![]() |
|
Prezident İlham Əliyev mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsin əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs yaradılıb.
“Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib.
Müəyyən edilib ki, Nazirliyin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində mülki aviasiya sahəsində dövlət siyasətinin formalaşdırılmasında, həyata keçirilməsində və inkişafında iştirak edən, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi üçün tənzimləmənin və nəzarətin (keyfiyyətə nəzarət də daxil olmaqla), habelə mülki aviasiyada dövlət nəzarəti çərçivəsində təhlükəsizliyin təmini ilə bağlı xidmətlər göstərilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Agentlik bu Fərmanın 1-ci hissəsində qeyd edilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.
Agentliyin fəaliyyətinin təşkil və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti, həmçinin Agentliyin öz fəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunan vəsait, beynəlxalq təcrübəyə əsasən aviadaşıyıcılar tərəfindən hava limanlarına və aeronaviqasiya xidmətlərinə görə ödənilən məbləğdən nəzarət funksiyaları ilə bağlı yığımlar və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.
Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün dörd üzvdən – sədr və onun üç müavinindən ibarət İdarə Heyəti yaradılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.
Söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.
Hulusi Akar dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Qanunu imzalayıb.
Saziş 2024-cü il noyabrın 13-də Bakı şəhərində imzalanıb.
Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb.
Bu, Prezident İlham Əliyev imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Nazirin səlahiyyətləri sırasına dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürmık, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla nazirlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək və nazirliyin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər vermək daxil edilib.
Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsaəsn, ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Tahir oğlu Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Qeyd eədk ki, fevralın 26-da Artur Rasizadənin 90 yaşı tamam olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsi hazırlanacaq.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncam Qarabağ tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, Pənahəli xan tərəfindən əsası qoyulan Qarabağ xanlığı barədə tarixi faktların təbliği və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud" hotelinin açılışında iştirak edib.
Hotelin açılışın baş tutmasından sonra daha əvvəl Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan dialoq yenidən gündəmə gəlib.
Belə ki, 2021-ci ildə Azərbaycan və Türkiyə dövlət başçıları Qarabağa səfər edərkən Prezident İlham Əliyev Şuşanın mənzərəsini R.T.Ərdoğana göstərmək üçün yarı yolda dayanır.
O, iki qayanın arasında yerləşən şəhərin isə Xankəndi olduğunu söyləyir.
Bu zaman Ərdoğan "Qalacağımız hotel orada yerləşir?" deyə sual verir.
Əliyev isə əvvəlcə təbəssüm edir və "yox, yox, orada da olacaq" cavabını verir.
Ötən gün isə Azərbaycan Prezidenti Xankəndi şəhərində “Bulud” hotelinin açılışında iştirak edib.