![]() |
|
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs edilən Mədəniyyət Nazirliyinin şöbə müdiri İlkin Nəsibovun yerinə təyinat olub.
Qaynarinfo xəbər verir ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsi Elmir Ağayeva həvalə edilib. O, həmin şöbədə müdir müavini vəzifəsində çalışır.
Məlumata görə, Anar Kərimov sözügedən hadisələrdə nöqsanlara yol verən bir neçə vəzifəli şəxsi də işdən azad edib və bəzilərinə töhmət verib.
Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətindən sorğuya cavab olaraq Elmir Ağayevin şöbə müdirinin əvəzedicisi təyin edilməsi təsdiqlənib.
DTX-nin əməliyyatlarından sonra nöqsanlara yol verən bir neçə vəzifəli şəxsin işdən çıxarılması və bəzilərinə töhmət verilməsi barədə suala isə konkret cavab verilməyib.
Qeyd edək ki, İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib, nazir müavini Elnur Əliyev vəzifəsindən azad olunub.
Ölkəmizdə zaman-zaman xüsusi xidmət orqanları tərəfindən yüksək ranqlı məmur həbslərinə şahidlik edirik. Ələlxüsus da, son dövrlərdə mənimsəmə, rüşvətalma kimi fəaliyyətlərdə ittiham olunan məmurlar bu əməllərinə görə cəzalandırılırlar.
Müvafiq araşdırmaların nəticəsində bir sıra hallarda külli miqdarda vəsaitin mənimsənilməsi halları üzə çıxır.
Bizim.Media bu günə qədər ölkəmizdə üzə çıxmış ən böyük mənimsəmə hallarını araşdırıb.
1. Nizami Məmmədov
Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.
2. Mənsur Əsgərov
Noyabrın 25-də Bakı şəhəri Səbail rayon məhkəməsi xüsusi xidmət orqanları tərəfindən aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən M. Əsgərov 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur.
3. Rafael Əliyev
Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Gömrük Komitəsində həyata keçirilən əməliyyatlarda həbs olunub. Həbs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə icra edilib.
Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
4. Səlim Müslümov
2021-ci ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Keçmiş nazir 27 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunub.
5. Vilyam Hacıyev
İmişlinin sabiq icra başçısının mənimsəməkdə ittiham olunduğu məbləğ isə 8 milyon manatdır. Sabiq məmur külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma kimi qanunazid əməllərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.
6. Alimpaşa Məmmədov
Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 7 milyon manata yaxın vəsaiti mənimsəmədə və rüşvətalmada ittiham olunub.
7. Əhməd Əhmədov
Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinib. Bir neçə gün öncə isə sabiq nazirin səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxıldığı ilə bağlı xəbərlər yayılıb.
8. Vüqar Səfərli
KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.
Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Bir çox dövlət qurumlarında, nazirlik və komitələrdə şənbə günü qeyri-iş günü hesab edilsə də, idarə və şöbə rəisləri, həmçinin bəzi əməkdaşlar məcburi qaydada işə çıxarılırlar. Qüvvədə olan əmək qanunvericiliyinə əsasən, belə olan halda həmin şəxslərə kompensasiya ödənilməlidir.
Amma nədənsə bu baş vermir. İşçilər isə işlərini itirmək qorxusundan hüquqlarının bu şəkildə pozulmasına etiraz edə bilmirlər.
Maraqlıdır ki, bu hal geniş yayılsa da, nədənsə Hesablama Palatasının hesabatlarında əks olunmur. Halbuki, Palata dövlət təşkilatlarında yoxlama apararkən, əməkdaşların davamiyyətini də yoxlayır.
Bizim.Media-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edib ki, işçilərin qanunsuz olaraq iş saatından artıq işə cəlb edilib-edilmədiyinin araşdırılması Dövlət Əmək Müfəttişliyinin səlahiyyətinə aid məsələdir:
“Hesablama Palatasının konpetensiyasına aid deyil. Palatanın vəzifəsi dövlət büdcəsinin təyinatı üzrə xərclənməsinə nəzarət etməkdir. İşçinin kompensasiya ödənilmədən əlavə işə cəlb edilməsini yoxlamaq onların səlahiyyətinə daxil deyil”.
Həmsöhbətimiz bildirir ki, Dövlət Əmək Müfəttişliyi isə yoxlamalara moratorium qoyulması səbəbindən özünün bu funksiyanı icra edə bilmir:
“Dövlət qulluğu haqqında” Qanunda yazılır ki, ödəniş etmədən 5 saatdan çox olmayaraq ay ərzində işçini əlavə işə cəlb edə bilərlər. Amma bunun üçün həm işçinin özünün razılığı olmalı, həm də əmirləşdirilməlidir. Özü də bu zaman ödəniş ikiqat olmalıdır.
İşçiləri qeyri-rəsmi olaraq dövlət və ya kommersiya orqanlarında iş vaxtından artıq olmaqla işə cəlb etmək qanun pozuntusudur. Ona cavabdeh olan qurum isə Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Lakin yoxlamalara moratorium qoyulduğundan həmin qurum da yoxlama hüququna malik deyil”.
S.Məmmədov deyir ki, problemdən çıxışı yolu qanunsuz olaraq əlavə iş saatına cəlb edilənlərin şikayət etməsindən keçir:
“Bu fonda qeyri-iş günlərində məcburi qaydada işə cəlb edilənlər şikayət etməlidirlər. Amma sonrakı taleyini nəzərə alaraq bunu da edən demək olar ki, yox dərəcəsindədir. Çünki işdən çıxarıla biləcəyindən qorxurlar. Problem də burada qapanır”.
