Vətəndaşların çoxu zədələnmiş pullarla alış-veriş etməyin mümkün olmamasından şikayətlənirlər.

Onların sözlərinə görə, çox vaxt cırıq əskinazları satıcıların özləri qalıq kimi müştərilərə verirlər, amma əksi baş verdikdə həmin əskinazları qəbul etmirlər.

Baku TV-nin yararsız əskinazlarla bağlı hazırladığı süjeti təqdim edirik:

Azərbaycanın su təchizatında əsas mənbə sayılan Kür çayında suyun səviyyəsi kəskin azalması ilə bağlı məlumatlar insanlar arasında narahatlıq doğurub. Qeyd olunur ki, bu səbəbdən hazırda Salyan və Neftçala rayonlarının Kür çayı boyunca yerləşən kəndlərində ciddi içməli su problemi yaşanır. 
 
Əkin sahələrində yaz suvarmasına başlanıldıqdan sonra problemin miqyası daha da böyüyəcəyi ehtimal edilir.
 
ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev də Kürün suyunun son illərdə 20-25 faiz azaldığını təsdiqləyib.
 
Son illərdə nəinki ölkəmizdə, bütün dünyada gələcəkdəki mümkün su qıtlığı ilə bağlı həyəcan təbili çalınır. İqlim dəyişikliklərindən qaynaqlanan su böhranı ilə mübarizə aparmaq üçün müxtəlif yollar təklif olunur.
 
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov su probleminin səbəbləindən biri kimi kənd təsərrüfatının genişlənməsini görür:
 
“Kürdə suyun kəskin azalması və qurumasının səbəbi çox müxtəlifdir. Təbii ki, burada biz nəzərə almalıyıq ki, Kür transsərhəd çaydır və iqlim dəyişikliklərinin kəskin dəyişmələrinə məruz qalır. Bu, böyük çay olduğu üçün həm Türkiyə, ərazisində, həm Gürcüstanda, həm də Azərbaycanın özündə Kürdən su götürmələri getdikcə artmaqdadır. Azərbaycanda kənd təsərrüfatı sahələrinin sahəsi sürətlə artır ki, bu da suya olan tələbatın da artmasına səbəb olur”.
 
Kənd təsərrüfatında su itkilərinə yol verildiyini deyən ekspert suya qənaətlə bağlı bir sıra təkliflər də irəli sürüb:
 
“Çox təəssüf ki, bu da ona səbəb olub ki, Kür çayı hazırda bu vəziyyətə düşüb. Biz təcili olaraq su itkilərini azaltmalıyıq. Bundan ötrü müasir suvarma texnologiyalarına keçid lazımdır. Bundan əlavə, torpaq kanallar betonlaşdırılmalı, açıq arxlar boru ilə əvəz olunmalı, fermlərdə suya qənaətə təşəbbüsü yaradılmalıdır. Ən nəticədə sayğaclaşdırma işləri aparılmalıdır ki, su itkilərinin qarşısı alınsın. Biz suyu damla-damla istifadə etməliyik. Kənd təsərrüfatında az suya qane olan bitkilər əkilməli, daha dözümlü kənd təsərrüfatı yaradılmalıdır”, - deyə o əlavə edib.
 
 
Kamaləddin Qafarov: “Qadınlar cəmiyyətin aparıcı qüvvələrindən biridir”“ Azərbaycan qadınları tarixin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları şanlı və qədim tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə səmərəli istifadə edib. Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir: “Məlum olduğu kimi, Azərbaycanda qadınlarla iş siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar sözügedən dövlət siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 2000-ci ildə ulu öndər Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması respublikamızda qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açıb.”

K.Qafarov ölkəmizdə bu gün də dövlət qadın siyasətinin yüksək səviyyədə davam etdirilidiyini vurğulayaraq deyib: “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. 2006-cı ildə Milli Məclis Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edib. Ölkəmizdə 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupunu orden və ya medallarla təltif edir.”

Kamaləddin Qafarov Azərbaycanda dövlət qadın siyasətinin uğurla həyata keçirilməsində, eləcə də dünyada Azərbaycan qadınının müsbət obrazının formalaşmasında ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük rolunu qeyd edərək deyib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunun getdikcə daha çox yüksəlməsinə xidmət edir. Bu fəaliyyət cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün müstəsna əhəmiyyət daşıyır. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. Ölkənin birinci xanımı həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində özünün daha parlaq təcəssümünü tapır. Ölkənin Birinci vitse-prezidentinin fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çox sayda layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.”

