|
Bu həftə Azərbaycanda Ramazan tətili başlayır.
21, 22 aprel Ramazan bayramı kimi qeyd olunacaq.
22 aprel şənbə gününə təsadüf etdiyindən iş günlərinin yeri dəyişdirilib və beşgünlük iş həftəsində 24 aprel də qeyri-iş günüdür.
Beləliklə, bayramla əlaqəli ardıcıl olaraq 4 gün qeyri-iş gündür.
Aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz havanın qısa müddətə arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 22-27, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
Bu ilin may ayı üçün bayramla əlaqəli qeyri-iş günləri məlum olub.
9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür.
2023-сü ildə mayın 28-i həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may tarixi istirahət günüdür.
May ayının 6, 7, 13, 14, 20, 21, 27 və 28-i tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün qeyri-iş günləriin sayı 10 gün olacaq.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərinin dövlət nömrə nişanlarına qanunsuz müdaxilə etməklə texniki baxışdan yayınmaq istəyən avtobus və yük maşını sürücülərinə müraciət edib.
"Müraciətdə deyilir:
"Artıq bir neçə müddətdir ki, nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Eyni zamanda, xidmətin fasiləsiz təşkili ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, habelə gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb.
Amma yaradılan şəraitə baxmayaraq sərnişin daşınması ilə məşğul olan habelə yük avtomobilləri sürücüləri arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə, bəzi hallarda texniki baxışdan yayınmaq üçün avtobuslarda dövlət nömrə nişanlarına qanunsuz müdaxilə hallarına yol verildiyinə rast gəlinir. Sərnişin daşıma ilə məşğul olan sahibkarların, sürücülərin, hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, avtomobillərini texniki baxışdan keçirməyənlər, həmçinin qeyd olunan qayda pozuntularına yol verən şəxslər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.
Xatırladaq ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və "902" qaynar xətti ilə əlaqə saxlaya bilərlər".
İnam Kərimovun Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti kimi fəaliyyəti dayandırılıb.
Bu qərar onun Ali Məhkəmənin hakimi və sədri təyin olunması ilə əlaqədar qəbul edilib.
Qurumun Ümumi Yığıncağının növbəti Seçki Konfransında yeni prezident seçiləcək.
Xatırladaq ki, İnam Kərimov ötən ilin fevralından bu vəzifədə çalışırdı.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.
BŞH-dan verilən məlumata görə, bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;
2. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
7. "20 Yanvar" dairəsində;
8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
9. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;
13. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
15. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
16. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;
17. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
18. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.