƏƏ-nin “TRENDS” Tədqiqat və Məşvərət Mərkəzində olub.

Mərkəzin araşdırmalar bölməsinin rəhbəri Mohamed Salem Əl-Salemi təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd edilən Mərkəzlə Azərbaycanın müvafiq tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçirilib.

Yalçın Rəfiyev Mərkəzin rəhbər şəxsləri və tədqiqatçıları ilə görüşündə Azərbaycanın xarici siyasəti, onun regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və Azərbaycan-BƏƏ əməkdaşlığının gələcək inkişaf perspektivlərindən danışıb.

Türk birliyinin bəhrəsi - 27 illik xəyal gerçəkləşir

Türkiyə ilə Türkmənistan arasında təbii qaz ticarəti ilə bağlı danışıqlar 1998-ci ildə başlasa da, Rusiyanın yaratdığı maneələr nəticəsində bu layihə reallaşmayıb.

“Türkiyə” qəzeti xəbər verir ki, iki ölkə arasında qaz sahəsində əməkdaşlıq barədə razılaşma ancaq 27 ildən sonra mümkün olub.

Türkmənistan təbii qazının Xəzər dənizinin dibi ilə çəkilən boru kəməri ilə Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutan qaz sazişinin ilk imzası cümhuriyyətin 75-ci ildönümündə Süleyman Dəmirəl tərəfindən imzalanıb. Lakin Rusiyanın təsiri ilə bu layihə indiyədək baş tutmayıb. Bu ancaq 27 il sonra reallaşıb. Nəticədə Ankara ilə Aşqabad arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, BOTAŞ və “Türkmengaz” Türkmənistan qazını 2025-ci il martın 1-dən etibarən Türkiyəyə ixrac etməyə başlayacaq.

Türkmənistan qazı Azərbaycan və Gürcüstandan üzərindən keçməklə Türkiyəyə və Avropaya çatdırılacaq. Bu, Azərbaycanla Gürcüstana fayda verməklə yanaşı, Avropanın enerji böhranının aradan qalxmasına çarə olacaq.

Nəşr yazır ki, bu nəinki iki ölkə arasında, ümumiyyətlə, Türk dövlətləri arasında inkişaf etdirilən dostluq, mühüm ticarət və təhlükəsizlik əlaqələrini də gücləndirəcək.

trampa-qarsi-cox-edaletsiz-idiler-ve-indi-cavabdeh-olmaq-vaxti-gelib

“Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-yə rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.

Ölkə başçısı qeyd edib ki, Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var: “Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin.

Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Ola bilsin mən yanılıram. Lakin mən ABŞ-də dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-nin ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”.

İlham Əliyevin Somali Prezidenti ilə təkbətək görüşü olub - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyevin Somali Prezidenti Hasan Şeyx Mahmud ilə fevralın 12-də təkbətək görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verib.

Somalinin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Xəbər lenti