|
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.
“Tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib.
Açılış mərasimində bu detallardan biri Prezident İlham Əliyevin də diqqətini çəkib və ona baxış keçirib.
Belə ki, işğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.
“Qonaqların gəlişindən əvvəl Prezident İlham Əliyev Şuşaya yeni köçən sakinlərlə söhbət edib, onların əhvalı ilə maraqlanıb.
Bu zaman Şuşanın yeniyetmə sakinlərindən biri Prezidentə yaxınlaşıb, dövlət başçısı ilə şəkil çəkdirib. Şuşalı qız Ali Baş Komandanın Şuşanın azad olunduğu gün xalqa müraciətində dediyi sözləri təkrarlayıb. Dövlət başçısı həmin an kövrəlib və yeniyetməni bağrına basıb.
Həmin maraqlı anın görüntülərini təqdim edirik:
Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib.
“Həmin tədbirdən görüntüləri təqdim edirik:
“Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm”.
“Bu barədə Prezident İlham Əliyevin “X” hesabında paylaşımında deyilir.
“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”, - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Avropa Çempionatının 1/8 final mərhələsində “bozqurd” işarəsi tutan Türkiyə millisinin futbolçusu Merih Demiral 2 oyunluq cəza alıb. Bununla da, M.Demiral 1/4 final mərhələsində oynaya bilməyəcək.
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib.
Xankəndidə “Qarabağ” hotelinin açılışı 3 il əvvəl Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla olan maraqlı dialoqunu yenidən gündəmə gətirib.
Belə ki, 2021-ci ilin iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şuşaya səfər ediblər. Səfər zamanı dövlət başçıları Şuşanın ətraf ərazilərini seyr ediblər. Həmin an liderlər arasında maraqlı dialoq yaşanıb:
İlham Əliyev: O yer ki var, bax o iki dağın arası... Ora da Xankəndi şəhəridir.
Rəcəb Tayyib Ərdoğan: Hotel oradadır?
İlham Əliyev: (Gülərək) Orada da olacaq!
Həmin görüntüləri təqdim edirik:
Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, iclas TDT-nin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində baş tutur.
İranda keçirilən növbədəkənar prezident seçkilərinin nəticələri açıqlanıb.
İRNA xəbər verir ki, islahatçıların namizədi, sabiq səhiyyə naziri, milliyətcə azərbaycanlı olan Məsud Pezeşkian qalib gələrək İranın 14-cü prezidenti olub.
Bu barədə İranın seçki qərargahının sözçüsü Möhsün Eslami məlumat verib.
Onun sözlərinə görə, Pezeşkian seçkidə iştirak edən 30 milyon 530 min 157 seçicidən 16 milyon 384 min 403 qazanaraq qalib olub.
Səid Cəlili isə 13 milyon 538 min 179 nəfər seçilməklə ikinci yeri tutub.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək məqsədilə iyulun 6-da Azərbaycana səfərə gəlib.
TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
Gürcüstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən gürcü həmkarı İliya Darçiaşvili ilə birgə mətbuata açıqlamasında deyib ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması regiona daha çox sülh gətirəcək. Mirzoyan kommunikasiyaların bərpasının Ermənistanla yanaşı, digər region ölkələrinin iqtisadiyyatını dəstəkləyəcəyini söyləyib.
“Əgər bir ay intensiv işləsək, bu prosesi tamamlaya və Azərbaycanla vacib razılaşmanı imzalaya bilərik”, - Mirzoyan qeyd edib. Erməni nazir həmçinin sülh sazişinin də yaxın vaxtlarda imzalana biləcəyinə eyham vurub.
Üç gün bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında sülh sazişindən danışarkən deyib ki, bunun üçün “müstəsna imkan” var.
“Ölkələr arasında onilliklərlə davam edən münaqişəyə son qoyacaq sülh sazişlərinin reallaşdırılması üçün müstəsna imkan və potensial var və hesab edirəm ki, bu iqtisadi əlaqələr, iqtisadi artım, şərqdə və qərbdə, cənubda və şimalda ölkələri birləşdirmək üçün böyük imkanlar yaradacaq. Azərbaycanın bu işdə həlledici rolu var”, ABŞ dövlət katibi qeyd edib.
Blinken bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışaraq, diplomatiya yolu ilə buna fəal şəkildə nail olub: “Biz bunu Avropa İttifaqı ilə çox sıx əməkdaşlıqda koordinasiyada etdik və düşünürəm ki, bu, həqiqətən də əlçatandır. Mən təxminən bir həftə əvvəl bu barədə Prezident Əliyevlə danışdım. Hesab edirəm ki, bu, əldə edilə bilər və bu, açıq şəkildə həm Azərbaycanın, həm Ermənistanın, həm də daha geniş regionun maraqlarına uyğundur”.
Azərbaycanlı ekspertlər isə hesab edir ki, Ermənistan Konstitusiyasında dəyişiklik etmədən, Azərbaycana qarşı ərazi iddialarını davam etdirərək sülh sazişi imzalamaq istəyir. İrəvanın bu istəyinə isə dəstək ABŞ tərəfindən verilir. Bu mənada, analitiklərin qənaətincə, həm Mirzoyanın söylədikləri, həm də Blinkenin çağırışı tələsik sülh sazişinin imzalanması niyyətindən qaynaqlanır.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov AYNA-ya müsahibəsində deyib ki, prinsipial məsələ odur ki, sülh sazişi Azərbaycanın maraqlarına uyğun şəkildə imzalansın:
- Azərbaycanın tələbləri, istəkləri sülh sazişində mütləq mənada nəzərə alınmalıdır. Bununla bağlı Azərbaycan lideri konkret mövqe ortaya qoyub. Rəsmi Bakı bəyan edib ki, Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən sülh sazişi imzalanmayacaq. Mirzoyan bəyanatlar verə bilər, amma Azərbaycanın tələbləri ilə bağlı İrəvanın mövqeyini də açıqlasın. Açıqlamır, açıqlayanda isə Bakının şərtlərini qəbul etmədiklərinə eyham vurur. Ermənistan Konstitusiyası dəyişsə, bir aya, hətta 15 günə də sülh sazişi bağlana bilər. Amma biz görürük ki, bu istiqamətdə Ermənistan tərəfi addım atmır.
