Azərbaycanda pensiyalar yenidən artırıla bilər. Buna səbəb "Sosial Sığorta haqqında" qanuna edilən dəyişiklikdir.

Yenilik nəticəsində Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri investisiyalara yönləndiriləcək.

Yəni fondun gəlirləri xərclərindən çox olarsa, əldə qalan sərbəst kapital əlavə gəlir mənbəyinə çevriləcək. Bu həm pensiayalar, həm də pensiya kapitalının artımına şərait yaradır.

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev itv-yə bildirib ki, bu əməliyyatların qanunauyğunluğuna, şəffaflığına, gəlirliliyinə, maliyyə və əməliyyat risklərinə nəzarət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İnvestisiya Şurası formalşdırılır: "Hansı istiqamətlərə investisiya yönləndiriləcək, hansı hədəflər müəyyənləşdiriləcək, maliyyə və əməliyyat risklərinin nədən ibarətdir olacağı ilə bağlı İnvestisiya Şurası hər il bir dəfə investisiya sənədini təsdiqləyəcək".

Yeniliklərdən əlavə əhalini sevindirəcək təkliflər də mövcuddur. Əhalinin istəyini nəzərə alaraq pensiya kapitalının fərqli istiqamətlərdə istifadəsi nəzərdə tutulur. Millət vəkili Vüqar Bayramov bildirib ki, səhiyyə xidmətini almaq, kommunal xidməti ödəmək, kredit öhdəlikləri olan vətəndaşların borcunu ödmək üçün pensiya kapitalının bir hissəsinin bu isitqamətə yönləndirilməsi məqsədəuyğun olardı".

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

Verilişdə Ermənistanı əhatə edən 17 mahalımızdan söhbət açılıb.

Tarixən azərbaycanlıların sıx şəkilə yaşadığı coğrafi məkan olan Qərbi Azərbaycan da, yəni indiki Ermənistan ərazisində 17 mahal mövcud olub: Abaran, Ağbaba, Dərəçiçək, Dərələyəz, Gərnibasar, Göyçə, Karbi, Qaraqoyunlu dərəsi, Qırxbulaq, Loru, Pəmbək, Sərdarabad, Şörəyel, Talın, Vedibasar, Zəngəzur, Zəngibasar mahalı.
Tarixi yaddaşımızda xüsusi yer tutan, saxta ermənilərin özəlləşdirdiyi mahallardan biri Abaran mahalı 16-cı əsrdən 19-u əsrin 30-cu illərinədək İrəvan xanlığının mahallarından biri olub.

Daha ətraflı Baku TV-nin süjetində:

Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

“Report” xəbər verir ki, 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.

Mayın 12-də isə “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.

