|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” telekanalına müsahibə verib.
Avqustun 1-də müsahibənin qısa versiyası “Euronews” telekanalında yayımlanıb.
Son Vaşinqton, Brüssel və Moskva görüşündən sonra da ermənilərin sülh prosesini pozmaq istiqamətindəki növbəti təxribat cəhdləri boşa çıxdı. Bakının qətiyyətli və sərt mövqeyi qarşısında nəinki boşa çıxdı, bəlkə də indiyədək üzləşmədikləri ən pis çıxılmaz duruma düşdülər. Əgər əvvəlki təxribatlarda erməni ordusu itkiyə məruz qalıb geri çəkilirdisə, bu dəfə ermənilər öz düşünülməmiş prosesləri düzgün dəyərləndirə bilmədiklərindən bütövlükdə Ermənistanın dövlətçiyliyinin gələcək taleyi, dünya erməniliyinin gücsüzlüyü, acizliyi, geosiyasi proseslərdə heç bir rol oynamadığı, ancaq bəzi güclərin əlində alət olduqlarını ortaya qoymuş oldular. Nəticələri hesablanmayan bu təxribat cəhdlərinin iflasa uğraması, bütövlükdə dünya erməniçiliyinə sarsıdıcı zərbə vurdu. Bunu bəlkə də, dünya erməniliyinə 44 günlük müharibədən sonra vurulan ikinci ən ciddi sarsıdıcı zərbə hesab etmək olar. Onları çarəsiz bir vəziyyətə saldı. Çünki onlara havadarlıq edən güclər belə, yekunda Bakının qətiyyətli mövqeyi qarşısında geri çəkilib, irəli sürdüyü şərtlər daxilində danışıqların davam etdirilməsini qəbul etdilər. Erməniləri də Bakının şərtlərini qəbul etməyə çağırdılar.
Nəticədə Xankəndidəki terrorçu-quldurlar Bakının şərtlərini qəbul edib danışıqlara getmək zorunda qaldılar. Artıq Yevlaxda belə bir görüşün keçirilməsi nəzərdə tutulur.
Ermənistan hakimiyyətinin “humanitar şou”su isə çox biabırçı şəkildə sonuclanacaq. 19 TIR necə deyərlər, “suyu tökülə-tökülə” üzüqara insanlar kimi başıaşağı gəldiyi kimi yenidən İrəvana dönəcək.
Son hadisələr bir daha sübut etdi ki, Cənubi Qafqazın gündəliyini müəyyən edən və şərtləri diktə edən Azərbaycandır. Qəbul etməyənin isə aqibəti bəlli... Çox ağır bədəl ödəmək...
Erməni tərəfi növbəti belə bir acı bədəl ödəmək istəmirsə, o zaman Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın şərtlərini qəbul etməli və qısa zamanda bunun icrası istiqamətində real addımlar atmalıdır. Əks təqdirdə, onları daha ağır məğlubiyyət gözləyir. Şərtlərin qəbul edilməməsi isə hətta Ermənistan dövlətçiliyini sual altına alacaq.
Son olaraq deyə bilərik ki, Ermənistanın və ermənilərin gələcək taleyi Yevlaxda müəyyənləşəck.
Rəsmi Bakı dəfələrlər bəyan edib ki, istənilən revanşist hərəkətin və sülh danışıqlarını pozacaq təxribatların qarşısı yerindəcə alınacaq. Bunun ağır bədələni Ermənistan dövlətçiyili və ermənilər ödəməli olacaq.

“Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar”.
Bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.
Ağdam-Xankəndi yolunun açılmasına qarşı separatçıların dirəniş göstərməsi tək onlarla bağlı deyil. Separatçılara sadəcə olaraq orada bir rol ayrılıb. Eyni zamanda Ermənistan öz havadarları ilə şərtlərini Azərbaycana qəbul etdirmək istəyir. Qarşı tərəf düşünür ki, onun şərtləri qəbul ediləndir. Amma hər hansı bir dövlətin ərazisinə hümanitar yardım icazə verilən marşurutdan keçə bilər. Bundan kənarda başqa bir yerə israr edilməsi legitim deyil. Azərbaycan Konstitusiyası da Laçın yolundan istifadəni məhz bu şərtlər altında tanıyır.
