Yol-xeber.az" xəbər verir ki,  2009-cu ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, dəmir yolunun hərtərəfli inkişafını, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsini, bu sahədə idarəetmənin təkmilləşdirilməsini və görülən işlərin səmərəliliyinin daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Ötən 15 il ərzində Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Dəmir yolları müasir, qabaqcıl və dayanıqlı sahə kimi ölkəmizin nəqliyyat sektorunun aparıcı güclərindən birinə çevrilib.

 Bu illər ərzində ADY Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsi istiqamətində önəmli addımlar atıb, ölkədən keçən beynəlxalq dəhlizlər üzrə vacib infrastruktur layihələri həyata keçirib.
Ermənistan üçün son şans ili - İrəvan “müharibə” konstitusiyasını maskalaya bilməyəcək!2024-cü ilin yarıdan çoxu artıq arxada qalıb. Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmaması məsələsinə böyük ölçüdə aydınlıq gəlməlidir. Daha dəqiqi, rəsmi İrəvanın belə bir niyyətinin olub-olmadığı müəyyənləşəcək. Çünki böyük anlaşma yolunda əsas problem Ermənistan konstitusiyası ilə bağlıdır və bu problemi İrəvan daha gizlədə, maskalaya bilməyəcək.

İki ölkə arasında sülh sazişi ilə bağlı ehtimallar isə hələ ki, ehtiyatlı xarakter daşıyır və daha çox istəkləri ifadə edir, nəinki reallıqdan doğan gözləntiləri. Hərgah optimistlər az deyil.

“Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri, fikrimcə, kifayət qədər yüksəkdir”.

Bunu “Moskva-Bakı”ya müsahibəsində Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Ermənistan Bakının şərtlərini qəbul etməyə hazırdır, iki ölkə arasında 12 km sərhədin demarkasiyası artıq həyata keçirilib, Ermənistan əvvəllər işğal etdiyi kəndləri Azərbaycana qaytarıb, ikitərəfli sülh prosesinin davam etdiyini deyə bilərik. O cümlədən Ermənistanın iradəsi ilə mən əminəm ki, hakimiyyət konstitusiyadan Azərbaycana qarşı bütün ərazi iddialarını çıxaracaq, Azərbaycan da bunu tələb edir”, - politoloq qeyd edib.

Markov vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı vəziyyətin necə inkişaf edəcəyi hələ də sual altındadır: “Lakin Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla sülhə sadiqdir. Noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransına qədər hər şey bu sazişin imzalanmasına doğru gedir. Ermənistan üçün Azərbaycanla sülh imzalasa, daha yaxşı olar, ölkə həyatında yeni səhifə açılar”.

Bundan bir gün öncə isə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirmişdi ki, “Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə edib və uzun bir yol keçib”.

Doğrudanmı Bakı və İrəvan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə edib və bunun nəticəsi kimi, elə cari ildə sülh sazişi imzalana bilər? Görəsən, sülh müqaviləsində ən çox hansı dövlət maraqlıdır, onlardan hansı biri sülhə real töhfə vermək fikrindədir-ABŞ, yoxsa Rusiya? Bəs “daşları yığmaq” əvəzinə, hələ də qoltuğunda “daş gizlədən” Ermənistan?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, həm Rusiyadan, həm ABŞ-dan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif açıqlamalar son vaxtlar intensivləşib: “Bu açıqlamalar kifayət qədər optimist notdadır. Onlar ümid edirlər ki, ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Təbii ki, bu optimizmi bölüşmək kifayət qədər çətindir. Azərbaycanın sülh sazişi ilə bağlı mövqeyi tamamən aydındır. Azərbaycan hələ üç il öncədən Ermənistana 5 baza prinsipi əsasında təkliflərini təqdim eləyib. O zamandan keçən müddətdə çoxsaylı görüşlər və müzakirələr olub. Bu prosesdə vasitəçilər qismində Rusiya, Avropa İttifaqı, ABŞ iştirak ediblər və bu müddət ərzində sülh müqaviləsinin hazırlanması ilə bağlı əhəmiyyətli bir yol qət edilib deyə bilərik.