2023-cü ildə yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olacaq.

Bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Qeyd edilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 18:57-də yay əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san. olacaq.

Martın 2-si vəfat edən ilahiyyatçı Hacı Şahinin ölümündən bir neçə saat əvvəl çəkilmiş görüntüləri üzə çıxıb.

Videoda Hacı Şahinin dini kəsimdən olan gənclərlə görüşünün əks olunduğu bildirilir.

Onların Hacı Şahinin yaxın dostları olduğu, mütəmadi görüşüb söhbətləşdiyi qeyd edilir.//BUTA.TV

Kulis.az vaxtsız dünyasını dəyişən azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahin haqqında maraqlı faktları təqdim edir.

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib. Atası iqtisadçı, anası müəllim olub. Əkiz qardaşı ilə o evin kiçik uşaqları olublar. Onun ailəsi Yasamalda məşhur "müəllimlər binası"nda yaşayıblar. Yay tətillərində Göyçayda qalan bibisigilə qonaq getməyi çox xoşlayıb.

1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinə daxil olub. Orta məktəbdə oxuyan zaman "Şən və hazırcavablar" ("KVN") komandasının üzvü olub.

***

Bir dəfə komandanın məşq prosesi vaxtı Hacı Şahin ssenari üzrə müəllimlərindən birini yamsılamalı olur. O, səhnəyə çıxan zaman həmin müəllimi qəfildən qapını açıb içəri girir. Hacı Şahin utandığından qızarır və rolunu yarımçıq saxlamalı olur.

Atasını erkən itirən Hacı Şahin müsahibələrinin birində keçmiş illərini xatırlayaraq deyir:

"Çox kontrastlı mühitdə böyümüşəm. Demək olar, hər zümrədən, hər mühitdən çoxsaylı və əziz dostlarım var idi. Atamı 12 yaşında itirdim, ailəmizin maddi çətinlikləri yarandı, bununla belə uşaqlıq illərinin şirinliyi bütün problemlərə qalib gəlirdi. Məktəbi qurtarar-qurtarmaz elektrik avadanlıqları dükanında işə başladım. Dükan indiki Hüsü Hacıyev küçəsində yerləşirdi. Bu da həyatda mənim üçün mühüm təcrübə oldu. Həmişə maraqlı insanlarla qarşılaşırdım. Müxtəlif dərnəklər və fəaliyyətlərə cəlb olunurduq. Ən mühümü isə odur ki, hər yerdə mehribanlıq var idi. Qonşularımızla da, dostlarımızla da doğma kimi idik. Mən Bəhram Bağırzadənin bacısı ilə bir sinifdə oxuyurdum, yadıma gəlir, bütün sinif uşaqları ilə onlara qonaq gedirdik, rəhmətlik anaları bizi çox mehriban qarşılayırdı. Bütün dostlarımızın ailələri belə idi".

***

Nümunəvi sovet ailəsində dünyaya gələn Hacı Şahinin dinə marağı elə gənc yaşlarından olub. 1992-ci ildən müstəqil şəkildə ərəb, fars dillərini öyrənməyə və ibadətə başlayıb. Müxtəlif dini ədəbiyyatlar mütaliə edib.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi. "Məşədi Dadaş" məsciddində İmam vəzifəsini icra edib. 1998-2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

***

İlkin gənclik illərində ölkədə sovet hakimiyyətinə qarşı başlanan xalq hərəkatına qoşulur, mitinqlərə qatılır. Bütün günü qəzet oxuyur, sinifdə, dərslərdə müzakirələr aparır. Orta məktəbi başa vurandan sonra o zamankı Politexnik İnstitutu, indiki Azərbaycan Texniki Universitetinə daxil olur. Daha sonra hərbi xidmətə yollanır, cəbhə bölgəsində xidmət edir. Qayıdandan sonra qonşuluqlarında yaşayan bir çox gənc kimi o, da namaz qılmağa başlayır. Bu barədə xatirələrində belə deyir:

"Bizim üçün bu, bir adət idi, nənələrimiz namaz qılırdı, "Aşura" günü məscidə gedirdik. Amma xalq hərəkatı fonunda milli özünəqayıdış oldu. Yadımdadır, ilk dəfə şeyx "şəhid" sözünü işlətməyə başlayanda bizə maraqlı gəlirdi ki, şəhid kimdir? Yəni dini biliklərimiz yox idi. Amma içimdə Allahla rabitə yaratmaq istəyi var idi. Namaza başladım, dostlarımla birlikdə həyətimizdə ibadət evi açdıq. Camaat namazına imamlıq etmək və xütbə oxumaq üçün məni seçdilər. Nə kitab var idi, nə internet. Şəhərdəki məscidlərin birinə gedib orada mütaliə edirdim. Hətta maddi durumumuz o qədər aşağı idi ki, Yasamaldan şəhərin mərkəzinə ayaqla gedib-gəlirdik. Bir tərəfdən çətin, digər tərəfdən qürurlu vaxtlar idi. Tədricən dini mütaliəm çoxaldı, ərəb və fars dillərini öyrəndim, fərdi qaydada dini dərslər aldım, ev kitabxanamı zənginləşdirdim. Uşaqlıqda tarixi çox sevirdim. Buna görə də hərbi xidmətdən qayıdıb birinci ali təhsilimi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldum. Amma o zaman artıq dini sahə üzrə fəaliyyət göstərirdim. Ona görə də texniki və humanitar ali təhsil mənə daha geniş ictimai və dini fəaliyyət üçün əlavə dividentlər qazandırırdı".

Hacı Şahin ədəbi bilikləri, geniş mütaliəsi olan nadir din xadimlərimizdən biri idi. O, Seyid Əzim Şirvanini, Mimrzə Fətəli Axundovu, Mirzə Cəlili, eləcə də müasir ədəbiyyatı izləyir, həm də dərindən mütaliə edirdi.

***

Ailəli olan Hacı Şahinin dörd övladı var. Onun böyük oğlu Hüseyn ötən il ADA Universitetinin magistr dərəcəsi üzrə Dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olunub.

***

Hacı Şahin "Xoşbəxt ailə modeli", "Haradan başlamalı", "Yaradılışın hədəfi" adlı kitabların müəllifidir.

Din xadimi olmasına baxmayaraq, Hacı Şahin haqqında müxtəlif şayiələr yayılıb. Bunlardan ən maraqlısı bir qadının yazdığı status olub. Belə ki, guya Hacı Şahin sonsuz qadının həyat yoldaşına məsh çəkdiyi, 10 ay sonra o qadının dünyaya uşaq gətirdiyi deyilir. Lakin Hacı bu məsələyə kəskin etirazını bildirərək açıqlamalarının birində deyir:

"Belə bir hadisə baş verməyib. Baş verməsi də mümkün deyil. Kimlərsə bunu məqsədli şəkildə müəyyən səhifələrdə yayıblar. Qeyri-ciddi, heç bir reallığa söykənməyən haldır. Mən bu kimi işlərlə məşğul olmuram ki, kimsə də bu məqsədlə məndən imdad diləsin. Ümumiyyətlə, müsəlman olan kəs müxtəlif çətinliklərlə bağlı hər bir insan üçün dua edə bilər. Amma övladı olmayan üçün xüsusi şəkildə əməllə müdaxilə edilməsi mümkünsüz, yanlış və əsassız bir şeydir. Kimlərsə bunu məsxərə etmək niyyətilə yayıb və bunun mənə heç bir aidiyyatı yoxdur".

Uzun illər Həcc karvanına rəhbərlik edib və Həcc zəvvarlarına xidmət göstərib.

***

Ömrünün son günlərində "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi kimi fəaliyyət göstərib.

***

Hacı Şahin 2 mart 2023-cü ildə səhər saatlarında ürəktutmasından dünyasını dəyişib. Müsahibələrinin birində ölüm haqqında deyib:

"Ölümdən qorxmuram desəm böyük bir iddia olar. Ancaq onu deyim ki, ölümdən qorxmaq lazım deyil. Ölüm insan üçün müəmmalıdır deyə insan bilmədiyi şeydən çəkinib qorxur. Ölümü heç kimə zəng vurub başa salmırlar, demirlər. Dünyadan kimsə köçəndə geri qayıtmır. Ancaq ölüm son deyil. İnsan ölümün əbədiyyətə körpü olduğunu bilməlidir. Belə olsa, adam ölümdən qorxmaz. Ölümü acılaşdıran bizim əməllərimizdir. İnsanlar arasında yayılan ölüm qorxusu, düzgün deyil. İnsanlar ölümü tanısalar və ona hazır olsalar, ondan qorxmazlar".

