Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədə rəsmi qarşılanma mərasimi olub

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev əsgərləri salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Tacikistanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Emoməli Rəhmona təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər.

Ali Məhkəmənin yeni sədri İnam Kərimov kollektivə təqdim olunub, vəzifəsinin icrasına başlayıb.

"Report"un məlumatına görə, yeni sədri kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 4-də İnam Kərimovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı sərəncam imzalayıb

İlham Əliyev Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib.

Dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Azərbaycan Prezidenti Tacikistana dövlət səfərinə gedib

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 fevral 2008-ci il tarixli sərəncamında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın həmsədri vəzifəsi kənd təsərrüfatı nazirindən alınaraq ekologiya və təbii sərvətlər nazirinə verilib.

Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsi olub.

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Almarhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir:

"Zati-aliləri,

1993-cü il aprelin 5-də Malayziya ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Son 30 il ərzində Malayziya ilə Azərbaycan arasında geniş əməkdaşlıq sahələrində qarşılıqlı hörmət və maraq doğuran məsələlərdə ortaq dəyərlər prinsipinə əsaslanan sıx səmimi münasibətlər mövcuddur.

Biz ürəkdən inanırıq ki, dövlətlərimiz arasında əməkdaşlıq gələcək illərdə də genişlənərək, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin yeni sahələrini əhatə edəcək.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və rifah, həmçinin xalqlarımıza davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq".

Azərbaycan Prezidenti İlham Əliyevin Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha ünvanladığı məktubda deyilir:

"Əlahəzrət,

Azərbaycan Respublikası ilə Malayziya arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, dost xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Biz Azərbaycan ilə Malayziya arasında dostluq münasibətlərinə böyük əhəmiyyət veririk. Ötən otuz illik dövr ərzində dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Ölkələrimizin beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığını vurğulamaq istərdim.

Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

“Azərbaycanın təcili tibbi yardım maşınının Xankəndiyə daxil olması ermənilərlə təmasların qurulması məsələsi baxımdan diqqətçəkən detaldır”.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Bakı “erməni əhalisinin hüquq və təhlükəsizliyinin təminatı”nı istəyən beynəlxalq ictimaiyyətə humanitar məsələlərə həssas yanaşdığını nümayiş etdirir:

“Erməni əhalisi problemləri yaranacağı təqdirdə Azərbaycanın dərhal yardım etdiyini görürlər və bu kimi hadisələr birgəyaşayışın mümkünlüyü haqda rəyin formalaşması imkanlarını yaradır.

Ordunun girmədiyi şəhərə daxil olmağın başqa yolları tapılmalıdır. Bu baxımdan, Xankəndidə Azərbaycan nömrəli maşınların görünməsi əhəmiyyətlidir”.

Ermənistanın siyasi məkanında törədilən son biabirçılıqlar Paşinyan hakimiyyəti daxilində kəskin ziddiyyətlərin olduğunu, parçalanma meyillərinin baş qaldırdığını biruzə verir... Bu baxımdan, yaxın vaxtlarda Ermənistan hökumətində qarşılıqlı ittihamlarla müşayiət ediləcək istefaların ola biləcəyi də qətiyyən istisna deyil...

ABŞ prezidenti Co Baydenin “demokratiya sammiti” Ermənistanda hələ də davam edir. Ağ Ev dünyada demokratik və hüquqi inkişaf yolu tutmuş çox sayda ölkəni bir kənarda buraxıb, Ermənistana həmin “sammit”də iştirak dəvəti göndərmişdi. Halbuki, məhz Ermənistan və Fransa kimi zorakılığa, işğalçılığa bağlı ölkələrin iştirakı prezident Co Baydenin “icad” etdiyi “demokratiya sammiti”nə qeyri-ciddi tədbir görüntüsü verirdi. Və ABŞ-ın dünyanı parçalamaq, dövlətlər arasında ciddi ziddiyyətlər yaratmaq üçün planladığı “demokratiya sammiti”nin nə qədər qondarma platforma olduğunu göstərirdi.