Bunu Teleqraf.com-a politoloq Yeganə Hacıyeva deyib.
O qeyd edib ki, beynəlxalq hüquq Ermənistana Laçın yolundan keçidi tanımır:
“Çünki bura Azərbaycan ərazisidir. Ermənistan isə başqa dövlətdir. Ora gələn TIR-lar isə Ermənistana məxsusdur. Eyni zamanda Laçın yolunun bağlı olması Qarabağın resurslarını talayanlar üçün problemlər yaradıb. Çünki onlar taladıqları resursları çıxara bilmir. Hümanitar yük adı altında iri tonnajlı maşınları ona görə gətiriblər ki, onlar geri dönəndə həmin resursları çıxara bilsinlər. Bununla da hümanitar konvoy adı altında talanmış resursların buradan çıxarılması təmin olunacaqdı”.
Politoloq hesab edir ki, bu əslində Rusiya və Fransanın birgə əməliyyatıdırır:
“Laçın yolunun aktuallığının itməsi ilə rus sülhməramlılarının Azərbaycan ərazisində yerləşməsi aktuallığını itirir. Ona görə də, Laçın yoluna Ermənistanı təşviq etməklə faktiki olaraq Rusiya sülhməramlıların bu yola nəzarət imkanlarını saxlamağa çalışır. Paralel olaraq Fransa buradadır. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin mənasız açıqlaması isə burada heç bir məna kəsb etmir”.
Yeganə Hacıyeva vurğulayıb ki, proses yekunda onların Ağdam-Xankəndi yolundan istifadəsi ilə nəticələnəcək:
“Çünki burada başqa yol yoxdur. Beynəlxalq hüquqla da bu cürdür. Bundan öncə onların üç istiqamət üzrə cəhdləri iflasa uğramışdı. Xankəndidə aclıq aksiyasi ifşa oldu. Beynəlxalq Ədalət Məhkəməsi Laçın dəhlizi ilə bağlı tənzimləmənin Azərbaycanın daxili işi olduğunu qeyd etdi. Bunun ardınca eyni yanaşmanı Avropa İnsan Haqqları Məhkəməsi tanıdı. Çünki burada hüququn interpertasiyası yoxdur. İndiki cəhd isə erməni tərəfinin nümayişkaranə sonuncu cəhdidir. Azərbaycanın isə əslində bununla Qarabağda olan qanunsuz silahlılara qarşı konstitusiya ilə legitim addım atmaq hüquqları tanınmış oldu”.
Bakının tanınmış DYP rəisi işdən çıxarılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, C.Ələkbərov Bakının tanınmış DYP rəislərindən biridir. Onun adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.
Sonuncu dəfə isə mediada onun rüşvət alması ilə bağlı səs yazıları yayılmışdı.
O zaman C.Ələkbərovla bağlı səs yazısını yayan şəxs həbs edilmişdi.
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Alan Berseyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə İsveçrə arasında dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq diləyirəm".
Azərbaycan və Qarabağ erməni icması nümayəndələri arasında Bratislavada görüş planlaşdırılsa da, həmin görüş alınmayıb.
Bu barədə Xankəndidəki irredentist qüvvələrin nümayəndəsi, qondarma “anti-böhran rəsmisi” Tiqran Petrosyan yazıb.
“ABŞ və Avropa indi üçüncü ölkədə Azərbaycan və Qarabağın erməni icmasının nümayəndələri arasında görüş təşkil etməyə çalışırlar”, - Petrosyan qeyd edib.
Onun sözlərinə görə, ilkin razılaşmaya əsasən, avqustun 1-də Sofiyada ictimai təşkilatların nümayəndələri arasında görüş keçirilməli idi.
O qeyd edib ki, Rusiya bundan xəbər tutub və müəyyən addımlar atıb.
