Bakıda və Abşeron yarımadasında mayın 13-ü axşamdan 15-i səhərədək şimal-qərb küləyinin 15-20 ms/, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün və sabah axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında mayın 13-dən 15-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düçəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Xəbər verdiyimiz kimi, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlu şəhid olub.

Sosial şəbəkələrdə şəhidimizin fotosu yayılıb.

 Məhəmməd Qarayevin Qəbələdən olduğu bildirilir.

 

 

 

 

İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb.

Ölkədə 15 iyun – Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də cümə axşamı günü iş olmayacaq.

26 İyun – Silahlı Qüvvələr Günüdür. İyunun 28, 29-u Qurban bayramı günləri müəyyən edilib.

Həmin günlər bayram olduğu üçün qeyri-iş günü hesab edilir.

Beləliklə, iyunda şənbə və bazar günləri də daxil olmaqla 12 gün qeyri-iş günü olacaq.

Xəbər verdiyimiz kimi, "İcbari sığortalar haqqında" qanuna dəyişiklik olunub.

Belə ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron qaydada həyata keçiriləcək.

Bu yenilik daşınmaz əmlakın sığortasına nəzarəti asanlaşdıracaq. Eyni zamanda elektron sistem sığortası olmayan əmlak sahiblərinin müəyyən edilməsinə imkan verəcək. Sığortası olmayan mənzil və obyekt sahibləri isə cərimə olunacaqlar.

Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada həyata keçirilməsinin üstünlüklərindən danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a açıqlamasında bildirib ki, sığorta sahəsini inkişaf etdirmək sənədi olmayan əmlaklara çıxarış verilməli və ya hansısa formada onların mülkiyyət hüququ tanınmalıdır.

Ekspertin sözlərinə görə, yeni tənzimləmə sistemi büdcəyə xeyli gəlir gətirəcək. Eyni zamanda bu, yeni sığorta şirkətləri və iş yerlərinin açılması deməkdir:

“2022-ci ildə ölkədə mənzillərin 60 %-i kreditli yollarla satıldı. Bu da sığortalanmış əmlakların sayını artırdı. Sadəcə, sığorta məsələləri ilə bağlı düzgün maarifləndirmə işləri aparılmayıb. İndiyədək Azərbaycanda daşınmaz əmlakın sığortası könüllülük prinsipi əsasında idi. Yalnız hər hansı əmlak alqı-satqısı zamanı çıxarışlı əmlaklar icbari sığorta ilə sığortalanırdı. Ya da əmlak ipoteka və digər kredit şərtləri ilə satılılırsa, o zaman bankın tələbi ilə mütləq şəkildə sığortalanmalı idi. Paytaxt Bakıda mənzillər üçün icbari sığortanın qiyməti 50 manatdır. Dəymiş ziyan 25000 manata qədər qarşılanır. Bölgələr üçün sığorta qiymətləri fərqlidir. Statistikaya baxsaq, Bakı şəhərindəki əmlakların çoxu sırf kirayəlik əmlaklardır. Kirayə verilən evlərdə daha çox problemli məsələlər olur. İcbari sığorta etməklə il ərzində hansısa hadisə baş versə, sığorta şirkətləri dəymiş zərəri qarşılaya bilər. Lakin icbari sığortanın ciddiləşməsinin kirayə qiymətlərinə təsiri olmayacaq. Hazırda 100 minlərlə çıxarışı olmayan daşınmaz əmlaklar var. Bunlar istər fərdi həyət evləri, istərsə də yeni tikili binalarda müqaviləli mənzillərdir. Həmin evləri çıxarış olmadığına görə sığortalamaq olmur. Bu baxımdan onlara çıxarış verilməli və ünvan göstərilməlidir”.

Sığorta agenti Əflan Əliyev isə qeyd edib ki, şəxsin əmlak üzərində mülkiyyət hüququnu tanıyan bütün sənədlər üzrə icbari sığortanı həyata keçirmək olur.
Onun sözlərinə görə, yarımtikililər, qəzalı vəziyyətdə olan və söküntüsünə qərar verilmiş tikililər sığortalanmayacaq:

“Hələ ki cərimələr tətbiq olunmur. Elekron sistem hazırlanandan sonra yoxlamalar başlayacaq. İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən, fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manat məbləğində cərimələr tətbiq ediləcək. Bu, qanunda var. Qeyri-yaşayış sahələri üzrə səlahiyyət Fövqaladə Hallar Nazirliyinə, yaşayış sahələri üzrə isə icra hakimiyyəti orqanlarına verilib. Bu, sənədi olan bütün qanuni tikililərə aiddir. Bəzən sual verilir ki, bizdə ev çıxarış deyil, alqı-satqı müqaviləsi və yaxud digər sənədlərlə alınıb. Mütləq şərt deyil ki, çıxarış olsun. İcbari sığorta müqaviləsini bütün sənədlər üzrə qeydə almaq olur”.

Mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

Mehriban Əliyeva Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edibAzərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımı təqdim edirik:

Mehriban Əliyeva Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, ulu öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalayıb.

Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Eyni zamanda, bildirilməlidir ki, əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-si cəzadan tam, 2-si isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcək.

Bununla yanaşı, Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib.

Onlar arasında jurnalist Elçin Məmməd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də yer almış, həmçinin 5 nəfər Tərtər hadisələri, 3 nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilib. Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 14 iclası keçirilib və həmin iclaslarda 2400-ə yaxın sənəd müzakirə olunub.

Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli əfv sərəncamı 634 məhkuma şamil edilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul edilmiş əfv sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.

***
Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, ulu öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, onun bəşəri amallara, qanunçuluq və ədalət ideallarına söykənən zəngin mənəvi irsinə sadiq qalaraq, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il mayın 6-da “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalayıb.

Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev əfv edilib.

Bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev əfv olunub.

Qeyd edək ki, partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunmuşdu. Belə ki, Dövlət Sərhəd Xidmətinin qəzaya uğramış helikopterindən sağ çıxan iki hərbçi barədə səsləndirdiyi fikirlərə, eləcə də YAP Binəqədi Rayon təşkilatının sabiq sədr əvəzi Ramiz Göyüşov haqqındakı fikirlərinə görə, hər üç şəxs onu şikayət etmişdi. Məhkəmə partiya sədrinin üç iş üzrə ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar vermişdi.

Bir müddət sonra isə həbsxanada davaya qarışmışdı. Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirməkdə ittiham edilirdi. Partiya sədri qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinirdi. Yekun ökmə əsasən, onun cəza müddəti 2026-cı ildə bitməli idi.

Heydər Əliyev və müstəqil Azərbaycan


Fazil Musayev - Müstəqilliyinin bərpasının ilk illərində parçalanmaq, müstəmləkəyə çevrilmək təhlükəsini yaşayan Azərbaycan məhz Vətənini, xalqını canından artıq sevən, müdrik siyasi xadim Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böhrandan xilas olmuş, inkişaf və tərəqqi yoluna çıxmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazmışdır. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət və Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etmişdir.

Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət etmişdir. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilmiş, bütün sahələrdə köklü islahatlar aparılmış, beynəlxalq əlaqələri inkişaf etdirilmiş, dövlətimizin dünyada mövqeyi möhkəmlənmişdir.

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Bu tükənməz sərvət gələcək nəsillər üçün zəngin xəzinədir və onun öyrənilməsi vacibdir. Bu günə qədər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən çoxsaylı tədqiqat əsərləri, qiymətli kitablar, dəyərli monoqrafiyalar yazılıb. Bütün bunlar böyük dövlət xadiminin, dahi siyasətçinin zəngin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm kəsb edir. Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir və ölkəmizi xoşbəxt gələcəyə aparan əvəzsiz mirasdır. Ölkəmizin bugünkü reallıqları Ümummilli Liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir.

Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar, yeniliyə əsaslanan siyasət nəticəsində Azərbaycan möhtəşəm uğurlar qazanır. Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirir, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edir.

Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, sabitlik adası kimi səciyyələndirilən ölkədir. Eyni zamanda, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən ölkə kimi tanınır və nüfuz qazanır. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası uğurla həyata keçirilir. Azərbaycanın enerji diplomatiyasının uğurları biri-birini əvəzləməkdədir. Neft gəlirlərindən səmərəli istifadə Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoymuşdu. Prezident İlham Əliyevin nümunəvi sosial siyasət kursu ölkəmizdə vətəndaş məmnunluğunun təmin olunması ilə müşaiyət olunur. Hər addımda özünə diqqət və qayğının şahidi olan xalqın Prezidentə inam və etimadı böyükdür, ətrafında sıx birləşərək gələcəyə böyük addımlarla irəliləyir. Məhz Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycanın bütün sahələr üzrə davamlı inkişafını təmin edən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində rəşadətli Azərbaycan Ordusu tariximizin şanlı Zəfər səhifəsini yazdı. Ümumiləşdirilmş şəkildə qeyd etsək, müstəqil və qalib Azərbaycan Ulu Öndərimizin görmək istədiyi Azərbaycandır, yeni-yeni hədəflərə nail olmaq üçün səylər göstərir. Azərbaycan bundan sonra da Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində inkişaf yolunda qətiyyətlə addımlayacaq.

Xəbər lenti