Azərbaycan Milli Elmlər Akademiyası AzTV-nin qurumun fəaliyyəti ilə bağlı materialın qurumun saytında yerləşdirilməsinə münasibət bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıqlamasında tənqidlərdən xəbərsiz olduğunu deyib:

“İndi Gürcüstanda beynəlxalq konfransdayam. Üç gündür buradayam. Ona görə də eşitməmişəm, məlumatım yoxdur” - İ.Həbibbəyli söyləyib.

Qurumun İnformasiya şöbəsinin müdiri Ağahüseyin Şükürov Ölkə.Az-a açıqlamasında tənqidi materialın bilərəkdən saytına yerləşdirildiyini deyib:

“Elə şey olarmı ki, sayta yazı qoyursan, amma bilmirsən ki, içərisində nə var?! Bizdə məlumatsızlıqdan elə şey ola bilməz”,- deyə o bildirib.

A.Şükürov bildirib ki, bu barədə daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, qurumun fəaliyyətinin sərt şəkildə tənqid edildiyi materialın AMEA tərəfindən həm də sosial şəbəkələrdə paylaşılması təəccüb doğurub. Bəzi sosial şəbəkə istifadəçiləri əməkdaşların materialın içərisinə baxmadan sayta yerləşdirilmiş ola biləcəyini yazıblar.

Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Gununsesi.info xəbərinə görə, sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlıdır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatları çərçivəsində adıçəkilən qurumun rəhbərliyində olan bir sıra generallar həbs edilib.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə müraciət edib.

İdarədən daxil olan müraciətdə deyilir:

"Nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər. Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki Müayinə Mərkəzində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.

Bundan başqa, vətəndaşlar avtomobillərinin texniki baxışdan keçirilməsi ilə əlaqədar onları maraqlandıran məsələlərin operativ öyrənilməsi üçün 012-511-08-40 nömrəli qaynar xətlə də əlaqə saxlaya bilərlər".

Qeyd: videogörüntü dyp.polisazerbaycan instagram səhifəsində mövcuddur.

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

O, bundan əvvəl Lənkəran Şəhər Rayo

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 26-27-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.

150 qarabağlı Qarabağda daimi işlə təmin edilib

“AzərEnerji” işğaldan azad edilən ərazilərdə enerji təminatı ilə yanaşı sistemli məskunlaşma fəaliyyətini də həyata keçirir.

Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda tikilərək istismara verilən 4 su elektrik stansiyası, 9 yarımstansiya və Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzində, ümumilikdə 14 enerji obyekti üzrə işğaldan azad edilmiş rayonların 150-dən çox sakini daimi işlə təmin edilib.

Qeyd edək ki, enerji obyektlərində kadr seçilərkən kimin hansı rayondan olmasına da xüsusi önəm verilir. Belə ki, kəlbəcərli Kəlbəcərdə, ağdamlı Ağdamda və digər rayon sakinləri də həmçinin öz rayonunda işlə təmin edilir. Hətta Şuşada digər qurumların bəzi əməkdaşlarının da məskunlaşdığı binada “AzərEnerji”nin əməkdaşlarından öz ailəsilə birlikdə yaşayanlar var.

Onu da nəzərinizə çatdıraq ki, “AzərEnerji” tərəfindən tikilərək istismara verilən bəzi yarımstansiyaların mühafizə zonasında yaşıllıq, meyvə bağları salınmaqla yanaşı əməkdaşlar üçün yataqxanalar da yaradılıb və hazırda istismara verilmiş bir neçə yarımstansiyaların yanında, o cümlədən tikintisi davam edən Cəbrayıl və Laçındakı yarımstansiyaların ərazisində də yataqxanalar tikilir. “AzərEnerji” Cənab Prezidentin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq qarabağlıların işlə təmin edilməsi üçün sistemli fəaliyyətini bundan sonra da davam etdirəcək.

 

 

 
 

Dənizkənarı Bulvar ərazisində yerə döşənən kafellər qırılıb.

Bu barədə redaksiyasına fotolar göndərilib. 

Qeyd edilib ki, kafellərin qırılması həm vətəndaşların hərəkətinə mane olur, həm də ümumi görüntünü korlayır.

Dənizkənarı Bulvar İdarəsindən (DBİ) Ölkə.Az-ın soğrusuna cavab olaraq bildirilib ki, ərazi böyük olduğundan belə hallara tez-tez rast gəlmək mümkündür:
“Ərazidə mütəmadi olaraq təmir-tikinti işləri aparılır. Kafel qırılan hissələrdə mütləq şəkildə təmir işləri aparılacaq. DBİ belə halları nəzarətdə saxlayır” – açıqlamada qeyd edilib.

 

 

Aqrar Subsidiya Şurası ölkə prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, mineral gübrələrin qiymət artımının bitkiçilik sahəsinə mənfi təsirinin məhdudlaşdırılması məqsədilə bu il üzrə buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, habelə qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının, habelə tədarükçülərə təhvil verilən pambıq, tütün və şəkər çuğundurunun miqdarına görə verilən məhsul subsidiyasının məbləğinin artırılması barədə qərar qəbul edib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi xəbər verir.

 Beləliklə, buğda, arpa, çovdar, tritikale, kartof, baş soğan, kələm, sarımsaq bitkilərinin əsas əkinlərinə, qarğıdalı, günəbaxan, soya, darı, sorqo və kartof bitkilərinin təkrar əkinlərinə görə verilən əkin subsidiyasının artımı və yekun əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən olunub:

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə pambıq, tütün və şəkər çuğunduru üzrə məhsul subsidiyasının artımı və yekun məhsul subsidiyasının məbləği aşağıdakı kimi müəyyən olunub:

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci il üzrə intensiv fındıq, nar, zeytun, limon, kinkan, naringi və portağal bağlarının, habelə şabalıd və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağlarının salınması üçün verilən (bir dəfəyə məxsus) əkin subsidiyası 2021-ci ilin sentyabrın 1-dən salınmış və EKTİS-də ilk dəfə bəyan edilmiş bağlara şamil edilib

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb.

İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb.

Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 10 ailə - 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Ümumilikdə “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə 4 mərhələdə köçürülən 41 ailə, 201 nəfər hər cür şəraitlə təmin olunub.

Ağalıda məskunlaşacaq sakinlər yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunacaqlar. Burada yaşayacaq əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll ediləcək.

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Yeni Ağalı kəndinə dörd mərhələdə 41 ailə köçürülüb.

Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.

 

 

 

İyulun 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Xəbər lenti