Dövlət Departamentindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə AÇIQLAMA - YENİLƏNİB

"ABŞ dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb".

Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib.

"Dövlət katibi bütün Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyini qeyd edib", - deyə açıqlamada qeyd olunur.

***

10 iyul 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.

 Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

***

Blinkenlə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Vaşinqtonda NATO75 Sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Ermənistanla Azərbaycan arasında sülh və ölkələrarası münasibətlərin qurulması üzrə danışıqlar başlayıb.

Qeyd olunub ki, görüş ABŞ-nin dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə keçirilir.

 

 

 

 
ABŞ Zəngəzur qarşılığında Bakıdan bunu istəyir - AKTUALSon dövrlərdə ABŞ-ın regionumuza marağı artıb. Ötən ay ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin Ermənistan və sonra Azərbaycana səfəri və NATO sammitinə dəvət bundan xəbər verir.

Bu sözləri Axar.az-a NATO-nun Vaşinqtonda keçirilən sammitində Azərbaycan və Ermənistan XİN başçılarının mümkün görüşü barədə danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi ABŞ-ın danışıqlar masasında özünü tərəfləri yaxınlaşdıran güc kimi önə çıxarmaq niyyətində olduğunu qeyd edib:

“Rəsmi Vaşinqtonun məqsədi danışıqlar masasındakı aktivliyi öz xeyrinə yazmaqdır. Yəni ABŞ-ın səyləri nəticəsində tərəflərin sülh müqaviləsini imzalamağa daha yaxın olduğunu göstərmək istəyirlər. Halbuki rəsmi Bakı yalnız vasitəçisiz görüşlərdə müsbət irəliləyiş əldə edildiyini, keçmiş Minsk Qrupu formatı və digər görüşlərin problemin həllini illərlə ləngitdiyini dəfələrlə vurğulayıb”.

Rizvan Hüseynov ABŞ-ın Azərbaycanın Ermənistandan tələblərində kompromisə getməsinə çalışdığını bildirib:

“ABŞ-ın son aktivliyinin digər səbəbi Azərbaycanın konstitusiya tələbində Ermənistana güzəştə getməsinə nail olmaqdır. Qarşılığında isə Obrayenin ölkəmizə səfəri zamanı da dediyi kimi, Orta dəhlizin ( Zəngəzur dəhlizi – red.) açılmasına hər cür dəstək verəcəklərini vurğulayırlar. Ermənistan Konstitusiyasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad edilib. Müstəqillik Bəyannaməsində isə Qarabağ Ermənistan torpağı kimi göstərilib. Vaşinqton ölkəmizə qarşı ərazi iddialarını təsbit edən hissələrlə bağlı dəyişikliklərin sonraya saxlanılmasını istəyir. Lakin dövlətimiz tam haqlı və qətiyyətli şəkildə bu dəyişikliyin dərhal aparılmasını tələb edir. Cənab İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən də bu tələbi konkret və qəti şəkildə dilə gətirib”.

Ekspert Azərbaycanın öz mövqeyindən geri çəkilməyəcəyini vurğulayıb:

“Fikrimcə, Vaşinqtonda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcəyi təqdirdə bəhs etdiyimiz məsələlər müzakirə ediləcək. Azərbaycanın mövqeyi qətidir, Ermənistan isə sözügedən dəyişiklikləri hansı formada aparacağı barədə ABŞ ilə məsləhətləşə bilər. İndiki məqamda yalnız sülh müqaviləsini təşkil edən prinsiplərlə bağlı yol xəritəsi mahiyyətində hansısa bəyannamənin, məramnamənin imzalanması mümkündür”.
Azərbaycanı hədəf almışdı, karyerasının sonu oldu - Seyidov şok faktları açıqladı

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə qərbdən olan reaksiyalar gecikmədi. Digər iştirakçı ölkələrlə yanaşı, Macarıstan baş naziri Viktor Orbanla bağlı da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin vermiş olduğu bəyanatın mahiyyəti nədən xəbər verir?

