2019-cu ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı bu il fevralın 1-nə 10 131 373 nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, əhalinin 54,6 %-ni şəhər, 45,4 %-ni kənd sakinləri, 49,8 %-ni kişilər, 50,2 %-ni isə qadınlar təşkil edir.

Məlum olduğu kimi, Böyük Qayıdış proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.
 
Köçürülən sakinlərin sayı 90 nəfərdir.
 
Bunlar Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan ailələrdir.
 
Talış kəndində məskunlaşan 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparılması məqsədilə püşkatma keçirib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.
Qeyd edək ki, işğaldan azad edildikdən sonra dövlət başçısının tapşırıqları əsasında Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.
 
 
 

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib.

İdarədən bildirilib ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir:

"Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində xidmət aparmaqla yanaşı səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, avtomobili günün işıqlı vaxtında idarə etməyə üstünlük verməyi, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamağı, sərnişinlərə də bu vacib qaydaya əməl etməyi tövsiyə edir.

Sürücülər, sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalı, tələskənliyə yol verilməməli, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməlidirlər".

"Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etmədən sükan arxasına əyləşərək sərnişindaşıma fəaliyyəti göstərən sürücü potensial təhlükə mənbəyidir. Dəyərli sürücülər, yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbirli və təmkinli olun, yol hərəkətı qaydalarına riayət etməklə əzizlərinizə bayram sevinci bəxş edin", - məlumatda qeyd olunub.

Bu gündən Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılır.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Ölkə.az-a verilən xəbərə görə, Həcc ziyarətinə getmək üçün Xarici pasport; Şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil; Sağlamlıq haqqında arayış tələb olunur.

Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.

QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri APA-ya açıqlamasında bildirib ki, ziyarətlə bağlı sənəd qəbulu martın 17-dən başlayır:

“Sənəd qəbulu istirahət və bayram günləri xaric hər gün saat 10:00-dan 17:00-a kimi qəbul ediləcək. Həcc ziyarəti iyunun sonu, iyulun əvvəlinə nəzərdə tutulub. Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur. Vaksinlər barədə hələ ki, tam təlimatlar olmasa da, hər zəvvardan 2 vaksinin vurulması tələb olunacaq”.

d

Yol-xeber.az" xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində ( yalnız yolötürücüsü üzərində ) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, mart ayının 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 24:00-dək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

ggd

Yol-xeber.az" xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyəti təşkilatçılığı və Biləsuvar Regional Mədəniyyət İdarəsinin dəstəyilə Neftçala rayonunda Novruz bayramı qeyd olundu.Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı Mirhəsən Seyidov, Hüquq mühafizə orqanları, Biləsuvar Regional Mədəniyyət İdarəsinin Rəisi Alisultan Sadixov, Şəhid ailələri, rayon ictimaiyyəti iştirak edib.Bayramınız Mübarək Olsun!
 

ggd
ggd
ggd
ggd
ggd
ggd
ggd
ggd

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Azərbaycan Ordusunda keçiriləcək tədbirlər planına əsasən, həyata keçirilən fəaliyyətlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin idarə və hərbi hissələrində ağacəkmə aksiyaları keçirilib.

Təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyalarda müxtəlif növ ağaclar əkilib.

 

 

 

 

Novruz bayramına artıq sayılı günlər qalıb. Hər kəs bayramda süfrəsinin neymətlərlə bol olmasını istəyir. Bəs mağaza və bazarlarda qiymət necədir?

Axar.az xəbər verir ki, Novruz süfrəsinin əsas atributlarından olan səməninin qiyməti 1-8 manat, şamların qiyməti isə 0.35-1 manat arası dəyişir.

Bu günlərdə ən çox istehlak olunan məhsullardan qoz 4-12, qoz ləpəsi 12-20, fındıq 5-6, fındıq ləpəsi 11-13, yerfındığı 6-7, badam 4-5, badam ləpəsi 17-25, xurma qurusu 3-5, iydə 5-7, innab 4-10, kişmiş 8-15, püstə 23-25, şabalıd 8-10, albuxara 7-8, ərik qurusu 13-17 manata təklif olunur. Qiymətlər məhsulun regionundan və keyfiyyətindən asılı olaraq dəyişir.

Mağazalarda Novruz süfrələrinin bəzəyi olan plov düyüsünün kilosu 4, sümüklü ət 11, sümüksüz 13, toyuq isə 4 manatdan başlayır.

Xonçaya qoyulan şirniyyatlardan - şəkərburanın kilosu 15, ədədi 1 manat, paxlavanın kilosu isə 12 manatadır.

Broyler yumurtanın qiyməti isə 0.16-0.19 qəpik arasında dəyişir.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.

İdarədən bildirilib ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində polis, o cümlədən Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq.

"Qeyri-iş günlərində nəqliyyat vasitələri sahiblərinin və sürücülərin asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması və təyin olunmuş imtahanların keçirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də respublikаnın digər şəhər və rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər qeydiyyat-imtahan, istərsə də texniki baxışla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər", - məlumatda qeyd olunub.

Böyükşor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub.

“Report”un məlumatına görə, açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva da iştirak ediblər.

 Sakinlərin və idmançıların gündəlik qaçışlar etmələri, yüngül atletikayla məşğul olmaları üçün nəzərdə tutulan iki zolaqdan ibarət, uzunluğu 725, eni isə 2,40 metr olan qaçış yolu xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb.

Qaçış cığırı Gənclər və İdman Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib.

Muxtar Babayev Böyükşor gölü ətrafında yaranan bu imkanın əhali üçün yaxşı fürsət olduğunu düşünür:

“Qaçış üçün meydançanı tez bir zamanda İdman Nazirliyi ilə birlikdə istifadəyə verdik. Belə bir təşəbbüsə, dəstəyə görə gənclər və idman nazirinə təşəkkür edirəm. İnanırıq ki, buraya gələnlərin sayı çox olacaq və bu gözəl idman növü ilə daha çox insan məşğul olacaq”.

Azərbaycan millisinin voleybolçusu və idman səfiri Aynur İmanova çıxışında bütün parklarda belə cığırların olmasını arzulayıb:

“Təkcə idmançılar yox, əhali də gəlib idmanla məşğul ola bilsin”.

Atlet Nazim Babayev isə təşəbbüsə görə gənclər və idman nazirinə təşəkkür edib:

“Parklarda belə qaçış cığırlarının olması insanların daha çox idman etmələrinə kömək olacaq”.

 

 

 

 

Xəbər lenti