Bu avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirildi

Bu gündən Bakının Xətai rayonunun Gəncə prospektində (Sadıqcan dairəsi adlanan hissədən Zığ şosesinə qədər) aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 43, 44, 60, 121E, 132 və 183 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Həsənov küçəsi, Cavanşir küçəsi, Ramiz Quliyev küçəsi, 8 Noyabr prospekti ilə təşkil edilib", - deyə məlumatda qeyd olunub.

Bakıdakı bağçalara növbəyə yazılma başladı

Bakıdakı məktəbəqədər təhsil müəssisəsinə (bağça) növbəyə yazılma prosesi başlayıb.

Məktəbəqədər təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.

Boş yerlərə qəbul isə il ərzində aparılır.

Məlumat üçün bildirək ki, bağçalara onlayn qeydiyyat iyulun 16-dan www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə başlayıb.

Qeyd edək ki, əvvəlki ildən fərqli olaraq bu il bağçalara uşaqların qeydiyyatında yaş qrupları üçün sistem ferqi vaxtlarda aktiv olub. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.



Yol-xeber.az" xəbər verir ki,  Lokomotivlərimiz Yeni Gəncə Lokomotiv deposunda peşəkar mütəxəssislər tərəfindən ən yeni texnologiyalarla yoxlanılır və təmir edilir.
“Train Tracer” xüsusi proqramı vasitəsilə hərəkətdə olan lokomotivlər izlənilir, hər hansı nasazlıq aşkarlanarsa, lokomotivlər dərhal depo ərazisinə yönləndirilir.
ADY təhlükəsizlik dəyərinə sadiq qalaraq sərnişinlərin və yüklərin mənzilbaşına təhlükəsiz çatdırılması üçün lokomotivlərin, qatarların planlaşdırılmış qrafik üzrə baxışını və təmirini həyata keçirir.
Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ev verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Qeyd edilib ki, ikiotaqlı, tam təmirli mənzil D.Qasımovaya təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ordubad şəhərinin Baş planı hazırlanır

Ordubad şəhərinin Baş planının hazırlanması ilə bağlı onlayn görüş keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov, nazirliyin əməkdaşı Gülbuta Babayeva, Azərbaycan Respublikası Şəhərsalama və Arxitektura komitəsinin əməkdaşı Məzahir Hüseynov, İsveçrənin “SA Partners” şirkətinin əməkdaşları Angela Viest və İpek Kahraman iştirak edib.

Görüşün əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinin icrası ilə bağlı Ordubad şəhərinin baş planının hazırlanması zamanı mədəniyyət abidələrinin qorunması, şəhərin ümumi tarixi görünüşünün diqqətdə saxlanılması ilə bağlı işlərin həyata keçirilməsidir.

Görüşdə qoruq ərazisində iş aparılması üçün nəzərə alınmalı olan amillər və qaydalar, qoruğun mühafizə zonasının olması və qaydaları, sərhədlərinin mövcudluğu, tikiləcək olan otel binası layihəsinin tarixi şəhər qaydalarına uyğunluğu, yeraltı su kanalları, kəhrizlərin, tunellərin sxemləri, qoruq ərazisində tikinti və bərpa işinin aparılması qaydaları və digər məsələlər müzakirə edilib.



Yol-xeber.az" xəbər verir ki,  Qaydalarda
- sərnişinlərin və baqajın daşınması
- bilet alışı zamanı təqdim olunmalı sənədlər
- qatarlara minik təlimatı
- ödənilmiş məbləğin geri qaytarılması və digər məsələlər yekun formada əksini tapıb.
Təsdiqlənmiş qaydalarda şəhərətrafı və ölkədaxili qatarlarla uşaqların daşınması, uşaqlar üçün ödənişsiz səfərlər, həmçinin gediş haqqı tarifinin hesablanması məsələsinə xüsusi yer verilib.


Yol-xeber.az" xəbər verir ki,   Qatarlarımızla rahat və təhlükəsiz səfərlərin təşkilində bələdçilərimizin xüsusi rolu var.
Bütün səfərlərdə sərnişinlərin etibarlı yol yoldaşı olan ADY bələdçilərinin peşəkarlığı sərnişindaşıma xidmətinin keyfiyyətini müəyyən edən əsas meyarlardan biridir.
 career.ady.az saytında müvafiq bölmədən müraciət edərək siz də peşəkar bələdçi heyətimizin bir üzvü ola bilərsiniz.


Yol-xeber.az" xəbər verir ki,  İntellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasında mühüm rol oynayan "Yüksəliş" müsabiqəsinin qalibləri arasında ADY-nin əməkdaşları - Strateji inkişaf departamentinin müdiri Anar Qasımov və "ADY Express" MMC-nin baş maliyyə inzibatçısı Kamal Hüseynli də var. Həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.
Əminəm ki, onlar öz bilik və bacarıqları ilə ADY-nin strateji hədəflərinə çatmasına və gənc əməkdaşların lider kimi inkişafına xüsusi töhfə verəcəklər.
ADY "Təhlükəsizlik həftəsi"ndə Hacı Zeynalabdin qəsəbəsində dəmir yolu yaxınlığında fəaliyyət göstərən fermerlərlə görüş keçirib

Yol-xeber.az" xəbər verir ki,   Fermerlərə mal-qaranı dəmir yolundan keçirərkən heyvanlar üçün ayrılmış xüsusi keçidlərdən istifadə etmələri, qatarların intensiv qrafiki nəzərə alınmaqla onları dəmiryol ərazisinə nəzarətsiz buraxmamaları tövsiyə edilib.
 Qatarlarımız bu ilin 6 ayı ərzində nəzarətsiz buraxılmış mal-qara ilə 19 dəfə toqquşub.
Bu hadisələr zamanı qatarlar ciddi zərər görür, nəzarətsiz buraxılan mal-qaranın sahibi isə qanunvericiliyə uyğun olaraq cərimələnir.
Həmçinin hadisə nəticəsində heyvanlar tələf olur, maşinistin təcili tormozlaması nəticəsində sərnişinlər və qatar heyətinin həyatı təhlükə altına düşür, qatarların hərəkət qrafikində gecikmələr yaşanır.
ADY "Təhlükəsizlik həftəsi"ndə Hacı Zeynalabdin qəsəbəsində dəmir yolu yaxınlığında fəaliyyət göstərən fermerlərlə görüş keçirib
ADY "Təhlükəsizlik həftəsi"ndə Hacı Zeynalabdin qəsəbəsində dəmir yolu yaxınlığında fəaliyyət göstərən fermerlərlə görüş keçirib
ADY "Təhlükəsizlik həftəsi"ndə Hacı Zeynalabdin qəsəbəsində dəmir yolu yaxınlığında fəaliyyət göstərən fermerlərlə görüş keçirib
Bu küçədə avtomobillə hərəkətə məhdudiyyət qoyulub

Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar bu gün Əhməd Rəcəbli küçəsində (Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

"Yol-xeber.az Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, tətbiq edilən məhdudiyyətlə əlaqədar 2, 5, 9, 11 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ağa Nemətulla küçəsi, Uluqbəy küçəsi, Fətəli xan Xoyski küçəsi və Faiq Yusifov küçəsi ilə təşkil edilib.

Xəbər lenti