- Borrel artıq bir siyasi fiqur kimi Avropa məkanından gedir. Onun irqçi, islamafob qeyri-qanuni, ağılasığmaz bəyanatları artıq Avropanın daxilində belə bəzi siyasi qurumları bezdirib. Sözssüz ki, Borrelin Avropa Birliyini “cənnət” adlandırması heç kəsin yadından çıxmayıb. Onun təbirincə Avropa Birliyinin ətrafında “vəhşilər” yaşayır və onlar bu “cənnətə” buraxılmır. Elə bu yanaşmadan sonra hamı başa düşdü ki, bu insan artıq siyasətçi və AB-nin təmsilçisi kimi öz fəaliyyətini sıfıra endirir. İndi də bu hal müşahidə edilir. Çünki bu şəxsin daxilində irqçi yanaşmalar, türkəfobiya, islamafobiya, Azərbaycanafobiya var. AB-də bu saat xüsusi funksiyanı yerinə yetirən Macarıstan belə Borrelin hədəfindədir. Ona görə də, türk dünyasının yüksəlişi, Azərbaycanın beynəlxalq səviyyədə gücü, əhəmiyyəti bu insanlar tərəfindən qəbul edilməzdir. Sadəcə olaraq biz indi bu maskaların yırtılmasını açıq şəkildə görməkdəyik. Bunlar 30 il ərzində Azərbaycan torpaqları işğal altında olduğu halda bir addım atmayıblar, beynəlxalq qanunu yaddan çıxarıblar, heç bir hərəkət etməyiblər. Əksinə əllərindən gələni ediblər ki, Azərbaycanın işğal edilmiş torpaqları əbədi olaraq ermənilərin əlində qalsın. İndi isə istəkləri çaxnaşma salmaq, reallığı qəbul etməmək, vəziyyəti gərginləşdirməkdən ibarətdir. Bunu da açıq şəkildə edirlər. Heç nədən çəkinmədən bu addımlar atılır. Amma onu da başa düşmürlər ki, bu şəkildə davam etdikcə, özlərini ifşa edirlər və bununla da siyasi səhnədən kənarlaşırlar.

- NATO sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün keçiriləcəyi bildirilir. Ağ evin təşəbbüsü ilə baş tutacaq görüşdə sülh və sərhədlərin delimitasiyası ətrafında müzakirələrin aparılacağı ehtimal edilir. Gözləntilər nədən ibarətdir?

- ABŞ bu gün artıq əyani şəkildə görür ki, Azərbaycanla ünsiyyətdə olmaq, münasibətləri normal səviyyədə saxlamaq onların maraqlarına uyğundur. Eyni zamanda Amerika anlayır ki, Cənubi Qafqaz regionunda yeganə güc, siyasi və digər proseslərə təsir göstərəcək ölkə Azərbaycandır. Ona görə də, müxtəlif səviyyələrdə görüşlərin keçirilməsi, hansısa təkliflərin qəbul edilməsi mümkündür. Ümumiyyətlə isə Azərbaycana qarşı dövlət səviyyəsində ritorika dəyişib. Bu sözsüz ki, ABŞ senatorlarına aid deyil. Erməni lobbisinə xidmət edən konqresmenlər və senatorlar var ki, onlar ancaq öz maraqlarını güdür. Təbii ki, bu adamlar mövqelərini dəyişməycək. Ancaq dövlət səviyyəsində başa düşürlər ki, artıq vəziyyət tamamilə fərqlidir. Onların məntiqsiz və düzgün olmayan təzyiqi Azərbaycanı uzaqlaşdırır. Bu isə regionun ümumilikdə onlardan uzaqlaşması deməkdir. Beləliklə, Mərkəzi Asiya ABŞ-dan uzaqlaşmış olur. Mərkəzi Asiya, Çin kimi ölkələrin yerləşdiyi vacib bir region Amerika üçün əlçatmaz olur. Nəticədə Azərbaycanla pozulmuş münasibətlər bütövlükdə bu qitə və coğrafiya ilə heç bir əlaqə qurulmaması ilə nəticələnir. Ona görə də, Amerikadan verilən bəyanatların mahiyyəti də dəyişəcək.

- Azərbaycanla Ermənistan arasında sülhlə bağlı proseslər qarşılıqlı olaraq müzakirə mərhələsində olduğu dövrdə məsələyə fərqli kontekstdə yanaşmlar sərgilənir. İddia edilir ki, Bakının sülhlə bağlı şərtləri çox ağırdır və s...

