Azərbaycan ukraynalı xilasedicilərə “Revival P” tipli yeni tırtıllı minatəmizləmə maşını təhvil verib.

Məlumatı Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti yayıb.

“Azərbaycan Poltava vilayətinin xilasedicilərinə “Revival P” mexanikləşdirilmiş minatəmizləmə avtomobilini təhvil verib”, - məlumatda bildirilib.

Bundan başqa, məlumatda avadanlıq istehsal edən şirkətin nümayəndələrinin Ukraynaya gəldiyi və ukraynalı mütəxəssislər üçün treninqlər keçəcəyi də vurğulanıb.

Avropa Birliyi Moldova və Gürcüstana qəbulolunmaz, bu iki ölkənin ərazi bütövlüyünü təhdid edərək, risk altına salan təklif edib... Qərbə Rusiya ilə savaşın dayandırılması sayəsində, indi xərclədikləri maliyyə yükündən xilas olmaq lazımdır, Ukraynanın gələcək taleyi isə heç kimi narahat etmir...

ABŞ və Qərb Ukraynanı hərbi məğlubiyyətə hazırlamaqda davam edir. Son vaxtlar Ukrayna savaşının dayandırılmasının vacibliyi barədə iddialar daha intensiv şəkildə gündəmə gətirilməyə başlayıb. Qərb siyasi dairələri Rusiya və Ukrayna arasında sülh sazişinin bağlanmasının mümkün olduğunu qətiyyən gizlətmirlər. Və üstüörtülü şəkildə rəsmi Kiyevin Rusiyaya güzəştə getməsinin qaçılmaz olduğunu qabardırlar.

Təbii ki, Rusiyaya güzəştlərin qaçılmaz olmasından danışılarkən, ilk növbədə Ukraynanın Donbas və Krım yarımadasından imtina etməsi nəzərdə tutulur. Yəni, Qərb siyasi dairələri Ukrayna əraziləri üzərindən Rusiya ilə "bazarlıq masası" qurmuş kimi görünürlər. Və ona görə də, həm rəsmi Kiyevi, həm də Ukrayna cəmiyyətini ərazi itkilərinə də hazırlamağa çalışırlar.

Nə qədər qəribə də olsa, bir tərəfdən Ukraynanın Rusiya ilə sülh sazişi imzalamaqdan başqa çıxış yolu olmadığı qabardılır. Digər tərəfdən isə Ukrayna əhalisinin ərazi itkiləri ehtimalına müqavimət göstərmədiyi təbliğ olunur. Belə ki, "Bloomberg" agentliyi Ukrayna vətəndaşlarının "müharibənin dayandırılması əvəzinə ərazi güzəştləri" ideyasına qarşı olmadığını iddia edir. Hətta Ukrayna cəmiyyətində bu ideyanın tərəfdarlarının sürətlə artmaqda davam etdiyini də vurğulayır.

Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələri rəsmi Kiyevə "rüşvət" də təklif edirlər. Rəsmi Kiyevə açıq mesajlar verilir ki, əgər, ərazi güzəştləri hesabına Rusiya ilə sülh sazişi imzalanarsa, Ukraynanın Avropa Birliyi və NATO-ya üzvlüyü qarşısında elə bir ciddi əngəl də qalmaz. Qərb siyasi dairələri bu mövqeyini Avropa Birliyi və NATO-nun ərazi problemləri olan, eləcə də münaqişələrə cəlb edilmiş ölkələri öz sıralarına qəbul etmədiyi ilə izah edirlər. Yəni, rəsmi Kiyevə "ərazilərini Rusiyaya təhvil ver, sülh sazişi imzala, gəl üzv ol" mesajı verilir.

Təbii ki, rəsmi Kiyev hələlik bu ideya ilə razılaşmaq istəmir. Ukraynanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipinə təminat verilməsini tələb edir. Eyni zamanda, rəsmi Kiyev son vaxtlar Ukraynaya Qərbin dəstəyinin azalmağa başlamasından da ciddi şəkildə narahatdır. Çünki belə davam edərsə, yardımların tamamilə kəsilə biləcəyini anlayır. Və bu halda, Ukraynanın Rusiya ilə savaşda təkbaşına tab gətirməyəcəyi də elə indidən məlumdur.

