Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.

Gecə və səhər saatlarında duman olacaq. Cənub-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır:

"Bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik".

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 7-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı gözlənilir.

"Forbes” jurnalı Rusiyadan olan altı nəfəri dünya milyarderləri reytinqinə daxil edib.

Yeni milyarderlər arasında əslən Qusardan olan azərbaycanlı Seyfəddin Rüstəmov da var.

O, "Metafraks” şirkətinin prezidentidir. Şirkət Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.

Məlumata görə, Seyfəddin Rüstəmov hazırda Rusiyada 90-cı, dünya üzrə isə 2133-cü yerdədir. Onun sərvəti 1,3 milyard dollardır.

Seyfəddin Rüstəmov haqqında qısa məlumat: O, 17 iyun 1962-ci ildə Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisaca iqtisadçıdır. Seyfəddin Rüstəmov hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır.

Əvvəllər kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Rüstəmov 2000-ci ildən biznes sərhədlərini böyüdüb və energetika fondlarına, kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Rus mətbuatının verdiyi məlumatlara görə, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.

Hazırda "Metrafaks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı olan "MetaHolding” şirkəti də onun idarəçiliyi altındadır. 2014-cü ildə "Metafraks”ın faktiki sahibi olub. Həmçinin "MetaHoldinq”in də Rusiyanın "Metafrax" şirkətinin əsas səhmdarı Seyfəddin Rüstəmovun rəhbərliyi altındadır.

"Metrafaks” 2017-ci ildə Rusiyanın Perm və Moskva vilayətlərində, habelə Avstriyanın Krems şəhərində istehsalat güclərinə malik olan hərtərəfli şirkətlər qrupuna çevrilib. O, Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.

"Metrafaks”ın illik hasilatı 40 milyard rubldan (700 milyon dollara yaxın) çoxdur. Şirkətlər qrupunun illik investisiya həcmi 5 milyard rubla yaxındır. Şirkətin zavodları metanol, formalin, pentaeritrit, urotropin, sintetik qatran və digər adda kimya sənayesi məhsulları istehsal edir. Məhsullarını dünyanın 50-dən çox ölkəsinə satır. Büdcəyə ildə 2 milyard rubldan çox vergi ödəyir.//Musavat.com

Aprelin 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Sabah Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 4-7° isti olacaq.

Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

Dövlətdən sosial yardımı orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ala bilərlər.

Ünvanlı dövlət sosial yardımı üçün bu şəxslər müraciıt edə bilər: Ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.

Qeyd edək ki, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilib.

Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Dövlətdən alınan bu yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir.

4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edirsə nə qədər sosial yardım ala bilər?

Bu ailənin ehtiyac meyarının məcmusu 246*4=984 manat təşkil edir. Bu halda ailəyə 984-400= manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər.

Məlumat üçün bildirək ki, ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin verdiyi ailə tərkibi haqqında arayış əsasında notariat orqanı tərəfindən təsdiq edilmiş ərizə ilə sosial yardımın alınması üçün müraciət edə bilər.

Bununla əlaqədar olaraq, təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətindən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq “Ünvanlı yardım” (VEMTAS) altsisteminə göndərir. Müraciətlər VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.

Ailənizə ünvanlı dövlət sosial yardımının təyin edilməsi hüququna baxılması üçün elektron qaydada www.sosial.gov.az və www.e-gov.az internet portalları vasitəsi ilə müraciət edə bilərsiniz. Xidmətlə əlaqəli sual və problemlər olduqda 142 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz

“Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə bir neçə erməninin halı pisləşib və onların tibbi yardıma ehtiyacı var. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi”.

Bunu “Report”a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib.

Həkimin sözlərinə görə, onlara yerindəcə ilkin tibbi yardım göstərilib:

“Daha sonra onları nəzarətimiz altında Xankəndidəki xəstəxanaya sağlam şəkildə çatdırdıq”.
Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyən azərbaycanlı həkim qeyd edib ki, onları postda saxlayanda Azərbaycan dilində danışıblar:

“Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq”.

Xəbər verdiyimiz kimi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov Səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunub.

A.Rəsulovun Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu deyilir.

Amma burda digər maraqlı məqam da var. Bildiyimiz kimi Xətai rayonundakı 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Lakin, baş həkim Ağahəsən Rəsulov uşaqda psixi pozğunluğun olmadığını bildirib. Bundan bir gün sonra isə o nazirin əmri ilə vəzifəsindən azad edilib.

Məsələni dəqiqləşdirmək üçün sabiq baş həkim Ağahəsən Rəsulovla əlaqə saxladıq.

Bizim.Media-ya açıqlamasında o vəzifədən azad olunduğunu təsdiqləyib:

“Səbəbini yaxşı olar ki, Səhiyyə Nazirliyindən soruşun. Bu barədə mən danışmaq istəmirəm”.

Vəzifədən azad olmasının Məhəmməd Hacıyevlə bağlı səsləndirdiyi fikirlə əlaqəli olması ilə bağlı suala isə Ağahəsən Rəsulov belə cavab verib:

“Mən uşaq haqqında nə demişəmsə, düz demişəm. Burda nə var ki, Məhəmməd Hacıyev haqqında dediklərimi yenə də təkrarlaya bilərəm ”.

g

Yol-xeber.az" xəbər verir ki, 4 aprel 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və rayon ictimaiyyətinin bir qrup digər nümayəndələri ilə birlikdə rayonun Amsar kəndində Vətən Müharibəsi qazisi Anar Quliyevin atası Yaşar Quliyevin üç mərasimində iştirak etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev qazini və onun ailə üzvlərini narahat edən məsələlərlə də tanış olaraq aidiyyəti şəxslərə lazımi tapşırıqlar vermişdir.

Qazinin atasının üç mərasiminin təşkili məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən mərhumun ailəsinə müxtəlif adda köməkliklər də göstərilmişdir.

Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi qazisi Anar Quliyevin atası Yaşar Quliyevin üç mərasimində iştirak etmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi qazisi Anar Quliyevin atası Yaşar Quliyevin üç mərasimində iştirak etmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi qazisi Anar Quliyevin atası Yaşar Quliyevin üç mərasimində iştirak etmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi qazisi Anar Quliyevin atası Yaşar Quliyevin üç mərasimində iştirak etmişdir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vətən Müharibəsi qazisi Anar Quliyevin atası Yaşar Quliyevin üç mərasimində iştirak etmişdir.

Xəbər lenti