Amma yekun sülh müqaviləsinə tərəflər bu gün hazırdırmı? Azərbaycan hazırdır. Ermənistanın hazır olub-olmadığı sualının cavabı isə kifayət qədər mürəkkəbdir. Ermənistanın hazır olduğunu söyləyə bilmərik. Bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistana kənar təsirlər yetərincə güclüdür. Paşinyan hakimiyyətinin həm kənar, həm də daxili təzyiqlərə müqavimət gücü kifayət qədər deyil. Bu hakimiyyət əslində manipulyasiya etməklə prosesdə Ermənistanın xeyrinə müəyyən dəyişiklikləri etmək istəyir. Məhz bu səbəbə üç ildən artıqdır danışıqlar prosesi davam etməkdədir. Azərbaycanın sülh müqaviləsinin imzalanması və regionda dayanıqlı, davamlı sülhə nail olunması üçün şərtləri var. Ermənistan konstitusiyasında, qanunvericilik aktlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ləğv edilməlidir. Azərbaycan hesab edir ki, bu addım atılmadan bölgədə davamlı sülhə nail olmaq mümkün deyil".

Politoloq qeyd etdi ki, Ermənistanda referendum keçirilməsi ilə bağlı müxtəlif açıqlamalar olsa da yaxın dövr üçün referendumun keçirilməsi və konstitusiya dəyişikliklərinin edilməsi real görünmür: “Rəsmi İrəvan da bunda istəkli görünmür. Bu səbəbdən Azərbaycan tərəfi Ermənistana əslində prosesi daha rahat keçmək üçün təklif təqdim edib. Bu təklif ondan ibarətdir ki, Azərbaycan Ermənistana təklif edir ki, təqdim olunmuş baza prinsipləri əsasında razılaşma əldə edilsin və bu razılaşma çərçivə sənədi şəklində qəbul edilərək paraflansın və Ermənistan öz üzərinə öhdəlik götürsün ki, konstitusiya dəyişikliyinə, qanunvericilik aktlarında dəyişikliklərə gedəcək, bu müddət ərzində də hərtərəfli sülh müaviləsinin imzalanması üçün işlər davam etdirilisin, qeyd olunan dəyişikliklərdən sonra sülh müqaviləsi imzalansın”.

O ki qaldı Rusiya və ABŞ-ın səmimi şəkildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəməsinə, Oqtay Qasımov hesab edir ki, bunu birmənalı söyləmək çətindir: “ABŞ-ın mövqeyi onunla bağlıdır ki, onlar noyabr ayında Amerikada keçiriləcək prezident seçkisinə qədər ən azı 4 illik Bayden administrasiyasının hakimiyyətdə olduğu dövrdə xarici siyasətdə əldə etdiyi hansısa uğuru təqdim etmək istəyirlər. Çünki Ukrayna-Rusiya müharibəsi, İsrail-HƏMAS savaşı ilə bağlı məsələlərdə ciddi irəliləyiş yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sənədinin imzalanması belə vəziyyətdə Bayden administrasiyasının seçki kampaniyası dövründə istifadə edə biləcəyi piar təbliğatından biri ola bilər. Ona görə də hesab edirəm ki, ABŞ-ın son dövrdə fəallığı məhz bununla bağlıdır. Bölgədə davamlı sülhdə maraqlı olan iki əsas ölkə var. Bunlar Azərbaycan və Türkiyədir”.
Yenə bu yetimi kim DƏLİ EDİB ÇÖLLƏRƏ SALDI AXI?.. - Belə də Paşinyan çoxdan "kıvama gəlmişdi"...Paşinyanın Londonda Əliyevlə görüşdən imtina etməsində əsas versiya Britaniyanın Azərbaycanın gündəliyinə yaxın mövqedən çıxış etməsidir. Rəsmi formada açıqlanmasa da, Cənubi Qafqazda kommunikasiyanın Bakının şərtlərinə uyğun – Naxçıvana maneəsiz keçidin verilməsi – açılması məsələsinə Britaniya daha loyal yanaşdığı ehtimalı var. İngilislər Avrasiyada, xüsusilə Orta dəhliz üzərində yeni regional gücün yaradılmasında maraqlı tərəfdir. Noyabr ayına qədər sülh sazişi ilə bağlı sənədin imzalanması təşəbbüsü də Britaniyadan gəlib.
Ermənistan üçün Londonda Britaniyanın iştirakı ilə baş tuta biləcək görüş iki kontekstdə sərfəli deyil.
Birincisi, İrəvanın “ümid yeri” kimi baxdığı Avropada Bakının mövqelərinin güclənməsi;
İkincisi, Avropanın əsasən Ermənistanın xeyrinə olan üçtərəfli və çoxtərəfli görüş platformasında balansın Azərbaycanın xeyrinə dəyişməsi perspektivi: indiyə qədər Fransa Avropadakı danışıqlara birbaşa, yaxud dolayısı müdaxilələrlə Ermənistanın mövqeyini ön plana çıxarıb, indi situasiyanın onların əleyhinə dəyişməsi riski yaranıb; görünür, İrəvanda Britaniya Qərbdəki danışıqlarda təşəbbüsü ələ alarsa, balansı xeyirlərinə dəyişməyin çətin olacağını düşünürlər;
Əsas diqqətçəkən məqam Ermənistanın Londonda “ikitərəfli formatda” görüş təklifi ilə çıxış etməsidir. Halbuki, Avropa platformasında üçtərəfli və çoxtərəfli görüşləri əsasən Ermənistan dəstəkləyirdi. Bu dəfə qəfil “ikitərəfli formatda” görüş təklifini irəli sürmələri rəsmi İrəvanın məhz Britaniyanın danışıqlarda iştirakına qarşı olduğunu təsdiq edir. Bu imtinada əsas maraqlı və sifarişçi tərəfin Fransa olduğu istisna deyil.