Şöhrəddin Verdiyev: Reallıqları yaşayırıq


Azad Əhmədov - Azərbaycanın bugünkü uğurlarını düzgün dəyərləndirmək üçün keçilən yolun təhlili bir zərurət kimi qarşıda dayanır. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə yaşanan durum yaddaşlardadır. Eyni zamanda, çoxəsrlik tariximizin qara səhifəsi kimi vərəqlənir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yenidən qurulan Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi, dünya birliyinin fəal üzvü kimi diqqətdə dayandı. Bu fakt inkaredilməzdir ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Müstəqilliyimizin ilk illərində ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların hökm sürməsi ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Lakin Ulu Öndər Heydər Əliyevin yaratdığı sabitlik, normal biznes mühiti xarici iş adamlarının ölkəmizlə əməkdaşlığa maraqlarını artırdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. 1994-cü il mayın 12-də Ümummilli Liderin gərgin səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması sabitliyin daha da möhkəmlənməsinə, bütün sahələrdə uğurlu addımların atılmasına böyük zəmin yaratdı. Belə ki, həmin il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı ki, bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. İllər keçdikcə Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi, əməkdaşlığın coğrafiyası daha da genişləndirildi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası nəticəsində Azərbaycanın iqtisadi imkanlarının artması fonunda ölkəmizin maliyyə imkanları da genişləndi ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların atılmasını şərtləndirdi. Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ümummilli Liderin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu da məhz neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunmasına xidmət edir. Fondun vəsaitləri hesabına maliyyələşən sosial-iqtisadi layihələrin uğurlu icrası nəticəsində ümumilikdə ölkənin hərtərəfli inkişafı təmin edilir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin əsasları quruldu. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan Milli Konstitusiyamız Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda atdığı addımlar üçün təkmil mexanizmdir. Dövrün və zamanın tələblərinə uyğun təkmilləşmə bu ali sənədimizdə də öz əksini tapıb. Konstitusiyanın qəbulundan ötən dövrdə 3 dəfə sənədə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar bərqərar olunub. İnsan hüquq və azadlıqlarının qorunması, müstəqil mətbuatın formalaşması və inkişaf etdirilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri addımlar atılıb. Bir sözlə, 1993-2003-cü illəri çağdaş tarixinə sabitlik, dirçəliş dövrü kimi yazan Azərbaycan Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində inkişaf edərək qüdrətli dövlətə, dünyada söz sahibinə çevrilib. Vaxtilə xəyal hesab edilən transmilli enerji və nəqliyyat layihələri uğurla reallaşdırılır. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanaraq beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da gücləndirir. Dövləti, xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin dünənimizin, bu günümüzün və sabahımızın əsası kimi dəyərləndirilən ideyaları yaşayır, yolumuzu daim işıqlandırır, yeni-yeni hədəfləri şərtləndirir. Ümummilli Liderin ruhu şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. Möhtəşəm Qələbəmizin sevincini və yaratdığı reallıqları yaşayırıq.
Taleh Səfərov: Müasir dövlətçilik tariximizin memarı
Eldar Abbasov - Dünya tarixinin inkişafının məntiqi təhlili onu göstərir ki, ölkələrin tərəqqiyə nail olaraq ölkələr sırasında öz layiqli yerini tutması üçün zəruri şərtlərdən biri də xalqın özünə lider seçdiyi şəxsin özünəməxsus keyfiyyətləridir. Belə ki, ölkələrin ərazi və iqtisadi imkanlarından asılı olmayaraq, onun hərtərəfli inkişafını təmin edən əsas amillərdən biri və ən əsası olan lider amilidir. Tarixi inkişaf proseslərinin mürəkkəbliyi və ziddiyyətliyi daxilində qlobal konteksdə qanunauyğunluqları müəyyən etməyi bacaran, bundan xalqının mənafeyi naminə məharətlə istifadə etməyə, gedən prosesləri düzgün qiymətləndirməyə və bu əsas da da qətiyyətli və praqmatik siyasət yürütməyi bacaran lider ölkəsini və xalqını potensial risklərdən qoruyur və onun sosial-iqtisadi və siyasi inkişafını təmin edən əsas faktora çevrilir.

Taleh Səfərov: Müasir dövlətçilik tariximizin memarı


Bunu demək yerinə düşər ki, hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş ulu öndər Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir.

Böyük idarəçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli komponentlərini işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib.

Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz ulu öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.