 

 

 

 
Kamaləddin Qafarov: “BMT-də ciddi islahatlar aparılmalıdır”“Martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə təşkilatın pandemiya dövründə fəaliyyəti və pandemiyadan sonra qlobal bərpa yönümündə atılacaq addımlar müzakirə edilib. Ölkəmiz daim beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması istiqamətində effektiv addımlar atıb. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı qlobal səylərin səfərbər olunması üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Ölkəmiz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb və onu həyata keçirib. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edib. Bundan əlavə, Zirvə Toplantısında Prezident İlham Əliyevin təklifinə əsasən 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunmuşdur. Dövlət başçımızın bu təklifi 150-dən artıq ölkənin dəstəyini almışdı.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına da güclü dəstək verdiyini vurğulayıb: “Ölkəmiz Qoşulmama Hərəkatının institusional inkişafının təmin olunması məqsədilə mütəmadi olaraq önəmli təşəbbüslərlə çıxış edib. Azərbaycanın təşəbbüsü ilə təşkilatın Parlament Şəbəkəsi yaradıldı və ilk dəfə bu təsisatın “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransı 2022-ci ilin iyun ayının 30-da Bakıda, Heydər Əliyev Mərkəzində keçirildi. 2022-ci ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Təşkilatın daimi katibliyinin də Bakıda yerləşəcəyinə dair qərar qəbul olundu. Hər iki tədbir təşkilatın institusional inkişafı üçün vaxtında atılmış məqsədyönlü addımlardır. Azərbaycanın irəli sürdüyü və təşkilata üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs də ABŞ-da, Nyu-York şəhərində Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bütün bu təşəbbüslər Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha artmasına xidmət etmişdir.”

K.Qafarov Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətinə dair səsləndirdiyi fikirlərin dünya dövlətlərinə ünvanlanmış ciddi mesaj olduğunu vurğulayaraq deyib: “Təmas Qrupunun Zirvə görüşündə etdiyi çıxışında Prezidentimiz İlham Əliyev son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşdiyini vurğuladı. Ölkələr və xalqlar suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilənın artması halları ilə getdikcə daha çox rastlaşırlar. Dövlət başçımızın dediyi kimi, aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da onların icrasında selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Buna bariz misal olaraq BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyətini göstərmək olar. 2020-ci ilin sentyabr ayında ermənilərin növbəti təxribatına cavab olaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanmış Vətən müharibəsi 44 günə Azərbaycanın tam və qəti Qələbəsi ilə başa çatdı. Şanlı Ordumuz öz canı, qanı bahasına həm ölkənin ərazi bütövlüyünü bərpa etdi, həm də BMT Qətnamələrinin icrasını həyata keçirdi. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, dünya düzəninin yenidən formalaşmasında daha fəal iştirak etməlidir. Dövlət başçımızın BMT Təhlükəsizlik Şurasının müasir dünyadakı reallıqları əks etdirmədiyi və bu qurumun tərkibinin genişləndirilməsinin vacibliyi, o cümlədən bir daimi yerin Qoşulmama Hərəkatına verilməsinin zəruriliyi və təşkilata üzv ölkələrin bu məsələ ilə bağlı məsləhətləşmələrə başlayaraq öz fikirlərini BMT-yə təqdim etməli olduqları barədə dedikləri isə bütün dünya dövlətlərinə ünvanlanmış ciddi mesajdır.”
"Bu da son. Bizim üçün son, bizim üçün bitiş, bizim üçün ən axır dayanacaq...Sənin üçün isə yeni bir başlanğıc, yeni dostlar, layiq olduğun mühit, layiq olduğun sirdaşlar..."
 
Milli.az xəbər verir ki, bunu ötən gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişən Qafqaz Müsəlmanları İdarəsinin Qazilar Şurasının üzvü, ilahiyyatçı Hacı Şahinin həyat yoldaşı Aytən Həsənzadə sosial şəbəkə hesabında qeyd edib.
 