- ABŞ-ın dövlət katibi Antoni Blinken bu günlərdəki çıxışında bildirib ki, Ermənistan-Azərbaycan arasında sülh indi heç vaxt olmadığı qədər yaxındır. Dövlət katibi tezliklə sülh sazişinin imzalanmasına çağırış edib. Bunu necə qiymətləndirmək olar?
- Görünən odur ki, bizi tələsdirməyə çalışırlar. Bunun da səbəbi məlumdur. Xüsusilə, ABŞ tələsik sülhün imzalanmasında maraqlı görünür. Amma yenə deyirəm, Azərbaycanın mövqeyi qətidir. O da məlumdur ki, ikitərəfli əsasda razılaşmalar var. Hesab edirəm ki, danışıqların nəticələrini hansısa üçüncü tərəf öz adına yazmamalıdır. Hansı nəticələr varsa, bu, ikitərəfli danışıqların nəticəsidir. Eyni zamanda, Azərbaycanın sülhə məcburetmə siyasəti burada rol oynayıb.
- Blinken onu da qeyd edib ki, sülhə bu qədər yaxınlaşma Vaşinqtonun diplomatik addımlarının nəticəsidir. Bu nə qədər haqlı iddiadır?
- Bu, haqsız iddia olmaqla bərabər, yanlış yanaşmadır. Birincisi, Azərbaycan ərazilərinin işğalına özü son qoyub, ərazi bütövlüyünü özü təmin edib. Burada Vaşinqtonun hansı rolundan söhbət gedir?! Açıq və qapalı məlumat mənbələrinin tədqiqi deyir ki, burada ABŞ-ın hansısa rolu olmayıb. Əslində ötən müddətdə Ermənistana himayədarlıq edən, erməniləri qoruyan, erməni millətçilərinin maraqlarını təmin edən dövlətlərdən biri də məhz ABŞ olub. Ötən ilin antiterror tədbirlərinədək biz görürdük ki, Vaşinqton Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyi”, “ermənilərin təhlükəsizliyinə qarantiya” məsələlərini gündəmə gətirirdi. Biz ABŞ rəsmilərinin Azərbaycana qarşı əsassız bəyanatlarının kəskin dillə ifadə edilməsinin şahidi olmuşuq. Azərbaycan sülhə qarşı maneələri aradan qaldırdıqca Bakıya qarşı necə təzyiq edildiyini unutmamışıq. Ona görə də, hesab edirəm ki, bu müddətdə Vaşinqtonun sülh prosesinə dəstəyini yox, əslində yubatdığını söyləmək olar.
- Bəlkə Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da keçirilən silsilə görüşlərini nəzərdə tutur?
- Məsələ ABŞ-dakı görüşlərin keçirilməsi və müəyyən detallar üzrə razılaşmada deyil. Əsas məqam sülh sazişi ilə bağlı bazanın yaradılmasıdır. Azərbaycan addım-addım maneələri dəf edir, yeni reallıqlar yaratdı. Vaşinqtonda da təbii ki, bunu görürlər. Başqa yolun qalmadığını anlayan ABŞ imzalanacaq sülh sazişində pay sahibi olmaq istəyir. Tələsik sülh sazişinin imzalanması çağırışlarında da Vaşinqton Ermənistanın maraqlarına xidmət etməyə çalışır. Təəssüf ki, sülh çağırışlarında yenə də Azərbaycanın maraqlarını gözardı etməyə çalışırlar. Bizim İrəvana konkret çağırışımız var ki, Ermənistan Konstitusiyası dəyişsin, orada Azərbaycana qarşı ərazi iddiaları aradan qalxsın, sülh sazişi imzalayaq. Amma Ermənistan tərəfi bundan faktiki olaraq, imtina edir. Mirzoyanın sülhlə bağlı dedikləri də, hesab edirəm ki, ABŞ-dan gələn təlimatın nəticəsidir. Vaşinqton çalışır ki, Ermənistan Konstitusiyasında dəyişiklik olmadan sülh sazişi imzalansın. Bir növ, Vaşinqton yenə də ermənilərdən yana mövqe sərgiləyir. Bəli, Bakı və İrəvan həqiqətən də, sülhə yaxındır, amma Azərbaycanın tələbləri var ki, onlar yerinə yetirilməlidir. Bir dəfə də olsun Vaşinqtondan İrəvana çağırış edilməyib ki, Bakının tələbləri nəzərə alınsın. Əksinə, amerikalı rəsmilər, ekspertlər, diplomatlar, eləcə də avropalı ekspertlər, diplomatlar açıq və qapalı görüşlərdə Bakıya deyirlər ki, “Paşinyanı çox sıxmayın, vəziyyəti yaxşı deyil, referenduma getsə, uduza bilər” və s. Bizə isə tələsik, yarımçıq, sonradan problem yaradacaq sülh sazişi lazım deyil. Ermənistan Konstitusiyası dəyişmədən imzalanan sülh sazişinin axı nə mənası var?!