Maraqlıdır ki, “demokratiya sammiti” sona çatsa da, ABŞ-ın uydurduğu bu platforma hazırda Fransa və Ermənistanın sayəsində öz əhəmiyyətini itirməkdə davam edir. Fransada Makron hakimiyyəti fransızları polisin hədəfinə gətirib, etiraz aksiyalarına çıxan vətəndaşları sözün əsl mənasında, kötəkləyir, həbsxanalara doldurur. Və müstəmləkəçi Fransanın hem vaxt demokratik dövlət olmayacağını sübut edir. 

Nə qədər qəribə də olsa, Ermənistanda da təxminən oxşar proseslər müşahidə olunur. Paşinyan hakimiyyəti öz biabırçı davranışları ilə ABŞ siyasi dairələrinə Ermənistanın demokratiya anlayışıyla yaxından-uzaqdan heç bir əlaqəsinin olmadığını əyani şəkildə göstərir. Əgər, Bayden administrasiyası həqiqətən də dünyada demokratiya axtarışına çıxıbsa, onun Ermənistanda olmadığını nəhayət ki, görməlidir.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)Məsələ ondadır ki, Paşinyan hakimiyyəti hazırda Ermənistan cəmiyyətində əsl xof şəraiti yaratmaq üçün əlindən gələn hər şeyi edir. Erməni müxalifətinin funksionerlərinə qarşı cinayət işləri başladılıb, onların bir çoxu həbsxana təhlükəsi ilə təhdid olunur. Paşinyan hakimiyyətinin siyasi rəqibləri susdurulur. Və bütün bunları edilərkən, rəsmi İrəvan baş nazir Nikol Paşinyanın bir müddət öncə Ağ Evin patronajlığı altında keçirilmiş “demokratiya sammiti”ndə iştirakını da xatırlamır.

Digər tərəfdən, Paşinyan hakimiyyəti bütün dünyaya “yalan və manipulyasiya dərsi” də keçir. ABŞ və Qərbə Ermənistan siyasi dairələrinin davamlı yalan danışmaq, müxtəlif əsassız iddialar uyduraraq, hər kəsi onlara inandırmağa cəhd etmək vərdişlərinə əmin olmaq şansı da yaradır. Hər halda, Qərb siyasi iradə mərkəzləri Ermənistan parlamentinin spikeri Alen Simonyanın son qalmaqallarına diqqət etsələr, “erməni demokratiyası” barədə daha dolğun təsəvvürlərə malik ola bilərlər.

Deməli, Ermənistan parlamentinin spikeri Alen Simonyan bir gün öncə bəyan etmişdi ki, baş nazir Nikol Paşinyanın oğluna qarşı hücum edilib. O, iddia etmişdi ki, Aşot Paşinyanı bir neçə nəfər döyərək, ağır bədən xəsarətləri yetiriblər. Və bu polis orqanları bu cinayəti törədənlərin axtarışı ilə məşğuldurlar.

Eyni zamanda, erməni spiker, baş nazir Nikol Paşinyanın oğlunun döyülməsinin arxasında məhz Rusiyadan verilmiş sifarişin olduğuna da işarə etmişdi. A.Simonyan iddia etmişdi ki, bu hadisə sadəcə, kriminal deyil, həm də siyasi xarakter daşıyır. Və Paşinyan hakimiyyətinin Rusiya tərəfindən təhdid olunması kimi qəbul edilməlidir.

1664877701_6878293.jpg (217 KB)Ancaq erməni spikerin bu iddialarının ömrü cəmisi bir gün çəkdi. Belə ki, Ermənistan baş nazirinin oğlu Aşot Paşinyan şəxsən açıqlama verərək, ona qarşı hər hansı hücumun olmadığını və ümumiyyətlə, döyülmədiyini bildirdi. Onu da əlavə etdi ki, onun barəsində belə məlumatların hansı səbəbdən yayıldığını, bunda məqsədin nə olduğunu anlamaqda çətinlik çəkir. Yəni, baş nazir Nikol Paşinyanın oğlu, böyük ehtimalla atasının da istəyi ilə Ermənistan parlamentinin spikeri Alen Simonyanın böyük bir yalan uydurduğunu deyib.

