İyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-29° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.

Bakıya yağış yağması taksi qiymətlərinin kəskin şəkildə bahalaşmasına səbəb olub.

Oxu.Az xəbər verir ki, ötən gün axşam saatlarından Bakıda və Abşeron yarımadasında başlayan yağıntılı hava şəraiti bu gün səhər saatlarında taksi xidmətinə tələbatın artmasına gətirib çıxarıb.
Vəziyyətdən istifadə edən taksi şirkətləri isə qiymətləri az qala 40-50% bahalaşdırıblar.

Hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsi səbəbindən rayonlardakı istirahət məkanlarında durğunluq yaşanır.

Hazırda bir sıra rayonlarda hava şəraiti qeyri-sabit keçir əv bu vəziyyət  insanların istirahətinə, bölgələrə yollanmasına mənfi təsir göstərir.

Yerli turistlər istədikləri kimi gəzə bilmədikləri üçün heç yerə getmirlər, daha doğrusu gedə bilmirlər.

Məsələn, bu gün bazar günü olmasına baxmayaraq, istirahət məkanlarından birində durğunluq müşahidə etdik. Hazırda bölgələrdə yerlərin 100-də 50-i istifadəsiz idi.

Mövzu ilə bağlı danışan turizm eksperti Rəhman Quliyev deyir ki, turist sayının azalması istirahət məkanlarında qiymətlərə də təsir edib. Hazırda qiymətlərdə 15-20% ucuzlaşma var.

Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərə taksometr quraşdırılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönəcək.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunda 130 nəfər olacaq:

“Zəvvarlar Mədinə saatı ilə 19:00-da yola düşəcəklər, yerli vaxtla saat 23:20-də isə Bakıya çatacaqlar”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Zəvvarlar iyulun 5-dən Vətənə geri dönürlər.

Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbə nümayəndəliyinin fəaliyyətindən narazı olduğunu bildirib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə P.Həşimovun xatirəsinə təşkil olunmuş anım mərasimində danışıb.

Şəhid anası bildirib ki, hər il oğlunun anım mərasimini Polad Həşimovun adını daşıyan idman klubunda keçirib. Lakin bu il həmin klubunun qapıları şəhid anasının üzünə bağlı olub:

“Qızıldaş qəsəbəsində Polad Həşimov adına idman klubundakı tədbirlərdə 3 il iştirak etmişəm. Amma əfsuslar olsun ki, bu il Qızıldaş qəsəbəsindəki idman klubunda yox, “Laçın” adında restoranda iştirak edirik. Ona görə ki, klubun qapısı bizim üçün bağlı oldu. Amma məlum deyil ki, nədən bağlı oldu”.

Hazırda Bakıda 5 məktəb, 1 uşaq bağçası, 4 səhiyyə obyekti, 4 digər büdcə təşkilatı, 76 kommersiya obyektinə, ümumilikdə 54 binaya 42 qazanxana vasitəsilə isti su verilir.

Bu sözləri Axar.az-a bəzi binalarda isti su rüsumunun qaldırılması səbəbləri haqqında danışan Azəristiliktəchizat ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

O, isti su tariflərinin Tarif Şurası tərəfindən deyil, "Azəristiliktəchizat" tərəfindən binalara çəkilən xərclər nəzərə alınmaqla müəyyən edildiyini bildirib:

“Hazırda Azəristiliktəchizat ASC-nin 462 qazanxanası fəaliyyət göstərir, bunların 42-si həm də 3413 mənzili isti su ilə təmin edir. 1 yanvar 2017-ci ildən etibarən isti su tarifləri Tarif Şurası tərəfindən tənzimlənmir. Cari ilin iyul ayının 1-dən etibarən Azəristiliktəchizat ASC tərəfindən isti su tariflərində dəyişikliklər edilib. İsti su tarifləri isə Azəristiliktəchizat ASC-nin ayrı-ayrı binalar üzrə sərf etdiyi xərclər nəzərə alınmaqla müəyyən edilir. Sözügedən xərclər binadakı mənzillərin və yaşayan sakinlərin sayına və s. görə dəyişir. Yəni Bakı şəhərində isti su verilən binalarda yaşayan vətəndaşlar üçün ümumi deyil, sadaladığımız səbəblərə görə fərqli isti su tarifləri tətbiq olunur. Ona görə bununla bağlı konkret bir rəqəm demək mümkün deyil”.

Təhsil naziri Emin Əmrullayevlə jurnalist Ruslan Zeynallının fotosu sosial şəbəkədə gündəm olub.

Ölkə.az bakupost.az-a istinadən xəbər verir ki, nazirlə jurnalistin bir-birinə bənzəməsi maraqla qarşılanıb.

Bir çox sosial şəbəkə səhifələrində paylaşılan fotoya “alma-almaya bənzər”, “elə bildim montajdir”, “bu qədər də bənzərlik olmaz kimi...” şərhlər yazılıb.

Qeyd edək ki, R. Zeynallı uzun illər "ASAN Radio"da və bir sıra televiziya kanallarında aparıcı-redaktor vəzifələrində çalışıb.

Hazırda o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.

Eyni zamanda, Real TV-də Nazirliyin layihəsi olan “Fermerin real dostu” verilişinin aparıcısıdır.

R. Zeynallı bəstəkar və müğənni Sevinc Ağasıyeva ilə ailəlidir.

 

 

 

 

Təhsil naziri Emin Əmrullayevlə jurnalist Ruslan Zeynallının fotosu sosial şəbəkədə gündəm olub.

Ölkə.az bakupost.az-a istinadən xəbər verir ki, nazirlə jurnalistin bir-birinə bənzəməsi maraqla qarşılanıb.

 
 
 
Ad - 00:18

Bir çox sosial şəbəkə səhifələrində paylaşılan fotoya “alma-almaya bənzər”, “elə bildim montajdir”, “bu qədər də bənzərlik olmaz kimi...” şərhlər yazılıb.

Qeyd edək ki, R. Zeynallı uzun illər "ASAN Radio"da və bir sıra televiziya kanallarında aparıcı-redaktor vəzifələrində çalışıb.

Hazırda o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.

Eyni zamanda, Real TV-də Nazirliyin layihəsi olan “Fermerin real dostu” verilişinin aparıcısıdır.

R. Zeynallı bəstəkar və müğənni Sevinc Ağasıyeva ilə ailəlidir.

 

 

 

 

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

Daha 85 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.
Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı qarşıdakı aylarda dünyada daşqın, qasırğa və istilik dalğaları kimi ekstremal hava hadisələrinin yaşanacağını açıqlayıb. Məlumatda "iqlim apokalipsisi"nin tezliklə dünyanı vuracağı bildirilib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan ekoloq Ənvər Əliyev yaxın aylarda dünyanı gözləyən fəlakətlərdən söz açıb. Günəşdə sentyabra qədər bir neçə partlayışlar olacağını deyən ekoloq bunun da yer atmosferinə mütləq təsir edəcəyini söyləyib: 

“Məsələ bundadır ki, Günəşdən yer atmosferinə daxil olan hissəciklər ancaq şüa halında deyil. Onlar müəyyən yüklü hissəciklərdir və işıq sürəti ilə yox, gec gəlib çatırlar. Bu hissəciklər daha çox fəsad törədirlər. Rabitə sistemindən tutmuş insan sağlamlığına qədər hər bir şeyə təsir edir.

Planetimizə kənardan təsirlər, xüsusən Günəş sisteminin təsirləri, o cümlədən ayın daha da yaxınlaşması və s. hamısı yerdaxili fəsadların çoxalmasına səbəb ola bilir.

Hazırda Günəşdə olan bəzi dövri (11 illik dövrilik-red.) proseslər öz təsirini göstərməkdədir. Məsələ burasındadır ki, hazırda Günəş partlayışları baş verir. Günəşlə bağlı tədqiqat aparan elm adamlarının sözlərinə görə, sentyabra qədər bir neçə partlayışlar olacaq. Bürkülü havaların müşahidə olunması, yüklü hissəciklərin yer atmosferinə daxil olması ilə baş verən müəyən fəsadlar elektron rabitə sistemi ilə bərabər, insanların sağlamlığına da təsir göstərməsi mümkündür. 

İndidən vəziyyətin necə olacağını demək çətindir, amma hər halda Günəşdə bəlkə də milyon illər ərzində baş verən dəyişikliklərin hansısa fəsadları olacaq. Biz hazırda 11 illik dövri proseslərdə olan fəsadları müşahidə edirik”.

Son həftələrdə ölkəmizdə baş verən güclü daşqınlar və sel barədə də danışan ekoloq bunu normal hal kimi qiymətləndirib:

“Hazırda Azərbaycan ərazisində əvvəlki illərə nisbətən daha çox yağıntıların olmasının fəsadları çoxdur. Düzdür, bu, 50-ci illərdə və ondan əvvəl də olub. 

Ölkə ərazisində vəziyyət elədir ki, iqlim amillərinin bir-birilə toqquşması, həddindən artıq anomaliyalar baş verir. Ancaq məsələnin digər tərəfi də ondan ibarətdir ki, Azərbaycan ərazisində hələ ki quraqlıq elementləri baş vermir. Ölkəmizin ərazisinə kifayət qədər yağıntı düşür və bu da xeyli ərazilərdə fəsadlar yaradır. Planetimizin təbii mühiti bir sıra hallarda balanslı olsa da, yer atmosferinə düşən yağıntı və buxarlanmanın balansı düz olmadığına görə, bu, ayrı-ayrı yerlərdə fəsadlar yaradır. Ümumilikdə götürdükdə bir yerdə əbədi quraqlıq olsun, başqa yerdə yağıntılar olsun (iqlim qurşaqlarını çıxmaq şərtilə), belə fəsadlar yoxdur.

Azərbaycanda yazın sonu yayın əvəli yağıntılı dövrdür. Biz indi gəmin dövrə təsadüf edirik. Bu yağıntılar və daşqınların olması normal haldır. Bildiyiniz kimi hazırda daşqınlar olur və təəssüf ki, bu, yağış halında yerə gəlmir. Yağıntı qar halında olsaydı, ölkəmizdəki çayların su rejimi düzələr, əvvəlki kimi sahələrdə o sudan normal istifadə edilərdi”.

Xəbər lenti