![]() |
|
Baş Dövlət Yol Polisi İdarəsinin bayram ərəfəsində yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən verilən xəbərə görə, müraciətdə deyilir:
"Qarşıdan gələn bayram günləri ilə əlaqədar artıq yerli və respublika əhəmiyyətli avtomobil yollarında yük və sərnişin daşıma fəaliyyətindəki artımla bağlı nəzərəçarpacaq intensivlik müşahidə olunmaqdadır. Bu hal təbii olsa da, təəssüf ki dəfələrlə edilən çağırışlara baxmayaraq, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir.
Əsasən, yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan bəzi sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun, yuxusuz halda bir neçə dəfə qət etməsi isə son nəticədə ağır yol qəzalarının baş verməsinə real zəmin yaradır.
Bununla yanaşı, istehsal ili köhnə olan nəqliyyat vasitələrinin yük və sərnişin daşımalarında istifadə olunması, habelə daşımalar zamanı normativ tələblərin kobud şəkildə pozulması qəza ehtimalını dəfələrlə artırmaqla yanaşı, həm də belə nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinə də birbaşa təsir göstərir”.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək onlara səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirməyi, hərəkət zamanı özü ilə yanaşı sərnişinlərinin də təhlükəsizlik kəmərini bağlamasını təmin etməyi, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyi, yorğun, yuxusuz halda avtomobil idarə etməkdən çəkinməyi xahiş edib.
“Unutmayaq ki, məslək və məramından asılı olmayaraq sükan arxasına əyləşən hər bir sürücünün həyat və sağlamlığı onun ailəsi, doğmaları üçün bütün maddi nemətlərdən daha qiymətlidir!", - müraciətdə deyilir.
Azərbaycana qış fəsli daxil olub.
Şamaxı Astrofizika Rəsədxanasından verilən xəbərə görə, qış fəsli Azərbaycana 22 dekabr saat 01:48-də daxil olub. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olur.
Həmrəylik Günü və Yeni il münasibətilə Milli Parkda atəşfəşanlıq olacaq.
Bakıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı atəşfəşanlıq təşkil olunacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev bildirib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dekabrın 31-də Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək.
Ömər aşırımından keçən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın avtomobil yollarında, həmçinin yerli əhəmiyyətli digər yollarda hərəkətin təhlükəsizliyi və faziləsizliyini təmin etmək üçün yolların qardan və buzdan təmizlənməsi istiqamətində bir an belə fasilə olmadan işlər aparılır.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, “Zəfər Yolu”nda hərəkətin tənzimlənməsi üçün duz-qum qarışığının səpilməsi…
YOLUNUZ AÇIQ OLSUN…
Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Ukraynada yaşayan azərbaycanlılar ölkənin Xerson vilayətinin sakinlərinə ərzaq məhsulları paylayıblar.
Görüntülər sosial şəbəkələrdə yayılıb.
Dekabrın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Azərbaycanda dekabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Milli Məclisin iclasında yeni medallar təsis edilib.
İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə bağlı sənəd üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Parlament üzvləri medalların təsis edilməsinin lehinə səs veriblər.