Asif Nərimanlı
İki qurum Prezidentin və ailə üzvlərinin adından yayılmış saxta materiallarla bağlı açıqlama yayıb

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta sosial şəbəkə hesablarında paylaşılan materialların saxta (feyk) məlumat olduğunu bildiririk".

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) açıqlamasında bildirilir.

"Azərbaycanın informasiya agentliklərindən birinin veb-saytının tərtibatını imitasiya edərək hazırlanmış saxta "müsahibə" dezinformasiya mahiyyəti daşıyır və ölkəmizin informasiya mühitini çirkləndirməyə yönəlmiş sistemli dezinformasiya hücumlarının tərkib hissəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - deyə açıqlamada bildirilib.

COP29-un prezidenti iştirakçı ölkələrin hökumətlərinə rəsmi məktub göndərib

Bir sıra beynəlxalq nəşrlərdə dərc edilən məqalələrdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin COP29-da iştirak edən ölkələrin hökumətlərinə rəsmi məktub göndərildiyi bildirilir.

"Report" xəbər verir ki, Britaniyanın “Business Green” nəşrində iyulun 18-də dərc olunan məqalədə yazılır:

“COP29 iqlim sammitinin prezidenti təsdiq edib ki, iqlim maliyyələşdirilməsinin yeni hədəfi haqqında qlobal razılaşmanın əldə edilməsi qarşıdan gələn konfransda danışıqların əsas bəndi olacaq”. Qeyd olunur ki, СОР29-un prezidenti qlobal istiləşməni 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaq məqsədilə hökumətləri yenilənmiş milli iqlim planlarını təqdim etməyə çağırır. Həmçinin vurğulanır ki, iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinin (“New Collective Quantified Goal On Climate Finance – NCQG”) müəyyən edilməsi СОР29-a sədrlik edən ölkə üçün prioritet məsələ olacaq.

Məktubda həmçinin “Çərçivə Konvensiyasının Tərəfləri olan inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq iqlim maliyyələşdirilməsi sahəsində iddialı və real məqsədi razılaşdırmaq” zəruriliyindən bəhs edilir.

COP29 prezidentinin fikrincə, ölkələr iqlim maliyyələşdirilməsinin hədəfi üzrə razılığa gəlmək üçün birgə işləməli olacaqlar. “Bu, təkcə bizim prioritetimiz deyil. Biz birlikdə bu tarixi mərhələyə nail olmaq üçün əlimizdən gələni etməliyik”, - deyə məktubda vurğulanır.

