![]() |
|
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.
"Şuşada olan məscidlər əsasən aidiyyəti üzrə fəaliyyət göstərəcək. Çünki məscidin məscid funksiyası var".
"Report" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, elə məscidlər var ki, onlardan muzey kimi də istifadə etmək mümkündür: "Bu da Şuşanın simasına əlavə gözəllik və yaraşıq verəcək".
S.Salahlı qeyd edib ki, azad edilmiş ərazilərdə dağıdılan tarixi-dini abidələrin hamısını mümkün qədər bərpa olunacaq: "Məsələ ondadır ki, ermənilər dünya ictimaiyyətinin qınağından çəkindiklərindən misal olaraq, Gövhərağa, Ağdam və digər məscidləri tam dağıda bilməyiblər. Həmin məscidləri dağıdıb bərbad günə salsalar da, yerlə-yeksan edə bilməyiblər. Elə məscidlər də olub ki, təməlinə qədər dağıdıblar. Həmin məscidləri yenidən bərpa etmək lazımdır. Dini ocaqları bərpa edəcəyik ki, yurd-yuvalarına qayıdan soydaşlarımız dini ibadətləri rahat edə bilsinlər".
Şuşadakı Qazançı və rus kilsəsinin aqibətinə də aydınlıq gətirən Dövlət Komitəsi sədrinin birinci müavini söyləyib ki, hər iki yerdə bərpa işləri davam edir: "Həmin yerlərdə də aidiyyəti üzrə tədbirlər keçiriləcək. Bütün Allah evlərinə hörmətlə yanaşırıq və oranı da məhz Allahın evi hesab edirik. Bizim ermənilərdən fərqimiz ondan ibarətdir ki, onlar üçün müqəddəs heç nə yoxdur. Onlar qarşısına çıxan hər şeyi dağıdıblar, kökündən silib aparıblar ki Azərbaycanın orada izi qalmasın. Lakin unudublar ki, tarix var və biz orada yaşamışıq".
“Mədəniyyət Nazirliyi tərəfindən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından aparılan yoxlamanın bu teatrın rejissorunun və ya digər şəxslərin hər hansı bir tənqidi açıqlaması ilə heç bir əlaqəsi yoxdur”.
APA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin vəzifələrini icra edən Nuridə Allahyarova deyib.
O bildirib ki, nazirliyin strukturunda olan və ya strukturuna daxil olmayıb tabeliyində olan qurumlarda nöqsan aşkarlandığı zaman bu cür yoxlamalar keçirilir: “Bu ilk deyil və növbəli şəkildə bu cür nöqsanlar aşkar edildikdə təftişlər aparılır. Nəticə barədə məlumat veriləcək. Amma birmənalı şəkildə qeyd etmək istəyirəm ki, yoxlamanın həmin o açıqlamayla heç bir əlaqəsi yoxdur. Həmin o açıqlamaya qədər də həm şifahi, həm də yazılı xəbərdarlıqlar olunub”.
Qeyd edək ki, sosial mediada Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamaların teatrın rəhbərliyinin və rejissorunun mətbuatda nazirliyi tənqid etməsinə cavab olaraq aparılması barədə fikirlər səsləndirilir.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsis edilən 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür.
Hər ilin bu günü ədliyyə orqanlarında, məhkəmələrdə çalışan və peşəsini layiqincə yerinə yetirən ədliyyə işçiləri tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirlər, qazanılan nailiyyətlər Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların mühüm tərkib hissəsi olmaqla dövlətimizin başçısının ədliyyə və məhkəmə fəaliyyətinə göstərdiyi xüsusi diqqət və qayğının real təzahürüdür.
Azərbaycanın davamlı sosial-iqtisadi tərəqqisi ölkə başçısının rəhbərliyi ilə uğurla təmin edilir, insanların rifahının yaxşılaşmasına xidmət edən ardıcıl sosialyönümlü qərarlar qəbul olunur, ictimai həyatın bütün sahələrində mühüm nailiyyətlər qazanılır.
Dövlətimizin başçısı və Birinci vitse-prezidentin təşəbbüsü ilə xidmət sektorunun inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər, o cümlədən “ASAN xidmət”, DOST mərkəzləri, Daşınmaz Əmlakın Məkanı kimi xidmət yerləri vətəndaşların dövlət orqanlarında əlçatanlığının artırılması, bu sahədə şəffaflığın təmin edilməsi və eyni zamanda, xidmətlərdən vahid məkandan yararlanması üçün geniş imkanlar yaradıb.
Ümumiyyətlə, dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsi hər zaman aktual məsələlərdən olub və olacaq. Belə bir zərurət bütövlükdə cəmiyyətin daim inkişafda olmasından xəbər verir.
Azərbaycan Respublikasında aparılan hüquq islahatları müasir hüquq və idarəetmə sisteminin qurulmasına və hüquqi münasibətlərin modernləşdirilməsinə yönəlmiş demokratik inkişafın ayrılmaz hissəsdir. Bu islahatlar Konstitusiya müddəalarını reallaşdıraraq, cəmiyyətin hüquqi əsaslarının və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir.
Bu gün keyfiyyətcə daha yeni, daha səmərəli fəaliyyət mərhələsinə qədəm qoymuş məhkəmə-hüquq islahatları ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və ədliyyə orqanlarının inkişafına yönəlib.
Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulmasının təməlində möhkəm ədliyyə sistemi dayanır. Möhkəm ədliyyə sisteminin yaradılması isə əzm və iradə tələb edir. Burada əsas məqsəd cəmiyyətdə insanların bütün hüquqlarına hörmətlə yanaşılmasını, açıq vətəndaş cəmiyyətinin yaradılmasını və inkişafını təmin etməkdir.
Mükəmməl normativ-hüquqi baza əsasında fəaliyyət göstərən və bu ümumi məqsədlə birləşdirilən ədliyyə orqan, idarə və təşkilatların prinsipi ölkədə daim haqq-ədaləti qoruyub saxlamaqdır.
Ümumiyyətlə, ədliyyə sözünün mənası çox genişdir. Struktur bölmələr olan həmin idarə və təşkilatlar bir-biri ilə sıx bağlı və qarşılıqlı fəaliyyət göstərərək, sistemin bütövlüyünü şərtləndirirlər.
Əsl mənada möhkəm ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında barəbərlik və onun hər kəs tərəfindən icrası təmin olunur.
Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Gələn il martın sonuna qədər Ağalıya köçürülməsi planlaşdırılan şəxslərin sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda keçirilən beynəlxalq konfransda məlumat verib.
O qeyd edib ki, planda martın sonuna qədər əlavə 100 nəfərin Ağalıya köçürülməsi var.
"Yol-xeber.az" xəbər verir ki, Neftçala rayonunda Vətən müharibəsi qazisi Xalıqov Eyzan Paşa oğlunun toyu keçirilib.
Qazinin toy məclisində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Vətən müharibəsi iştirakçıları və qonaqlar iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Toy məclisində çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizə Allahdan rəhmət diləyib və yaralan hərçibilərimizə şəfalar diləyib.
Qazimizin ailəsi göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Neftçala Rayon İcra Hakimiyyətinin kolletivi adından qazimizi təbrik edir və xoşbəxtlik arzu edirik.