Raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqları icra edilib.

Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsidir.

YAP-da yeni təyinat

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin yeni müdiri məlum olub.

APA xəbər verir ki, Nurlan Qələndərli bu gündən bu vəzifədə fəaliyyətə başlayıb.

Qeyd edək ki, bundan öncə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev idi.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Nurlan Qələndərli bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru olub. Yeni vəzifəyə təyin olunması ilə əlaqədar iyulun 15-də “Yeni Azərbaycan” qəzetindən ayrılıb.

Azərbaycan Respublika Təhsil İnstitutu (ARTİ) Müəllimlərin İşə Qəbulu müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb.

Bu barədə ARTİ-dən məlumat verilib.

Qeyd olunub ki, həmin iddialarda iyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın bundan əvvəl bəzi namizədlərə videoformatda izah edilməsi əks olunur: "ARTİ beynəlxalq təcrübəyə uyğun olaraq test bankına daxil edilməsi üçün fənn mütəxəssislərinə orijinal sualların hazırlanması sifarişini verir. Sualların (və ya onların analoqlarının) məxfiliyinin qorunmasına, üçüncü tərəflə paylaşılmamasına və müəlliflər tərəfindən təlim mərkəzlərində bu istiqamətdə hazırlıq aparılmamasına dair sual müəllifləri ilə məxfilik müqaviləsi bağlanılır.

Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib. Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. İyulun 14-də keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilən 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb".

"ARTİ bildirir ki, bağlanmış xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, S.Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq. Hazırda ARTİ bu hadisənin imtahan nəticələrinə olan təsirləri ilə bağlı elmi-statistik təhlil aparır. Yekun nəticələrə dair qərar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək" - məlumatda bildirilib.

Bu gün saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) uşaqların qəbulu prosesinə start verilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, proses sentyabrın 14-dək davam edəcək.

Uşaqların qəbulu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçiriləcək. Belə ki, valideynlər sistem üzərində qeyd edilən tarix və saatdan etibarən elektron kabinet yaratmaq imkanı əldə edəcəklər.

İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib
Bu gün bəşəriyyəti ən çox düşündürən qlobal məsələlərdən biri də insan sağlamlığının qorunması, xüsusilə son bir neçə ildə dünya əhalisini daha kütləvi şəkildə təhdid etməkdə olan müxtəlif yoluxucu xəstəliklərə qarşı insan orqanizminin müqavimət imkanlarının artırılması, immun sisteminin gücləndirməsi ilə bağlıdır. Bu baxımdan artıq 8 ildən artıq bir müddət ərzində ölkəmizdə də öz şəbəkəsini qurmuş “FOHOW” Beynəlxalq Korporasiyasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
İlk növbədə məlumat üçün bildirək ki, “FOHOW” Korporasiyasının əsası 1999-cu ildə Cin Xalq Respublikasında Yanşen mədəniyyəti daşıyıcılarının bariz nümünəsi olan cənab Yufeyn tərəfindən qoyulub. Bu gün isə Korporasiyanın geniş şəbəkəsi artıq dünyanın 90-dan çox ölkəsini əhatə edir. “FOHOW” Beynəlxalq Korporasiyasının əsas məqsədi insanların sağlamlığının keşiyində durmaqdır. Bu məqsədə nail olmaq üçün “Fohow” öz müştərilərinə insan orqanizminin immun sistemini möhkəmləndirən, sağlamlığı yaxşılaşdırmaq və qorumaq sahəsində unikal effektivliyə mailk olan, yalnız təbii inqredientlərdən hazırlanan, bitki tərkibli məhsullar təklif edir. Bu məhsulların istehsalı zamanı, ənənəvi Çin təbabətində istifadə olunan, gəncliyi, gözəlliyi və sağlamlığı qoruyan yüksək keyfiyyətli təbii məhsullardan və ən son texnologiyalardan istifadə edilir. İnsanların sağlam və xoşbəxt yaşamlarını təmin etmək üçün “Fohow” Beynəlxalq Korporasiyası bu gün orqanizmin təmizlənməsi, sağlamlığın qoruması, bədən çəkisinin azaldılması, müxtəlif xəstəliklərin qarşısının alınması üçün nəzərdə tutlan unikal vasitələr istehsal edir.
Az öncə də qeyd etdiyimiz kimi, “Fohow” Beynəlxalq Korporasiyası artıq 8 ildir ki, Azərbaycanda da öz nümayəndəliyini və geniş şəbəkəsini yaratmışdır. Hazırda bu nümayəndəliyə Nuranə xanım Tağıyeva rəhbərlik edir. Bir maraqlı məqamı qeyd edək ki, Korporasiya öz əməkdaşlarının və xarici ölkələrdə olan təmsilçilərinin peşəkarlıq səviyyələrini müəyyənləşdirmək məqsədilə onlara müxtəlif təsnifat dərəcələri təqdim edir. Nuranə Tağıyeva isə Korporasiyanın Avrasiya məkanında ilk olaraq “7 karat briliant” təsnifat dərəcəsinə sahib olmuş təmsilçisidir.
“Fohow” Beynəlxalq Korporasiyasının müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyəti həm də davamlı olaraq yeni iş yerlərinin açılması ilə də müşayiət olunur. Korporasiyanın fəaliyyətini təbliğ etmək, məqsəd və məramları ilə əhalini daha yaxından tanış etmək məqsədilə mütəmadi olaraq ölkənin müxtəlif şəhər və rayonlarında tədbirlər keçirilir. O cümlədən iyul ayının 16-da Zaqatala rayonunda növbəti belə bir tədbir keçirilmişdir. 400 nəfərə yaxın insanın qatıldığı həmin tədbir Heydər Əliyev Mərkəzində keçirilib. İlk növbədə tədbir iştirakçıları Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbiri açan Nuranə Tağıyeva giriş nitqi ilə çıxış edib. Tədbir iştirakçılarını salamlayan Nuranə xanım öz çıxışında ilk növbədə 44 günlük Vətən müharibəsində Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz igidlik göstərərək torpaqlarımızı işğaldan azad etmiş Rəşadətli Azərbaycan Ordusunun şücaətini və qəhrəmanlığını bir daha qeyd edib. Həmçinin Nuranə Tağıyeva bu gün ölkəmizdə hökm sürən ictimai-siyasi stabilliyə, sahibkarlığın inkişafı və insanların rifah yüksəlişinin daha da sürətlənməsi üçün yaradılan geniş imkanlara görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib. Öz çıxışında Nuranə Tağıyeva “Fohow” Beynəlxalq Korporasiyasının məqsəd və məramları, şirkət tərəfindən təqdim olunan məhsullar və Korporasiyanın ölkəmizdəki şəbəkəsinə qoşulmaq istəyən vətəndaşlar qarşısında açılan geniş imkanlar barədə ətraflı məlumatlar təqdim edib.
Daha sonra tədbir mədəni proqramla davam edib. Proqramda incəsənət ustalarının bir-birindən maraqlı və rəngarəng çıxışları yer alıb. Tədbir rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.


“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib“FOHOW” Beynəlxalq Korporasiyası Zaqatalada tədbir keçirib


"Yol-xeber.az" xəbər verir ki, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov və idarə heyəti Salyanda mədəniyyət işçiləri ilə görüşüb. Salyan rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə mədəniyyət sahəsində aparılan islahatlar, qarşıda duran vəzifələr, nizam-intizam qaydalarına ciddi riayət olunması, tədbirlərin keyfiyyətinin artırılması, sosial şəbəkədə aktivlik və başqa məsələlərdən danışılıb. Sonra mədəniyyət işçilərinin təklif və iradları dinlənilib. Araşdırılması vacib hesab edilən məsələlər qeydə alınıb.

d
d
d
d

Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir.

Yol-xeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində bildirib.

“Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın ola yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Reabilitasiya mərkəzləri yaradıldığını və ən müasir texnologiyalarla təchiz edildiyini diqqətə çatdıran Prezident deyib: “Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola”.



"Yol-xeber.az" xəbər verir ki, 15.07.2022-ci il tarixdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin Rəisi Alisultan Sadixov Müəllim və idarə heyyəti Biləsuvar Mədəniyyət Mərkəzində Mədəniyyət işçiləri ilə görüş keçirilmişdir.Görüşdə Mədəniyyət sahəsində aparılan islahatlar, nizam-intizam qaydalarına ciddi riayət,sosial şəbəkələrdə aktivlik və s.məsələlər müzakirə olunmuşdur.

k
k
k

"Azərbaycanda ötən aylarla müqayisədə koronavirusa yoluxmada artım müşahidə edilir. Bunu nəzərə alaraq gələcəkdə rəqəmlərin daha da təhdidedici səviyyəyə çatmaması üçün vətəndaşlarımızdan karantin rejiminin qaydalarına riayət etmələrini xahiş edərdim. Bunu deyərkən gigiyena qaydaları və sosial məsafəni nəzərdə tuturam".

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

Nazirlik rəsmisi virusdan qorunmaq üçün nələrə diqqət edilməli olduğunu da bildirib: "Vətəndaşlara koronavirusun yeni dalğasından qorunmaq üçün hamımızın bildiyi gigiyenik qaydaları (tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə) davam etdirmələrini tövsiyə edirəm. Ciddi zərurət yaranmadığı halda insanların kütləvi toplaşdığı məkanlardan çəkinsinlər. Eyni zamanda vətəndaşlara qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda sıxlıq olduğu təqdirdə qoruyucu maskalardan istifadə etmələrini məsləhət görürəm".

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada keçirilən Vaqif Poeziya Günləri ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Vaqif Poeziya Günləri. Şuşa. 2022".

 

 

 

 

Xəbər lenti