“Sonra format dəyişdi. Görüş Bratislavada keçirilməli idi, lakin ötən gün Bakı heç bir səbəb göstərmədən görüşdən imtina etdi. Sabah və ya o biri gün Qərb ölkələrinin nümayəndələri gələcək, müəyyən müzakirələr aparılacaq və onlar başa çatdıqdan sonra nəticələri təqdim edəcəyəm. Moskva bizə Yevlaxda görüş təklif edir”, - o vurğulayıb.
O əlavə edib ki, Qarabağda vəziyyət son dərəcə ağırdır.
Daxili İşlər Nazirliyi (DİN) fermerlərə müraciət edib.
Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycanın bir sıra rayonlarında fermerlərin biçini başa çatmış sahələri yandırması müşahidə olunur.
"Kənd təsərrüfat təyinatlı əkin sahələrinin biçindən sonra şumlamaq əvəzinə yandırılması həmin ərazilərdə bir sıra neqativ fəsadların yaranmasına səbəb olur.
Polis əməkdaşları tərəfindən respublikamızın bütün ərazilərində bu kimi halların aradan qaldırılması və fermerlərlə profilaktik, təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu istiqamətində Goranboyda 7, Bərdədə 3, Göyçayda 2, Saatlıda 2, Şamaxıda 2, Beyləqanda 1, Şabranda 1, Qubada 1, Abşeron 1 fakt üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb.
Qeyd olunanları nəzərə alaraq fermerlərdən xahiş edirik ki, biçini başa çatan sahələrin yandırılmasından çəkinsinlər, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmasına üstünlük versinlər", - nazirlikdən qeyd olunub.
Azərbaycan və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başa çatıb.
MN-dən verilən məlumata görə, birgə təlimin sonuncu mərhələsində xüsusi döyüş fəaliyyətlərinin aparılması üzrə tapşırıqlar kompüter və xəritə üzərində icra edilib.
Təlimin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib və qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib. Bildirilib ki, təlimin bütün mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Tədbirin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “UZAZ-2023” təlimi "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən keçirilib.
“Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınması, faktiki olaraq 9 noyabr sənədində olan bəndi aradan qaldırır, söhbət Laçın dəhlizindən gedir. Əgər Qarabağ Azərbaycana məxsusdursa, Laçın dəhlizi də Azərbaycanındır”.
Bunu “Ermənistan və artsaxda təhlükəsizlik problemləri və onların həlli yolları” mövzusunda keçirilən müzakirədə “Ana Ermənistan” hərəkatının koordinatoru Andranik Tevanyan deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət bu qərara etiraz etməyəcək.
“Qərb üçün Rusiyanı bu regiondan çıxarmaq çox vacibdir və ilk addım rus sülhməramlılarının çıxarılması olacaq. Daha sonra Rusiya hərbi bazası çıxarılması problemi yaranacaq və onun ardınca isə Ermənistanın dövlətçilik problemi yaranacaq. Çünki o zaman bizim təhlükəsizlik sahəsində imkanlarımız olmayacaq”, - Tevanyan qeyd edib.
O əlavə edib ki, bu gün Qarabağ danışıqlar mövzusu kimi mövcud deyil, Ermənistan hakimiyyəti bu məsələni bağlayıb.
“Bu gün Ermənistan məsələsi müzakirə olunur. Danışıqlar prosesi sırf Ermənistanla bağlıdır və bu halda Ermənistan masa arxasında deyil, masaya qoyulur. Dövlət başçısı səviyyəsində Ermənistan-Qarabağ qarşıdurması inkişaf edir. Bu, məqsədli şəkildə edilir”, - siyasətçi qeyd edib.
Tevanyan daha sonra qeyd edib ki, Qarabağ aşağıdakı ssenari ilə üz-üzə qalacaq. “Ya Qarabağ erməniləri kütləvi miqrasiyası baş verəcək, ya da bu vəziyyətdə qalacaq”, - o vurğulayıb.