İndi erməni spiker Ermənistan mətbuatı qarşısında aciz duruma düşüb. Bir tərəfdən, onun yalançı vəziyyətinə salınmasının səbəblərini hər hansı arqumentlə izah edə bilmir. Digər tərəfdənsə, baş nazir Nikol Paşinyanla münasibətlərinin normal olduğunu sübut etməyə çalışır. Ancaq iki tərəfdən birinin yalkan danışdığı qətiyyən şübhə doğurmur. Üstəlik, bütün bunların Ermənistan baş naziri N.Paşinyanla parlamentin spikeri arasında müəyyən ziddiyyətlərin mövcudluğunun təzahürü ola biləcəyi də istisna deyil.

Ancaq erməni spikerin “demokratik sərgüzəştləri” yalnız bununla məhdudlaşmır. Belə ki, A.Simonyan parlament binasında döyülmüş müxalif deputatı da şəxsən həbs etdirib. Eyni zamanda, ona etiraz etmiş və xain adlandırmış bir ermənini də yenə şəxsən cəzalandırıb. A.Simonyan öz cangüdənlərinə əmr edib ki, həmin erməninin əl-qolunu bağlayıb, onun qarşısına gətirsinlər. Bundan sonrasa, əl-qolu bağlı erməninin üzünə tüpürüb. Və bütün bunlar məhz “demokratik” şəkildə baş verib.

396d2665-542b-47cf-8710-7c36adaf6227_w1023_r1_s.jpg (97 KB)Maraqlıdır ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan parlament spikeri Alen Simonyanı ölkəni bütün dünyada biabır etməkdə suçlayıb. Onun fikrincə, Ermənistanı bu biabırçılıqdan yalnız parlament spikerinin dərhal istefa verməsi ilə yayındırmaq mümkün ola bilər. Halbuki, erməni spikerin belə bir niyyəti ümumiyyətlə, yoxdur.

Təbii ki, bütün bunlar ABŞ və Qərb üçün Ermənistan “demokratiya”sının ən bariz örnəyi rolunu oynaya bilər. Ağ Evin növbəti “demokratiya sammiti”nə Ermənistanı dəvət edib-etməməsi ABŞ-ın demokratiya anlayışına da aydınlıq gətirəcək. Bu baxımdan, “erməni demokratiyası”na münasibətdə hələlik reaksiya verməkdən yayınan Bayden administrasiyasının da sınaq qarşısında olduğunu düşünmək olar.

Nəhayət, Ermənistanın parlament spikeri Alen Simonyanın törətdiyi bu biabirçılıqlar həm də Paşinyan hakimiyyəti daxilində müəyyən ziddiyyətlərin olduğunu da biruzə verir. Belə anlaşılır ki, Paşinyan hakimiyyətində artıq daxili parçalanma meyilləri baş qaldırıb.

Üstəlik, bir müddət öncə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın “44 günlük savaş dövründə 11 min nəfər fərrarimiz var idi” açıqlaması da bəzi məqamları ortaya çıxarır. Hər halda, erməni müxalifətinin kəskin tənqidlərinə məruz qalan bu açıqlamanın ardınca baş verənlər Paşinyan hakimiyyətində daxili qarşıdurmanın son həddə çatdığını sezdirir. Və bu baxımdan, yaxın vaxtlarda Ermənistan hökumətində qarşılıqlı ittihamlarla müşayiət olunacaq istefalar da qətiyyən istisna deyil.(musavat.com)

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

Dövlət başçısı həmin avtomobili idarə edib.

Bunu əks etdirən görüntüləri təqdim edirik:

Xankəndi gec-tez Bakıdan kənarda həyatın olmayacağını anlayacaq... - Başqa yolu YOXDUR!

Xankəndidə separatçıların vəziyyəti getdikcə daha da çətinləşir.

Publika.az xəbər verir ki, Azərbaycan Ordusunun son əməliyyatlarından sonra separatçıların alternativ olaraq istifadə etdikləri yollar nəzarətə götürülüb. Laçın yolundan isə yalnız humanitar yüklər daşındığı üçün, separatçılar mövcudluqlarını qoruya bilmək məqsədilə hərbi və digər təchizat yüklərindən məhrum olublar.

Bu vəziyyət Qarabağdakı erməni əhalisinin Azərbaycana inteqrasiyası məsələsini daha da aktuallaşdırır. Ermənistan və separatçılar “blokadanın” olduğunu, “ərzaq qıtlığı” yaşadıqlarını iddia etsələr də, Rusiya sülhməramlılarının 2022-ci ilin 12 dekabr tarixindən (Şuşa yolunda aksiyanın başlandığı gündən) 2023-cü ilin 8 mart tarixinə qədər Qarabağdakı ermənilər üçün daşıdığı tonlarla ərzaq və gündəlik təlabat mallarının siyahısı bunun yalan olduğunu isbat edir.

