|
Müşahidəmizə əsasən, seçki prosesinin Azərbaycan qanunlarına uyğun həyata keçirildiyini deyə bilərəm.
“Report” xəbər verir ki, bunu 11 saylı seçki dairəsinə dəvət olunan TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavin Ahmet Zenbilci seçki prosesi ilə bağlı danışarkən deyib.
Deputat prosesdəki müşahidələri ilə bağlı fikirlərini bildirib:
"Azərbaycanda yenilənən Milli Məclisin, parlamentin ölkəyə xeyirli, uğurlu olmasını diləyirik. Seçimin hər kəsə xeyirli olmasını diləyirəm. Müşahidəçi olaraq daha bir neçə bölgəyə gedəcəyik. Müşahidələrimizi aparacağıq və ertəsi gün rəsmi şəkildə təqdim edəcəyik. Atatürkü tarixi bir sözü var - Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Dost və qardaş ölkədə olmaqdan, Azərbaycan demokratiyasının dünyada sürətlə yüksəlməsindən dolayı son dərəcə xoşbəxtik və qürurluyuq. Dostluğumuz, qardaşlığımız daim olsun".
Milli Məclisə növbədənkənar seçkilər çərçivəsində Şuşa şəhərində səsvermə seçici fəallığı şəraitində davam edir.
“Report”un Qərb bürosunun məlumatına görə, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi üzrə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə yerləşən 46 saylı məntəqədə səsvermə nəzərdə tutulan vaxtda başlayıb.
Qeyd edilir ki, Şuşa şəhərində seçicilərin səsvermədə fəal iştirakı müşahidə olunur.
"Daxil olan ilkin nəticələr bu gün ictimaiyyətə çatdırılacaq. Bütün müraciətlərə operativ şəkildə cavab verilir".
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkisinin başlamasına dair mətbuat konfransında deyib.
MSK sədri seçiciləri fəal olmağa çağırıb.
Sabah keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu gün Azərbaycanda “sükut günü”dür.
Parlament seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı təşviqat aparıla bilməz.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il avqustun 9-dan başlanılıb və proses bu gün saat 8:00-da dayandırılmalıdır.
Bu günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparacaq.
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilovun Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qalib gəlməsi ilə bağlı paylaşım edib.