Ancaq rəsmi Kiyev hətta ərazi güzəştlərinə gedəcəyi təqdirdə belə, ABŞ və Qərbin öz vədlərinə sadiq qalacağına əmin deyil. Hər halda, yaxın keçmişdə Qərb siyasi dairələri bu məsələdə Ukraynanı artıq bir dəfə aldadıb. Ukraynaya Avropa Birliyi və NATO-ya üzvlük vəd olunsa da, Rusiyanın sərt reaksiyasından sonra rəsmi Kiyev Kreml qarşısında təkbaşına buraxıldı. Ardınca, Rusiya Donbas və Krım yarımadasını ilhaq etdi. ABŞ və Qərb isə sadəcə, "növbətçi bəyanatlar"la kifayətləndi. Və eyni prosesin növbəti dəfə təkrarlanmayacağına isə hər hansı təminat yoxdur.

Maraqlıdır ki, Qərb siyasi dairələri rəsmi Kiyevin narahatlığını ciddiyə almağa üstünlük verirlər. Yəni, Ukraynanı Avropa Birliyi və NATO-ya üzv olacağına inandırmaq üçün müxtəlif manevrlər etməyə çalışırlar. Ukraynanın inandırılması məqsədilə daha iki ölkəyə eyni şərtlərlə Avropa Birliyinə üzvlük təklif edilir. Və bu, Qərbin həm də dolayısı ilə separatizmi dəstəkləməsi anlamı daşıyır.

Məsələ ondadır ki, Avropa Birliyinin xarici siyasət xidmətinin rəsmi təmsilçisi Peter Stano bildirib ki, bu qurum Moldova və Gürcüstanın ərazi bütövlüyünü nəzərə almadan üzv qəbul edilməsi məsələsini müzakirə edə bilər. O, bildirib ki, Moldova Dnestryanı region, Gürcüstan isə Abxaziya və Cənubi Osetiya olmadan Avropa Birliyinə üzv qəbul oluna bilər.

Peter Stano vurğulayıb ki, Moldova və Gürcüstanın gələcək taleyi münaqişələrin girovuna çevrilməməlidir: "Bu yanaşma Avropa Birliyinin ən yüksək dairələrində artıq təsdiqlənib. Ancaq Avropa Birliyi bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".

Göründüyü kimi, Avropa Birliyi təmsilçisinin dedikləri olduqca ziddiyyətlidir. Çünki bir tərəfdən Moldova və Gürcüstanın separatçı bölgələr olmadan Avropa Birliyinə üzvlüyünün mümkün ola biləcəyindən danışır. Ardınca da dərhal Avropa Birliyinin hər iki ölkənin ərazi bütövlüyünü dəstəklədiyini əlavə edir.

Çünki Avropa Birliyi təmsilçisi Moldova və Gürcüstana münasibətdə beynəlxalq hüquqa zidd təklif edildiyini hamıdan yaxşı anlayır. Üstəlik, bu təklif ilə hər iki ölkənin ərazi bütövlüyünü və suverenliyini təhdid etdiyini, böyük risk altına atdığını da bilir. Bu səbəbdən də, bu yolverilməz təklifin doğura biləcəyi reaksiyanı "sürüşkən" manipulyasiya ilə yumşaltmağa çalışır. Və bu baxımdan, həm Moldova, həm də Gürcüstanın Avropa Birliyindən ağır zərbə aldıqları qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, indi əgər, Moldova Avropa Birliyinə üzv olmaq niyyətindədirsə, mütləq Dnestryanı regiondan könüllü şəkildə imtina etməlidir. Eyni addımı Gürcüstan da Abxaziya və Cənubi Osetiyaya münasibətdə atmalıdır. Yəni, hər iki ölkə Avropa Birliyi üzvlüyü naminə beynəlxalq hüquqa görə, sahib olduqları əraziləri bir kənara buraxıb, parçalanmalıdırlar. Və dünyada indiyə qədər könüllü parçalanmış ölkə olmayıb.

Əslində, bunu Avropa Birliyi təmsilçisi də bilir. O, həm də anlayır ki, əgər, Moldova və Gürcüstan normal, özlərinə hörmət edən ölkələrdirsə, deməli, bu təklifi onsuz da qəbul etməyəcəklər. Hətta hökumətlər qəbul etsə belə, xalqlar bunu yaxına buraxmaz. Yəni, əslində, Moldova və Gürcüstana reallaşması mümkün olmayan təklif edilir. Əsas məqsəd də məhz ondan ibarətdir ki, təklif qəbul edilməyəcək şərtlərlə qəlizləşmiş olsun. Və bu, onu göstərir ki, Avropa Birliyinə Moldova da, Gürcüstan da qətiyyən lazım deyil.

