![]() |
|
2018-ci ildən İraq və Suriyadan ölkəmizə deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 412 nəfər təşkil edib.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, onlardan 380 nəfəri uşaq, 32 nəfəri anadır.
Agentlik sədrinin sözlərinə görə, 2022-ci ildə isə sözügedən ölkələrdən Azərbaycana 66 nəfər deportasiya edilib, onlardan 64-ü sosial xidmət müəssisələrində yerləşdirilib.
Keçmiş məcburi köçkünlər üçün Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda istifadəsiz qalan mənzillərin satışı həyata keçiriləcək.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, ƏƏSMN tərəfindən 23 yanvar 2023-ci il 10:00-da həmin mənzillərin onlayn satışına başlanacaq:
"Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək".
Əmək pensiyalarının orta aylıq məbləği 12 faiz artıb.
BAKU.WS xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfrasında bildirib.
O əlavə edib ki, cari ildə əmək pensiyalarının orta aylıq məbləği 372 manat təşkil edib. 2023-cü il üzrə bu məbləğ 423 manat proqnozlaşdırılıb.
"Əgər biz bu göstəricini ötən ilin rəqəmləri ilə müqayisə etsək, bu zaman 12 faizlik artımı görə bilərik. Həmin rəqəmi 2018-ci illə müqayisə etsək isə 68 faizdən artıq artımın olduğunu müşahidə edərik.
Həm müavinətlər və təqaüdlərin, həm də əmək pensiyalarının artırılması istiqamətində də müvafiq tədbirlər görüləcək", - deyə Himalay Məmişov vurğulayıb.
"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri haqda xəbər yayılıb.
Globalinfo.az xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-leytenant Niyaməddin Tağıyev tutduğu vəzifəsindən çıxarılıb.
N.Tağıyev paralel olaraq Dövlət Sərhəd Xidməti rəisinin müavinidir. Onun Bakıya çağırıldığı deyilir.
Başqa məlumata görə, Niyaməddin Tağıyevin yerinə artıq təyinat olub. Bakıdan göndərilən polkovnik Bəhmən Babayevin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsinə təsdiqləndiyi bildirilir.
Qarşıdan gələn 2023-cü Dovşan ilidir və bu il Qara su dovşanı üzərində təhvil olur.
Qara Su Dovşanı şanslı bir simvoldur, lakin diqqəti sevir, buna görə də gələn ildə uğurlar cəlb etməyə kömək edəcək əlamətlərə laqeyd yanaşmayın.
Gümüş və ya qızıldan bir dovşan heykəlcikləri alın və onları Yeni il ərəfəsində gözə çarpan bir yerə qoymağı unutmayın. Bununla şans və firavanlıq evinizdən yan keçməyəcək;
Gələn il üçün qara və ya mavi pul qabı seçin - maliyyə dolğunluğu sizi belə gözləyəcək;
Qonaqlardan tərəvəz olan bir qab ilə evə gəlmələrini xahiş edin, dovşan bu jesti qiymətləndirəcək və sizin üçün əlverişli olacaq.
Yeni il masasına yerkökü qoymağı unutmayın - evdə mübahisələr və münaqişələr olmayan bir atmosfer hökm sürəcək;
Həm də unutmayın ki, dovşan təlaşı, yüksək tonda danışmağı və lazımsız davaları sevmir, ona görə də hədiyyələrin alınmasını əvvəlcədən planlaşdırın və dekabrın 31-də bütün ev işlərini sakit və yavaş-yavaş həll edin. Ruhunuzda harmoniya və yenisinə açılmaq istəyi hökm sürəcək. Bu ilin bütün simvolları sizin üçün çoxlu şans və uğurlar gətirəcək./sfera
Naxçıvana gedən jurnalist gözləmədiyi halla qarşılaşıb.
Bu barədə Baku TV-nin jurnalisti Tural Müseyibov məlumat verib.
O, bu hadisəni təəccüb içində qarşılayıb.
Daha ətraflı Baku TV-nin süjetində: