![]() |
|
“Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi ilə bağlı beynəlxalq simpozium keçirilə bilər”.
“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə çıxış edib.
“Yalnız Ermənistanda deyil, eləcə İranda - Güney Azərbaycanda da yer adları dəyişdirilib. Fikrimcə, bununla bağlı beynəlxalq simpozium keçirilə və bu yerlərin əsl adı, eyni zamanda azərbaycanlılara məxsus olduğu dünya ictimaiyyətinin diqqətinə çatdırıla bilər. Qərbi Azərbaycana qayıdış o demək deyil ki, biz zor gücünə qayıdacağıq. Oradakı adların yaşadılmasının bir yolunu tapmalıyıq. Hesab edirəm ki, biz mütləq bu torpaqlara qayıdacağıq”, - o qeyd edib.
“Azərbaycan Prezidentinin köməkçisi açıq şəkildə bildirdi ki, Bakı bundan sonra Ermənistanı Zəngəzur dəhlizinin açılmasından ötrü dilə tutmayacaq”.
Moderator.az xəbər verir ki, bunu “Kavkazskiy uzel” nəşrinin müxbiri ilə söhbətində Avropaya İnteqrasiya üzrə Azərbaycan Milli İctimai Komitəsinin üzvü Toğrul Cuvarlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasına münasibət bildirərkən söyləyib.
“Azərbaycan İrəvana mesaj verdi ki, sövdələşmə daha məqsədəuyğun deyil: Ermənistan öz ərazisindən dəhliz açmasa, Bakı İrandan keçən marşrutdan istifadə edəcək, üstəlik, artıq İran ərazisindən keçən avtomobil yolunun tikintisinə də başlanılıb. Paralel olaraq dəmir yolu da çəkiləcək. Amma bu halda Bakı ilə İrəvan arasında belə bir vəziyyət yarana bilər: nə müharibə, nə sülh. Ermənistan Azərbaycana dəhliz verməyəcək, deməli, Bakı sülh müqaviləsini imzalamağa tələsməyəcək”,- deyə şərhçi bildirib.
"Azərbaycan qoşunlarının iki ölkənin şərti sərhədində dominant yüksəklikləri tutduğunu nəzərə alaraq, Ermənistan daim öz sərhədlərinin qorunmasından narahat olacaq. Bundan başqa, Ermənistanın hələ də nə İran, nə də Rusiya ilə dəmir yolu əlaqəsi olacaq", - deyə Cuvarlı vurğulayıb.
Xəbər verildiyi kimi, son iki gündə Dağıstanda ciddi hadisələr baş verir. JAMAZ.İNFO xəbər verir ki, bir qrup radikal təmayüllü şəxslər hotellər və aeroporta hücum edərək, İsraildən Rusiyaya gələn yəhuidiləri axtararaq, onları cəzalandıracaqlarını bəyan ediblər.
Dünən axşam saatlarında Mahaçkala aeroportuna edilən hücum, hətta “cəza dəstələri”nin uçuş zolağına qədər daxil olması hadisələrin getdikcə şiddətlənə biləcəyindən xəbər verir. Bu əsnada onu da bildirək ki, Rusiya Federal Qvardiyası artıq Dağıstana yerildilib və onlar strateji obyektlərin mühafizəsini həyata keçirməyə başlayıblar. Dünən aeroportda isə etirazçılarla toqquşma da baş verib, saxlanılanlar var.
JAMAZ.İNFO xəbər verir ki, Dağıstanda bir qrup şəxs bu gün üçün aksiya təyin edib. “Ümum Qafqaz mitinqi” adı altında keçiriləcək aksiyanın təşkilatçıları Şimali Qafqaz respublikalarına da onlara qoşulmaq üçün müraciət ediblər. Həmin müraciətdə bildirilir ki, aksiyanın təşkilatçıları yəhudilərin bölgəyə gəlişini önləmək və son hadisələr zamanı saxlanılanların azad edilməsi tələbi ilə təşkil olunur.
Hadisələrin faktiki gedişatı ilə bağlı çoxlu versiyalar mövcuddur. Bəzi yanaşmalara görə, bütün bunlar Rusiya xüsusi xidmət orqanları tərəfindən məqsədli şəkildə həyata keçirilir. Bu versiyaların tərəfdarlarını qənaəti budur ki, israilin baş naziri Benyamin Netenyahunun Rusiyanı hədələməsi fonunda indiki baş verənlər cavab hesab olunmalıdır. Digər bi yanaşma isə odur ki, Rusiya İsraildən yəhudilərin kütləvi köçünün qarşısını almaq üçün belə bir addım atıb.