Ulu öndər Heydər Əliyevin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan ümumilli lider Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ulu öndər Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Ötən əsrin 80-ci illərinin sonlarında dünyada tamamilə fərqli bir mənzərə formalaşmışdı. Yeni geosiyasi düzənə transformasiya sürətlənmiş, yeni qlobal dəyərlər sistemi meydana çıxmağa başlamışdır. Bu proseslər fonunda keçmiş ittifaq daxilində də xalqların müstəqillik arzuları baş qaldırmışdır. Doğrudur, ittifaqın süquta uğraması və müstəqil dövlətlərin həyata vəsiqə qazanması heç də asan yolla başa gəlməmişdir. Azərbaycan xalqı üçün də öz müstəqil dövlətini qurmaq, azadlıq ideallarına qovuşmaq çox gərgin, faciəli hadisələrin nəticəsində mümkün olmuşdur. 1990-cı ilin 20 Yanvar hadisələrini proseslərin dönüm nöqtəsi hesab etmək olar. Həmin dövrdə də yenə məhz ulu öndər Heydər Əliyev xalqının yanında olmuş, 20 Yanvar faciəsinin ertəsi günü Kreml rejiminin təqiblərinə baxmayaraq, öz ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanat vermiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, daha sonra SSRİ rəhbərliyinin apardığı siyasət nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti də Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolu oynamışdır. Həmin dövrdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək, "Sovet Sosialist” sözləri oradan çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir. Həmçinin Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, Azərbaycanda da eyni qərar qəbul olunsun. Bundan başqa, 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə muxtar respublikada məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bunlar Azərbaycan xalqının lideri tərəfindən müstəqillik uğrunda atılan növbəti addımlar kimi qiymətləndirilir. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda mövcud olan hakimiyyət boşluğu, dövlət idarəçilik sükanını mənimsəyən və müəyyən dairələrin direktivləri ilə hərəkət edən qrupların, siyasi hakimiyyəti qeyri-qanuni, antidemokratik yolla ələ keçirən qüvvələrin yarıtmaz fəaliyyəti yenicə əldə olunmuş müstəqilliyi itirmək, Azərbaycan xalqının azadlıq ideallarından, müstəqillik kimi tarixi nailiyyətdən məhrum olmaq təhlükəsi yaratmışdı. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdır. Azərbaycanda hökm sürən hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdır. İqtisadiyyat tamamilə məhv edilmiş, ciddi maliyyə böhranı meydana çıxmış, xarici siyasət sahəsində qeyri-sağlam vəziyyət yaranmışdır. Buna paralel olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə siyasi böhran son həddə çatmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.

Taleh Səfərov: Müasir dövlətçilik tariximizin memarı


Belə bir şəraitdə Azərbaycan xalqının diqqəti yenidən xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevə yönəlmişdir. Bu dəfə də xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər xalqın tələb və təkidlərinə cavab verərək ölkəmizdə növbəti dəfə hakimiyyətə gələrək, Azərbaycanın dövlətçiliyini, ölkəmizin müstəqilliyini xilas etmiş, yüksəliş, inkişaf və sabitlik erasının əsasını qoymuşdur. Bu isə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı demək idi. 1993-cü il iyun ayının 15-də ulu öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinə Sədr seçilməsi parlamentarizm tariximizdə müstəsna əhəmiyyətə malikdir. Bu dövr Azərbaycan parlamentarizm tarixinin ən parlaq səhifələrini təşkil edir. Xalqımızın böyük oğlunun rəhbərliyi ilə parlament ali qanunverici orqan kimi ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrilmişdir. Parlamentin ictimai nüfuzu yüksəlmiş və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilmiş, mühüm qanunlar qəbul olunmuşdur. Bu qısa dövrdə ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən, iqtisadiyyatın yenidən dirçəldilməsi və vətəndaşların sosial mənafelərinin qorunmasına yönəlmiş, həmçinin beynəlxalq fəaliyyət sahəsində prioritetlərin əks olunduğu 120-dən artıq qanun və qərar qəbul olunmuşdur. Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdə Ulu Öndər ictimai sabitliyin bərpası, siyasi sistemin inkişafı, Azərbaycanın beynəlxalq təcridinin aradan qaldırılması istiqamətində yorulmadan fəaliyyət göstərmiş, mədəniyyətin, elmin, təhsilin inkişafına, gənc nəslin fəallığının artırılmasına böyük diqqət göstərmişdir. Beləliklə, çox qısa müddətdə Azərbaycan parlamenti ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin taleyüklü məsələlərinin həllində vacib rola malik olmuş, ölkəmizin müstəqil inkişafına öz dəyərli töhfələrini vermişdir. 1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə Azərbaycan Prezidenti seçilən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə ictimai nizam-intizam, siyasi sabitlik təmin edilmiş, milli təhlükəsizliyin sarsılmaz əsasları yaradılmış, qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, nizami, güclü ordu quruculuğuna başlanmışdır. Hüquqi dünyəvi dövlət quruculuğu prosesinə start verilmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmış, ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır. Ulu öndər Heydər Əliyev ölkəmizin müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı və elmin, təhsilin, mədəniyyətin inkişafını təmin etmişdir. Yeni neft strategiyasının hazırlanması, bunun əsası olan "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın qlobal enerji bazarında və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin olunması, yeni və praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi həmin dövrdə ölkəmizin qarşısında tamamilə yeni inkişaf paradiqmalarının meydana gəlməsini şərtləndirmişdir. Azərbaycan ulu öndər Heydər Əliyevin müstəsna liderlik qabiliyyəti və yüksək idarəetmə məharəti sayəsində 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşamış, müstəqilliyini möhkəmləndirmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanın xarici siyasətində tarazlaşdırılmış dövlət siyasəti təliminin müəllifidir. Dövlət müstəqilliyinin başlanğıc mərhələsində hakimiyyətdə olmuş səriştəsiz, naşı və süni utopik iddialara malik Azərbaycan iqtidarının yanlış hərəkətləri və səhv bəyanatları sayəsində həm qonşu dövlətlərlə və həm də digər ölkələrlə gənc respublikanın münasibətlərinin pozulduğu bir şəraitdə tarazlaşdırılmış xarici siyasət kursu mövcud ziddiyyətləri və etimadsızlığı aradan qaldırmaq üçün düşünülmüş və məqsədyönlü bir təlim idi. Ulu öndər Heydər Əliyev bu yolla həm qonşu ölkələrlə dağılmış münasibətləri bərpa edib daha da inkişaf etdirməyə nail olmuş, həm də dünya birliyi ilə müstəqil Azərbaycan Respublikasının yeni yaranmaqda olan əlaqələrini tarazlamışdır. Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul edilməsi, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağının Brüsseldə, Avropa Şurasının baş iqamətgahı qarşısında ucaldılması və dalğalandırılması ümummilli lider Heydər Əliyevin məqsədyönlü xarici siyasətinin real təntənəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursu müstəqillik dövrümüzün yeni tarixi mərhələsinin reallığıdır.