Bundan əlavə, Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (İDÇK) qoşulmuş ölkələrin nazirləri, habelə danışıqlar qruplarının nümayəndələri və QHT-lərin iştirakı ilə Bakıda keçiriləcək iqlim sammiti ərəfəsində keçiriləcək tədbirlər və görüşlər barədə məlumat verib.

Nəşr bildirib ki, o, ötən il Dubayda COP28-də işə salınmış və yoxsul və inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin nəticələrinin öhdəsindən gəlməkdə kömək etmək üçün nəzərdə tutulmuş “İtki və zərərin kompensasiyası Fondunun” tam fəaliyyətini təmin etmək üçün addımların atılmasının vacib olduğunu xüsusilə qeyd edib.

СОР29-un prezidentinin məktubu “Beril” qasırğasından sonra doğma Karriaku adasını ziyarət edən və onun dağıdıcı nəticələrindən sarsılan İDÇK-nin icraçı katibi Saymon Stilin beynəlxalq ictimaiyyətə videomüraciət yazdığı həmin gün dərc edilib. İlkin məlumatlara görə, Qrenadinı arxipelaqın tərkib hissəsi olan Karriakudakı evlərin və binaların 98 faizi dağıdılıb və ya əhəmiyyətli dərəcədə zədələnib.

“İndi mən qonşularımın evindəyəm. Qonşu küçədə yerləşən nənəmin evi tamamilə dağıdılıb”, - deyə Stil qeyd edib. “Business Green” nəşrinə görə, iqlim fəlakətləri sadəcə insanların həyatını şikəst etmir, həm də uzunmüddətli xərclərə səbəb olur.

“Bu o deməkdir ki, bütün hökumətlər iqlim dəyişmələri ilə bağlı tədbirləri öz gündəmlərində birinci yerə qoymalıdırlar”, - deyə İDÇK-nin icraçı katibi X sosial media platformasında yayımlanan videoçarxda bildirib və əlavə edib ki, uyğunlaşma, davamlılığın artırılması və icmaların qorunması üzrə daha effektiv planlar lazımdır.

“Karriaku adasındakı evimizdən olarkən mən və həmyerlilərim bütün dünyada yüz milyonlarla insana çox yaxşı tanış olan dağıntıların şahidi olduq. İqlim böhranının nənəmin evinə gətirdiyi bəla bəşəriyyət üçün yeni normaya çevrilməməlidir”, - deyə Saymon Stil sonda bildirib.

Qeyd etmək lazımdır ki, “Business Green” “yaşıl” iqtisadiyyat haqqında məlumat yayan, “yaşıl” biznes xəbərlərini dərc edən və ətraf mühit problemlərini işıqlandıran Böyük Britaniyanın aparıcı biznes nəşridir.

XİN: Makronun Ermənistanın hərbiləşdirilməsinə bəraət verən fikirləri sülh prosesinə mane olmaqdır

Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

"Fransa tərəfinə xatırladırıq ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin, bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz.

30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.

Onu da xatırlatmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub.

Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək", – A.Hacızadə qeyd edib.

Paşinyan "sülhdən yayın, Qafqazı qarışdır" əmri alıb: Amerikalı general erməni ordusuna hansı gizli tapşırıqla göndərilib