Amma fərqli mövqelər də var. Məsələn, bəzi ekspertlər hesab edirlər ki, Dağıstanda baş verənlər Yaxın Şərqdə və dünyada son zamanlar baş verən hadisələrin inikasıdır. Yəni, baş verənlərin əks-sədalarıdır ki, bu da düşünülmüş planın tərkib hissəsidir. Hətta bəzi analitiklər məşhur stratteq Zbiqnev Bjerzinsikinin 90-cı illərin sonlarında işlətdiyi bir ifadəni diqqət mərkəzinə çəkirlər. Bjerzinski çıxışlarının birində qeyd edirdi ki, Rusiyanın dağılması Dağıstandan, yəni Şimali Qafqazdan başlayacaq. Məhz bu yanaşmanı əsas götürən bəzi siyasi ekspertlər mövcud parçalanmanın əsasının qoyulduğunu iddia edirlər.
Qeyd edək ki, Şimali Qafqaz Rusiyanın ən həssas bölgələrindən biri və birincisi hesab olunur. Uzun zamandır siyasi arenada bu bölgənin qarışacağı, toqquşmaların baş verəcəyi və xaosun yaşanacağınına ddair müzakirələr gedirdi. Bu müzakirələr fonunda əsas diqqəti çəkən məqam isə odur ki, Şimali Qafqazda hadisələrin başlaması və idarə olunması üçün mütləq Cənubi Qafqaz Qərbin təsir dairəsində olmalıdır. Hal hazırda Cənubi Qafqazın birmənalı olaraq Qərbin təsir dairəsində olduğunu isə demək çətindir. Çünki Rusiya hələ bölgədədir və buradan xoşluqla çıxmaq barədə düşünmür. Nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstan birmənalı olaraq “Qərb çətiri”nin altına girməyib və yaxın zamanlar üçün də bu real görünmür. Lakin bütün bunlar heç də o demək deyil ki, Qərb Qafqazda mövcud deyil. Mövcuddur, lakin Şimali Qafqazdakı prosesləri idarə edəcək səviyyədə güc sahibi deyil.
Bütün bunların fonunda bizi maraqlandıran əsas məsələ hadisələrin Azərbaycana təsiridir. Aydın məsələdir ki, sərhəddimizdə baş verən istənilən hadisənin ölkəmizə təsiri var. Bu açıq və ya dolayı ola bilər. Şimali Qafqazın qarışması, orada xaosun yaşanması Azərbaycana ticari və siyasi baxımdan zərər vura bilər. Rusiyaya uzanan nəqliyyat yolunun təhlükəli olması ticarət əlaqələrinə birmənalı olaraq ziyan vuracaq. 90-cı illərin sonlarına qədər Çeçenistan hadisələri fonunda bunu bir dəfə şahidi olmuşuq.
Siyasi baxımdan risklər yaradacağı isə hadisələr fonunda Azərbaycanın necə davranacağıdır. Kiçik hadisələr belə Moskva ilə Bakı arasında gərginliklər üçün zəmin yarada bilər. Indiki məqamda isə bu arzuolunmazdır və xoşagəlməz nəticələrlə diqqəti çəkə bilər.
Bəs, təhlükəsizlik baxımından Dərbənddə baş verənlərin Azərbaycana nə kimi təsiri mümkündür? Bu suala birmənalı cavab vermək çətindir. Ona görə ki, hadisələrin hansı məcrada və hansı müddətə uzanacağını müəyyən etmək lazımdır. Təbii ki, bütün bunları nəzərə almaqla yanaşı, bütün ehtimalları dəyərləndirərək, müəyyən addımlar atılmalıdır. İlk növbədə, Azərbaycan tərəfi Rusiya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirməlidir. Bu ona görə lazımdır ki, yaranmış vəziyyətdən sui istifadə edən hansısa kriminal və ya radikal qruplar Azərbaycana keçə bilərlər.
İkinci addım Şimal bölgəsində kompakt halda yaşayan yəhudilərin təhlükəsizliyi üst səviyyəyə qaldırılmalıdır. Qubanın Qırmızı kənd yaşayış məntəqəsində təxribatların mümkün ehtimallarının hamısı nəzərdən keçirilməli və önləyici tədbirlər görülməlidir. Hərçənd Azərbaycanda indiyə qədər yəhudilərə qarşı hər hansı aqressiv hərəkət baş verməyib. Lakin bu rəsmi Bakını arxayın salmamalıdır.
Üçüncüsü, Şimal bölgəmizdə radikal dini qrupların və ya onların təsiri altına düşmüş adamların olması istisna deyil. Zaman içində bu bölgədə sözügedən zəmində bir çox halların yaşandığı da sirr deyil. Bu bölgənin Şimali Qafqazla ciddi əlaqə və bağlarının olmasını da buraya əlavə etsək, o zaman bəzi gümanları dilə gətirə bilərik. Belə ki, Dağıstandakı hadisələrdən təsirlənən bəzi qruplar və ya adamlar analoji hərəkətləri bölgədə edə bilərlər. Buna heç bir şəkildə yol vermək olmaz. Və ya Rusioya xüsusi xidmət orqanlarının Şimal bölgəsini qarışdırmaq üçün cədhlərə baş vur biləcəyini də güman etmək mümkündür.
