|
Ukraynada həbsdə olan Qarabağ qazisi Misir Qasımlı ilə bağlı yeni videoçarx yayılıb.
"Mübarizlər" səhifəsinin təqdim etdiyi videoçarxda Qarabağ qazisinin Vətən müharibəsi günlərində ön cəbhədə çəkilmiş fraqmentləri, daha sonra isə Ukraynadakı məhkəmədən çıxışları, etirazları və çağırışları əks olunub.
Qeyd edək ki, II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı 1 ildir ki, Ukraynada həbsdə saxlanılır.
Onun özü həbsi ilə bağlı deyib ki, milliyətcə erməni olan bir əcnəbi tərəfindən şərlənib: “Həmin şəxs məni guya onu döyməklə şərləyib. Amma əllərində heç bir sübut yoxdur. Məni sifarişlə həbsdə saxlayırlar. Qanunsuz silah daşıma, adam qaçırma, adam döymək kimi ittihamlar irəli sürüblər. Şərləyən şəxs də İspaniyaya getdiyi üçün onu məhkəməyə belə çağırmadan iş aparırlar.
Mən özüm Rusiyada yaşayırdım. Müharibə vaxtı döyüşmək üçün Azərbaycana gəlib könüllü cəbhəyə yollandım. Müharibədən sonra isə Ukraynaya gedib işlərimi orada davam elədim. Bir dəfə Azərbaycandan dostum gəlmişdi. Onunla ad gününü qeyd etməyə getmişdik. Bir ispan vətəndaşı yaxınlaşdı. Sonradan araşdıranda xəbərim oldu ki, atası ərəb, anası erməni imiş. Bizimlə ingiliscə danışırdı. Tərcümə üçün ofisianta yaxınlaşdı. Ofisiant dedi ki, səninlə tanış olmaq istəyir. Hesabımızı bağladı. Ordan çıxıb başqa yerə getdik. Yolda aramızda söz-söhbət yarandı. Mənə narkotik satmağı təklif elədi. Mən də belə şeylərdən uzaq olmaq üçün onu maşından qovdum”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qobustan rayonundakı “Diri Baba” türbəsinə ziyarətlə bağlı paylaşım edib.
"Paylaşımı təqdim edirik:
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonuna səfər ediblər.
Dövlət başçısı və birinci xanım burada “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilmişdir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.
Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.
Şəki şəhərində yolların kənarında yerləşdirilmiş Vətən müharibəsi şəhidlərinin plakatları haqda irəli sürülən iddia müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə bu plakatların yerləşdirilməsi üçün şəhid ailələrinin hər birindən 150 manat məbləğində pul alındığı söylənilib.
Şəki Şəhər İcra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Məmmədov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, icra hakimiyyəti bu məsələyə qarışmayıb:
“Şəhid ailələri öz təşəbbüsələri ilə razılığa gələrək bu işi həyata keçiriblər. Biz sadəcə olaraq onlara yer təyin olunmasında və icazə alınmasında köməklik etmişik”.
Qurum nümayəndəsi qeyd edib ki, şəhid ailələri belə bir təşəbbüslə müraciət edərək yer təyin olunmasını istəyiblər: “Biz isə həmin ərazidə kommunikasiya xətlərinin olub-olmamasını yoxlayaraq buraya plakatların qoyula biləcəyini demişik. Qalan məsələləri hər şəhid ailəsi öz təşəbbüsü ilə edib”.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür. Dəqiqləşdirilmiş döyüş mövqelərində xidmət edən hərbi qulluqçularımız istənilən təxribatın qarşısını almağa hər an hazırdırlar", - məlumatda qeyd edilib..
Prezident İlham Əliyevin hədiyyə etdiyi evi satan xalq artistlərinin adı məlum olub.