ABŞ və Fransaya güvənən Ermənistan yenidən "qırmızı cizgiləri" aşmağa cəhd göstərir, Qərbən aldığı təlimatlara uyğun olaraq, Cənubi Qafqazda yeni regional savaş ssenarisini icra etməyə çalışır... Rəsmi İrəvan Qərbin "dəstək qapısı"nın açılacağı təqdirdə, Ermənistanın Azərbaycanla yalnız sülh müzakirələrində deyil, həm də hərbi qarşıdurmada belə, daha əlverişli mövqelər qazanacağına hələ də inanır...
Cənubi Qafqazda sülh prosesi yenidən dalana dirənmək üzrədir. Belə ki, rəsmi İrəvanın sülh prosesindən uzaqlaşmağa yönəlik cəhdləri müşahidə olunmağa başlayıb. Hazırda Paşinyan hakimiyyəti situasiyanı qəlizləşdirməyə yönəlik addımlar atmağa başlayıb. Və rəsmi İrəvanın bu davranışlarında Cənubi Qafqazdan kənar dövlətlərin təsiri də olmamış deyil.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan artıq bir neçə dəfə analoji davranışları ilə regional sülh prosesini ləngitməyə cəhd göstərib. Belə ki, bu ilin fevral ayında baş naziri Nikol Paşinyan mart-aprel aylarında Ermənistan üçün taleyüklü proseslərin başlayacağını bəyan etmişdi. Ardınca isə bildirmişdi ki, Ermənistan həmin mərhələdə daha fərqli prioritetləri ön plana çıxartmaqla, Cənubi Qafqazda situasiyanı dəyişməli olacaq. Və onun bu mesajlarının arxasında gizlənən məqamlar isə qısa müddətdə ortaya çıxmış oldu.

Məsələ ondadır ki, aprelin əvvəlində Brüsseldə Azərbaycana qarşı üçtərəfli siyasi təxribat törədildi. Belə ki, ABŞ, Avropa Birliyi və Ermənistan arasında ortaq toplantı keçirildi. ABŞ və Avropa Birliyi Ermənistana genişmiqyaslı dəstək vədləri verdi. Və nəticədə bu vədlərlə şirniklənib, cəsarətlənən Ermənistan dərhal regional sülh prosesindən məsafə saxlamağa başladı.

ee5b2c60a3266c63e030d04215a729e1.jpg (189 KB)

Ancaq bir müddət sonra ABŞ və Avropa Birliyinin Ermənistana dəstək vədlərinin detalları dəqiqləşdikdə, rəsmi İrəvan açıq-aşkar məyusluq keçirməli oldu. Belə ki, Paşinyan hakimiyyəti ABŞ və Qərbdən illik üç milyard dollar həcmində maliyyə dəstəyi gözləyirdi. Ancaq ABŞ 65 milyon dollarlıq, Avropa Birliyi isə beş il üçün cəmisi 250 milyon avro məbləğində Ermənistana maliyyə vəsaiti ayırdı. Və bu, Qərb üçün Ermənistanın nə qədər dəyərsiz, əhəmiyyətsiz ölkə olduğunu növbəti dəfə təsdiqləyirdi.

Ona görə də, rəsmi İrəvan Ermənistanın ABŞ və Avropa Birliyinə yalnız müvəqqəti "geopolitik alət" olaraq, istifadə üçün lazım olduğunu nəzərə alaraq, yenidən Cənubi Qafqazdakı sülh prosesinə qayıtmaq məcburiyyətində qaldı. İkitərəfli təmasların intensivləşməsi sayəsində Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi mətninin razılaşdırılması prosesində önəmli irəliləyişlər əldə olundu. Və nəticədə həmin sənədin yaxın vaxtlarda imzalama ehtimalı ətrafında ümidverici situasiya yaranmış oldu.

Təəssüf ki, bu proses də çox uzun sürmədi. Belə ki, Fransanın dərhal hərəkətə keçərək, Ermənistanı yenidən intensiv şəkildə silahlandırması rəsmi İrəvanı növbəti dəfə cəsarətləndirməyə başladı. Hər halda, Fransadan intensiv silah idxal edən rəsmi İrəvanın siyasi ritorikasında növbəti dəfə radikal mövqe ön plana keçməyə başladı. Və bu, Paşinyan hakimiyyətinin sülh prosesindən uzaqlaşmağa niyyətinin yalnız ilkin əlamətləri idi.

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

ABŞ-Ermənistan ortaq hərbi təlimlərinin isə rəsmi İrəvanın fərqli xəyallara qapılmasına səbəb olmuş kimi görünür. Hər halda, Paşinyan hakimiyyəti bu hərbi təlimləri ABŞ-ın Ermənistana təhlükəsizlik təminatı verməsi kimi qəbul etməyə meylli görünür. Artıq İrəvanda belə təsəvvürlər yaranmağa başlayıb ki, ABŞ Ermənistanın az qala strateji müttəfiqidir və hər hansı hərbi təhlükə baş verərsə, erməni maraqları üçün savaşa hazırdır.