- Fakt odur ki, bu gün sülhlə bağlı Azərbaycanın şərtlərindən danışanlar həmişə bizə qarşı olub. Azərbaycan ərazilərini Ermənistan işğal etdiyi dövrdə tələb edilirdi ki, bu təcavüzlə razılaşın. Müharibəni udandan sonra da bizdən tələb edirlər ki, siz qalib gəlmisiniz, mərhəmətli olmalısınız. Mərhəmət göstərib sülh müqaviləsi təqdim edən zaman da bizdən xahiş edirlər. Çünki onların ən böyük problemi Azərbaycanın hansısa addımlar atmasıdır. Bu isə kökündən yanlış bir prosesdir. Azərbaycanın təklif etdiyi sülh planı böyük bir fəlsəfəni ehtiva edir. Sülhə yaxınlaşmaq hər iki tərəfin işidir. Burada bir tərəfli iş ola bilməz. Misal olaraq Ermənistan məlum Qranada görüşlərinə qatılanda sülh istədiyini deyirdi. Orada nə baş verdi? Ermənistan sülh sazişi imzalaya bildimi? Təbii ki, yox. Emmanuel Makronla (Fransa prezidenti) başladıqları oyunları puç oldu. Məhz Azərbaycan təklif edir ki, Ermənistanla heç bir vasitəçi olmadan bu məsələləri həll edə bilər. Onlar da buna razı deyil. Elə deyirlər ki, Azərbaycan bunu etmələdir və s. Bu niyyətin altında isə bir məqsəd var. O da sülh prosesinin pozulmasıdır. Azərbaycanın isə sülhlə bağlı təklifləri məntiqə əsaslanır. İkitərəfli müstəvidə bu məsələlərin həlli mümkündür.

- ABŞ və Fransada dəyişməkdə olan siyasi konyuktura Ermənistanın sülhlə bağlı davranışlarına necə təsir edəcək?

- Çox təəssüf ki, ABŞ-də mövcud olan administrasiyanın o qədər də müsbət nailiyyətlərini sadalamaq olmur. Ukraynada, Yaxın Şərqdə, Əfqanıstanda yaşananlar göz önündədir. Ona görə də, seçki qabağı təbii olaraq iqtidarda olan tərəf hansısa müsbət nəticələr əldə etmək üçün Qafqaza üz tutub. Onlar məhz Azərbaycanla Ermənistan arasında tez-tələsik sülh müqaviləsi imzalanması ilə göstərmək istəyirlər ki, buna nail olduq. Azərbaycanın isə bu məsələdə qəti şəkildə tələsmək niyyəti yoxdur. 30 il müddətində Azərbaycan torpaqları işğalda saxlanıldığı dövrdə həmin qərb heç yerə tələsmirdi. Əksinə işğalı əbədiləşdirmək istəyirdilər. İndi isə Azərbaycan sülhü əbədiləşdirmək istəyir. Niyyətimiz odur ki, elə bir sülh müqaviləsi imzalansın ki, o sənədi kimsə, nə vaxtsa şübhə altına ala bilməsin. Ona görə də, Azərbaycanın məntiqli şərtləri qəbul edildikdən sonra sülh müqaviləsi imzalana bilər.

Tiflis uzaqlaşır, İrəvan silah ala bilməyəcək - Qureçki

Əgər Gürcüstan Qərbdən uzaqlaşmağa başlasa, o zaman Qərb üçün Ermənistanı dəstəkləmək çox çətin olacaq.

Axar.az xəbər verir ki, bu sözləri polşalı politoloq Voyçex Qureçki erməni mediasına açıqlamasında deyib.

O, belə dəyişikliklərin Qərbin Ermənistana çıxışının olmamasına gətirib çıxaracağını bildirib.

Qureçkinin sözlərinə görə, hətta indi də Gürcüstan üzərindən bu əlaqəni saxlamaq o qədər asan deyil:

“Əgər Gürcüstan həqiqətən də xarici siyasət oriyentasiyasını dəyişsə, o zaman Ermənistana dəstək məsələsi daha da mürəkkəbləşəcək. Qərbin Ermənistanı dəstəkləmək arzusu var, lakin texniki cəhətdən bunu etmək çox çətin olacaq”.