Ona görə də, Azərbaycan tərəfi diqqətli, ayıq və tədbirli olmalıdır. Bütün mükün təxribatları önləmək üçün hazırlıq görməli, təhlükəsizlik tədbirlərini artırmalıdır. Əks təqdirdə, kiçik bir hadisə böyük bir xaosun əsasını qoya bilər. Nəzərə alaq ki, problemimiz təkcə, Şimaldan gözlənilən təhlükə deyil. Həm də Cənubdan gözlədiyimiz və hər an marıqda dayanmış İrandan da mövcuddur. Əgər Allah eləməmiş, Şimal bölgəsində və ya başqa ərazilərimizdə hər hansı belə hadisə yaşanarsa, Tehrandakı mollaların müdaxiləsi və təxribatlara rəvac verəcək dəstəkləri qaçılmaz olacaq.
Prezident İlham Əliyev Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Yol-xeber.az xəbər verir ki, sərəncamla Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 (on dörd) milyon manat ayrılıb.
Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
AHüseynov Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib.
Paylaşımda bildirilir ki, qanunsuz odlu silah saxlayanlar onu təhvil verməlidirlər.
“Qanunsuz odlu silahlar könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır. Başqa sözlə, könüllü təhvil verilsə, DİN həmin şəxsə təşəkkür edəcək”, - deyə DİN sözçüsü bildirib.
İşğal zamanı azərbaycanlıların təkcə qətlə yetirilməsi və evlərindən didərgin salınması deyil, o cümlədən mülki əhali arasından əsir götürülmüş şəxslərin psixoloji və fiziki sağlamlıqlarına ömürlük ziyanın vurulması kimi faktlar da aşkarlanıb.
Bu barədə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ında bildirilib.
"Kəlbəcər rayonunun işğalı (02.04.1993) zamanı girov götürülən azərbaycanlılara “nəzarət edən” erməni əsilli həkim Aida Serobyan 31.03.1993-cü il təvəllüdlü Arzu Hacıyevə naməlum tərkibli iynələr yeridərək, uşağın ömürlük əlil qalmasına səbəb olub. Arzu Hacıyev 2003-cü ildə dünyasını dəyişib.
Hərbi əsirlərə qarşı tətbiq olunan çoxsaylı işgəncə faktlarından biri kimi Mürşüdov Sədrəddin Aslan oğlunun döyüldükdən sonra şüşə qırıqları udmağa məcbur edilməsi aşkarlanmışdır.
Bundan əlavə, tərəflər arasında cəsədlərin dəyişdirilməsindən sonra aparılan tibbi ekspertizalar nəticəsində cansız bədənlər üzərində ölümündən əvvəl və sonra işgəncə, alçaldılma kimi əməllərin həyata keçirilməsi təsdiqlənib" , - deyə hesabatda qeyd edilib.
Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsip razılaşdırılıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq.
“Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. İkinci prinsip ondan ibarətdir ki, Alma-Ata Bəyannaməsi, plana görə, dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır. Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır”, - o qeyd edib.
Paşinyanın fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir.
Azərbaycan Fransaya Afrikada keçmiş müstəmləkəsi olan ölkələrlə problemlərinin həllində vasitəçilik edə biləcəyi təklifini verib. Bu, rəsmi Parisin Cənubi Qafqazda “vasitəçilik” adı altında erməni maraqlarını müdafiə etməsi və proseslərə müdaxilə cəhdləri fonunda Bakının “siyasi silləsi” kimi bir şeydir...
Afrikada Fransanın müstəmləkə siyasətinə qarşı ciddi müqavimət yaşanır və onun boşalan yerini Rusiya və Çin, hətta Türkiyə də tutmağa çalışır. Hərçənd, Azərbaycanın bu prosesdə izlədiyi siyasət xüsusilə diqqət çəkir:Fransa müstəmləkəsinə müqavimət göstərən ölkələrin toplantısına ev sahibliyi edir və bununla Bakı həm geosiyasi proseslərdə mərkəzlərdən birinə, həm də Afrika uğrunda mübarizə aparan güclər üçün cəlbedici tərəfə çevrilir; bu addımı Qoşulmama Hərəkatının sədr ölkəsi kimi atmaqla təşkilatın nüfuzunu da gücləndirir;
Və ən əsası bu, Afrikada Fransa müstəmləkəsinə qarşı “sakit inqilaba” ev sahibliyi edən Bakının Parisə qarşı demarşdır. Rəsmi Parisin geri çəkiləcəyi, yaxud vasitəçilik təklifi ilə razılaşacağı ehtimalı azdır, halbuki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bunu uğurla həyata keçirə bilər.