Digər tərəfdən, Ağ Evin Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun təmsilçisinin fəaliyyəti ilə bağlı qərar verməsi də rəsmi İrəvanın mövqeyinə neqativ təsir göstərir. Belə ki, Paşinyan hakimiyyəti amerikalı generalın gəlişindən sonra, artıq hətta Ermənistanın toxunulmaz olduğuna inanmağa belə, başlayıb. Və bu səbəbdən də, Azərbaycanla sülh danışıqlarını davam etdirməkdən yayınmağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Fransanın hərbi-texniki dəstəyinin Ermənistanı yenidən radikallaşdırdığını rəsmi İrəvanın xarici siyasət kursuna dəyişiklik etmək niyyəti də biruzə verir. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan öz yaxın ətrafına sentyabr ayında bir çoxlarını heyrətə salacaq qərarlar verməyə hazırlaşdığını bildirib. Erməni baş nazir detallı izaha ehtiyac duymasa da, ehtimal olunur ki, rəsmi İrəvan ABŞ və Qərbdən gələn hansısa avantürist təlimatı icra etmək barədə düşünür. Və bu, təlimatın Ermənistandan çox sifarişçilərin mənafeyinə hesablanmış ola biləcəyi isə qətiyyən şübhə doğurmur.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Göründüyü kimi, ABŞ və Fransaya güvənən Ermənistan yenidən "qırmızı cizgiləri" aşmağa cəhd göstərir. Bəzi ehtimallara görə, baş nazir Nikol Paşinyan yaxın vaxtlarda Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxması barədə qərar verməyə hazırlaşır. Çünki Qərb siyasi dairələri rəsmi İrəvandan Ermənistanın Rusiya ilə münasibətlərini tamamilə korlamağı tələb edirlər. Və yalnız bu halda, Ermənistana Qərbdən birbaşa "dəstək qapısı"nın açıla biləcəyinə eyham vururlar.

Təbii ki, rəsmi İrəvan bu "dəstək qapısı"nın Ermənistanı Azərbaycanla sülh müzakirələrində daha əlverişli duruma gətirə biləcəyinə də ümid bəsləyir. Ona görə də, Paşinyan hakimiyyəti müxtəlif siyasi manipulyasiyalar ilə Ermənistanı yekun sülh sazişini imzalamaqdan mümkün qədər uzaqlaşdırmağa üstünlük verir. Rəsmi İrəvanın Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli London görüşündən yayınması da belə düşünməyə tamamilə əsas verir. Və bu, Ermənistan üçün taleyüklü səhv xarakteri də daşıya bilər.

Göründüyü kimi, rəsmi İrəvan yaxın keçmişdə buraxdığı heç bir səhvdən lazımi nəticə çıxartmaq qabiliyyətinə malik deyil. Əks halda, son illərdə ABŞ və Avropa Birliyinin verdiyi vədlərin demək olar ki, heç bir real qarşılığının olmadığını nəzərə alardı. Qətiyyən şübhə doğurmur ki, rəsmi İrəvan ABŞ və Qərbin növbəti təlimatını da icra edəcək. Ancaq ardınca verilən vədlərin yerinə yetirilməsi əvəzinə, buna qədər bir neçə dəfə təkrarlanmış situasiya ilə üzləşəcək. Halbuki, bu dəfə nəticələr daha ağır ola bilər. Və rəsmi Bakının yekun sülh sazişindən yayınmaq vərdişinə düşən Ermənistana buraxdığı səhvin nə qədər təhlükəli olduğunu anlayacağı da qətiyyən istisna deyil.(musavat.com)

İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir

Bu dəqiqələrdə Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.
Bu barədə APA-nın Londona ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Hikmət Hacıyevdən Paşinyanın Londonda İlham Əliyevlə görüşdən imtinası ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Report”un sualını cavablandırıb:

- Hikmət müəllim, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu, baş tutacaqmı?

- Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu.

Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.

Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirməli, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk.

İlham Əliyev Viktor Orban ilə söhbət edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.

"Report"un Londona ezam olunan əməkdaşının məlumatına əsasən, dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli munasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlandı.

Xəbər lenti