Ekspertin fikrincə, Gürcüstanda bu cür dəyişikliklər xüsusilə Qərbdən silah tədarükünə mənfi təsir göstərəcək. Buna baxmayaraq, o, Gürcüstanın Qərb kursundan yayındığını söyləmək üçün tez olduğunu bildirib. Vurğulayıb ki, hər şey oktyabrda keçirilən seçkilərdən sonra aydınlaşacaq.

Qeyd edək ki, ötən ay İrəvan və Paris “Sezar” özüyeriyən artilleriya sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb. Ötən ilin oktyabrında isə üç GM-200 radarının İrəvana satışı haqqında saziş imzalanıb, həmçinin Fransanın “Mistral” yaxınmənzilli hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma əldə edilib.

Siyavuş Novruzovla bağlı qərar verildi

Siyavuş Novruzov namizədliyini irəli sürəcəyi seçki dairəsi ilə bağlı qərar qəbul edib.

O, Yeni Azərbaycan Partiyasının üzvü kimi seçki yarışına Naxçıvan Muxatr Respublikasından, 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən qatılacaq.

Onun artıq bununla bağlı üzvü olduğu hakim partiyadan razılıq aldığı bildirilir.

Qeyd edək ki, bu günlərdə onun parlament seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı ziddiyyətli xəbərlər yayılmışdı./konkret.az/

Xatırladaq ki, YAP-ın namizədlər siyahısının iyul ayının 13-dən sonra elan olunacağı gözlənilir.

Bayramov, Mirzoyan və Blinken görüşəcək

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, onun ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirak etmək üçün ABŞ-də səfərdədir.

Əliyev Şuşada bu riskə getdi, çünki gücü var - BaşbuğTürk varlığı imperialistlərin, xaçlı dünyasının ən böyük qorxusu və düşmənidir. Hətta bu, onların ən məşhur eposları olan “Nibelunqlar haqqında nəğmə”də də öz əksini tapıb. Türk dünyasının birləşdiyini və bütün mənalarda güc mərkəzinə çevrildiyini təsəvvür edəndə az qala ağıllarını itirirlər. Ona görə də buna əngəl olmağın yollarını axtarırlar.

Bu sözləri Axar.az-a AB-nin Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin TDT-nin Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirakını qınaması haqqında danışan istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik Şimali Kipr Türk Cümhuriyyətinin Şuşadakı sammitə qatılmasına etiraz edənlərin öz keçmişlərinə nəzər yetirməli olduqlarını bildirib:

“Hadisələrin belə inkişafı onlar üçün böyük təhdiddir. Ona görə həm AB-nin baş diplomatı Jozep Borrell və AP-nin deputatı Natali Luazo belə reaksiya veriblər. Xüsusilə Luazonun Şimali Kipr Türk Cümhuriyyətinin sammitdə müşahidəçi statusu ilə Qarabağ şəhərində iştirakını “biabırçılıq” adlandırması hansı təfəkkürdə və əxlaqda insan olduqlarını gözlər önünə sərir. Qarabağ qədim türk yurdu və Azərbaycan torpağıdır. Azərbaycanın da öz suveren ərazisində sammitə ev sahibliyi etməsi ən təbii hüququdur. Kimi dəvət etməsi də öz səlahiyyətidir”.

Başbuğ türk dünyasının heç nədən çəkinmədən öz yoluna davam edəcəyini vurğulayıb:

“Təşkilata qarşı bu mövqe bizim bir olanda ortaya qoyduğumuz gücü göstərir. Cənab Ərsin Tatarın TDT-nin sammitinə dəvət olunması heç kimə sadə məsələ kimi gəlməsin. Bunu etməklə Türkiyə və Azərbaycan birlikdə dövlət qətiyyəti sərgiləyib, riskə gediblər. Yəni hazırda bu risklərə gedə biləcək gücümüz, qətiyyətimiz var. Proseslər qəhrəman oğullarımızın, Azərbaycan Ordumuzun Qarabağı düşmən tapdağından azad etməsi ilə sürətləndi. Sonra isə ortaq tariximizin ən önəmli müqavilələrindən biri olan Şuşa Bəyannaməsi imzalandı və digər qardaş ölkələrimiz Türkiyə ilə Azərbaycanın ətrafında birləşməyə başladı. İndi isə kimlərinsə açıqlamaları, qınamaları bizi yolumuzdan döndərə bilməz. Ox artıq yaydan çıxıb, geriyə yol yoxdur, nə olursa olsun, bir olmalı, güclənməliyik. Çünki gələcək dünyada var olmağımız, özümüzə layiq yer tutmağımız bundan asılıdır. Bu ailədən kənarda qalmaqla özünə hansısa yol tapacağını düşünmək isə xam xəyaldan başqa bir şey deyil. Cənab İlham Əliyevin də vurğuladığı kimi, kənarda heç kim bizi gözləmir və bunu aşkar şəkildə dilə gətirirlər. Ona görə də güclü olmaq üçün daha da yaxınlaşmalıyıq. Macarıstan və ŞKTR-in də etdiyi budur. Jozep Borrell və ya başqalarının açıqlaması isə buna əngəl ola bilməz. Çünki bizi birləşdirən yalnız iqtisadi maraqlar yox, həm də ortaq tariximiz və mənəvi dəyərlərimizdir. Bir də ortada qətiyyət, iradə və qarşımızda isə hamımızı gözəl gələcəyə aparan aydın hədəflərimiz var”.
Sülh müqaviləsi... NƏ QƏDƏR REALDIR? - AKTUAL

Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrda Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək.

Bu barədə Simonyanın köməkçisi Movses Arutyunyan bildirib.

Əvvəlki görüşdə əldə olunmuş ilkin razılığa əsasən, Alen Simonyan və Milli Məclisin sədri arasında növbəti görüş noyabrda Cenevrədə baş tutacaq.

Sosial Tədqiqatlar Mərkəzini departament rəhbəri Əziz Əlibəyli “Sherg.az”a söyləyib ki, sülh müqaviləsinin imzalanmasına yaxın bir tendensiya müşahidə edilir:

“Ermənistan tərəfi 1 ay müddətinə sülh danışıqlarında yekun nəticəyə gəlməyin mümkün olduğunu vurğulayırlar. Son zamanlar bununla bağlı Ermənistan tərəfindən irəliləyişlər var. Sadəcə olaraq bağlanacaq ratifikasiyası parlamentlər çərçivəsində həyata keçirildiyinə görə belə görüşlər olmalıdır. Onlar iki ölkə arasında razılaşdırılan sənədlərin rəsmiləşdirilmə mərasimini parlamentlər vasitəsilə həyata keçirəcəklər. Hansı sənədlərin olması isə bəlli deyil. İki tərəf arasındakı danışıqlardan doğan nəticə ola bilər. Ermənistan konstitusiyasının dəyişdirilməsi Paşinyan administrasiyası hakimiyyətinin müxtəlif qolları Azərbaycanla münasibətdə müsbət nəticəyə nail olması ilə fərqlənir”.

Azərbaycanda Elektron Rəqabət İnformasiya Sistemi yaradılır

Azərbaycan Prezidenti İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında fərman imzalayıb.

“Fərmana əsasən, ölkədə Elektron Rəqabət İnformasiya Sistemi (ERİS) yaradılacaq.

ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək.

Paşinyan Amerikadan... Amerika da ondan ARXAYIN DEYİL... - FAKT BUDUR!Ermənistanın baş naziri Nikol Paşinyan həm yaxın, həm də uzaq perspektivdə Rusiyadan uzaqlaşmağa çalışır. Yaxın perspektiv Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi və Avropa İttifaqına üzvlük üçün Brüsselə müraciət etməsidirsə, uzaq perspektiv ABŞ və Fransanı Ermənistanda mobil atom elektrik stansiyalarının tikintisinə təşviq etməkdir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtondakı görüş və müzakirələrinin bir qismi məhz bu mövzuya həsr olunub. İrəvan Vaşinqtona təkliflərini verib. Vaşinqton Ermənistanın Rusiyanın enerji asılığından qurtulmasını istəyir. Ancaq bu o demək deyil ki, Vaşinqton yaxın müddətdə Ermənistan ərazisində atom elektrik stansiyasının tikintisinə başlamağa hazırdır. Nikol Paşinyan Vaşinqtonun yanındadır, ancaq bir gün onu devirsələr və ya hakimiyyətdən uzaqlaşdırsalar, yerinə gələn Rusiyanın adamı çıxsa necə olacaq? Vaşinqton Ermənistandan tam arxayın olmadığına görə bu ölkədə atom elektrik stansiyası tikməkdə qərarlı deyil.

Elxan Şahinoğlu

Xəbər lenti