Yol-xeber.az" xəbər verir ki,  ADY xidmət keyfiyyətinin yüksəldilməsi və təhlükəsizliyin tam təmin edilməsi üçün dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyin təşkili ilə bağlı qaydaları yeniləyir.
 Ölkədaxili səfərlər zamanı sərnişinlərin qeydiyyatı və minik
-səfərdən bir saat əvvəl başlayır;
-qatarın yola düşməsinə 5 dəqiqə qalmış dayandırılır.
 Bu yeniliklər sərnişinlərin qatarlara rahat və vaxtında daxil olmasına və yerləşməsinə imkan yaradır.
Dövlət xəstəxanalarında işləmək istəyənlərin NƏZƏRİNƏ - Baş nazir qərar imzaladı

"Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası" təsdiq edilib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qayda dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə (bundan sonra-tibb müəssisələri) tibb işçilərinin işə qəbulu qaydasını, vakant vəzifələrin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılmasını, müsahibənin keçirilməsini, qiymətləndirmə aparılmasını, müsahibənin nəticələrinin araşdırılması qaydasını müəyyən edir.

Tibb müəssisəsinin rəhbəri (baş həkim, baş direktor, direktor, rəis, müdir) və onun müavinlərinə, hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (qurumları) və hüquq mühafizə orqanlarının tibb müəssisələrinə isə şamil edilmir.

Bu qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Bakıda xətlərə əlavə 200 avtobus buraxılıb

Bakıda xətlərə əlavə 200 avtobus buraxılmış, marşrutların orta yükü 55%-ə endirilmişdir.

Trend xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut və zolaqlar şəbəkəsinin tətbiqinə başlanılmışdır.

“Yeni şəbəkədə təxminən 160 km avtobus zolaqlarının yaradılması nəzərdə tutulub.

Hövsan qəsəbəsini (MİDA) 28 May və Əhmədli m/s-ları ilə əlaqələndirən 120 və 121E, həmçinin Şüvəlan və 4 Mərdəkan qəsəbələrini Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 140 və 140E nömrəli marşrutlar istifadəyə verilmişdir.

M.Şərifli küçəsi (Vərəm dispanseri) Xətai rayonu Cavanşir küçəsini əlaqələndirən 12 nömrəli və 28 May 5 m/s-nı Günəşli qəsəbəsi ilə əlaqələndirən 46 nömrəli marşrutda müasir və rahat avtobuslar istifadəyə verilmişdir.

160 ədəd elektrik avtobusunun idxal edilməsi və daha 200 ədəd avtobusun təmir edilərək sərnişindaşımaya qaytarılması nəzərdə tutulur.

Bakı-Sumqayıt yolunda, Ş.Bədəlbəyli, Füzuli və Haqverdiyev küçələrində yeni zolaqlar istifadəyə verilmişdir. Hazırda 23 küçə və prospektdə təxminən 66 krn xüsusi zolaq mövcuddur.

Gənclik Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilmişdir. Koroğlu m/s-nın cənub çıxışında və 28 May m/s qarşısında yeni Nəqliyyat Mübadilə Mərkəzlərinin təşkili istiqamətində işlər aparılır”.

Azərbaycanda kibercinayətlərə qarşı yeni işçi qrupu yaradıldı

Kibertalamaların qarşının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və ölkədə fəaliyyət göstərən bankların nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı və ölkədə fəaliyyət göstərən bankların nümayəndələrinin iştirakı ilə bank kartlarından kibertalamalara dair aktual problemlərin müzakirə edilməsi məqsədilə işçi görüş keçirilib.

Tədbirdə çıxış edən DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev kibertalama və kiberdələduzluq hallarının qarşısının alınması üçün bank-maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Kibermaarifləndirmə sahəsində aparılan profilaktik tədbirlərdən söz açan Baş İdarə rəisi bu sahədə işlərin daha da gücləndirilməsi üçün birgə səylərin artırılmasının və qarşılıqlı əlaqənin yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətini qeyd edib.

İclasda çıxış edən Mərkəzi Bankın baş direktoru Fərid Osmanov bildirib ki, bank kartlarının kibertalanması vətəndaşların sosial rifahına birbaşa mənfi təsir edən amillərdəndir. F.Osmanov bu sahədə problemlərin qısa zamanda aradan qaldırılması üçün mövcud olan beynəlxalq təcrübələrdən də istifadə olunmasının effektiv nəticələrə səbəb ola biləcəyini qeyd edib.

Tədbirdə həmçinin çıxış edən bankların kibertəhlükəsizlik üzrə məsul şəxsləri, departament direktorları və bank-maliyyə sektorunda bu məsələyə nəzarət edən rəhbər şəxslər kartlardan pul vəsaitlərinin talanmasının qarşının alınması, eləcə də Baş İdarə ilə koordinasiyalı işlərin görülməsi məqsədilə qısa zamanda təkliflərin hazırlanacağını və aidiyyəti üzrə təqdim ediləcəyini vurğulayıblar.