Bu barədə qaynarinfo-ya xalq artisti, aktyor Tariyel Qasımov məlumat verib. Onun sözlərinə görə, xalq artistləri, mərhum sənətkarlar Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslana verilən evlər də satılıb:
"Prezident bizə - xalq artistləri Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslana və mənə, dördümüzə bir vaxtda ev hədiyyə etmişdi. Həmin evi satdım. Prezidentin verdiyi evi tək mən satmamışam. Habil Əliyev birinci satdı, onun da ardınca Siyaviş Aslan. Yaşar Nuri isə elə orderi satmışdı. Mən də satıb pulunu yarısını verdim oğluma, gedib özünə maşın aldı. Bir maşın da mən aldım, yerdə qalan pula da özümə ev aldım. İndi evim "Neftçilər”dədir. Bundan əlavə, Ağstafada da ev tikdirdim”.
Tariyel Qasımov özünü əla hiss etdiyini deyib:
"Bir az da arıqlamışam, arıq olsam da, canım sağdır. Hazırda rayondayam, yığışmışıq Ağstafanın yaşlı adamları ilə bir yerə, nərd oynayırıq. Hamısı da gözəl insanlardır”.
Bir neçə gün öncə mətbuatda Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin zirehli BMV markalı avtomobildə gəzdiyi ilə bağlı məlumatlar dərc olundu. Hətta Mehdiyevin ailəsinin də zirehli avtomobildən istifadə etməsi yayılan məlumatlar arasında yer alıb.
Mövzu ilə bağlı beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev axar.az-a açıqlamasında qanunla qadağan olunmayan hər bir şeyin icazəli sayıldığını deyib.
Onun sözlərinə görə, əgər məmur dövlət büdcəsinin hesabına özünə xüsusi zirehli avtomobil alarsa, o zaman onu sorğulamaq olar:
“Ona görə də dövlət qulluqçuları, həmçinin Səfər Mehdiyev bu gün zirehli avtomobildən rahat istifadə edə bilirlər. Amma bu gün nəinki dövlət qulluqçuları, hətta hər kəs zirehli avtomobil alıb sürə bilər. Buna heç bir qadağa yoxdur”, - hüquqşünas deyib.
Professor onu da bildirib ki, zirehli maşınlar çox bahalıdır, bu maşınlardan istifadə edən şəxslər onu hardan və necə aldığı haqda bəyannamə təqdim etməlidirlər:
“Gömrük Komitəsinin sabiq sədri hansı qazancla özü və ailəsinin bu avtomobillərdən istifadə etdiyini açıqlayarsa, heç bir problem olmaz. Sadəcə, məmurların bizneslə məşğul olması qadağandır. Yəni S.Mehdiyevin o maşınları halal qazancı ilə aldığını sübut etməsi olduqca çətin məsələdir”.
Avqustun 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah hava Bakıda və Abşeron yarımadasında yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.
Bu il III ixtisas qrupu üzrə ballar ciddi şəkildə aşağı düşəcək.
Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, bunu ötən illərlə müqayisədə abituriyentlərin daha aşağı nəticə göstərməsi ilə əlaqələndirib.
Kamran Əsədov son illərdə III ixtisas qrupu üzrə abituriyentlərin topladığı balların ümumi statistikasını təqdim edib.
- 2022-ci ildə III ixtisas qrupu üzrə 600-dən çox bal toplayan abituriyentlərin sayı: 342 nəfər;
- 2021-ci ildə III ixtisas qrupu üzrə 600-dən çox bal toplayan abituriyentlərin sayı: 617 nəfər;
- 2020-ci ildə III ixtisas qrupu üzrə 600-dən çox bal toplayan abituriyentlərin sayı: 555 nəfər;
- 2022-ci ildə III ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 2142 nəfər;
- 2021-ci ildə III ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 2864 nəfər;
- 2020-ci ildə III ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 2714 nəfər;
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsabiqədə DİN-in Polis Akademiyasına qəbul olmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 300 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər avqustun 10-dan 13 avqust saat 18:00-dək DİN Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.