Taleh Səfərov: Müasir dövlətçilik tariximizin memarı


Göründüyü kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik təlimi ölkəmizi və xalqımızı dövlət müstəqilliyinin çətin yollarından böyük uğurla keçərək, tarixin məsuliyyətli sınaqlarından alnıaçıq çıxararaq qarşıdakı daha böyük inkişafın strategiya və taktikasının müəyyənləşdirilməsini təmin etmişdir. Həyata keçirilən böyük islahatlar, atılan düşünülmüş addımlar Azərbaycan Respublikasının gələcək inkişaf yollarının möhkəm təməllərini təşkil etmişdir. Bütün bunlara görə uu öndər Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin banisi və yaradıcısı hesab etmək obyektiv reallıqdır.

Ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də onunla əlaqədardır ki, onun ideyaları konkret zaman və məkan məhdudiyyəti tanımır. Ulu Öndərin müəllifi olduğu dövlətçilik konsepsiyası, dəqiqliklə işləyib hazırladığı strateji kurs sonrakı dövrdə də ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına xidmət etmiş, Azərbaycanın gələcəyinə işıq tutmuşdur. Yeni əsrin və yeni minilliyin başlanğıcında ulu öndər Heydər Əliyev siyasətini davam etdirmək gücündə və iqtidarında olan, başlanılan qlobal işləri, transmilli layihələri uğurla həyata keçirə biləcək, Azərbaycanı Ulu Öndərin görmək istədiyi zirvələrə qaldıracaq yeganə lider möhtərəm Prezident İlham Əliyev idi. Ümummilli lider Heydər Əliyev də 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq, cənab İlham Əliyevə böyük etimadını ifadə etmiş və bəyan etmişdir ki, "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik ki, bu siyasət 2003-cü ilin oktyabrından ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir.

Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətində siyasi varisliyin təmin edilməsi respublikada davamlı və dayanıqlı inkişafın baş verməsini şərtləndirmişdir. Bununla belə, Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunda özünün çoxcəhətli mühüm xidmətləri, beynəlxalq aləmdəki böyük nüfuzu ilə Prezident İlham Əliyev öz erasını yaratmışdır. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 19 il ərzində Prezident İlham Əliyev dünyada gedən proseslərə, ölkədə baş verən hadisələrə daim yeni yanaşması, hər hansı bir məsələnin görsənən və görünməyən tərəflərini birlikdə təhlil edib dəyərləndirməsi, yeni çağırışlara vaxtında və yüksək səviyyədə cavab verməklə yanaşı, hətta bir çox hallarda fərqli çağırışların müəllifi kimi çıxış etməsi ilə səciyyələnir. Məsələn, ulu öndər Heydər Əliyev epoxasının dövlət idarəçiliyində Ulu Öndərin adı ilə bağlı olan kompleks yanaşma metodunu İlham Əliyev çoxvektorlu idarəetmə, yaxud şaxələndirilmiş iqtisadi inkişafın həyata keçirilməsi prinsipi ilə əvəzləmişdir. Yaxud ümummilli lider Heydər Əliyevə məxsus cəmiyyət hərəkatında millətlərarası münasibətlərin tənzimlənməsi işini İlham Əliyev multikulturalizm və tolerantlıq miqyasında həyata keçirmişdir. Bu anlayışların arasındakı yaxınlıq və fərqlər İlham Əliyevin siyasi varis kimi özünəməxsusluğunun ilkin göstəriciləridir.

Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və bundan doğan regionda yaranan reallıqlardır. Bundan əlavə qeyd edək ki, regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!

Müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin milli tariximizdə misilsiz mövqeyə layiq qeyd edilməsi üçün Prezident cənab İlham Əliyevin xüsusi Sərəncamla 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi xalqımızın öz Ümummilli Liderinə məhəbbətini yüksək səviyyədə təcəssüm etdirir. Böyük öndərimiz Azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində həmişəlik yaşayır. Dahi şəxsiyyət Azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldırmış lider kimi Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb, dünya dövlətçilik təcrübəsində və Azərbaycan dövlətçiliyi tarixində ən universal dövlət xadimidir. Görkəmli dövlət xadiminin bioqrafiyasından kənarda müasir Azərbaycanın dövlətçilik tarixi mövcud deyil. Beynəlxalq aləmdə ulu öndər Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə ulu öndər Heydər Əliyev yada düşür. Bu, çoxminillik dövlətçilik tariximizdə xüsusi bir hadisədir.
Adil müəllim: Xalqımızın taleyində silinməz izlər
Araz Bəndəliyev - Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi həqiqətlər isə dəyişməz olaraq qalır. Bu həqiqət keçdiyimiz tarixi yolun mənzərəsində özünü büruzə verir, bir millətin və dövlətin var olmasında, liderlik faktorunun önəm daşıdığını təsdiq edir. Azərbaycan xalqı da şəxsiyyət böyüklüyünün qüdrətini və müstəqil bir dövlətin vətəndaşı olmaq xoşbəxtliyini yaşadı, xalqın gələcəyi üçün çalışmağın aliliyini, vətəni canından artıq sevməyi məhz ondan öyrəndi.
Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin əsas və ali məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdı. Ulu öndərin ən başlıca keyfiyyətlərindən biri də öz xalqına ürəkdən bağlılığı, milli ideya və dəyərləri, dilimizi, dinimizi yaşadıb daha da inkişaf etdirmək idi. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur.
Azərbaycan xalqının çoxəsirlik adət-ənənələrinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.

Böyük qürur hissi və fəxrlə “Mən öz mənalı həyatımı xalqımın bu günü və sabahı ilə yaşamışam” söyləyən bu böyük şəxsiyyətin həyat amalı bütün varlığı qədər sevdiyi xalqına və dövlətçiliyimizə, ölkəmizin siyasi, iqtisadi, mənəvi inkişafına xidmət olub. Özünün dəfələrlə bəyan etdiyi kimi, bu yolda bütün gücünü və iradəsini müdrik və qədirbilən xalqından alıb.
Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görünür ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiklərini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında öz layiqli yerini tutmuşdur.
Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtçiliyi üçün çırpınmışdır.
Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı.
Ulu Öndər Heydər Əlyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müddəalar daxil edildi. Azərbaycanın əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, qonşu dövlətlərdən fərqli olaraq ölkə konstitusiyasında bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın vicdan və etiqad azadlığının olduğu xüsusi vurğulandı. “Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz - Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq.”
Ulu Öndər 1993-cü ilin sentyabr ayında Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündə çıxışı zamanı “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir” - deyə söyləmişdir. Ümummilli liderimiz Heydər Əliyevin də qeyd etdiyi kimi, biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir. Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik.
Azərbaycan xalqı onun bu böyük xidmətlərini heç zaman unutmayacaq.