Görüşün sonunda kibertalamalara qarşı mübarizədə birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və qabaqlayıcı işlərin görülməsi üçün DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları və bankların nümayəndələrindən ibarət işçi qrupun yaradılması haqqında qərar qəbul edilib.

Parklanmaya görə sürücülərdən tutulan 10 qəpiklə bağlı açıqlama

“Son aylarda həyata keçirilən tədbirlər nəticəsində ölkə yollarında 31 məntəqə üzrə 51 elektron tərəzi quraşdırılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib.

O bildirib ki, elektron tərəzilərin quraşdırılması yolların mühafizəsi baxımından müsbət nəticələr verir: “Bu işdə Daxili İşlər Nazirliyinin gördüyü tədbirlər, aparılan maarifləndirmə işi də çox əhəmiyyətlidir”.

Nazir müavini əlavə edib ki, hazırkı vaxtadək Bakı şəhərində 19000 parklanma yeri təşkil edilib: “Parklanma xidmətinə görə sürücülərdən tutulan 10 qəpik xidməthaqqı isə mobil operatorların özlərinin müəyyən etdiyi ödənişdir. Lakin mobil tətbiq vasitəsilə ödəniş edilərkən heç bir əlavə xidməthaqqı mövcud deyil”.

Xatırladaq ki, “Azparking”də giriş-çıxışda göndərilən hər SMS-ə görə 0.10 AZN ödəniş çıxılması müzakirələrə səbəb olmuşdu. Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirmişdi ki, bu, “Bakcell” və “Nar” mobil operatorları tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil. “Azercell” mobil operatoru tərəfindən isə bu xidmət üçün heç bir komissiya haqqı tətbiq edilmir.

Bakıda taksilərin sayı 50 faiz azaldılıb - RƏSMİ

"Hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir".

Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, əvvəl Bakıda 67-70 min taksi fəaliyyət göstərirdi.

"Taksi sahəsində aparılan tənzimləmələrdən sonra elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə, 35 min taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək", - deyə nazir müavini qeyd edib.

Kamaləddin Qafarov: “Milli mətbuatımızın inkişafında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur”
“Sabah Azərbaycan milli mətbuatının yaranmasının 149-cu ildönümüdür. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi”  qəzetinin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən olan Həsən bəy Zərdabi idi.”

Bu sözləri mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov xatırlatmışdır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli mətbuatının inkişaf yolunu yüksək qiymətləndirərək demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Rusiya İmperiyasının rəhbərliyi qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.”

K.Qafarov müstəqillik illərində mətbuat sahəsində həyata keçirilən önəmli islahatlardan da bəhs edib: “Bütün digər sahələrdə olduğu kimi, milli mətbuatımızın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1993-cü ildən başlayaraq məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və ictimai həyatın bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Həyata keçirilən islahatlar milli mətbuatımızın da dayanıqlı inkişafına səbəb olmuşdur. Nəticə olaraq Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1998-ci ildə Ulu Öndər tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.”

K.Qafarov müasir dövrümüzdə milli mətbuatımızın inkişafı üçün xüsusilə əlverişli şəraitin yaradıldığını vurğulayıb: “Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib hesab edən ölkə Prezidenti cənab İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti kimi dəyərləndirmişdir. Ulu Öndər Heydər Əliyevin mətbuata və bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğı bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet mediası inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə göstərilən daimi qayğının tərkib hissəsidir” .


Yol-xeber.az" xəbər verir ki,  19 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu  küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yeni radarlar cərimə yazır? - AÇIQLAMA

"Yeni monitorlar cərimə yazmır, sürücüləri məlumatlandırır".

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır:

"Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir. Bu radarlar yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir. Onların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir. Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir".

Xaricdən avtomobil gətirənlərin bəziləri gömrükdən narazıdır - VİDEO

Xaricdən ölkəyə avtomobil gətirənlərin bəziləri gömrük rəsmiləşdirilməsi zamanı problemlə üzləşdiklərini iddia edirlər.

Qeyd edilir ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində son günlər avtomobillərin gömrük rəsmiləşdirməsi prosesi həddindən çox uzanır.

Bununla belə, avtomobillərin gömrük rəsmiləşdirilməsində hər hansı gecikmənin olmadığını deyənlər də var.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, son günlər Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində rəsmiləşdirilmə prosesində baş verən ləngimələr xaricdən ölkəyə gətirilən nəqliyyat vasitələrinin çoxluğu ilə əlaqədardır. Belə ki, adi günlərdə xaricdən gətirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün Baş İdarəyə gündəlik 350 müraciət daxil olurdsa, son 10 gündə bu rəqəm 2  dəfəyə qədər artaraq gündəlik 550-650 təşkil edir. Hazırda Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və rəsmiləşdirilmə prosesində baş verən ləngimələr qısa zaman ərzində aradan qaldırılacaq.

Ətraflı videomaterialda.

Xəbər lenti