"İndi yanında Əhli Beyt, peyğəmbər dostları var. Bir ömür İmam Hüseyn dedin, indi tut ağanın əllərindən ürəyin əbədi gülsün... Əsl dostların yığılıb indi ərtafına...
 
Amma biz dostsuz, sirdaşsız qaldıq axı, Hacı. Üzü dönsün ayrılığın, dost itirmək nə ağır acı imiş. Mən bu həyatda nə uğur qazanmışamsa, sənin məsləhətlərinə qulaq asaraq, sənin düsturlarına əməl edərək qazanmışam.
 
Kitabı, islamı, insanları, insanlığı, yaxşılığı, mərhəməti bizə sevdirən insan. İndi sayəndə ölümü də sevməyə başladıq, haqqını halal et bizə.
 
Mən elə düşünürdüm ki, sən 90 yaşında da o minbərdə ağ saç, ağ saqqalınla xütbələr edəcəksən.
 
Allah səni şəfaət mərtəbəsinə ucaltsın, bizim hamımızı şəfaət edəsən. Allah sənə rəhmət eləsin" , - deyə Hacı Şahinin xanımı qeyd edib.
 
 
Kamaləddin Qafarov: “ Heydər Əliyev milli dövlətçilik təfəkkürünü formalaşdırdı”“Ölkə Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunması yaşadığımız bu ilə böyük önəm vermiş oldu. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da, ilk növbədə, bu dahi şəxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev mahiyyət etibarı ilə Azərbaycanın sadəcə müstəqilliyini deyil, eyni zamanda, vahid bir ölkə kimi varlığını qoruyub saxladı. Ulu Öndər dağılmış və parçalanmaq üzrə olan bir dövləti yenidən qurdu. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Heydər Əliyev demişdir: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqilliyinə nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir”.

Bu sözləri mətbuata müsahibəsində Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən birinin beynəlxalq mövqelərin möhkəmləndirilməsi olduğunu qeyd edib: “Müstəqilliyimizin ilk illərində bu müstəqilliyin qorunub-saxlanması və möhkəmləndirilməsi üçün tələb olunan zəruri şərtlərdən biri də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi idi. Həmin vaxt ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün effektiv, praqmatik xarici siyasət kursu tələb olunurdu. Ulu Öndər Heydər Əliyev 1994-cü il martın 9-da Pekin İctimai Elmlər Akademiyasında çıxış edərkən demişdir: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” Məhz bu məqsədlə Ümummilli lider Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən dövlətin xarici siyasətini dəyişməyə, ölkənin strateji maraqları əsasında yeni xarici siyasi kurs müəyyənləşdirməyə başladı və qısa müddətdə buna nail oldu. Bu praqmatik kurs Azərbaycanın strateji maraqlarının digər region ölkələrinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırılmasına imkan yaratdı. Ulu Öndər xarici siyasəti Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri hesab edir və bu siyasətin sağlam, düşünülmüş və uzaqgörən şəkildə olmasını vurğulayırdı. Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursu ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycanın dünya dövlətləri birliyinə bərabər hüquqlu bağlantısını, ölkənin mənafelərini və dünya miqyasında bir müstəqil dövlət kimi tanınmasını təmin etdi.”

K.Qafarov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin də əsasında məhz Heydər Əliyev siyasi kursunun durduğunu vurğulayaraq deyib: “Ulu Öndərin 1993-2003-cü illər ərzində həyata keçirdiyi daxili və xarici siyasət kursunun ən mühüm prioritet istiqamətlərindən biri, əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün möhkəm zəminin hazırlanması olub. Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində söylədiyi nitqində Ulu Öndər demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” 2020-ci ilin noyabr ayının 10-da dahi liderin bu tarixi kəlamları həyata keçdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli ideologiya 2003-cü ildən etibarən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək milli birliyimizin daha da möhkəmlənməsinə öz misilsiz töhfəsini verdi. Torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi bunun ən bariz təcəssümü oldu. Əldə olunmuş tarixi Qələbə Heydər Əliyevin milli ideyası əsasında formalaşmış ümumxalq birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli liderimizin ən böyük vəsiyyəti yerinə yetirildi.”

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə çiskin, günün birinci yarısında duman olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Xəbər lenti