|
“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Belə ki, müştəri məmnuniyyətinin təmin edilməsi və artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə əlavə qatarlar təyin olunub.
31 dekabr 2023-cü il, 01, 02, 05, 06 yanvar 2024-cü il tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilib. Qatar Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək.
Marşrut üzrə əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.
Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 01– 06 yanvar 2024-cü il tarixlərində hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.
Abşeron dairəvi dəmir yolu xəttində isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə və ya “ADY Mobile” tətbiqini yükləyə bilərsiniz.
Seçkilərlə bağlı prokurorluq orqanlarının vəzifələri, əsasən, daxil olmuş şikayətlərə baxılması ilə bağlıdır.
Bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
"Bildirim ki, 2002, 2009, 2016-ci illərdə referendumla bağlı bizə ümumiyyətlə müraciətlər daxil olmayıb. 2008, 2018-ci ildə prezident seçkiləri ilə bağlı da bu kimi heç bir məlumat prokurorluq orqanlarına daxil olmayıb. Seçki komissiyalarının işinə mane və müdaxilə edənlər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək”, - o qeyd edib.
Elçin Məmmədovun sözlərinə görə, seçki komissiyalarından şikayətlər məhkəməyə verilə bilər.
“Məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrində 3 gün müddətində baxılmalıdır. Seçki komissiyalarının işinə müdaxilə etməyə, seçki sənədlərini saxtalaşdırmağa görə cinayət məsuliyyəti nəzərdə tutulub”.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yeni il tətilində regionlara əlavə reyslər təyin edir.
ADY-dən verilən məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində qatar Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək. Bununla yanaşı, qatarlar ənənəvi qrafiklə də hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.
Məlumata görə, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 30 dekabr - 6 yanvar tarixlərində qatar hər gün Bakı Dəmiryol Vağzalından Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.
Növbədənkənar prezident seçkiləri ilə bağlı azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Azad olunmuş ərazilərdə təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir”.
Yeni il ərəfəsində Şuşaya giriş məhdudlaşdırılacaq.
Axar.az məlumatına görə, bayram günlərində (31dekabr – 2 yanvar) fərdi şəkildə (şəxsin adı portalda olsa da) Şuşaya girişə icazə verilməyəcək.
Bildirilib ki, bu məhdudiyyətlər Şuşada Yeni il proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlıdır.
“Şuşa şəhərindəki hotellərdə bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Buna görə də Şuşada fəaliyyət göstərən hotellər bayram paketlərini elan ediblər. Yeni ili Şuşada qarşılamaq istəyənlər yalnız tur paketlər almalıdırlar”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, bayram günlərində Şuşada Yeni il şənliyi, atəşfəşanlıq, müxtəlif musiqi və şou proqramlar təşkil olunacaq.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb.
Bununla bağlı İctimai Televiziyada süjet yayımlanıb.
Daha ətraflı videomaterialda:
Xəbər verdiyimiz kimi, paytaxtın bir sıra ərazilərində yeni velosiped yolu salınıb.
Sosial şəbəkələrdə yayılmış fotoda velosiped zolağının mühafizə olunmadığı görünür.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələyə qanuni baxımdan aydınlıq gətirib. O bildirib ki, öz zolağından çıxaraq Yol Hərəkəti Haqqında Qanunun tələblərinini pozan velosipedçilər cərimələnə bilər:
“Velosiped zolağınında avtobus zolağı kimi tələbi müvafiq yol nişanı ilə təchiz olunmaqla müəyyən edilir ki, bu da həmin tələbə riayət etmək üçün qanuni məsuliyyət formalaşdırır. Velosipedçi isə öz zolağı olan yerdə başqa zolaqla hərəkət edərsə, ona cərimə tətbiq oluna bilər. Çünki YHHQ-nun 46-cı maddəsində velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblərdə bütün anlayışlara açıq izah verilib.
Yəni velosipedçi öz zolağı ilə və ya sağ zolaqla, yolun çiyni ilə hərəkət etmirsə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 338-ci maddəsinə əsasən 40 manat cərimə nəzərdə tutulan hal var. Yəni Yol hərəkəti haqqında Qanunun 46-ci maddəsində olan tələbləri yerinə yetirmirsə, İXM-nin 338-ci maddəsinə uyğun olaraq barəsində 40 manat məbləğində inzibati tənbeh tədbiri seçilə bilər. Onsuz da velosiped zolağının standartı var və ora avtobus, maşın daxil ola bilməz. Velosiped zolağına digər yol-hərəkət iştirakçılarının daxil olmaması üçün mühafizə olunur. Həmin zolaq mühafizə olunmayıbsa belə, orada maşın saxlamaq və ya təyinatı olmayan şəxslərin daxil olması yolverilməzdir. Bu, baş verərsə, dayanma-durma tələbinin və ya nişanın tələbinin pozulması kimi qiymətləndiriləcək. Velosiped zolağı olması ilə bağlı nişan qoyulubsa, təyinatı üzrə olmayan nəqliyyat vasitələri həmin əraziyə daxil ola bilməz. Bu, İXM-nin 327-ci maddənin 1-ci bəndinə əsasən, eynilə avtobus zolağında olduğu kimi, 40 manat cəriməsi olan haldır”.
DYP rəsmisi velosiped zolağına moped və motosikletlərin daxil olmasına icazə verilib-verilməməsinə də aydınlıq gətirib:
“Moped velosiped zolağına daxil ola bilər. Yol hərəkəti haqqında Qanunun 46-cı maddəsində velosipedçilərlə mopedçilərin hüquqları bərabərdir. Motosiklet isə velosiped zolağına girə bilməz. Çünki motosikletlər mexaniki nəqliyyat vasitəsi kimi avtomobillərə bərabər hüquqlar daşıyır yəni onlar tam hüquqlu nəqliyyat vasitəsi hesab olunur”.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Bu barədə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, dekabrın 18-i səhərədək ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
"Bolt" taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. Bu barədə Sputnik Azərbaycan-a "Bolt"taksi şirkətinin sürücüləri məlumat veriblər.
Bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Dünəndən qiymət artımı tətbiq edilib. "Bolt" taksi şirkətinin Zülfiqar adlı sürücüsü bildirib ki, gedişhaqqında bahalaşma yaxın məsafələrə tətbiq edilib. Sürücülərə isə uzaq məsafəyə gediş haqqının artırılması daha sərfəlidir.
"Bolt" Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirlib ki, hal-hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir.
Məlumat üçün bildirək ki, hazırda "Bolt" taksidə minimal gediş haqqı 2,50 AZN-dir