Burada əsas məqsəd rəsmi Kiyevə oxşar təklifin yalnız Ukraynaya deyil, Moldova və Gürcüstana da edildiyini qabartmaqdır. Yəni, Ukraynanın qarşısına örnək çıxarmaqla, Avropa Birliyinə üzvlüyün mümkün olduğuna inandırmağa çalışırlar. Və əgər, rəsmi Kiyev bu avantürist ideyaya pozitiv yanaşarsa, yenə Ukraynanın aldadılmış vəziyyətə düşə biləcəyi qətiyyən istisna deyil.

Böyük ehtimalla rəsmi Kiyev ərazi itkiləri hesabına Rusiya ilə sülh sazişi imzalayarsa, Ukrayna yenə də Avropa Birliyinin qapısı ağzında saxlanılacaq. Bunun üçün Qərb siyasi dairələrinin çoxlu sayda bəhanə tapacağı qətiyyən şübhə doğurmur. Avropa Birliyinə savaşda məğlub olaraq, yarımcan vəziyyətə düşmüş Ukrayna lazım deyil. Hazırda Avropa Birliyi ölkələrinə sadəcə, Ukrayna savaşının dayandırılması sayəsində bu müharibəyə xərclədikləri maliyyə yükündən xilas olmaq lazımdır. Və Ukraynanın gələcək taleyinin necə olacağı Qərb siyasi dairələrini demək olar ki, narahat etmir.(Yeni Müsavat)

Qarabağ və Şərqi Zəngəzurda 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək.

APA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisə qanun layihəsi daxil olub.

“Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin Regional məsələlər komitəsinin noyabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Azərbaycan Prezidenti özbəkistanlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

"Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qaribaşvili Bakıya səfərə yola düşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya səfərə gəlir.

“Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə əsasında baş tutacaq.

Gürcüstan mətbuatının xəbərinə əsasən, Baş nazir SPECA iqtisadi forumunda iştirak edəcək, Prezident İlham Əliyevlə görüşəcək və dövlət başçılarının sammitində çıxış edəcək.

Prezident qəbul keçirdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

 

 

 
7 kəndin təhvil verilməsi buna görə gecikir: Lars yolu təhlükəsi... - Səbəb açıqlandıAzərbaycan Ermənistanla sülh müstəvisində ikitərəfli platformada görüş təklif edib. Bu görüşün iki ölkənin sərhədində keçirilməsi kimi təşəbbüslər irəli sürülüb. Amma Ermənistan növbəti dəfə bu formatda görüşdən boyun qaçırır.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O qeyd edib ki, Ermənistanın bu formatda görüşdən yayınması başqa amillərlə bağlıdır:

“Ermənistan sülh danışıqlarını ləngitmək xəttini seçib. Mümkün qədər vaxt udmağa çalışırlar. Çox guman ki, bu Ermənistanın daxili vəziyyəti ilə bağlıdır. Ermənistan hakimiyyəti ilə erməni lobbisi və diasporu arasındakı münasibətlər də burada mühüm rol oyanyır”.

Millət vəkili hesab edir ki, Ermənistandakı ikitirəlik sülh istiqamətində konkret addım atmağa imkan vermir:

“Ona görə də, sülhlə bağlı vaxt qazanmaqla yanaşı, beynəlxalq ictimaiyyətin fikri mümkün qədər yayındırılır. Əslində bununla Ermənistanın indiyə qədər apardığı siyasət davam etdirilir. Bu məqsədlərə xidmət edəcək digər məsələləri gündəmə gətirməklə fikir tamam başqa istiqamətə yönləndirilir”.

Asim Mollazadəyə görə, Azərbaycanın Qazax və Naxçıvanda hələ də Ermənistanın işğalı altında qalan 8 kəndinin boşaldılması məsələsinə də qarşı tərəfin yanaşması tamam fərqlidir:

“Ermənistan həmin istiqamətdə Ermənistanın çıxış imkanı olan Lars yolunun bağlanacağı təhlükəsini ortaya atır. Əslində bu, onların növbəti yalanıdır. Məqsəd beynəlxalq ictimiyyətin fikrini yayındırmaqdır”.

Deputat Qərbdə Azərbaycanın Zəngəzurla bağlı yanaşmalarına tamam başqa müstəvidə olan münasibətə də aydınlıq gətirib:

“Bu məsələ Qərbdə onların erməni yalanlarına inanmaları ilə izah edilir. Qərb də öz növbəsində burada hər bir məsələdə diktə edən tərəf kimi çıxış etmək niyyətindədir. Azərbaycanın müstəqil siyasəti yürütməsi onları sözsüz ki, qıcıqlandırır. Onların istəyi odur ki, Azərbaycan da Ermənistan kimi marionet bir dövlətə çevrilsin. Azərbaycan dövləti isə müstəqil siyasət yürütməklə özünün milli maraqlarını qoruyur”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Xəbər lenti