Lakin burada problem fərqlidir: yolları bağlanan və Bakının nəzarəti altına düşən separatçılar erməni əhalisi üzərində də təsir imkanlarını itirirlər.

Separatçıların ərzaq məhsullarının satışına kupon tətbiq etməsi ermənilər arasında narazılıqla qarşılanır. Son məlumata görə, aprelin 3-dən yeni kuponların verilməsinə başlanılıb. Kuponlar öncə tərəvəz məhsullarına aiddir: yerkökü, çuğundur, kələm, soğan, xiyar və pomidor;

Qondarma rejim iddia edir ki, tərəvəz məhsulları, eləcə də digər ərzaqların təminatında problem var. Halbuki, sülhməramlıların son 5 ayda Qarabağa daşıdığı yüklərin siyahısı bunu təkzib edir. Misal üçün, kuponla verilən kələm 134 ton təşkil edib və ya 80 ton yerkökü, 90 ton soğan gətirilib və s. Bu qədər məhsulun gətirildiyi halda, qıtlıq yaşanması suallar yaradır. Bu haqda iki məlumat var:

Birincisi, separatçı rejim “ərzaq qıtlığı” görüntüsü yaratmaq üçün məhsulları gizlədir;

İkincisi, sülhməramlılarla birlikdə gətirilən ərzaqları daha baha qiymətə sataraq, pul qazanırlar: məhsulun bazara az çıxarılması da qiymətini bahalaşdırmaq məqsədi daşıyır;

Erməni əhalisi bu maxinasiyalar haqda məlumatlıdır, lakin bəzən müəyyən etirazlar edilsə də, əksəriyyət təzyiq altında susmağa üstünlük verir.

Bu susqunluğun uzun çəkməyəcəyi gözləniləndir. Çünki müharibədən sonra separatçıları qondarma rejimi saxlaya bilməsi üçün işğal dövründə taladıqları Azərbaycan resursları əllərindən çıxıb. Laçın yolunda aksiyanın başlanmasından sonra isə ciddi itkilərlə üzləşiblər.

Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan hazırladığı hesabatda qeyd edir ki, aksiyanın başlanmasından ötən 100 gün ərzində Xankəndidəki qondarma rejimə 165 milyon dollar məbləğində sosial-iqtisadi ziyan dəyib.

“Hər gün ümumi maliyyə və iqtisadi itkilər ən azı 651 milyon dram (1,6 milyon dollar) təşkil edir. Əhalinin gəlirlərinin azalmasını da nəzərə alsaq, bu rəqəm 1,9 milyon dollardır. Bu vəziyyətdə Ermənistan hökumətinin 25 milyon dollarlıq maliyyə dəstəyi qeyri-kafidir”, - hesabatda bildirilir.

V.Aramyanın sözlərinə görə, Qarabağda 16,2 min erməni işsiz qalacaq. Erməni əhalisinin təminatı da daxil olmaqla separatçı rejimin gündəlik maliyyə yükü 136 milyon dram (344 min dollar) qiymətləndirilir. Əhlinin təminatını çıxsaq, yəni ayda əhaliyə cəmi 68 min dramın ödənildiyini nəzərə alsaq, maliyyə yükü 92 min dollar olacaq.

“Toplanan (qondarma) vergilər də azalacaq, söhbət gündəlik 81 milyon dramdan, yaxud 204 min dollardan gedir. Bu da “büdcə xərcləri”nin müəyyən hissəsindən məcburi imtinaya səbəb olacaq. Eyni zamanda, gələcəkdə zərərin azaldılması, yaxud oxşar şokların aradan qaldırılmasına görə xərclər artacaq. Bu vəziyyət uzun müddət davam edərsə, o zaman, ümumiyyətlə iqtisadiyyat məhv olacaq, ancaq kənardan gələn pul hesabına istehlak olacaq”, - o bildirib.

Məlumatlar göstərir ki, Qarabağdakı separatçı rejim artıq küncə sıxılıb.

Xəbər lenti