Uçqunla bağlı Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər - RƏSMİ

Badamdarda qaya parçalarının uçması ilə bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

"Ölkə.az"a daxil olan birgə məlumatda qeyd edilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

"Bu çərçivədə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan tədbirlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

Bununla əlaqədar sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur"- məlumatda qeyd edilir.

Qatarlarda ödənişsiz "Wi-Fi" xidmətinin tətbiqinə başlanılır

Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili qatarlarda test rejimində ödənişsiz "Wi-Fi" xidmətinin tətbiqinə başlayıb.

Yol-xeber.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, pilot layihə çərivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək.

Mərhələli şəkildə "Wi-Fi" bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.

"Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY, həmçinin stansiya və vağzallarda mövcud olan "Wi-Fi" zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb.

Kəsintisiz internetdən istifadə üçün cihazlarınızı "ADY Free" şəbəkəsindən ayırıb yenidən qoşmağınız kifayətdir", - deyə məlumatda qeyd olunub.

Kəmaləddin Heydərov Badamdarda HADİSƏ yerində - FOTOLARXəbər verildiyi kimi, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülərək aidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 29-da səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi ilə əlaqədar görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Qeyd edilib ki, hazırda Fövqəladə Hallar Nazirliyi aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi istiqamətində zəruri tədbirlər görür.

Kəmaləddin Heydərov Badamdarda HADİSƏ yerində - FOTOLAR
Kəmaləddin Heydərov Badamdarda HADİSƏ yerində - FOTOLAR
indi-dairevi-yolda-veziyyet-necedir

Xəbər verdiyimiz kimi, dünən saat 16 radələrində Kənar Dairəvi-1 avtomobil yolunun 6-cı kilometrliyinin yaxınlığında qaya parçası təhlükəli vəziyyət yaradıb.

“Hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tərəf meyillənib. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu da gecə saatlarında yolda böyük tıxacın yaranmasına səbəb olub.

Hazırda yoldakı vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun inspektoru, polis leytenantı Elvin Hacıyev müraciətimizə cavab olaraq bildirdi ki, ərazidə vəziyyət nəzarət altındadır və hazırda tıxac yoxdur: “Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların nümayəndələri ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib. Ərazidə hazırda hər hansı təhlükə gözlənilmir. Həmçinin, yolda tıxac yoxdur”.

 

 

 
Bakıda milyonlarla manat dəyəri olan torpaq sahələri satışa çıxarıldı - VİDEO

Paytaxtda qiyməti onmilyonlarla manat olan torpaq sahələri satışa çıxarılıb.

Elan saytlarına nəzər salanda məlum olur ki, "Ağ Şəhər" ərazisində bir sotu 195 min manat olan torpaq sahəsinin ümumi qiyməti 39 milyon manatdır. Həmçinin metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə satışa çıxarılan torpaq sahəsinin bir sotu 781 min manat, ümumi qiyməti 25 milyon manatdır.

Eyni zamanda "Şah İsmayıl Xətai" stansiyasının yaxınlığındakı torpaq sahəsinin bir sotu 104 min manat, ümumi qiyməti isə 25 milyon manatdır.

Dəyəri onmilyonlarla manat olan torpaq sahələri mərkəzdən kənar ərazilərdə də mövcuddur.

Belə ki, Şıxov və Xocəsən qəsəbələrində qiyməti 25 milyon, Lökbatanda 22 milyon, Buzovnada 21 milyon, Mərdəkanda 20 milyon manata satışa çıxarılan torpaq sahələrinə rast gəlmək mümkündür.

Ekspert Elnur Fərzəliyev deyir ki, qiymətlərin yüksək olması yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə yararlı torpaqların azlığı ilə əlaqədardır:

"Xüsusən də yolkənarı, qeyri-yaşayış obyektləri üçün yararlı torpaq sahələrinin satış qiymətlərində kəskin artımlar müşahidə olunur. Qiymət dəyişimi yerləşdiyi ərazidən və ümumi torpaq sahəsindən asılıdır. Hazırda paytaxtda çoxmənzilli binaların inşası üçün torpaq sahələri məhdud və qiymətlərin yüksək olması səbəbindən tikinti şirkətləri daha çox pilot layihələr üzərindən qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarını sökərək onların üzərində yeni hündürmərtəbəli binalar inşa edirlər".

Ekspert hesab edir ki, bəzi ərazilərdə qiymətlər sabit qalsa da, ümumilikdə tikintiyə yararlı torpaq sahələrinin bahalaşması davam edəcək.

Ətraflı Baku TV-nin süjetində:

Həmən tuneli yenə su basdı - VİDEO

Səhər saatlarından yağan leysan xarakterli yağışdan sonra Bakının yollarında yenə çətinlik yaranıb.

 Sabunçu Dəmir Yolu Vağzalı ətrafındakı ərazi suyun altında qalıb. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb. Eyni zamanda 2 nəfərin boğularaq öldüyü tuneli də su basıb və ora giriş-çıxış bağlanıb. 

Bundan başqa, Nərimanov rayonu ərazisindəki tuneldə də su toplanıb. 

Hətta mərkəzi yollarda belə yağış suları maşınların və piyadaların hərəkətinə mane olub.

Xatırladaq ki, ötən həftə yağışın normadan dəfələrlə artıq yağması nəticəsində də paytaxtın bir neçə ərazisini su basmışdı. Aidiyyəti strukturların rəhbərləri ərazilərə baxış keçirərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını vermişdilər.

Bakıda ilk dəfə - Pul verməyəcəksiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda 9 məntəqə üzrə 94 ödənişsiz parklanma yeri təşkil edib.

Bu barədə agentlik xəbər verir.

Məlumata görə, 4-cü zonaya daxil olan Səbail rayonunun Mikayıl Useynov və Aqil Quliyev küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Bu ərazilərdə qiymət tənzimlənməsi tətbiq olunmur. 3 məntəqə fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub.

"Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir", - AYNA-dan bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiqlənməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə 5 parklanma zonası müəyyən olunub. Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi dörd zonada tətbiq edilir.

Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.

Dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub. Vətəndaşlarımız qanunsuz pul tələbi ilə rastlaşdığı təqdirdə mütləq qaydada hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Parklanmanın düzgün idarəedilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır. Parklanmanın idarə olunması, nəqliyyat vasitələrinin nizamlı parklanmasını təmin etməklə yanaşı, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir.

Səkiylə hərəkət edən sürücülərə xəbərdarlıq - Cərimələnəcəksiniz!

Bəzi sürücülər piyadaların rahat və təhlükəsizliyi üçün nəzərdə tutulmuş səkilərdə nəqliyyat vasitələrini saxlayır.

Bunu Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.

O bildirib ki, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları piyadaların iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir:

“Səkidə nəqliyyat vasitəsini saxlayan və yaxud ora ilə hərəkət edən sürücülər piyadaların hərəkətinə maneə yaradır. Piyadalar məcburi olaraq yolun hərəkət hissəsinə düşməli olurlar. Bu zaman piyadaların iştirakı ilə baş verə biləcək yol qəzalarına real zəmin yaradır. Təbii ki, idarə tərəfindən səkilərdə nəqliyyat vasitəsini saxlayan və yaxud ora ilə hərəkət edən sürücülər barəsində qanunamüvafiq addımlar atılır”.

Bölmə rəisi qeyd edib ki, piyadalar tərəfindən idarəyə moped və motosikletlərin səkilərdə hərəkət etməsi ilə bağlı şikayətlər daxil olur:

“Həmin şikayətlər araşdırılır. Həmin sürücülər qanunauyğun qaydada cəzalandırılır. Çünki qanunaziddir və öz növbəsində yolverilməzdir. Belə sürücülər aşkarlanaraq cərimələnir”.

“Bağırov” körpüsündə subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ

Bu gün səhər saatlarından etibarən aidiyyəti qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib. Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır".

Binalara istilik vaxtından tez veriləcəkmi? - Açıqlama

Son günlərdə havaların soyuq keçməsi ilə hər il olduğu kimi mərkəzi istiliyin vaxtından tez verilib-verilməməsi mövzusu gündəmə gəlib.

Son günlərdə havanın yağıntılı olması, xüsusilə də dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağması müşahidə olunur.

Yaşayış binalarına istilik dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən verilsə də, Bakı və digər yerlərdə istilik hər il 15 noyabrdan verilir.

Temperaturun aşağı olmasına görə istliyin erkən veriməsi ilə bağlı Ölkə.Az-a danışan "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, havanın temperaturu 5 gün ardıcıl 8 dərəcədən aşağı olarsa və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnozlarında növbəti günlərdə də havanın temperaturunun aşağı olacağı göstərilərsə, bu halda qazanxanaların vaxtından əvvəl işə salınmasına baxıla bilər.

Xəbər lenti