![]() |
|
Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn digər məsələləri də həll etmək tapşırılıb.
Xatırladaq ki, bu il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərar qəbul olunub.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, korrupsiya ilə əlaqəli qanun pozuntuları barədə keçirilən əməliyyat zamanı saxlanılanlar var.
Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq faktı təsdiq ediblər.
İctimaiyyətə əlavə məlumat veriləcək.
"Fransa separatçı meyilləri və separatçıları dəstəkləyərək bizim regionda - Cənubi Qafqazda da gərginlik yaratmağa çalışıb".
"Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
"Fransa Ermənistandakı revanşist qüvvələri ruhlandıraraq regionda yeni müharibə şəraiti yaratmağa cəhd göstərib",- dövlət başçısının müraciətdə bildirilib.
“Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir”.
Bu sözlər Prezident İlham Əliyevin “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Dövlət başçısı qeyd edib ki, Fransa Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır: “Eyni zamanda Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarını digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər edir”.
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib".
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransı çərçivəsində xarici jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən xoş niyyət göstərilərsə, sülh müqaviləsinin imzalanmasında hansısa maneə görmür.
"Ancaq Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır. Bizim üçün müharibə bitib, yeni status-kvo yaranıb. Bundan əvvəlki status-kvo tam fərqli və qəbuledilməz idi. İndiki status-kvonun əsasını isə beynəlxalq hüquq təşkil edir. Ona görə də sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur. Yaxın gələcəkdə sülhün görünüb-görünməməsi ilə bağlı bir şey demək çətindir. Üçüncü tərəfləri regiona daşımaqdansa, iki tərəf arasındakı danışıqları irəli aparmaq lazımdır. Qapıların qapalı qalması Ermənistanın işğalçı, təcavüzkar siyasətinin nəticəsidir. Ermənistan regionda pozitiv gündəmlə çıxış edəcəyi təqdirdə münasibətlər, təbii ki, normallaşa bilər".
"Hazırda Fransa 13-dən çox ərazini müstəmləkə kimi saxlayır və onların daxili işlərinə müdaxilə edir".
"Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda keçirilən tədbirin iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
"Bəşəriyyətin müstəmləkə tarixində olan ən qanlı səhifələr Fransaya məxsusdur. Fransa uzun illərdir ki, insanların var-dövlətini istismar edir, orada müharibə şəraiti yaradır. Fransa aktiv şəkildə afrikalıların başqa ölkələrə satılması istiqamətində çalışırdı. Mən Fransanın bəşəriyyətə qarşı törətdiyi cinayətlərlə bağlı faktlar göstərmişdim", - müraciətdə vurğulanıb.
"Fransa öz müstəmləkəçilik tarixindən üzr istəməlidir".
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı qeyd edib ki, Fransa digər ölkələrdə etnik təmizləmə siyasəti həyata keçirir: "Bu görüş bir daha sübut edir ki, müstəmləkəçiliyə qarşı mübarizə çox vacibdir. Qadınların kolonizasiyaya qarşı mübarizəsi dəstəklənməlidir. İnanıram ki, bu müzakirələr kolonializmə qarşı mübarizəmizi daha da dəstəkləyəcək".
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana işgüzar səfərə gələcək.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qazaxıstan dövlət başçısı BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: qadınların gücləndirilməsi və inkişafı” mövzusunda tədbirin iştirakçılarına müraciət ünvanlayıb.
“Report” xəbər verir ki, müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
“Bəzi Qərb dövlətləri bizim Qarabağ qələbəmizdən sonra regionda yaranmış yeni vəziyyəti başa düşə bilmir”.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, “Ermənistanı illərdir təxribat törətməyə təşvik edənlər, bölgədə yaşayan insanların acıları ilə öz mənfəətlərini güdənlər ən böyük ziyanı ermənilərə vurublar”.
“Reallaşması mümkün olmayan xəyalları alovlandıraraq erməniləri istismar, istifadə etdilər və güvənsizliyə məhkum etdilər. Ermənistanın artıq bu reallığı görməsi lazımdır. Yaxşı olardı ki, erməni xalqı və hakimiyyəti təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə əməkdaşlıqda axtarsınlar. Qərb ölkələrinin göndərdiyi heç bir silah daimi sülhün yerini verə bilməz.
Mən buradan bir daha Ermənistanı azərbaycanlı qardaşlarımızın uzaddıqları sülh əlindən tutmağa çağırıram. Biz də Azərbaycanla birlikdə sülh prosesinin uğurla nəticələnməsi üçün lazım olan addımları atmağa hazır olduğumuzu bir daha bildirirəm” – Ərdoğan vurğulayıb.