Basarkeçərdəki Zod “Sotski” qızıl mədəni fəaliyyətini dayandırıb. İşçilər məcburi ödənişli məzuniyyətə göndərilib.

Bu barədə Zod qızıl mədənini işlədən "GeoProMining" şirkəti məlumat verib.

“Biz işi bərpa etmək üçün səkkiz-doqquz dəfə cəhd etdik, lakin nəticəsiz oldu. Ondan sonra şirkət işçilərini mayın 15-dək məcburi ödənişli məzuniyyətə göndərmək qərarına gəlib”, - məlumatda deyilir.

Mədənin fəaliyyətini dayandırmasına səbəb onun Azərbaycanla Ermənistan arasında sərhədin həmin ərazidən keçməsidir. Bu səbəbdən də "GeoProMining" şirkəti aprelin 23-dən etibarən işini dayandırıb.

Maştağada yaşayan Məmmədovlar ailəsində dördəm dünyaya gəlib. Ailə övladlarına Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə və Ümummilli lider Heydər Əliyevin xatirəsinə İlham, Mehriban, Ərdoğan və Heydər adlarını verib.  

Bu barədə “Qafqazinfo”ya körpələrin atası Murad Məmmədov məlumat verib.

O bildirib ki, uşaqlar martın 31-də, Respublika Perinatal Mərkəzində dünyaya gəliblər: “Lakin onlar vaxtından əvvəl, yəni 7 aylıq doğulduqları üçün xəstəxanadan uşaqları 33 gün sonra, mayın 3-də çıxardıq. Uşaqlardan biri qız, üçü isə oğlandır. Hazırda vəziyyətləri normaldır. Bu adları uşaqlara Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar qoyduq. Ərdoğan adını isə övladımıza Rəcəb Tayyib Ərdoğanın 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə dəstəyinə görə verdik”.

8 il əvvəl ailə quran 32 yaşlı Murad və 30 yaşlı Aygülün 7 yaşlı Ayan adlı bir qızları da var. 

 

 

 

 

 

Bəzi bağça müəllimlərinin dərəcəsinin azaldılması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

“Bildiyimiz kimi, ölkə başçısının müvafiq sərəncamına əsasən, dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb.

Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur.

Qeyd edək ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.

Elm və Təhsil Nazirliyi yaranmış problemin həlli üçün hazırda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərə təhsil sənədlərini aidiyyəti quruma təqdim etmək üçün imkan yaradıb. Sözügedən heyət tərəfindən müvafiq ixtisas üzrə təhsil sənədi təqdim edildiyi halda onların əməkhaqqı ödənişinin “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na əsasən ödənilməsi həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunu elektron qaydada həyata keçirir, həmçinin məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu prosesi də ilk dəfə mərkəzləşdirilmiş müsabiqə yolu ilə təşkil olunaraq 102 nəfər işə qəbul edilib.

Hazırda sözügedən təhsil müəssisələrinə rəhbər heyətin mərkəzləşdirilmiş müsabiqə əsasında işə qəbulu ilə bağlı qaydalar hazırlanır. Həmçinin sertifikatlaşmanın tətbiqi də əsas hədəflərdəndir” - deyə cavabda qeyd olunub.

Kür-Bakı magistral su kəmərində baş vermiş qəza səbəbindən paytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsində, eləcə də Hacıqabul rayonunun bəzi kəndlərində su təchizatı bərpa edilib.

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, qəza baş verən Kür-Bakı magistralında qəza baş verən hissədə boru dəyişdirilib:

“Qəza aradan qaldırıldıqdan sonra paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonu üzrə abonentlərə içməli suyun verilişi ötən gündən etibarən bərpa edilib”.

Qeyd edək ki, mayın 2-də səhər saatlarında Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza olub.

Xəbər lenti