Əlilliyin qiymətləndirilməsinin yeni qaydaları qüvvəyə mindikdən sonra təyin olunan pensiyanın məbləği də dəyişəcək. Yəni pensiyanın məbləği orqanizmin funksiyalarının pozulması faizindən asılı olacaq.
2023-cü ilin yanvar ayının 1-də qüvvəyə minəcək yeni qaydalara əsasən, əlillik I, II və III qrup dərəcələndirilməsi əsasında aparılmayacaq.
Yeni qaydalara əsasən həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək. Başqa sözlə, əvvəlki qaydalarda eyni əlillik dərəcəsi olan şəxslərin sığorta göstəricilərinə görə hesablanan pensiya məbləğləri eyni idi.
Ancaq yeni qaydalara görə, orqanizmin funksiyalarının pozulması faizi artdıqca şəxslərə ödənən pensiya məbləğləri də artacaq.
Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.
Dekabr ayının əvvəllərində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi qar yağacağı, havanın soyuq keçəcəyi, temperaturun iqlim normasından 1-3 dərəcə aşağı enəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-8 dərəcə, gündüzlər 8-11 dərəcə isti, bəzi günlərdə 13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə (norma 24-34 mm) bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 şaxta, gündüzlər 5-10, bəzi günlərdə 13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 mm) olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-53 mm) olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın olacağı gözlənilir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-32 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3-8 şaxta, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-48 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 19-32 mm) olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-yə yaxın, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə (norma 46-106 mm) isə bir qədər normadan çox olacağı gözlənilir.
İşğaldan azad edilmiş ərazilərin icarəyə verilməsində Kənd Təsərrüfatı Nazirliyi müvəqqəti olaraq səlahiyyətlidir. Bu həm də Qarabağda torpaqların idarə edilməsi deməkdir.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
O bildirib ki, Qarabağda kənd təsərrüfatı üzrə potensial ərazilər "Azərkosmos"la birlikdə müəyyən edilib.
"Artıq həmin ərazilərə fermerlər və investorlar cəlb etmişik və fındıq əkinlərinə başlanılıb" - deyə F.Tağıyev əlavə edib.
Azərbaycan gömrükçüləri indiyə qədər rastlaşmadıqları hüquqpozma faktı ilə üzləşiblər.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
İndiyədək ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhd edilən Ermənistan malları, adətən, qida məhsulları və alkoqollu içkilərdən ibarət olub.
Bu dəfə aşkara çıxarılan mallar isə inşaat işlərində istifadə edilən silikon məmulatı üçün 24 820 ədəd qab və silikon məmulatı qablarının qablaşdırılması üçün nəzərdə tutulan 1 050 ədəd boş karton qutu olub.
Bu malların İran İslam Respublikasında fəaliyyət göstərən şirkət tərəfindən Azərbaycan Respublikasında fiziki şəxsin ünvanına göndərildiyi müəyyən edilib.
Bəs üzərində erməni dilində yazıları olan bu mallar Azərbaycana nə məqsədlə gətirilib?
Faktla bağlı Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən birgə araşdırma aparılır.
“Mən bu qətli pisləyirəm. Özü yaşca böyük və o da idmançı. Bıçağa əl atmaq nə deməkdir?! Orada nə söhbət olub, heç bilinmir. 16 yaşlı uşaq hara, söyüş hara?! Belə hadisəni nə cür təqdir etmək olar?! Onda elə küçədə hamı bir-birini vursun, sonra da desin ki, söyüş söyüb”.
Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
O, 16 yaşlı taekvandoçu Turan Rüstəmovun qətlinə münasibət bildirib:
“Söyüş üstündə kimisə öldürmək düzgün hərəkət deyil.
Mən Rəşad Dağlının hərəkətini də pisləmişəm, mətbuatda da demişəm, yazmışam da. O adam deyil, narkomandır, “barıqa”dır, deyirlər. Deməli, küçədəki narkomanları, “barıqa”ları öldürməliyik?! Deyir, ağlım başımda olmayıb, affekt vəziyyətində olmuşam.
Sən vurub xalqın uşağını öldürmüsən. Kim olur-olsun, nə olur-olsun, niyə öldürürsən?! Uzaqbaşı döyə bilərdin. Niyə öldürmüsən axı? Elə hamı onun tərəfini saxlayandan sonra bu hadisələr oldu. Adamlar belə şeylərə baxıb “qəhrəmanlıq” etmək istəyirlər”.
“Bunların hamısı cinayətə meylli insanlardır ki, dəstəkləyirlər. Sosial şəbəkədə, saytlarda yazırlar, başqaları da ondan ruhlanır, deyir, mən də öldürəcəyəm. Belə şey olmaz axı?!” – deyə deputat fikirlərini yekunlaşdırıb.
Dünən Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib.
Verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar yaşanıb.
Qeyd edək ki, Anar Vəziroğlu vəkil Şəfiqə Nağıyevaya qarşı bu hörmətsizliyi veriliş zamanı efirə verilən videodan sonra edib. Ceyhunə adlı qadınla bağlı videonun efirə verilməsindən sonra A.Vəziroğlu zünə nəzarəti itirərək vəkilə qarşı hörmətsizlik edib.
Ətraflı videoda izləyə bilərsiniz: